Mühasibin iş effektivliyi nədən asılıdır?

posted in: mühasib, Məqalə, Xəbər | 0

Mühasibin iş effektivliyi nədən asılıdır?

Siz məyus olmusunuz, çünki sizin maliyyə mütəxəssisiniz  özünü şirkətin işinə cəlb edə bilməyib?

Mühasibin effektivliyinə işçilərin şirkətə qayğı göstərməməsinin və öz töhfəsini verməməsinin beş əsas səbəbi haqqında topladığımız məlumatlardan istifadə etməklə təsir göstərilə bilər. Baxın, onlardan hansıları sizin təşkilatınıza aiddir.

  1. Maliyyə mütəxəssisləri hansı oyunu və necə oynadıqlarını bilmirlər.

Onların əksəriyyəti işəgötürənin baxışlarını, biznes məqsədlərini, strategiyanı, brendin əsas komponentlərini və bazar reallıqlarını anlamırlar.

Unutmayın ki, ümumi mənzərənin cahilliyi maraqsızlığa gətirib çıxarır. Burada hətta bilmədiyiniz bir şey haqqında narahatsınız? Şirkətin missiyasını bütün səviyyələrdə rəhbərliyin necə başa düşdüyü barədə fikirləşin. Sizin əməkdaşlarınız bunlar barədə nə qədər bilirlər:

  • Biznes-hədəflər
  • Brendin vəd etdikləri
  • Bütün şürkətin ümumi fəaliyyəti
  • Bazar və onun təşkilata təsiri
  1. İşçilər necə töhfə verəcəklərini bilmirlər. Onlar öz fəaliyyətlərinin ümumi işə necə təsir göstərdiyini başa düşməlidirlər. Hər bir mütəxəssis bilməlidir ki, onun uğuru və ya səhvləri bütün şirkətin işlərinin nəticəsinə necə təsir göstərə bilər.
  2. Siz maliyyəçilərə şirkətin qayğısına qalmaq üçün əsas vermirsiniz. Əməkdaşlar təkcə müəyyən hədəflərə necə və niyə görə çatacaqlarını deyil, həm də nə üçün çatacaqlarını başa düşməlidirlər. Əməkdaşlarının qayğısına qalmayan sahibkarlar adətən, işçilər tərəfindən də oxşar münasibətlə üzləşirlər.
  3. Əməkdaşlar irəlicədən məğlubiyyətə kökləniblər. Mühasiblər köhnə dəblə işlərini yerinə yetirdikdə, problemləri həll etmək üçün alətlər almadıqda, öyrənməyə getmədikdə, kompüter savadına kifayət qədər sahib olmadıqda və ixtisaslarını artırmadıqda, onlar gündən-günə məğlubiyyəti hiss etməyə başlayırlar. Bu, mühasibin effektivliyinə təsir edən taktiki, texniki davranış səhvləri ola bilər. Nəticədə, belə bir mütəxəssis şirkətdən çıxa bilər və hətta maliyyə zərərinə səbəb ola bilər.

Yeni işçilərin öz vəzifələrini yerinə yetirmək üçün nə qədər yaxşı hazırlandığınız barədə düşünün. İşçilərinizi öyrədirsinizmi? Onlara dəstək verirsinizmi?

  1. İşçilər dəyərləndirilmədiklərini hiss edirlər. Mühasib əlavə səylər göstərdikdə, iş günündən sonra qalıb əlavə çalışdıqda və nəticədə qiymətləndirilmədiyini gördükdə –  özünü qurban kimi hiss edir. Əməkdaşların yerinə yetirdiyi, xüsusilə də iş vaxtından əlavə olan işlər lazımınca qəbul edilməli və dəyərləndirilməlidir.

Əgər siz yüksək məhsuldarlığı lazımınca dəyərləndirirsinizsə və işçilərinizin kiçik nailiyyətlərini və töhfələrini qeyd etsəniz, onda şirkətinizin qayğısına qalan və onun inkişafına şəxsi töhfə verməyə hazır olan daha çox işçi qazana biləcəksiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat balansının strukturu

posted in: mühasib, Məqalə, Xəbər | 0

Mühasibat balansı hesabat tarixinə görə pul qiymətləndirməsində təşkilatın maliyyə vəziyyətini xarakterizə edir, hesabat dövrünün son gününə tərtib edilir.

Balans iki hissədən ibarət bir cədvəldir. Balansın sol hissəsi növlər üzrə (əsas vəsaitlər, istehsal ehtiyatları, hazır məhsul və s.) vəsaitlərin tərkibini əks etdirir və aktiv adlanır.

Sağ hissədə bu vəsaitlərin təşkil olunma mənbələri (nizamnamə kapitalı, bank kreditləri, kreditor borcları və s.), yəni müəssisənin təsərrüfat fəaliyyətinə qoyulan vəsaitin miqdarı əks olunur və bu, passiv adlanır.

Müəssisənin vəsaitlərinin formalaşması mənbələri öhdəliklərkapitaldır. Öhdəliklər – təşkilatın kreditorlardan aldığı vəsaitlərdir.

Təşkilatların kapitalı investorlardan alınan vəsaitlərdir və müəssisənin səmərəli fəaliyyətinin nəticəsi olaraq bölüşdürülməmiş mənfəətdir. Təşkilatların vəsaitləri onun öhdəliklərinin və kapitalının cəminə bərabərdir.

Aktivin və passivin hər bir elementi balansın maddələri adlanır.

Balans maddəsi – o təsərrüfat vəsaitlərinin (aktiv maddə) və ya onların mənbələrinin (passiv maddə) müəyyən növünü xarakterizə edən göstəricidir.

Balans maddələri qruplara, qruplar isə bölmələrə daxil edilir. Maddələr iqtisadi məzmuna dair bölmələr üzrə qruplaşdırılıb. (aktivdə 2 bölmə və passivində 3 bölmə).

Balansın aktivinə aşağıdakı bölmələr daxildir:

1-ci bölmə. Dövriyyədən kənar aktivlər.

Bu bölmə qeyri-maddi aktivlər, tədqiqat və inkişaf nəticələri, əsas vəsaitlər, maddi dəyərlərə, uzunmüddətli maliyyə yatırımlarına və s. gəlir yatırımlarından ibarətdir. Bu əmlakın bir bölmədə birləşdirilməsi ən mobil (növbədənkənar) aktivlərə aidiyyatla şərtlənir.

2-ci bölmə. Dövriyyə aktivləri.

Bu bölmədə ehtiyatlar, əldə edilmiş dəyərlər üzrə ƏDV, təşkilatın debitor borcları və qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitlərinin mövcudluğu barədə məlumatlar vardır.

Balansın passivi aşağıdakı bölmələrdən ibarətdir:

3-cü bölmə. Kapital və ehtiyatlar.

Burada müəssisənin öz kapitalı əks olunur – nizamnamə, əlavə, ehtiyat, bölüşdürülməmiş mənfəət (açıq olmayan zərər). Həmçinin, burada səhmdarlardan alınan öz səhmləri, qeyri-dövriyyədən kənar aktivlərin yenidən qiymətləndirilməsi barədə məlumatlar verilir.

4-cü bölmə. Uzunmüddətli öhdəliklər.

Bu bölmə bankların uzunmüddətli kreditləri və istiqraz üzrə borclarını əks etdirmək, şərti öhdəliklərdən ötrü ehtiyatların əks olunması üçün nəzərdə tutulmuşdur.

5-ci bölmə. Qısamüddətli öhdəliklər.

Burada qısamüddətli kreditlər və borclar üzrə hesablaşmaların vəziyyəti, həmçinin kreditor borcları haqqında məlumatlar əks olunur. Buraya gələcək dövrlərin gəlirləri və gələcək xərclərin ehtiyatları da daxildir.

