Niyə ABŞ-da taxta dollar buraxıblar? (2-ci hissə)

posted in: Xəbər | 0

taxta dollarNiyə ABŞ-da taxta dollar buraxıblar?

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Taxta dollar həqiqiliyi Amerika Birləşmiş Ştatları Ticarət palatasının nümayəndələrinin imzaları ilə təsdiq edilmişdi.  Güman edilirdi ki, bu pul nişanları müvəqqəti tədavüldə olacaq, bu müddət isə 1933-cü il yanvar ayının 1-də bitirdi, bundan sonra hökümət onları ABŞ-ın adi dollarlarına çevirəcəkdi. Yəqin ki, hökumət öz vədlərini yerinə yetirəcəkdi, amma nədənsə, pul əvəz edicələrini dəyişməyə heç kim tələsmirdi.

Bundan başqa, Tenino şəhərinin taxta dollarları ölkənin hər yerindən olan çoxsaylı kolleksiyaçılar üçün əsl ov obyektinə çevrilmişdi. Rəsmi məlumatlara görə, şəhərdə təxminən 10 000 dollar ümumi məbləğində pul nişanları buraxılıb, mübadilə üçün isə onların yalnız kiçik hissəsi təhvil verilib. Yerli sakinlər onları 1:1 nisbətində real dollarlarla əvəz etmək istəyində deyildilər, çünki onların kolleksiya qiyməti nominal dəyəri dəfələrlə üstələyirdi.

Maraqlıdır ki, Tenino nümunəsi “yoluxucu” olmuşdu, 1933-cü ildə elə həmin Vaşinqton ştatının Bleyn şəhərindəki regional bank bağlanmışdı. Orada da taxta pullar buraxmağa başlamışdılar, düzdür, əskinas formasında deyil, sikkə formasında. Təbii ki, onlar da kolleksiyaçıların diqqətindən kənarda qalmadı. Daha sonra ABŞ-ın bir neçə kiçik şəhərciyi də Tenino və Bleyn nümunəsinə əl atmışdılar.

Taxta pulların hazırlandığı mexaniki dəzgahlar indiyə kimi Teninoda mühafizə edilərək, saxlanılıb. Və onlar muzey eksponatı deyil, pulları buraxmaqda davam edirlər. Təbii ki, onlar artıq çoxdan rəsmi ödəniş vasitəsi deyillər, lakin kolleksiyaçılardan sifarişlər, hətta, yüz il sonra da daxil olmaqda davam edir.

Həmin dəzgahda işləyən Loren Akerman əmin edir ki, şəhər hakimiyyət orqanları Don Meycerin təşəbbüsünün belə uğur gətirəcəyini təxmin belə edə bilməzdilər. Beləliklə, bir zamanlar şəhərin maliyyə böhranından çıxmasına kömək edən Tenino taxta dollarları artıq keçmişdə qalmışdı, onlar hazırda suvenirlər halına gəlib. Hətta yerli xəzinəyə onlar müəyyən qədər qazanc da gətirməkdə davam edir.

Lakin, məlum olur ki, XXI əsrdə də taxta valyutanın rəsmi qaydada yer aldığı ölkələr var. Belə ölkələrdən biri Konqo Demokratik Respublikasıdır. 2005-ci ildə bu Afrika dövlətində ağcaqayın ağacından istehsal olunan beş franklıq sikkə dövriyyəyə buraxılıb. Belə sikkəyə malik olan insanın narahatçılığı üçün heç bir əsas yoxdur, çünki həmin pul sikkəsi bütün Konqo ərazisində qəbul edilir. Yeri gəlmişkən, həmin pulları yaxınlıqda yerləşən mağazaya aparmağa tələsməyin, bu cür nadir bir sikkə heç şübhəsiz ki, numizmatları maraqlandırır və onlar sevinclə həmin pullar üçün böyük məbləğlər təklif edəcəklər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2030-cu ilə kimi köhnələcək 15 peşə (1-ci hissə)

posted in: Xəbər | 0

peşə2030-cu ilə kimi köhnələcək 15 peşə

1-ci hissə

Texnologiyanın inkişafı ilə, bəzi peşələr köhnəlir və ya yox olur və onları aktual olanlar əvəz edirlər. Artıq telefonçu, katib-maşinist, buzqıran, fənərçi kimi peşələr yoxdur. Peşələr aləmini gələcəkdə nələr gözləyir? Biz yaxın 15-20 il ərzində tələb olunacaq sahələr və gələcəyin peşələri ilə bağlı almanax – “Yeni peşələrin atlası”na diqqət yetirmişik. Və atlasın tərtibçilərinin fikrincə, 2030-cu ilə qədər yoxa çıxacaq peşələr haqqında danışmağa hazırıq.

10-12 ildən sonra hansı peşələr köhnələcək?

Mühasib

İnformasiya texnologiyalarının bu cür inkişaf templəri ilə mühasibat uçotu ilə artıq yaxın gələcəkdə xüsusi proqramlar da məşğul ola bilər. Mühasib peşəsinin yaxın gələcəkdə tam şəkildə yoxa çıxması ehtimalı gözlənilmir, çox yəqin ki, insanlar daxil edilən məlumatların, əldə edilən hesabatların və s. düzgünlüyünə nəzarət etməyə başlayacaqlar.

Korrektor

Redaktor-proqramçılar artıq indidən mətnləri düzədilməsini sadələşdirirlər: səhvləri tapırlar, sinonimləri seçirlər, mətnlərin plagiat olub-olmadığını yoxlayırlar və s. Zamanla mətn üzərində işlər daha da asanlaşacaq. Misal üçün, 2017-ci ilin yanvar ayında çinli alimlər Syo Nan adlandırdıqları robotun prezentasiyanı həyata keçiriblər, hansı ki, o, yerli qəzetdə 300 heroqlifdən ibarət məqalə dərc edib. Materialı başa çatdırmaq üçün robota cəmi bir saniyə vaxt lazım gəlib.

Kitabxanaçı

Kataloqlar və baza məlumatları bizdən ötrü vərdiş etdiyimiz kitabxanaçıları əvəz edəcək. İstifadəçilərin lazımi məlumatları tapa bilmələri üçün onlar verilənlər bazası mövzusu ilə işləməkdən ötrü məsləhətçilərə çevrilə biləcəklər. Bəli, ənənəvi kitabxanalar öz yerlərini elektron kitabxanalara verəcəklər, amma, bütün hallarda çap nüsxələrini qoruyub saxlayan kitabxanalara da ehtiyac duyulacaq. Ola bilsin ki, orada da robotlar işləyəcək.

Jurnalist

Jurnalist peşəsi ənənəvi anlamda artıq köhnəlməkdədir. Gələcəyin jurnalisti – o, analitik düşüncəyə sahib, etibarlı məlumatları saxtadan ayıra bilən və peşə etikasına riayət edən inkişaf etmiş bir internet, sosial şəbəkə istifadəçisidir. Operativ şəkildə bir rolik (hətta bütöv bir film) çəkməyi, birbaşa efirə çıxmağı, parlaq, informasiya tutumlu şəkillər çəkməyi bacaran universal bir mütəxəssis olmaq lazım gələcək.

Turizm agenti

Bu peşədə olan insanı kataloqlar və istirahət üçün variantlar seçən rəngarəng xidmətlər tam şəkildə əvəz edə bilər. Sosial şəbəkələrdə insanların rəyləri isə istirahət təəssüratlarını mümkün qədər yaxşı çatdıra bilər və tətil etmək üçün hansısa seçim axtaranlara məsləhət verə bilər.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Niyə ABŞ-da taxta dollar buraxıblar? (1-ci hissə)

posted in: Xəbər | 0

taxta dollarNiyə ABŞ-da taxta dollar buraxıblar?

1-ci hissə

Hələ elə də uzaq keçmişdə deyil, ötən əsrin 90-cı illərinin əvvəlində keçmiş SSRİ-də və sonra müstəqil olmuş Rusiyada “taxta rubl” ifadəsi geniş yayılmışdı. İnflyasiya o dərəcədə yüksək idi ki, rublun alıcılıq qabiliyyəti demək olar ki, göz önündə əriyirdi. O səbəbdən “taxta” adı ilə bir növ sözügedən pul nişanının alıcılıq qabiliyyətinin əhəmiyyətsizliyinə işarə edilirdi.

Qızıl pullar zamanla da öz dəyərlərini itirmirdi, taxta pullar isə – elə deyildiyi kimi, taxta idi. Maraqlıdır ki, Tomskda 2008-ci ildə hətta rubla ağacdan hazırlanmış abidə də qoyulub. Onun diametri iki metrdən bir qədər çox, çəkisi isə 250 kq-dır. Amma, yada salmaq lazımdır ki, öz maliyyə sistemini dünyada ən stabil hesab edən ABŞ-da vaxtilə taxta dollar tədavüldə olub. Və bu heç də zarafat-filan deyil. Hər şey 1931-ci ildə Vaşinqton əyalətində yerləşən Amerikanın kiçik Tenino qəsəbəsində başlamışdı. Həmin zamanlarda ABŞ tarixə “Böyük depressiya” adı ilə daxil olmuş ən dəhşətli böhranı yaşayırdı. Banklar bir-birinin ardınca iflasa uğrayırdı, elə bunu demək kifayətdir ki, yalnız 1931-ci ildə ölkədə 1000-dən çox bank iflas etmişdi.

Təbii ki, Tenino şəhərciyi də iqtisadi və maliyyə böhranından kənarda qalmamışdı, 1931-ci il dekabrın 5-də Teninodakı Citizen’s Bank of Tenino bankı bağlandı. O, şəhərdə yeganə bank olduğundan vəziyyət çox mürəkkəb hal almışdı. Dəhşətli nağd pul qıtlığı yaranmışdı, lakin, yerli qəzetin sahibkarı Don Meyncer vəziyyəti düzəltmək qərarı verdi.

O, şəhər hakimiyyətinə qeyri-adi təkliflə müraciət etdi: maliyyə problemləri həllini tapana kimi müvəqqəti pullar buraxılışını yoluna qoymaq. Və hətta bundan ötrü öz şəxsi tipoqrafiyasının xidmətini də təklif etdi. Meyncerin fikrincə, yeni pullar Teninoda dövriyyədə nağd pullarla bağlı böhranı aradan qaldırmağa kömək edəcəkdi.

Don Meyncerin təklifi qəbul edildi, nəzərə almaq lazım idi ki, şəhər hakimiyyət orqanlarının həmin an üçün başqa çıxış yolu da yox idi. Meyncerin mətbəəsində əvvəllər artıq yeni il açıqcaları buraxılırdı, onlar ortasında kağız parçası ilə bərkidilən iki laminasiya edilmiş küknar zolağından hazırlanırdı. Bax, elə onlardan yerli pul istehsal etmək üçün nümunə kimi istifadə etmək qərarına gəldilər. İlkin olaraq, dəyəri 25 sent təşkil edən yalnız taxta plastinkalar buraxılırdı, lakin, inflyasiya yüksəldikcə, tipoqrafiya 50 sent və 1 dollarlıq “banknotlar” istehsalına başladı.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniya hakimiyyəti məsafədən çalışmağa həmişəlik icazə vermək istəyir

posted in: Xəbər | 0

məsafədən çalışmağa icazəAvropanın əsas iqtisadiyyatı məsafədən çalışmağa həmişəlik icazə vermək istəyir.

Avropanın aparıcı iqtisadiyyatı sayılan Almaniya hakimiyyəti məsafədən çalışma kimi iş formatına həmişəlik icazə vermək üzərində fikirləşir. Financial Times nəşrinin məlumatına görə, alman hökuməti işçilərin evdən və ofisdən çalışmaqla bağlı iş arasında seçim etməsinə imkan verəcək qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır. Sənəd üzərində işlərin yaxın həftələr ərzində yekunlaşacağı söylənilir.

Uzaqdan çalışmaq və ya ofisdə işləmək arasında seçim etmək hüququnun öz öhdəliklərini məsafədən yerinə yetirə bilən işçilərə veriləcəyi açıqlanıb. Pandemiyaya qədər Almaniyada evdən çalışan əməkdaşların sayı 18 faiz təşkil edirdi. Lakin koronavirus yoluxması hallarının artması fonunda onların sayı təxminən 40 faizə kimi yüksəlib.

Digər ölkələrdə isə bu cür qanun layihələri hələ ki, hazırlanmır. Rostrud-un bu yaxınlarda keçirdiyi sorğuya əsasən hər on nəfərdən bir vətəndaş evdən işləmək arzusunu söyləyib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun