Azərbaycanda Ani Ödənişlər Sistemi real rejimdə istismara verilib

posted in: Xəbər | 0

Ani Ödənişlər SistemiPrezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədi ilə Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı Ani Ödənişlər Sistemi (AÖS) real rejimdə istismara verilib.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu gündən AÖS-ə inteqrasiya olunmuş banklarda, habelə onların internet və mobil bankçılıq xidmətləri vasitəsilə əhali üçün qeydiyyat, hesablararası köçürmə və ödəniş funksionallıqları istifadəyə təqdim olunub. Qeyd olunan funksionallıqların tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN, VÖEN, mobil nömrə, e-poçt) aparılması imkanı yaradılıb. İstifadəçilər iştirakçı bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə, eləcə də müvafiq bank bölmələrinə müraciət edərək AÖS üzrə qeyd olunan əməliyyatları həyata keçirə bilərlər.

Hazırda Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” , “Unibank”, “Premium Bank”, “Muğan Bank”, “Bank Avrasiya”, “Express Bank”, “AFB Bank”, “Günay Bank”, “Naxçıvan Bank” və “Ziraat Bank Azərbaycan” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, İran Milli Bankının Bakı filialı AÖS-ə inteqrasiya olunub. AÖS üzrə xidmətlər “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Yapı Kredi Bank Azərbaycan”, “Express Bank” tərəfindən filial şəbəkəsi, habelə internet və mobil bankçılıq vasitəsilə, digər banklar tərəfindən isə ilkin mərhələ üçün yalnız filial şəbəkəsi vasitəsilə göstərilir.

Əhali və biznes subyektlərinin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə AMB AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutmayacaq.

AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və funksional imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcək. Bu ilin sonuna qədər sistemin mobil tətbiqi və internet səhifəsi real rejimdə istismara veriləcək, habelə kiçik təsərrüfat subyektlərinə “QR kod” və “NFC” kimi texnoloji həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqlar təqdim ediləcək. Eyni zamanda, vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması məqsədilə AMB-nin yaratdığı “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş qurumlar tərəfindən göstərilən 600-ə yaxın xidmət üzrə ödənişlərin AÖS vasitəsilə həyata keçirilməsi təmin olunacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Ürəklər”inizlə Silahlı Qüvvələrə dəstək olun!

posted in: Bank, Xəbər | 0

“Ürəklər”inizlə Silahlı Qüvvələrə dəstək olun!

Son günlər ölkədə müharibə şəraitinin davam etməsi səbəbindən əhali Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etmək istəyir. Bunu nəzərə alaraq, BirBank mobil tətbiqində sosial aksiya keçirilərək, yeni funksiya təqdim edilib. Belə ki, artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini Yardım Fonduna ianə formasında “xərcləyə” bilərlər.

Fondun ianə hesabına 10 000 “Ürək” müqabilində 1 manat, 50 000 “Ürək” müqabilində 5 manat, 100 000 “Ürək” müqabilində isə 10 manat köçürmək olar.

Qeyd edək ki, BirBank mobil tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə nağdsız ödənişlər edərək, “Ürək” qismində olan bonuslar qazana bilirlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təhsil haqqı ilə bağlı məsələ birinci oxunuşda qəbul olundu

posted in: Xəbər | 0

gəlir vergisindən azadolmaMilli Məclisin keçirilən plenar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 14.8-1-ci maddəsinə əlavə edilir.

Qanunun hazırkı varinatına görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Qanuna təklif olunan əlavə ilə isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayacaqlar..

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fərdi sahibkarların işçilərə görə ödəməli olduğu sosial sığorta haqqının hesablanması

posted in: Xidmət, Xəbər | 0

sosial sığorta haqqıFərdi sahibkarlıq subyektlərinin sosial sığorta haqqı məbləğlərinin hesablanması barədə saytımızda nəşr edilmiş yazı biznes mühitinin marağında olduğu məsələlərdəndir. Mövzunun şərhini iqtisadçı ekspert İsmayıl Bağırov davam etdirir.

“Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı fərqli dərəcələrlə ödənilir. Fərdi sahibkarlar qanunda qeyd olunan dərəcələrlə məcburi dövlət sosial sığorta haqqını həm sahibkarlıq fəaliyyəti üçün hesablayıb ödəməli, həm də işçiləri üçün əməyin ödənişi fondundan məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.

Misal 1: Tutaq ki, Bakı şəhərində pərakəndə ticarətlə məşğul olan fərdi sahibkar əmək müqaviləsi ilə 2 nəfər işçi qüvvəsindən istifadə edir. Hər işçiyə 300 manat əməkhaqqı ödəyir. Fərdi sahibkarın həm özü üçün sahibkarlıq fəaliyyəti üzrə, həm də işçilərin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq:
Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs göstərdiyi sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı (250 manat) məbləğinin hər ay üçün 25 faizinin 100 faizi miqdarında, yəni 62,5 manat (( 250 x 25% = 62,5) x 100% = 62,5 manat) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Eyni zamanda, həmin şəxs işçiləri üçün əməyin ödənişi fondunun öz vəsaiti hesabına ödəməklə 118 manat və işçinin əməkhaqqından ödəmə mənbəyində tutulmaqla 32 manat miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir:

200 x 22% = 44 manat
100 x 15% = 15 manat
44 + 15 = 59 manat
59 x 2 = 118 manat.
200 x 3% = 6 manat
100 x 10% = 10 manat
6 + 10 = 16 manat
16 x 2 = 32 manat
118 +32 = 150 manat.

Deməli, fərdi sahibkar 2 işçiyə görə ayda 150 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 2: Naxçıvan şəhərində ərzaq məsullarının satışı ilə məşğul olan fərdi sahibkarın əmək müqaviləsi ilə 5 nəfər işçisi var və hər işçiyə 600 manat əməkhaqqı ödəyir. Fərdi sahibkarın həm özü üçün sahibkarlıq fəaliyyəti üzrə, həm də işçilərin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq:

Bu zaman, fərdi sahibkar sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 25 faizinin 80 faizi miqdarında, yəni 50 manat (( 250 x 25% = 62,5) x 80% = 50 manat) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Eyni zamanda, həmin şəxs işçiləri üçün əməyin ödənişi fondu üzrə öz vəsaiti hesabına ümumilikdə 750 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

200 x 22% = 44 manat
400 x 15% = 60 manat
(44 + 60) x 5 = 520 manat.
200 x 3% = 6 manat
400 x 10% = 40 manat
(6 + 40) x 5 = 230 manat
520 + 230 = 750 manat.

Qeyd edək ki, bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyünu ödəyirlər.

Misal 3: Sumqayıt şəhərində topdan ticarət və əhaliyə məişət xidməti ilə məşğul olan fərdi sahibkar sahibkar qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə müəyyən edilən məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyü (ticarət üzrə minimum aylıq əmək haqqının 25 faizinin 90 faizi miqdarında) məbləğində, yəni 56,25 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

250 x 25% = 62,5 manat
62,5 x 90% = 56,25 manat.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun