» » » Niyə ABŞ-da taxta dollar buraxıblar? (2-ci hissə)

Niyə ABŞ-da taxta dollar buraxıblar? (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

taxta dollarNiyə ABŞ-da taxta dollar buraxıblar?

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Taxta dollar həqiqiliyi Amerika Birləşmiş Ştatları Ticarət palatasının nümayəndələrinin imzaları ilə təsdiq edilmişdi.  Güman edilirdi ki, bu pul nişanları müvəqqəti tədavüldə olacaq, bu müddət isə 1933-cü il yanvar ayının 1-də bitirdi, bundan sonra hökümət onları ABŞ-ın adi dollarlarına çevirəcəkdi. Yəqin ki, hökumət öz vədlərini yerinə yetirəcəkdi, amma nədənsə, pul əvəz edicələrini dəyişməyə heç kim tələsmirdi.

Bundan başqa, Tenino şəhərinin taxta dollarları ölkənin hər yerindən olan çoxsaylı kolleksiyaçılar üçün əsl ov obyektinə çevrilmişdi. Rəsmi məlumatlara görə, şəhərdə təxminən 10 000 dollar ümumi məbləğində pul nişanları buraxılıb, mübadilə üçün isə onların yalnız kiçik hissəsi təhvil verilib. Yerli sakinlər onları 1:1 nisbətində real dollarlarla əvəz etmək istəyində deyildilər, çünki onların kolleksiya qiyməti nominal dəyəri dəfələrlə üstələyirdi.

Maraqlıdır ki, Tenino nümunəsi “yoluxucu” olmuşdu, 1933-cü ildə elə həmin Vaşinqton ştatının Bleyn şəhərindəki regional bank bağlanmışdı. Orada da taxta pullar buraxmağa başlamışdılar, düzdür, əskinas formasında deyil, sikkə formasında. Təbii ki, onlar da kolleksiyaçıların diqqətindən kənarda qalmadı. Daha sonra ABŞ-ın bir neçə kiçik şəhərciyi də Tenino və Bleyn nümunəsinə əl atmışdılar.

Taxta pulların hazırlandığı mexaniki dəzgahlar indiyə kimi Teninoda mühafizə edilərək, saxlanılıb. Və onlar muzey eksponatı deyil, pulları buraxmaqda davam edirlər. Təbii ki, onlar artıq çoxdan rəsmi ödəniş vasitəsi deyillər, lakin kolleksiyaçılardan sifarişlər, hətta, yüz il sonra da daxil olmaqda davam edir.

Həmin dəzgahda işləyən Loren Akerman əmin edir ki, şəhər hakimiyyət orqanları Don Meycerin təşəbbüsünün belə uğur gətirəcəyini təxmin belə edə bilməzdilər. Beləliklə, bir zamanlar şəhərin maliyyə böhranından çıxmasına kömək edən Tenino taxta dollarları artıq keçmişdə qalmışdı, onlar hazırda suvenirlər halına gəlib. Hətta yerli xəzinəyə onlar müəyyən qədər qazanc da gətirməkdə davam edir.

Lakin, məlum olur ki, XXI əsrdə də taxta valyutanın rəsmi qaydada yer aldığı ölkələr var. Belə ölkələrdən biri Konqo Demokratik Respublikasıdır. 2005-ci ildə bu Afrika dövlətində ağcaqayın ağacından istehsal olunan beş franklıq sikkə dövriyyəyə buraxılıb. Belə sikkəyə malik olan insanın narahatçılığı üçün heç bir əsas yoxdur, çünki həmin pul sikkəsi bütün Konqo ərazisində qəbul edilir. Yeri gəlmişkən, həmin pulları yaxınlıqda yerləşən mağazaya aparmağa tələsməyin, bu cür nadir bir sikkə heç şübhəsiz ki, numizmatları maraqlandırır və onlar sevinclə həmin pullar üçün böyük məbləğlər təklif edəcəklər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun