Müasir dünya auditi və təkamül mərhələləri (1-ci hissə)

posted in: Xəbər | 0

Müasir dünya auditi və təkamül mərhələləri

1-ci hissə

Uzun bir tarix ərzində bir proses olaraq audit üç inkişaf mərhələsindən keçmişdir:

  • təsdiqedici audit (XIX əsrin sonu – XX əsrin 30-cu illəri);
  • sistem-yönümlü audit (XX əsrin 40-cı-80-ci illəri);
  • riskə əsaslanan audit (XX əsrin 90-cı illəri – XXI əsrin əvvəlləri).

Təsdiqedici audit. XIX əsrin sonu – XX əsrin əvvəllərinin auditi əhəmiyyətli dərəcədə mühasibat detallarının dəqiqliyinin yoxlanmasına həsr edilmişdir. Əksər hallarda, bütün yazılı sertifikatlar və bütün yekun hesab balansı araşdırılmışdır. Buna görə də, hesabatlığa daxil olmayan məqalələr auditorlar tərəfindən buraxılırdı və nəticədə auditor peşəsi ictimaiyyət tərəfindən həqiqətən peşəkarlıqdan daha çox dəftərxana işi kimi qəbul edilirdi.

Bu təsəvvür 1890-cı ildən 1917-ci ilə qədər banklar təsdiq edilmiş maliyyə hesabatlarının əsas istifadəçilərinə çevrilən dövrdə dəyişməyə başladı. Belə ki, bankirlər uçotun kargüzarlıq dəqiqliyindən daha çox balansın keyfiyyətindən yana narahat olduqlarına görə, auditin diqqəti getdikcə balansdakı aktivləri qiymətləndirməyə yönəldildi. Bu yeni istiqamət AICPA və FTC (Federal ticarət komissiyası) birgə nəşrinin 1917-ci ildə “Birləşdirilmiş mühasibat uçotu” adlı nəşri ilə nəticələndi ki, o da federal ehtiyatlar idarəsi tərəfindən bəyənildi. Nəşr daha sonra (1918-ci il) “mühasibat hesabatlarının hazırlanması üçün təsdiq edilmiş üsullar” adı ilə yenidən nəşr olunmuşdur. Bu sənəd mühasibat uçotu və audit standartlarının ictimai prinsiplərinin ilk formal bəyannaməsi olmuşdur. Sənəddə ümumi şəkildə audit proqramı təsvir edilmiş, müəyyən hesablardakı qalıqların yoxlanılması üzrə təlimatlar və auditor rəyinin standartlaşdırılmış forması verilmişdir.

1939-cu ildə AICPA auditordan maddi ehtiyatların müşahidəsi və debitor borcunun təsdiqini tələb edən auditor prosedurları (SAP N 1) haqqında Təlimat buraxdı. Auditor artıq yalnız təşkilat tərəfindən hazırlanan maliyyə hesabatlarının yoxlanılmasına görə məsuliyyət daşımırdı, onun məsuliyyəti təşkilatın fəaliyyətinin (biznesinin) auditinə qədər genişləndirilmişdi.

Beləliklə, bu mərhələdə auditin əsas üsulları müşahidə, hesablama və yenidən hesablama, yəni digər şəxslər tərəfindən əvvəllər görülmüş işlərin təkrar yerinə yetirilməsi idi. Nəticədə auditin təsdiqedici paradiqması yarandı. Auditin paradiqmasını təsdiq edən zaman auditorların əsas diqqəti maliyyə hesabatlarının əsasında dayanan mühasibat əməliyyatları və mühasibat uçotu metodları üzərində cəmləşirdi. Təsdiqedici audit sənədlərə əsasən uçot əməliyyatlarını və onların qruplaşdırılması tərəfindən maliyyə hesabatlarında düzgünlüyü təsdiq edən sənədlərin yoxlanılmasından ibarət idi. Bu işi kitabların auditi adlandırmaq olar. Auditordan ötrü təsdiqedici paradiqma çərçivəsində maliyyə hesabatlarının auditor yoxlamasından kənara çıxan korporativ idarəetmənin effektivliyinin artırılması üzrə təkliflər hazırlamaq və irəli sürmək də xas deyildi.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada mühasibat ixtisası üzrə təhsil verən ən yaxşı 10 universitet (2-ci hissə)

posted in: Xəbər | 0

Dünyada mühasibat ixtisası üzrə təhsil verən ən yaxşı 10 universitet

2-ci hissə

Məqalənin 1-ci hssəsini buradan oxuya bilərsiniz.

Axı, iyirmi birinci əsr – bu biznes dünyasıdır. Dünyanın hər bir peşəsində, biznes-identifikator iştirak edir. Əgər biz müəllim və ya həkim peşəsini götürsək, onlar sadəcə öz ailə dairələrini idarə etmək üçün xüsusi bir vəzifə yerinə yetirlər. Mühasibat uçotu biznes-tədqiqatlarla əlaqəlidir. Biznesdə maraqlı olan insanlar mühasibat uçotunu mövzu kimi seçməlidirlər. Mühasibat uçotu böyük sahəyə malikdir. Mühasibat uçotu dərəcəsi ölçmək, idarə etmək, təhlil etmək və biznes dilində ünsiyyət qurmağı nəzərdə tutur. İnvestorlar, borclular və kreditorlar və s. kimi məşhur iş termini haqqında bir məlumat əldə etmək lazımdır. Mühasibat uçotunu “bir müəssisə, təşkilat və ya şəxs haqqında maliyyə məlumatlarının qeydə alınması, təsnif edilməsi, ümumiləşdirilməsi və yozulması prosesi” kimi müəyyən edirik. Əsas mühasibat uçotuna, mühasibat uçotu üzrə bakalavr dərəcəsi (BACY, BACC və ya BACCY) daxildir. Mühasibat uçotu fənni üzrə bakalavr dərəcəsi almaq istəyən tələbələr riyaziyyat üzrə güclü hazırlıqlara malik olmalıdırlar. Budur, mühasibat uçotu üzrə dünyanın ən yaxşı universitetlərinin bəzilərinin siyahısını sizə təqdim edirik.

6) Çikaqo universiteti:

Çikaqo universiteti də mütləq şəkildə dünyanın ən yaxşı universitetləri sırasında yer alıb. Məktəb 1890-cı ildə Amerikanın baptist təhsil cəmiyyəti və neft maqnatı Con.D. Rokfller tərəfindən təsis olunub. Təşkilat mühasbatlıq və biznes-təhsili üçün ən yaxşılardan biri hesab olunur. Universitet müxtəlif ölkələrdən olan tələbələr və aspirantlar üçün rəngarəng proqramlar təklif edir. Təşkilat öz tələbələrinə keyfiyyətli təhsil verir.

7) Pensilvaniya universiteti:

Pensilvaniya universiteti dünyada mühasibat uçotu üzrə ən yaxşı məktəb hesab olunur. Universitet tələbələrə müxtəlif proqramlar, o cümlədən Ph.D., EDD, MS.Ed, MS, M Phil. təqim edir. Təhsil ocağı özünə tələbələri dünyanı müxtəlif guşələrindən toplayır. Məktəbin əsas devizi – təhsil vasitəsilə tələbələrə xidmət etməkdir.

8) Kembric universiteti:

Bu olduqca məşhur və dünyaca populyar olan bir universitetdir. Kembric universitetinin zəngin tarixi var. Universitetin binası bir çox tələbələri özünə cəlb edir. Kembric dünyanın ən qədim universitetlərindən biridir və Böyük Britaniyanın  ən nəhəng təhsil ocağı hesab olunur. Sözügedən universitet görkəmli nailiyyətləri bütün dünyada məşhurluq qazanıb.

9) London biznes məktəbi:

London biznes məktəbi ən məşhur və dünyaca populyar olan biznes-məktəblərindən biridir. Təşkilat tələbələrinə öz bizneslərini qurmağı və ya nəhəng təşkilatlarda və şirətlərdə işləmək imkanı qazandırır. London biznes məktəbi dünyanın ən yaxşı məktəbləri sırasındadır. Məktəb məzunlar və tələbələr üçün rəngarən proqramlar təqdim edir.

10) Mançester universiteti:

Mançester universiteti akademik nailiyyətləri ilə görkəmli bir tarixə malikdir. Təşkilat tələbələrini ən yaxşı təhsil şərtləri ilə təmin edir. Onun demək olar ki, 180 yşı var və universitet tələbələrinə məzunlara çoxsaylı proqramlar təqdim edir. Dünyanın müxtəlif yerlərindən tələbələr keyfiyyətli təhsil almaq üçün məhz. Mançester universittinə üz tuturlar.


Teleqram qrupumuza üzv olun



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Pandemiyadan zərərçəkmiş 148,2 mindən çox vergi ödəyicisinə 162,6 milyon manat ödənilib

posted in: Xəbər | 0

zərərçəkmiş vergi ödəyiciləriAzərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, sentyabrın 28-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 29 min 268 vergi ödəyicisi (275 min 765 işçi) və maliyyə dəstəyi almaq üçün 119 min 24 fərdi (mikro) sahibkar olmaqla ümumilikdə 148 min 292 vergi ödəyicisi müraciət edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 216 min 571 işçini əhatə edən 25 min 31 vergi ödəyicisinin müraciəti araşdırılaraq təsdiqlənib, digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 99,77 milyon manat, ödənilmiş vəsait 98,89 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə 49,13 milyon manat olub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 111 min 986 vergi ödəyicisinin müraciəti araşdırılaraq təsdiqlənib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 63,8 milyon manat olub, 63,7 milyon manat vəsait 107 min 256 fərdi (mikro) sahibkara ödənilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmlakın icbari sığortası

posted in: Xəbər | 0

Əmlakın icbari sığortasıƏmlakın icbari sığortası ilə bağlı ortaya çıxan sualları hüquqşünas Şəhriyar Həbilov aydınlaşdırır.

“İcbari sığortalar haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən, təyinatı bu Qanunun 42.3-cü maddəsi ilə müəyyən edilmiş hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Qanunun 42.3-cü maddəsində isə göstərilib ki, bu fəslin məqsədləri üçün istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.

Qanunun 43.2-ci maddəsinə görə, aşağıdakı şəxslər sahibi olduğu, bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlakın istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir:

– hüquqi şəxslər;

– hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Bu sığorta növü üzrə həm sağlamlığa, həm də əmlaka dəyən zərərə görə kompensasiya – sığorta ödənişi verilməsi nəzərdə tutulur. Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hadisələr baş verərsə və üçüncü şəxslərə zərər dəyərsə, sığorta şirkəti ödəniş verməlidir:

  • elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
  • qaz partlayışı;
  • elektrik naqillərində baş verən qısaqapanma;
  • su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

Bu icbari sığorta növü sahibliyində daşınmaz əmlak olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin mülki məsuliyyətini sığortalayır: “İstismarı, o cümlədən ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması ilə bağlı sahibinin mülki məsuliyyəti sığortalanmış əmlakı qanuni əsaslarla istifadə edən və ya onun ərazisində belə əsaslarla fəaliyyət göstərən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış şəxs hesab edilir. Göstərilən hadisələr nəticəsində bir fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5.000 manat, ümumilikdə sağlamlıqla bağlı 50.000 manat, əmlaka dəyən zərərə görə də 50.000 manat həcmində sığorta məbləği (sığortaçının maksimal öhdəliyi) müəyyən edilib.

Əmlakın icbari sığortası iri ticarət mərkəzlərinin (mall, bazar və digər) ərazisində baş verəcək hadisələrdən üçüncü şəxslərin (əmlakını sığortalayan və ya fiziki şəxsdirsə, ailə üzvləri istisna olmaqla, digər şəxslər) zərərini kompensasiya etmək məqsədi daşıyır.

Əmlakın icbari sığortasını həyata keçirməməyə görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun