» » » Komendant saatı müddətində əməkdaşlarına icazə verilən qurumların siyahısı tətbiq edilib

Komendant saatı müddətində əməkdaşlarına icazə verilən qurumların siyahısı tətbiq edilib

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə

Gömrük qaydaları

“Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
  2. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).
  3. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin siyahısı təsdiq edilsin (3 nömrəli əlavə).
  1. Müəyyən edilsin ki: 4.1. bu Qərarın 3-cü hissəsi ilə təsdiq edilən sahələrdə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir;

4.2. bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir;

4.3. beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir;

4.4. bu Qərarla müəyyən edilmiş tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar;

4.5. bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 28 sentyabr 2020-ci il
№ 358

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 28 sentyabr
tarixli 358 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının)

SİYAHISI

  1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
  2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
  3. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı
  5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi
  1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
  2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
  3. Azərbaycan Respublikasının Baş Prokurorluğu
  4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
  5. Məhkəmə orqanlarının əməkdaşları, vəkillər
  6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
  7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
  8. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında)
  1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
  2. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti
  1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
  1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
  1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
  1. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
  1. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
  2. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
  3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
  1. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri
  1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik.

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 28 sentyabr
tarixli 358 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının)

SİYAHISI

  1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
  4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
  5. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
  6. Azərbaycan Respublikasının Energetika Nazirliyi
  7. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
  9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
  10. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
  11. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
  12. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar
  13. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
  14. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
  15. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
  16. “Azəriqaz” İstehsalat Birliyi
  17. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
  18. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
  19. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
  20. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  21. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  22. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
  23. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
  24. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
  25. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 28 sentyabr
tarixli 358 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
3 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində faliyyətinə icazə verilən sahələrin

SİYAHISI

1. Səhiyyə və sosial sahə üzrə:
1.1. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə
xidmətlər;
2. İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz
təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təsərrüfatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük
daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları
xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyatın fəaliyyəti.
4. Əsas istehsalat növləri:
4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
4.2. neft avadanlıqları və qurğularının istehsalı;
4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida
məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.5. kimyəvi məhsulların istehsalı;
4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və
emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.7. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.8. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;
4.9. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.10. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.11. qablaşdırma məhsullarının istehsalı;
4.12. maşın və avadanlıqların istehsalı;
4.13. elektrik avadanlıqlarının istehsalı;
4.14. kompüter, elektron və optik məhsulların istehsalı;
4.15. avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
4.16. sair nəqliyyat vasitələrinin istehsalı;
4.17. tütün məmulatlarının istehsalı;
4.18. sair sənaye məhsullarının istehsalı.
5. Pərakəndə və topdan satış üzrə:
5.1. yanacaqdoldurma məntəqələri.
6. Məişət xidmətləri üzrə:
6.1. məişət tullantılarının yığılması və utilizasiyası.
7. Kütləvi informasiya vasitələri.
8. Təhsil müəssisələrinin fəaliyyəti.
9. Fəaliyyətinə icazə verilməmiş özəl hüquqi şəxslərin
mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə
fəaliyyət.

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun