Gələcəyin mühasibatlığı (2-ci hissə)

posted in: Xəbər | 0

gələcəyin mühasibatlığıGələcəyin mühasibatlığı

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Gələcəyin mühasibatlığı necə olacaq? Mən onu tamamilə aydın görürəm.

Müəssisənin bir çox işçiləri var ki, hər kəsin də öz hüquq və vəzifələri olur. Aydındır ki, ümumi kargüzarlıq çərçivəsində hər bir işçinin hüquq və vəzifələrini müəyyən etmək lazımdır: bizi maraqlandıran aspektlərdə o, sadəcə olaraq, bu və ya digər maddi dəyərlərdən istifadə etmək imkanıdır. Beləliklə, əqd bağlanarkən eyniləşdirmə ilə yanaşı, müəssisənin işçisi bu və ya digər təsərrüfat əməliyyatını yerinə yetirmək hüququnu təsdiq etməlidir. İT menecerlər üçün bu, əlbəttə, yenilik deyil.

Bu müəssisələrin fəaliyyətinə aiddir. Sadə vətəndaşlar isə sövdələşmələr aparmaq üçün kompüterlərlə yanaşı, terminallardan da istifadə edə bilərlər. Siz mağazaya daxil olursunuz, alış-verişi seçirsiniz, bundan sonra terminal sizi identifikasiya edir, satınalmaları müəyyən edir və hesabınızdan müvafiq məbləği silir. Müasir elektron texnikanın imkanlarından kənara çıxan heç bir şey yoxdur  – deyərdim ki, bu hətta həddən ziyadə bayağıdır.

Kollasiya (adekvat məlumatların aşkarlanması, hesabların yoxlanılması)

Sövdələşmənin bağlanmasından ötrü öz iradəni ifadə etmək vacibdir. Lakin qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki yalnız qeydiyyat aktı – digər başqa bir şey, o cümlədən kağız sənəd deyil – əqdin bağlanmasından xəbər verir.

Bir daha: tərəflər öz iradəsini ifadə edirlər və əqd verilənlər bazasında tipik təsərrüfat əməliyyatlarının qeydiyyatı vasitəsilə həyata keçirilir. Orada hansısa mühasibat provodkalarının aparılması barədə, müasir bankomatdan istifadə etməklə müqayisədə daha çox düşünmək lazım deyil: məlumatların strukturu və qeydlərin növləri qeydiyyat baş verənlər kompüter proqramına daxil edilmiş və istifadəçilər (yalnız fiziki şəxslər deyil, həm də müəssisələr) proqram təminatı ilə tanışlıqdan bir dəfəlik və həmişəlik xilas olmuşlar.

Bu nəyə gətirib çıxarır? İki aşkar nəticəyə:

  • birincisi – bir halda ki, biz coğrafi və siyasi amilləri qəbul etməməyə razılaşmışıqsa, proqram standart olmalıdır;
  • ikincisi – eyni səbəblərə görə məlumatlar bazası vahid olmalıdır. Elə isə hər bir müəssisə üzrə bazanı ayrı-ayrılıqda aparmalı deyilik ki?!

Gələcəyin mühasibatlığı (3-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət tədbirləri davam etdirilir

posted in: Xəbər | 0

nezaret tedbirleriİqtisadiyyat Nazirliyinin 11-13 sentyabr tarixlərində keçirdiyi monitorinqlər zamanı Nərimanov rayonunda “Ecaz mağaza”da, “Kids uşaq salonu”nda, “Watson pub”da, Nəsimi rayonunda “Oba market”də, “N2 market”də, “Sakura çay klubu”nda, “Şəki kafesi”ndə, Xətai rayonunda “Neptun market”də, “Real-S supermarket”ində, “Rafo kafe”də, “Two beer”, “Bakü barbekü” iaşə obyektlərində, Binəqədi rayonunda “Kalva market”də, “Madeyra mebel salonu”nda, “Yeni məkan kafe”də, “Quzey kafe”də, “Kişmiş restoranı”nda, “Garden kafe”də, “Şah dağ kafe”də, “Xudafərin ailəvi restoran”da, Suraxanı rayonunda “24 saat market”də, “Al market”də, “Altay kafe”də, “Ala turka dönər”də, Sabunçu rayonunda “Fərid market”də, “Tbilisi restoranı”nda, Afat Tanrıverdiyevə, Gündüz İbrahimova məxsus mağazalarda, Nizami rayonunda “Eyfel Qrup mebel mağazası”nda, “Elmir market”də, “Araz market”də, “Esel Parfum mağazası”nda, “Moskva kafe”də, “Qarabağ kafesi”ndə, Yasamal rayonunda “Başkent şirniyyat”, “Ada mobilya” mağazalarnda, “Lankon market”də, “Zeytun market”də, “Senyor Mansimo restoran”da, “Quzu qabırğası restoranı”nda, Səbail rayonunda “Starmart” mağazasında, “Champion shaurma”da, “Damask kafe restoran”da, “Beş beş şərab evi”ndə, Qaradağ rayonunda “Aptek flora-SF”də, Vaqif Alışova, Şahmar Seyidəliyevə məxsus mağazalarda, Xəzər rayonunda “Xəzər market”də, “EM&EL qarışıq mallar mağazası”nda, “Şam bağı restoranı”nda, Fatma Əliyevaya, Rüfət Məlikova məxsus geyim mağazalarında, Sumqayıt şəhərində “Vizyon geyim mağazası”nda, “Buta qadın geyimləri mağazası”nda, “Nur inşaat” mağazasında, “Əli-94 market”də, “Super max mağazası”nda, “Yelkən kafesi”ndə, “Qala kafe”də, “Nərgiz kafesi”ndə, Abşeron rayonunda “Ucuz market”də, “Turşsu kafesi”ndə, Məhəbbət Verdiyevə, İlqar Hacıyevə, İlham Əsgərova məxsus daş karxanalarında, ümumilikdə, 357 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?

posted in: sual-cavab, Xəbər | 0

maddi yardım MDSSMaddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?

Sual: İşçiyə ailə vəziyyəti və ya hər hansı sosial problemləri ilə əlaqədar olaraq işəgötürən tərəfindən (dövlət büdcəsindən yox) verilən maddi yardım məcburi dövlət sosial sığortasına (MDSS) cəlb edilməyən gəlirlərə aiddir yoxsa yox? Yəni həmin maddi yardımdan da 3% tutulmalıdırmı?

Cavab: Bildiririk ki, işəgötürən tərəfindən işçiyə verilən yardım işçinin məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirinə aid edilməklə ümumi qaydada məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində maddi yardım sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi müəyyən edilməmişdir.

Mənbə: taxes.gov.az


Həmçinin bax

 



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (9-cu hissə)

posted in: Xəbər | 0

MühasiblərProfessor Y.V. Sokolovun mühasiblər üçün təlimatları

9-cu hissə

Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz

Mühasibatlığa və mühasiblərə sevgi

Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.

Mühasibat uçotu, onun nəzəriyyəsi və xoşbəxtliyi

Sokolov özünün məşhur məqaləsində yazırdı ki, indi “Skeptisizm iqtisad elminin metodu kimidir”, – oxucu belə bir sual verə bilər: nə olsun ki? Cavab belə ola bilər: skeptisizm ən azı iki bərabər qiymətləndirilmiş məntiqi şərhin mühüm nəzəri problemlərin olmasını nəzərdə tutduğuna görə, bu halda demək olar ki, həmişə onlardan yalnız sosial qruplar tərəfindən başqalarının hesabına istifadə etmək imkanı yaranır. Bu, iqtisadi nəzəriyyənin ağırlıq mərkəzini (və xüsusilə də mühasibat nəzəriyyəsi) sosioloji problemlər sahəsinə köçürməlidir: bu iddialar kimə sərf edir və kimə nə dərəcədə sərf etmir. Əslində, bir matrisa ortaya çıxır: onun bir vektoru, nəzəri konsepsiyaları əks etdirir, digəri isə sosial qrupları təmsil edir. Bu halda nəzəri quruluşlar çox böyük praktiki əhəmiyyət kəsb edir.  Bu onunla əlaqədardır ki, ənənəvi elm hansısa A-nın düzgün olduğunu qeyd edir, yerdə qalan nəzəriyyələri isə səhvdir… Və bütün mümkün nəzəri quruluşlar həyati əhəmiyyət kəsb edən kimi şərh edilir və konstruktiv iş üçün zəruri olan bir şey kimi qəbul olunur. …Elə bu, iqtisadiyyat elmi və təsərrüfat həyatı ilə bağlı sakit skeptik bir şübhə doğurur.

Skeptisizmin etiraf edilməsi ilə real həyata əsl müdriklik, tolerantlıq və sonsuz xeyirxahlıq nüfuz edir. Beləliklə, sketisizm, düşüncəni ümidlə birləşdirərək, bütün insanları və xüsusilə iqtisadçıları xoşbəxt edir.

Sketisizmin və skeptisizm-daşıyıcılarının bəlası bundadır ki,  onlar problemləri görürlər, amma, çox vaxt onları necə həll etməyi bilmirlər. Lakin, dərindən düşündükdə, məlum olur ki, nəzəriyyə problemlərin təhlilini verir və o nəyisə həll etməli deyil.  Qərarlar praktikantlar tərəfindən ağıl, nəzəriyyə və skeptisizm baxımından qəbul edilir”.

Pofessor Pomazkovun tramvayı

“Hər işdə elm dərhal doğulmur. Xalis praktiki biliklərin elmə çevrilməsinə kimi bir çox əsrlər keçir. Əlkimyanın kimyaya çevrilməsinə qədər olduqca böyük zaman keçmişdi, mühasibatlıq sənətinin – hesabdarlığın – mühasibat elminə çevrilməsinə qədər isə bundan da çox vaxt tələb olunmuşdu. Lakin, mühasibatlıq sahəsində fəaliyyət göstərənlərin heç də hamısı elmlə məşğul olmur.

Bir dəfə tələblər professor .S. Pomazkovdan soruşmudular: “Nikolay Semyonoviç, mühasibatlıq elmdir və ya deyil?” O, belə cavab verib: “Vaqon sürücüsünü təsəvvürünüzə gətirin. O, dəstəyi fırladır və tramvay hərəkətə gəlir. Tramvay sürücüsünün elmi işlə məşğul olduğunu söyləmək gülüş doğurardı.  Lakin, onun əməyi kiminsə elektriki kəşf etməsi, bir başqasının tramvayı və tramvay xəttini layihələndirməsi sayəsində mümkün olub. Və həmin adamlar şübhəsiz ki, elmlə məşğul olmuşlar”. Kompüterin düymələrini basan, uçot registrinin müxtəlif sütunlarında kiçik və böyük rəqəmləri qeyd edən mühasib, elmlə məşğul olmur , o – vaqon sürücüsü kimidir, lakin, təsərrüfat proseslərinə nəzarət sistemini layihələndirən, hesablama qeydiyyatı qanunlarını kəşf edən, təsərrüfat fəaliyyətinin təhlili yollarını açan mühasib əsl alimdir və onun insan düşüncəsinin xəzinəsinə verdiyi töhfələr göz qabağındadır.

Bundan yaxşı izahı çətin ki, tapmaq mümkün olsun”.

“İstənilən peşəyə daxil olan hər bir kəs yadda saxlamalıdır: “sənin ruhunda bütöv bir dünya var” (F. Tyutçev) və hər bir kəs həmin dünyanı kəşf etməlidir, onu və özünü dərk etməlidir, özünü özü və öz doğmaları, bütün vicdanlı adamlar üçün kəşf etməlidir. Bu çox çətin məslədir, amma, siz bunu edə bilsəniz, onda mühasibatlıq məna kəsb edəcək, Sizin həyatınız isə onun məzmunu ilə dolub-daşacaqdır. Və sizə sevinc təşrif buyuracaqdır”.

Sevinc hissini öz peşəkar həyatınıza buraxmaq üçün öz peşənizi sevməlisiniz, mühasibat uçotunu sevməlisiniz və onu iqtisadiyyat elminin bir hissəsi və ümumilikdə cəmiyyət həyatının biliyi kimi inkişaf etdirməyə səy göstərməlisiniz. Bu işdə bizlərə mühasiblər üçün də daxil olmaqla, öz əsərlərini yazan böyük filosofların işlərinin işığında mühasibat problemlərinin təhlili kömək edə bilər.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun