Parlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri qəbul etdi

posted in: Xəbər | 0

Dövlət rüsumuParlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri qəbul etdi.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qanunun hazırkı bəndi isə belədir:

“Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Qanunun qeyd hissəsində göstərilib ki, təklif olunan dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

Minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;

Həmin dövlət rüsumlarının minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;

Yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun (10 manat müəyyən edilməsi).

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniya Avropa iqtisadiyyatının böhrandan çıxmasına təkan verib

posted in: Xəbər | 0

Almaniya Avropa iqtisadiyyatının böhrandan çıxmasına təkan verib

Almaniya AvropaAvrozonada sənaye istehsalının artım templəri son 26 ayda – yəni, iki ildən çoxdur ki, maksimum həddə çatıb. IHS Markit şirkətinin məlumatlarından çıxış edərək söyləmək olar ki, Avropa iqtisadiyyatının göstəriciləri Almaniyanın uğurları sayəsində maliyyə böhranı çökəkliyindən təkanla qalxmağa nail olub.

2020-ci ilin sentyabr ayında avro bölgəsində  Purchasing Managers Index (PMI) indeksi 53,7 bala yüksəlib. Avqust ayında isə bu 51,7 bal səviyyəsində idi. IHS hesabatında deyilir ki, regionda sənaye istehsalının artımı AFR-də iqtisadi vəziyyətin yaxşılaşmasını təşviq edir. “Sentyabrda avrozonanın emal sənayesinin artımının təxminən yarısı Almaniyanın payına düşür ki, onun köməyi olmadan bu rəqəmlər daha təvazökar olardı”, – deyə hesabatda bildirilir.

Sentyabr ayında AFR-də PMI 56,4 nöqtəsinə çatdı. Göstərici 56,6 bəndində proqnozdan aşağı idi, lakin avqust ayında 52,2 səviyyəsindən yuxarı olub. 50 səviyyəsindən yuxarı olan PMI indeksinin dəyəri biznes fəaliyyətinin artması deməkdir, bu işarənin altındakı dəyər onun azalmasından xəbər verir.

Sentyabrın əvvəlində bildirilmişdi ki, Almaniyanın koronavirusun fəsadlarına qarşı mübarizə sahəsində səyləri bəhrəsini verməyə başlamışdır. Avropanın əsas iqtisadiyyatında 2020-ci ilin yekunları üzrə istehsal 5,8 faiz azalacaq, halbuki aprel ayında pandemiyanın qızğın vaxtında bu istehsalın 6,3 faiz aşağı düşəcəyi gözlənilirdi. İqtisadiyyat Nazirliyində V-obrazlı iqtisadiyyatın bərpasını gözləyirlər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOBİA Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlara müraciət edib

posted in: Xəbər | 0

KOBİAKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Ermənistanın sonuncu hərbi təxribatından ziyan çəkmiş sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, məlum olduğu kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti hərbi təxribat nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına, eləcə də sahibkarlıq subyektlərinə ziyan dəyib. Sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyən olunması istiqamətində tədbirlər görülür və müvafiq məlumatlar toplanır. Sahibkarlıq subyektlərindən Ermənistanın son hərbi təxribatı nəticəsində fəaliyyətlərinə dəymiş ziyan barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə məlumat vermələri xahiş olunur.

Əlaqə telefonu: (012) 404 04 01 (daxili 187), (055) 200 02 96 (Rauf Tağıyev), e-mail: rauf.taghiyev@smb.gov.az.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

6 Oktyabr – Qazaxıstanlı mühasiblərin peşə bayramıdır

posted in: Xəbər | 0

Mühasibat peşəQazaxıstanda müxtəlif peşə sahibləri ilin müəyyən günlərində öz bayramlarını qeyd edirlər. Belə bayramlardan biri də mühasiblər günüdür. Mühasibatlıq ən mürəkkəb və məsuliyyətli peşə sahələrindən biri hesab olunur. O səbəbdən bu sahədə çalışan insanların öz bayramlarını qeyd etmələri başa düşüləndir.

Qazaxıstanda mühasib peşəsinə həsr olunmuş bayram oktyabrın 6-na təsadüf edir. Bayramın qeyd olunması üçün məhz, həmin günün seçilməsi ilə bağlı təfərrüatlı bir bilgi yoxdur.

Mühasibatlıq işçilərinin peşə bayramı adətən kollektivlərdə qeyd olunur. Kütləvi tədbirlər demək olar ki, keçirilmir.

Qazaxıstanda peşə bayramlarının əksəriyyəti qeyri-rəsmi qeyd olunur.Yəni, bu bayram dövlət səviyyəsində rəsmiləşdirilməyib.

O səbəbdən “Mühasib gününün” peşəkar bayramlar sırasında rəsmi status alması üçün imza toplanışına başlanılıb. Qeyd edək ki, həmin bayramın rəsmiləşdirilməsindən ötrü 10 000 imza toplanılmalıdır. Hazırda Qazaxıstanda bu səbəblə imza da toplanılır. Hər bir ölkə vətəndaşı onlayn-imza vasitəsilə bu bayramın rəsmiləşdirilməsinə öz töhfəsini verə bilər.

Qazaxıstandakı professional bayramın qanunvericilik aktlarında təsdiqlənməməsinə baxmayaraq, bu, tədbirin bütün nümayəndələr tərəfindən ürəkdən qeyd etməsinə mane ola bilməz.

Bütün mühasiblərə peşəkar səviyyədə uğurlar, çiçəklənmə və maliyyə rifahı arzulayırıq.


Teleqram qrupumuza üzv olun



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun