Əmlakın icbari sığortası

posted in: Xəbər | 0

Əmlakın icbari sığortasıƏmlakın icbari sığortası ilə bağlı ortaya çıxan sualları hüquqşünas Şəhriyar Həbilov aydınlaşdırır.

“İcbari sığortalar haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən, təyinatı bu Qanunun 42.3-cü maddəsi ilə müəyyən edilmiş hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Qanunun 42.3-cü maddəsində isə göstərilib ki, bu fəslin məqsədləri üçün istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.

Qanunun 43.2-ci maddəsinə görə, aşağıdakı şəxslər sahibi olduğu, bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlakın istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir:

– hüquqi şəxslər;

– hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Bu sığorta növü üzrə həm sağlamlığa, həm də əmlaka dəyən zərərə görə kompensasiya – sığorta ödənişi verilməsi nəzərdə tutulur. Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hadisələr baş verərsə və üçüncü şəxslərə zərər dəyərsə, sığorta şirkəti ödəniş verməlidir:

  • elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
  • qaz partlayışı;
  • elektrik naqillərində baş verən qısaqapanma;
  • su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

Bu icbari sığorta növü sahibliyində daşınmaz əmlak olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin mülki məsuliyyətini sığortalayır: “İstismarı, o cümlədən ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması ilə bağlı sahibinin mülki məsuliyyəti sığortalanmış əmlakı qanuni əsaslarla istifadə edən və ya onun ərazisində belə əsaslarla fəaliyyət göstərən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış şəxs hesab edilir. Göstərilən hadisələr nəticəsində bir fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5.000 manat, ümumilikdə sağlamlıqla bağlı 50.000 manat, əmlaka dəyən zərərə görə də 50.000 manat həcmində sığorta məbləği (sığortaçının maksimal öhdəliyi) müəyyən edilib.

Əmlakın icbari sığortası iri ticarət mərkəzlərinin (mall, bazar və digər) ərazisində baş verəcək hadisələrdən üçüncü şəxslərin (əmlakını sığortalayan və ya fiziki şəxsdirsə, ailə üzvləri istisna olmaqla, digər şəxslər) zərərini kompensasiya etmək məqsədi daşıyır.

Əmlakın icbari sığortasını həyata keçirməməyə görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada mühasibat ixtisası üzrə təhsil verən ən yaxşı 10 universitet (1-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat ixtisasıDünyada mühasibat ixtisası üzrə təhsil verən ən yaxşı 10 universitet

1-ci hissə

Axı, iyirmi birinci əsr – bu biznes dünyasıdır. Dünyanın hər bir peşəsində, biznes-identifikator iştirak edir. Əgər biz müəllim və ya həkim peşəsini götürsək, onlar sadəcə öz ailə dairələrini idarə etmək üçün xüsusi bir vəzifə yerinə yetirirlər. Mühasibat uçotu biznes-tədqiqatlarla əlaqəlidir. Biznesdə maraqlı olan insanlar mühasibat uçotunu mövzu kimi seçməlidirlər. Mühasibat uçotu böyük sahəyə malikdir. Mühasibat uçotu dərəcəsi ölçmək, idarə etmək, təhlil etmək və biznes dilində ünsiyyət qurmağı nəzərdə tutur. İnvestorlar, borclular və kreditorlar və s. kimi məşhur iş termini haqqında bir məlumat əldə etmək lazımdır. Mühasibat uçotunu “bir müəssisə, təşkilat və ya şəxs haqqında maliyyə məlumatlarının qeydə alınması, təsnif edilməsi, ümumiləşdirilməsi və yozulması prosesi” kimi müəyyən edirik. Əsas mühasibat uçotuna, mühasibat uçotu üzrə bakalavr dərəcəsi (BACY, BACC və ya BACCY) daxildir. Mühasibat uçotu fənni üzrə bakalavr dərəcəsi almaq istəyən tələbələr riyaziyyat üzrə güclü hazırlıqlara malik olmalıdırlar. Budur, mühasibat uçotu üzrə dünyanın ən yaxşı universitetlərinin bəzilərinin siyahısını sizə təqdim edirik.

1)Harvard universiteti:

Harvard universiteti – mühasibat uçotu və maliyyə üzrə dünyanın ən yaxşı universitetlərindən biridir. Universitet 1636-cı ildə yaradılıb. Əvvəllər məktəb olan bu universitetdə Con Harvard adlı şəxs olub. Harvard amerikanın ən qədim universitetlərindən biridir. O, müstəqillik elan olunmamışdan 140 il əvvəl yaradılıb. Hər il universitetə demək olar ki, 13000 tələbə qəbul olunur. Universitetdə 14 000 nəfərə kimi adam çalışır. Bu olduqca böyük miqyaslı bir təşkilatdır.

2)Massaçusets texnoloji institutu:

Bu universitet də dünyanın ən yaxşı universitetləri sırasına daxildir. Məktəb tələbələrin elm və texnika sahəsində təhsil almarı üçün yaradılıb. 21-ci əsr texnologiyalar əsridir. Təşkilat tələbələrə ən yaxşı və keyfiyyətli təhsil verir. Dünyanın müxtəlif guşələrindən tələbələr yaxşı təhsil almaq üçün Massaçusets universitetinə gəlirlər.

3) Stenford universiteti:

Stenford, sözsüz ki, dünyanın ən yaxşı universitetidir. Bu universitet peşəkar məktəblərdən hər il 65 fakultəyə demək olar ki, 8 000 tələbə qəbul edir. Stenford məzunlar və tələbələr üçün çoxlu imkanlar təqdim edir. Müəssisə aparıcı elmi-pedaqoji institutlardan biri sayılır. Stenford bütün irqlərdən olan ən görkəmli kişi və qadınları qeyd edir. Stenfordda təhsil alan tələbələrin dörddə üçü Birləşmiş Ştatlardan deyil.

4) Oksford universiteti:

Oksford universiteti də dünyanın ən yaxşı universitetlərinin siyahısındadır. Oksford universiteti ingilisdilli dünyanın ən qədim təhsil ocaqlarından biridir. Bu universitetin əsası 12-ci əsrdə qoyulub. Universitet hər il demək olar ki, 18 000 tələbə qəbul edir. Universitetin mühasibatlıq fakultəsi ən yaxşı fakultələrdən biri hesab olunur. Oksford universitetində 180 millətin nümayəndələri təhsil alır. Bu isə həmin universitetin populyarlığından xəbər verir.

5) London iqtisadiyyat və politologiya universiteti:

London iqtisadiyyat və politologiya universiteti də ən qədim və ən yaxşı elmi məktəblərdən biri hesab olunur. Universitet dünyanın hər yerindən məzunlar və tələbələr üçün sosial elmlər, iqtisadiyyat, siyasət və hüquq, sosiologiya, antropologiya, mühasibat və maliyyə kimi bir çox proqramlar təklif edir. O, 1895-ci ildə təsis edilib. Bu universite də mühasibat uçotu və biznes subyektləri üçün ən yaxşı universitetlərdən biridir.


Dünyada mühasibat ixtisası üzrə təhsil verən ən yaxşı 10 universitet (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət etdi

posted in: Xəbər | 0

DMXDövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib.

“Report” xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2020-ci il tarixli, 359 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

Əcnəbilərin nəzərinə çatdırırıq ki, Dövlət Miqrasiya Xidməti-nin göstərdiyi bütün xidmətlərlə bağlı müraciətlərin qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda regional miqrasiya idarələrində (Xaçmaz, Yevlax, Ağsu, Lənkəran, Şirvan regional miqrasiya idarələrində), həmçinin www.migration.gov.az saytı üzərindən elektron qaydada həyata keçirilir.

Müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (3 və 4, 10 və 11, 17 və 18, 24, 25 və 31 oktyabr və 1 noyabr 2020-ci il tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

Əlavə məlumat üçün Xidmətin (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sənədlərdə dəyişiklik edildikdə…

posted in: Xəbər | 0

dəyişiklikBu zaman hansı addımları atmaq lazım olduğunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.

Həmin Qanunun 9.2-ci maddəsində isə göstərilib ki, dəyişikliyin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında” ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı aşağıdakı sənədlər təqdim olunur:

– Ərizə;

– Təsisçinin (təsisçilərin) qərarı;

– Nizamnaməyə dəyişiklik;

– Təsisçi dəyişikliyi zamanı yeni təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd;

– Hüquqi ünvan dəyişikliyi zamanı yeni hüquqi ünvanı təsdiq edən sənəd;

– Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd.

Dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması zamanı aşağıdakı sənədlər təqdim olunur:

– Ərizə;

– Təsisçinin (təsisçilərin) qərarı;

– İdarəetmə orqanlarının tərkibində (rəhbəri, idarə heyətinin və müşahidə şurasının üzvlərində) dəyişiklik olunduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd;

– Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd.

Dəyişiklik barədə 40 iş günü müddətində qeydiyyat orqanına müraciət olunmaması İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Kommersiya və publik hüquqi şəxslərin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı qeyd olunan sənədlərlə yanaşı, həmin hüquqi şəxslərin möhürü və şəhadətnaməsi qeydiyyat orqanına təhvil verilməlidir.

Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayış təqdim edilməlidir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun