Muzdla çalışan işçilәrin әmәk haqqı artıb

posted in: Xəbər | 0

əmək haqqıBu ilin yanvar-iyul aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәk haqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 21,7 faiz artaraq 715,4 manat tәşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmәk haqqı neft-qaz sektorunda 3509,6 manat, qeyri-neft-qaz sektorunda 654,8 manat olub. Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 628 manat, özәl müәssisәlәrdә isә 827,5 manat təşkil edib. Mәdәnçıxarma sәnayesindә, maliyyә vә sığorta fәaliyyәti, peşә, elmi vә texniki fәaliyyәt, informasiya vә rabitә, elәcә dә nәqliyyat vә anbar tәsәrrüfatı sahәlәrindә orta aylıq nominal әmәkhaqqı ölkә üzrә orta göstәricidәn yüksәk olub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xarici valyutanın manatla hesablanması

posted in: Xəbər | 0

xarici valyutaXarici valyutanın manatla hesablanması


Vergi Məcəlləsinin 69.1-ci maddəsinə görə xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Mərkəzi Bankın rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır. İlk baxışda sadə görünən bu məsələdə maraq doğuran məqamlar var. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Məsələn, tutaq ki, qeyri-rezident şəxs 30 iyun 2020-ci il tarixində “A” MMC-yə 5.000 avro dəyərində maliyyə xidmətləri göstərib. Lakin rezident müəssisə göstərilən xidmətlərə görə qeyri-rezidentə ödənişi 25 iyul 2020-ci il tarixində etmişdir. Vergi Məcəlləsinin 13.2.16.15-ci maddəsinə əsasən, qeyri-rezidentin əldə etdiyi bu gəlir Azərbaycan mənbəyindən əldə edilən gəlir hesab edilir və Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən. 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Vergi Məcəlləsinin 150.3.2-ci maddəsinə görə qeyri-rezidentlərə ödəmə verilərkən rezident şəxslər 10 faiz dərəcəsi ilə vergini tutub büdcəyə ödəməlidirlər. Xidmətin göstərildiyi tarixdə, yəni 30 iyun 2020-ci ildə 1 avronun məzənnəsi 1,9105 manat, qeyri-rezidentə ödəmənin edildiyi tarixdə (24 iyul 2020-ci il) isə 1,9716 manat olmuşdur.

Ödəmə mənbəyindən verginin mahiyyətinə görə əməkhaqqından və Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödənilən zaman tutulan ödəmə mənbəyində vergi istisna edilməklə digər hallarda ancaq gəliri əldə edən şəxsə ödəniş edilən zaman ödəmə mənbəyində vergi tutulur. Bizim misalda ödəmə mənbəyindən verginin tutulması məqsədləri üçün əməliyyat dedikdə qeyri-rezidentə edilən ödəmə nəzərdə tutulduğundan ödəmə mənbəyində vergi qeyri-rezidentə edilən ödənişin tarixindəki məzənnəyə əsasən hesablanır. Yəni rezident şəxsin 30 iyun 2020-ci il tarixində 9552.50 manat (5000.00 avro x 1,9105) dəyərində maliyyə xidməti aldığına baxmayaraq, ödəmə mənbəyində vergi qeyri-rezidentə edilən ödəmənin edildiyi tarixin məzənnəsinə uyğun olaraq 9.858 manatdan (5000 avro x 1,9716) hesablanaraq 985,80 manat (9858 manat x 10%) olacaqdır.

Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir.
Məsələn, tutaq ki, vergi ödəyicisi 1 oktyabr 2019-cu ildə 100.000 avro dəyərində mal idxal etmişdir. Həmin tarixdə 1 avro Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə 1,8515 manata bərabər olmuşdur. İlin sonuna kimi müəssisə alınmış mallara görə qeyri-rezidentə 60.000 avro məbləğində ödəniş etmiş, 40.000 avro məbləğində kreditor borcu isə qalmışdır. 31 dekabr 2019-cu ildə 1 avronun rəsmi məzənnəsi 1,9035 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 69.2-ci maddəsinə görə vergi ödəyicisi kreditor borc üzrə məzənnə fərqini xərcinə daxil edir. Yəni bizim misalda müəssisə 2.080 manat məzənnə fərqini (40.000 avro x 1,9015-40.000 x 1.8515) gəlirdən çıxılan xərclərinə aid edir.

Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonuna Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Məsələn, tutaq ki, müəssisə 24 oktybr 2019-cu ildə 50.000 avro məbləğində xarici valyutanı manat hesabından avro hesabına konvertasiya etmişdir. Həmin məbləğ vergi ödəyicisi tərəfindən ilin sonuna kimi istifadə etməmiş və ilin sonunda həmin məbləğ valyuta hesabında olduğu kimi qalmışdır. 24 oktyabr 2019-cu il tarixində 1 avro Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə 1,8929 manat müəyyən edilmişdir. Vergi ödəyicisi 50.000 avro məbləğində xarici valyutanı 94.645 manat ödəməklə əldə etmişdir. 31 dekabr 2019-cu il tarixində 1 avronun rəsmi məzənnəsi 1,9035 manat müəyyən edilmişdir. Bu halda, vergi ödəyicisi öz balans hesabatında xarici valyutada olan pul vəsaitini 95.175 manat ekvivalentində əks etdirməli, 530 manat (50,000.00 avro x 1.9035-50.000 avro x 1,8929) məbləğində məzənnə fərqini öz gəlirlərinə daxil etməlidir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq

posted in: Xəbər | 0

pensiyaPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Dünya təcrübəsində pensiya islahatları başlıca olaraq sərt sığorta prinsiplərinin güclənməsinə yönəlsə də, Azərbaycanda bu islahatlar ilk növbədə pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bunun göstəricisi kimi, ötən il və bu ilin əvvəlində pensiyalarda əhəmiyyətli artımlar edilib, 2019-cu ilin əvvəlindən fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınanlara 25 il sosial sığorta stajı hədiyyə edildi. Yalnız son bir ilin pensiya artımları pensiyaçılarımıza illik əlavə olaraq 1 milyard manatdan artıq vəsait ödənilməsini nəzərdə tutur. Təkcə bu ilin 8 ayında pensiya təminatı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 576,5 milyon manat (24 faiz) çox olmaqla 3 milyard manata yaxın vəsait yönəldilib. Eləcə də son bir ildə pensiyalarda 30 faizədək artım qeydə alınmaqla orta aylıq pensiya 300 manata, yaşa görə pensiyanın orta aylıq məbləği 25,2 faiz çoxalaraq 330 manata yaxın olub.

Habelə 2020-ci ilin əvvəlindən pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət almaq hüququ verilib və artıq 20 mindən çox şəxs bu hüquqdan yararlanıb. Eyni zamanda, ailə başçısını itirmiş ailələr üçün 2020-ci ilin əvvəlindən iki təminat növündən – ailə başçısını itirməyə görə pensiya və ya ailə başçısını itirməyə görə müavinətdən daha yüksək məbləğdə olanını seçmək, sağlamlıq imkanları məhdud uşaqlara sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ailə başçısını itirməyə görə müavinəti və pensiyanı da almaq hüququ verilib.

Hazırda pensiya qanunvericiliyində nəzərdə tutulan köklü dəyişikliklər də vətəndaşların sosial təminat sahəsində hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların daha üstün məbləğdə ödənişlər almalarına şərait yaradılmasına xidmət edir. Məsələn, hazırda aparılan islahatlar:

  • pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən, yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsi;
  • ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi;
  • ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvünün özünün pensiya və ya müavinət hüququ yarandıqda, həmin vaxta qədər aldığı, yəni ailə başçısını itirməyə görə onun payına düşən pensiya məbləğinin digər ailə üzvləri arasında bölüşdürülməsi;
  • Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığının artırılması;
  • Pensiyanın yenidən hesablanmasında pensiyaçıların mənafeyinə uyğun mexanizmin tətbiqi;
  • Pensiya təyinatları sahəsində proaktiv xidmətlərin genişləndirilməsi və pensiyanın yenidən hesablanmasının avtomatlaşdırılması və s. kimi istiqamətləri əhatə edir.

Onu da qeyd edək ki, hazırkı islahatlarla bağlı pensiya qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin layihəsində xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) pensiyaları ilə bağlı hər hansı təklif mövcud deyil.

Xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin pensiya təminatı ilə bağlı hər hansı təşəbbüs və təkliflər olduqda, həmin şəxslərin mənafeyinə, davamlı pensiya artımına xidmət edəcək. Bu məsələlərlə bağlı təkliflər olarsa açıqlanaraq ictimai müzakirə şəraitində baxılacaq.

Hazırda aparılan islahatların məqsədi – pensiya artımına, hər bir şəxsin layiqli pensiya təminatına yönəlib ki, bu da dövlətin sosial siyasətində əsas prioritetlərdən birini təşkil edir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda uçot dərəcəsini azaltmaq işə yarayırmı?

posted in: Xəbər | 0

MühasiblərSentyabrın 18-də, bu il artıq altıncı dəfə, Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti iclasında uçot dərəcəsini nəzərdən keçirməlidir. Yanvar ayının əvvəlində başlanğıc olaraq 7,5%-dən start götürülmüşdü, sonra AMB dərəcəni üç dəfə 0,25 faiz bəndi endirdi və iki dəfə də dəyişməz saxladı. Nəticədə bu gün bu göstərici 6,75% səviyyəsində saxlanılır. Eyni zamanda faiz dəhlizinin aşağı həddi isə 6,5%-dən 6,25%-ə, yuxarı həddi isə 7,5%-dən 7,25%-ə endirilib.

Mütəxəssislərin fikrincə, bu dəfə ən çox ehtimal olunan ssenari 0,25 faiz bəndi səviyyəsində növbəti azalma və uçot dərəcəsinin 6,5% səviyyəsində müəyyənləşdirilməsidir. İş ondadır ki, bu qərara təsir edən əsas amil inflyasiyadır və statistikaya görə, Azərbaycanda ilin ilk 8 ayı üzrə o, 2,9% səviyyəsində qalır, hətta avqust ayında iyul ayı ilə müqayisədə 0,2%-lik deflyasiya da müşahidə olunub. Bunun hökumətin 2020-ci ilə olan proqnozu (3,1%) ilə kifayət qədər uyğun olduğunu nəzərə alsaq, mütəxəssislərin fikirləri olduqca məntiqlidir.

Digər məsələ, ekspertlərin qeyd etdiyi kimi, bu gün Azərbaycanda real inflyasiyanın rəsmi statistikanın açıqladığı rəqəmlərindən xeyli dərəcədə fərqlənməsidir. İqtisadiyyatçı-ekspert Natiq Cəfərlinin fikrincə, bu il bəzi mövsümi qida məhsullarının qiyməti keçən ilin yayı ilə müqayisədə yüksəkdir: “Bu, bir çox qeyri-ərzaq məhsulları qrupunda da müşahidə olunur. Yəni inflyasiyanın hesablanması metodologiyasına mütləq yenidən baxılması zəruridir”.

Bir sıra iqtisadçıların fikrincə, inflyasiyanın real artım tempi Dövlət Statistika Komitəsinin açıqladığı göstəricini təxminən dəfə üstələyir.

İstənilən halda ölkədə uçot dərəcəsi nə qədər azalsa da, bu, birbaşa bank kreditləri üzrə dərəcələrə hissolunacaq təsir göstərmir, baxmayaraq ki, nəzəri olaraq məhz o, borc bazarında həlledici rol oynamalıdır. Axı bu, ölkələrin mərkəzi banklarının kommersiya banklarına kredit vermək üçün faiz dərəcəsidir. Təbii ki, kommersiya bankları da bu kreditləri öz qazanclarını nəzərə almaqla daha yüksək faizlə müştərilərilərə verir.

Əslində, uçot dərəcəsi iqtisadiyyatın mövcud vəziyyətinin səbəbi yox, nəticəsidir, çünki onun faiz dərəcəsinin dəyişməklə, deyək ki, inflyasiya proseslərini dayandırmaq olar. İstehlak qiymətlərinin bahalaşması halında Mərkəzi Bank yenidən maliyyələşdirmə dərəcəsini artırır, kommersiya banklarından alınan kreditlər bahalaşır, onlara tələbat, eləcə də əhalinin alıcılıq qabiliyyəti azalır. Müvafiq olaraq, istehlakçı aktivliyi azalır və bu da malların qiymətlərini aşağı salır. Bu göstəricinin azalması halında, təbii ki, əks proses baş verir.

Yəni əslində uçot dərəcəsi iqtisadiyyatda sabitliyin qorunmasına təsir göstərən mühüm makroiqtisadi alətdir.

Buna görə iqtisadiyyatı inkişaf etmiş ölkələrdə onun səviyyəsi, bir qayda olaraq, 1%-i keçmir. Məsələn, pandemiya şəraitində ABŞ Federal Ehtiyat Sistemi onu 0-0,25% səviyyəsində saxlayır. Bu yaxınlarda Avropa Mərkəzi Bankı (ECB) da iqtisadiyyatda kreditləşmə xərclərini sıfır səviyyəsində müəyyən edən əsas yenidən maliyyələşdirmə dərəcəsini dəyişməz saxlayıb.Uçot dərəcəsini azaltmaq

Azərbaycanın bank bazarında obyektiv vəziyyət isə belədir ki, AMB-nin faiz dərəcəsi ilə kommersiya banklarının dərəcələri arasında birbaşa əlaqə yoxdur, çünki sonuncular əsasən Mərkəzi Bankın resurslarından istifadə etmir. Kommersiya bankları tərəfindən AMB-dən cəlb etdiyi resursların xüsusi çəkisi çox azdır: əgər bu ilin 7 ayının yekunu üzrə bankların kredit portfelinin 14,2 milyard manat olduğu təxmin edilirsə, Mərkəzi Bankın payı güclə banklar tərəfindən verilmiş 8,6 milyard manat məbləğində olan biznes kreditlərinin 5%-nə çatır. AMB sədri Elman Rüstəmovun daha əvvəl haqlı olaraq qeyd etdiyi kimi, heç bir mərkəzi bank bu qədər resursla bazara təsir göstərə bilməz, AMB-nin təsiri bankların bir-birinə uçot dərəcəsini dəyişdirərək ötürdüyü pulun dəyərinə təsirdən ibarətdir.

Kredit qiymətinə həmçinin bankın kreditlər üzrə marjası təsir edir və bunu təxmini hesablamağın yollarından biri kredit dərəcəsindən depozit dərəcəsinin çıxılmasıdır. 1 iyul 2020-ci il tarixinə milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 8,59%, xarici valyutada olan əmanətlər üzrə isə 1,6% təşkil edib. Eyni zamanda, milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 13,67%, xarici valyutada isə 5,61% təşkil edib. Yəni bankların faktiki marjası 4-5% civarında dəyişib.

Bu məsələdə banklar güzəşt etmək istəmirlər, çünki kredit faizlərindən əldə olunan mənfəət banklar üçün vacib gəlir mənbəyidir. Əksinə, bu gün tez-tez tam fərqli mənzərəyə şahidlik edə bilərik: banklar “qısa müddətdə” gəlir əldə etmək üçün yüksək marja ilə kreditləşmə aparırlar. Düzdür, belə addımları bazarda nisbətən zəif mövqeyi olan banklar atırlar, amma onlar da unudurlar ki, uzunmüddətli perspektivdə bu addım “qaş düzəldən yerdə, vurub gözü də çıxara bilər”, axı belədə problemli kreditlər yükü artacaq.

Maliyyə üzrə mütəxəssis VakansiyaKredit faizlərinin formalaşmasında əhəmiyyətli rol oynayan bankların likvidlik səviyyəsi də bu gün də kifayət qədər yüksək səviyyədədir – təxminən 8 milyard manat təşkil edir. Yəni banklar verilən hər bir kredit üçün rezerv yaratma qabiliyyətinə malikdirlər (tənzimləyicinin tələbi).

Kredit bazarında yüksək faiz dərəcələri üçün xüsusi səbəb olmadığı halda bankların bu faizləri azaltmaq istəmədikləri maraqlı mənzərə meydana çıxır. E.Rüstəmovun əvvəllər qeyd etdiyi kimi, bu, çox çətin bir məsələdir və bunun bir sıra səbəbləri var, o cümlədən də Azərbaycanda mütəşəkkil banklararası bazarın olmaması. “Bu, kreditlərin faiz dərəcələrini təsir etməyə imkan vermir, çünki pulun dəyərini müəyyənləşdirmək problemli olur”, – baş bankir demişdi. Ancaq o qeyd etmişdi ki, islahat proqramı həyata keçiriləcək və vəziyyət nəzarət altına alınacaq. Amma bütün bunlar karantindən əvvəl idi…

Bu gün ümumilikdə iqtisadiyyata, o cümlədən də ticarətə ciddi təsir edən pandemiya şəraitində kreditlərin sahibkarlar üçün daha əlyetərli və sərfəli olması üçün təcili tədbirlər görülməlidir. Axı onlar bu böhran şəbəkəsindən birtəhər qurtulmaq üçün məhz indi əlavə maliyyəyə çox ehtiyac duyurlar.

Nə etmək olar? Birincisi, AMB-nin uçot dərəcəsi ilə kredit bazarındakı faiz arasındakı birbaşa əlaqəyə baxmayaraq, uçot dərəcəsi bir növ indikator rolunu oynayır, bankların qulaq asması lazım olan müəyyən mesajlar verir. Bu baxımdan bir çox mütəxəssislər yenidən maliyyələşdirmə dərəcəsinin daha da aşağı salınmasını məqsədəuyğun hesab edirlər və mövcud şəraitdə Azərbaycan üçün bunun optimal səviyyəyəsinin 4-5% olduğunu düşünürlər.

Digər tərəfdən, uçot dərəcəsinin aşağı salınması hökumətin aşağı inflyasiya gözləntilərinə işarə edir ki, bu da öz növbəsində biznes üçün vacib siqnaldır. Nəticədə zəncirvari reaksiya üzrə bu, kredit resurslarına tələbin artmasına səbəb olur, təkliflərin sayı artır, rəqabət yaranır. Normal bazar şəraitində bütün bunlar kreditlərin dəyərinin azalması ilə yekunlaşmalıdır…

Hər bir halda yenidən maliyyələşdirmə dərəcəsi tənzimləyicinin özəl bankların qərarlarına təsir göstərə biləcəyi azsaylı alətlərdən biridir. Yadımdadır, bir neçə il əvvəl kredit faizlərini inzibati metodla təyin etmək təklif edilmişdi, lakin qısa müzakirələrdən sonra bu variant iqtisadiyyatın bazar prinsipləri əsasında idarə edilməsinə zidd olduğundan qəbul edilmədi. İndiki halda isə banklar da öz növbələrində bu çətin vaxtda biznesə güzəştə getməli və kredit üzrə marjanı azaltmalı, kredit almaq şərtlərini asanlaşdırmalı və s. addımlar atmalıdır. Bax bu, həqiqətən, “bazar tələblərinə” riayət etmək demək olardı.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun