KOBİA: Sahibkara ziyan vuran məmurlar maliyyə kompensasiyası ödəməlidir

posted in: Xəbər | 0

KOBİA: Sahibkara ziyan vuran məmurlar maliyyə kompensasiyası ödəməlidir

maliyyə kompensasiyası“Bu gün mikro sahibkar varsa, bunun mikro idxalı, mikro ixracı, mikro rüsumu, mikro hesabatlılığı olmalıdır. Bu gün biz mikro sahibkarların bir sıra məsələlər üzrə dövlət qarşısında öhdəliklərini ağır hesab edirik. Bunların bir çoxunun tamamilə ləğvinə və yaxud azalmasına gələcək dövrlərdə can atacağıq”.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”də bildirib.

O deyib ki, təəssüf hissilə qeyd etməliyəm ki, KOBİA öz resurslarının 70%-indən çoxunu maraqların qorunmasına sərf edir: “Yəni, bunlar sahibkarlara digər dövlət qurumları və müəssisələr tərəfindən göstərilən xidmətlərdən narazılıqla bağlı olan müraciətlərdir. Bu məsələ ciddi həllini tapmalıdır. Ən başlıcası burda beynəlxalq yanaşma tətbiq edilməlidir. Bu istiqamətdə görəcəyimiz işlər 24 saatlıq Apelyasiya Şuralarının yaradılmasıdır. Kommersiya Məhkəmələri yaradıldı. Lakin biz əldə etmək istədiyimiz nəticələrdən biri də budur ki, sahibkarın gündəlik kiçik bir narazılığı ilə bağlı hər hansı dövlət müəssisəsi və dövlət qurumu tərəfindən daha çox tələb edilən sənəd və prosedurla bağlı sahibkarın şikayəti 24 saat ərzində təmin edilsin və bu müddət ərzində Şura və məhkəmə qərar çıxarsın.

Biz bilirik ki, bu gün məmurun hərəkəti və yaxud hərəkətsizliyi ilk növbədə sahibkara mənəvi ziyanla yanaşı, maddi ziyan vurur. Bu cür maddi ziyanın cavabı elə maddi məsuliyyət olmalıdır. Daha çox tələb edilən sənəd, süründürməçilik, vaxt itkisi sahibkara cavab olaraq maliyyə kompensasiyası ilə əvəz edilməldir”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda 2 yeni audit şirkəti yaradılıb

posted in: Xəbər | 0

Azərbaycanda 2 yeni audit şirkəti yaradılıb

AuditYeni yaradılan şirkətlərin adı “TNG Audit and Consulting” Məhdud Məsuliyyətli Cəmiyyət və “Proqres Audit” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

“TNG Audit and Consulting” şirkətinin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Abdullayev Nicat Mirtahir oğludur.

“Proqres Audit” şirkətinin isə nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Məmmədov Kamal Əlisahib oğludur. Audit şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Nazim İsmayılov  ev.119 m.49 ünvanında fəaliyyət göstərəcək.

Mənbə: banker.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizlikdən sığorta haqqında Qanuna dəyişiklik edilib

posted in: Xəbər | 0

iqtisadi şura“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; 2018, № 12 (I kitab), maddə 2503; 2019, № 3, maddə 381, № 8, maddə 1382; 2020, № 5, maddə 521) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir.”.

2. 4.0.5-ci maddədən “sığorta stajından və” sözləri çıxarılsın.

3. 13-cü maddə üzrə:

3.1. 13.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:

13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən;

13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən;

13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən.”;

3.2. 13.2.1-ci maddəyə “işsizliyin” sözündən əvvəl “bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda” sözləri əlavə edilsin və həmin maddədən “, lakin ən azı 3 il” sözləri çıxarılsın;

3.3. 13.2.2-ci maddəyə “işsizliyin” sözündən əvvəl “bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda” sözləri əlavə olunsun və həmin maddədə “3” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin;

3.4. 13.2.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 13.2.3-cü maddə əlavə edilsin:

“13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində.”;

3.5. 13.5-ci maddədə “İlk dəfə” sözləri “Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ilk dəfə” sözləri ilə əvəz olunsun və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.”;

3.6. 13.6-cı maddəyə “6 ay” sözlərindən sonra “, bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay ” sözləri əlavə edilsin;

3.7. 13.8-ci maddəyə “12 ay” sözlərindən sonra “, bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 36 ay” sözləri əlavə edilsin.

4. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“14.1. Bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.”.

5. 17-ci maddə üzrə:

5.1. 17.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“17.1. Bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir.”;

5.2. 17.7-ci maddənin birinci və ikinci cümlələrinə ismin müvafiq hallarında “alan şəxs” sözlərindən sonra ismin müvafiq hallarında “, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxs” sözləri əlavə edilsin;

5.3. 17.8-ci maddəyə “alan şəxslərin” sözlərindən sonra “, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərin” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2020-ci il.

Mənbə: president.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fərdi sahibkarların sosial sığorta ödənişləri

posted in: Xəbər | 0

sosial sığortaMövcud qanunvericiliyə əsasən, ölkəmizdə fərdi sahibkarların sosial sığorta ödənişlərinin məbləği həm sektorlar, həm də ərazilər üzrə dəyişir və bu səbəbdən müəyyən suallar yaranır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
  • sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının;
  • Bakı şəhərində 100 faizi;
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
  • digər şəhərlərdə 80 faizi;
  • rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
  • kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Misal 1: Bakı şəhərində ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı (250 manat) məbləğinin hər ay üçün 25 faizinin 100 faizi miqdarında, yəni 62,5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

250 x 25% = 62,5 manat
62,5 x 100% = 62,5 manat.

Misal 2: Gəncə şəhərində əhaliyə məişət xidməti ilə məşğul olan şəxs ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 15 faizinin 90 faizi miqdarında, yəni 33,75 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

(250 x 15%) x 90 % = 33,75 manat.

Misal 3: Naxçıvan şəhərində tikinti sahəsində çalışan fərdi sahibkar göstərdiyi sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 25 faizinin 80 faizi miqdarında, yəni 50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

( 250 x 25%) x 80% = 50 manat.

Misal 4: Qıvraq qəsəbəsində ərzaq məhsullarının satışı ilə məşğul olan fərdi sahibkar göstərdiyi sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 25 faizinin 60 faizi miqdarında, yəni 37,5 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

( 250 x 25%) x 60% = 37,5 manat.

Misal 5: Naxçıvan şəhərində əhaliyə məişət xidməti göstərən fərdi sahibkar öz fəaliyyəti üçün sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 15 faizinin 80 faizi miqdarında, yəni 30 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

(250 x 15%) x 80% = 30 manat.

Misal 6: Alatala kəndində əhaliyə restoran xidməti göstərən şəxs sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 15 faizinin 50 faizi miqdarında, yəni 18,75 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

(250 x 15%) x 50% = 18.75 manat.

Qeyd edək ki, əmək müqaviləsi ilə işçi qüvvəsindən istifadə edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qeyd olunan dərəcələrlə məcburi dövlət sosial sığorta haqqı ödəməklə yanaşı, işçiləri üçün əməyin ödənişi fondundan məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun