Vergi Məcəlləsinin 67.13-cü maddəsinə əsasən, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirildikdə, müvafiq əməliyyatlar elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməlidir.
İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərək bildirib ki, əgər barter əməliyyatının elektron vergi hesab-fakturasında göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiyməti nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.
Misal: Tutaq ki, “A” müəssisəsi 60 kisə sementi “S” müəssisəsinə təqdim edərək əvəzində 20 ədəd stul alıb. Barter əməliyyatı zamanı “A” və “S” şirkətlərinin təqdim etdikləri malların barter əməliyyatı hesab olunmasına baxmayaraq, müvafiq olaraq sement və stulların dəyəri ilə bağlı elektron qaimə-faktura təqdim olunmalıdır. Vergi nəzarəti tədbirləri zamanı həmin əməliyyatlar həyata keçirilərkən qiymətlərin bazar qiymətlərinə uyğun təyin olunmadığı müəyyən edildiyi halda bazar qiymətləri tətbiq olunur. Eyni zamanda, barter əməliyyatları həyata keçirilərkən qiymətlərin qəsdən aşağı salınması səbəbindən gəlirin azaldılması yolu ilə vergi qanunvericiliyinin tələblərinə zidd olaraq vergi məbləğinin gizlədilməsinə görə Vergi Məcəlləsində nəzərdə tutulan sanksiyalar tətbiq edilir.
Mənbə: vergiler.az
Bax:
-
Gəlirdən çıxılmayan xərclər hansı halda ÖMV-dən azad edilir?
-
İşçi həm 101.1, həm də 101.1-1 maddəsindəki dərəcələrlə gəlir vergisinə cəlb edilə bilərmi?
-
Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?
-
Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?
-
Təsisçi tərəfindən verilmiş əsas vəsaitlərə hansı halda amortizasiya hesablana bilər?
-
Satışdankənar gəlirlər ƏDV bəyannamələrində qeyd olunmalıdırmı?
-
ƏDV ödəyicisindən sadələşdirilmiş vergi ödəyicisinə necə keçməli?
-
Məzuniyyətə görə kompensasiya və əmək haqqı ayrılıqda məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməlidir?
-
Şirkətlər bir-birinə faizsiz borc verə bilərmi?
-
Ödəniş xaricdəki bank hesabımızdan edildiyi halda qeyri-rezidentə ödənişdən ÖMV tutulmalıdır?
-
QHT işçilərinin əmək haqqından 14% gəlir vergisi tutulmalıdır?