Balansın bir xüsusiyyəti, aktivin və passivin yekunlarının bərabərliyidir. Aktiv və passivdə eyni məbləğ (müəssisənin bütün vəsaitləri) əks etdirilməklə, lakin müxtəlif qruplarda təmin edilir. Buna görə də, tərkibinə və yerləşdirilmə üzrə əmlakın ümumi məbləği həmişə bu əmlakın mənbələrinin ümumi məbləğinə bərabərdir. Aktivin və passivin maddələrinin nəticəsi mühasibat balansının valyutası adlanır. Bu balans tənliyi aşağıdakı kimi ifadə edilə bilər:

Vəsaitlər = Öhdəliklər + Kapital

A = K + Ö = P, burada

A – mühasibat balansının aktivi;

P – mühasibat balansının passivi;

K – təşkilatların kapitalı;

Ö – təşkilatların öhdəlikləri.

Kapital təşkilatın mülkiyyətçiləri tərəfindən edilən investisiyaların dəyərini xarakterizə edir. Bəzən bu kapital qalıq adlanır, çünki o, mülkiyyətçi bütün passivləri ödədikdə qalacaq vəsaitləri əks etdirir. Bu halda balans tənliyi aşağıdakı növü qəbul edir:

Kapital = Vəsaitlər – Öhdəliklər

Balans hesabatı tərtib etmək üçün məlumat mənbəyi mühasibat hesablarıdır (əsas Kitab).


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avro barədə maraqlı faktlar (2-ci hissə)

posted in: Xəbər | 0

Avro barədə maraqlı faktlar (2-ci hissə)avro

Avro sikkələri (xırda pullar)

2 avro nominalında metal pul bir qədər baha qiymətədir. Çünki məhdud sayda buraxılır və vaxtaşırı kolleksiyaçılar tərəfindən dəyərləndirilir.

Amma, allergiyaya meyilli adamların avro sikkələrinə yaxın durmaması məsləhətdir – çünki isveçli və britaniyalı alimlərin müəyyən etdiyinə görə, mübadilə üçün nəzərdə tutulan səkkiz sikkədən üçündə nikelin faizi o qədər yüksəkdir ki, onlarla beş dəqiqəlik kontakt belə, nikel allergiyasına meylli olan şəxslərdə dərinin yanmasına gətirib çıxara bilər. Sözügedən allergiyadan inkişaf etmiş ölkələrdə qadınların 15%, kişilərin isə 2% əziyyət çəkir. Yeri gəlmişkən, İsveç və Böyük Britaniya ölkələrinin sakinləri isə bundan narahat olmaya bilərlər, çünki bu ölkələr avrozonaya daxil deyillər.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Avronun tətbiqi 350 min ton xırda pulların məhvini bir zərurət kimi ortaya çıxarmışdı. Artıq məsrəfdən yayınmaq (bu sikkələrin təkcə daşınmasından ötrü 5800 ədəd dəmiryolu vaqonu lazım gələrdi) və həmin xırda pulların kriminalların əlinə keçməməsi üçün, onları elə yerində məhv etmək barədə qərar qəbul edilmişdi. Bundan ötrü bir saat ərzində beş ton xırda pulu emal edə bilən  “Dekoyner” markalı on iki xüsusi maşından istifadə olunmuşdu. Əldə edilən lomdan isə avrosentlərin hazırlanmasında istifadə edilmişdi. Avrosentlər və avro sikkələri müxtəlif Avropa ölkələrində zərb edilir ki, onlar əks tərəfindəki təsvirlərlə fərqlənir, lakin istehsalçı ölkədən asılı olmayaraq bütün avrozonada qanuni ödəniş vasitəsidir. Hazırda dövriyyədə 50 milyard ədədə yaxın avrosikkə vardır ki, onların hazırlanmasına düz beş il vaxt sərf olunmuşdur.

Əgər bü sikkələrin hamısı bir-birinin üzərinə qoyulsaydı, onun hündürlüyü Londonun ən yüksək binası olan Keneri-Uorfun hündürlüyündən yarım milyon dəfə uca olardı, təkcə Fransada buraxılan sikkələrin çəkisi isə Eyfel qülləsinin çəkisindən üç dəfə çoxdur. Avropa ittifaqı ölkələrində avrosentlərə olan tələbat da fərqlidir. Belə ki, Finlandiyada beş sentlik, Avstriyada isə bir sentlik xırda pullardan daha çox istifadə olunur.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya qızıl bazarı (6-cı hissə)

posted in: Xəbər | 0

Dünya qızıl bazarı (6-cı hissə)qızıl bazarı

Normal şəraitdə əmtəənin qiymətinin aşağı düşməsi tələbatın (qızıl üçün – ilk növbədə zərgərlik sənayesində) artmasına səbəb olur ki, bu da qiymətlərin müvafiq artımına malik təklifin çatışmazlığından irəli gəlir. Lakin, Cənub-Şərqi Asiyada 1997-ci ilin maliyyə böhranı olduqca gözlənilməz oldu və qızıl bazarına əhəmiyyətli dərəcədə təsir göstərdi, qiymətləri aşağı səviyyədə saxladı. Bu vəziyyətdə qiymətlərin dəyişməsinə təsir edən əsas amillər-mərkəzi bankların səhmlərinin netto-satışı və investisiya qoyuluşu ikinci plana keçmişdi.

Son 10 il ərzində bir sıra Qərb ölkələrinin mərkəzi bankları nəhəng xalis qızıl satıcılarına çevriliblər. Dövlət ehtiyatlarından qismən qızıl satışları Niderland, Belçika, Avstriya, Kanada, Avstraliya, Böyük Britaniya, İsveçrə tərəfindən həyata keçirilmişdir. İsveçrə, sonra isə Avstraliya və Argentinanın ehtiyat metal satan ölkələrin sıralarına qoşulmaq barədə bəyanatları 1997-ci ildə onun qiymətinin düşməsini sürətləndirdi. İngilis xəzinədarlığının hərraclarda 415 ton qızıl satmaq planlarının dərc edilməsi 1999-cu ilin yayında London kotirovkalarının iflasa uğramasına səbəb oldu. Bu tendensiyanı dəyişməyə çalışan Avropanın 15 Mərkəzi Bankı (Böyük Britaniya, İsveçrə, İsveç, Avropa Mərkəzi Bankı (AMB) və Avrozonanın 11 ölkəsi) 26 sentyabr 1999-cu il tarixində razılığa gəldilər ki, sazişin iştirakçısı olan tərəflər növbəti beş il ərzində 400 tondan artıq olmayan razılaşdırılmış satışlardan başqa, satıcı kimi bazara qızıl çıxarmayacaqlar, həmin vaxtdan sonra isə razılaşmaya yenidən baxılacaq. Nəticədə artıq sentyabr ayının sonlarında bir troya unsiyası üçün qızılın qiymətində 300 dollar yüksəliş baş verdi.

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz

Lakin, qiymətlərin qalxması qısamüddətli oldu və 2000-ci ildə yenə də onların tədricən azalması müşahidə olunmağa başlandı. Burada bir neçə amilin təsiri üst-üstə düşdü. Birincisi, qeyd olunan satış rəqəmi – 400 ton – müqaviləyə qoşulmayan ölkələr tərəfindən qızıl satışı hesabına artırıla bilərdi. İkincisi, zərgərlik məmulatlarına, xüsusilə də Cənub-Şərqi Asiya ölkələrində tələbat əvvəlki templərlə artmamışdı. Elektron və elektrotexnika sənayesində qızıl istehlakı isə kifayət qədər sabit idi, qızılın qiymətinin dəyişməsi onun həcmlərinə təsir göstərmirdi.

Hazırda bazarda qızılın qiymətində baş verən artım, 11 sentyabr 2001-ci il tarixində yaşanan terror aktları nəticəsində Amerika fond bazarının iflasından sonra başlayıb. Həmin faciəvi hadislərdən bir gün əvvəl qızıln bir unsiyasının qiyməti 271 dollar idi, bir həftə sonra isə qiymət 293 dollara yüksəlmişdi. Həmin vaxtdan qızılın kotirovkası ümumilikdə durmadan artmaqdadır.

Tələbatın artmasının səbəbi həm də Yaxın və Orta Şərqdəki geopolitik vəziyyətin pisləşməsində və ABŞ-ın İraq böhranını mövcud metodlarla həll etmə qabiliyyətinə dair dünya biznesində artan şübhələrin olması ilə bağlıdır. Maliyyə bazarlarında ciddi beynəlxalq böhranlar dövründə kapital üçün ən etibarlı sığınacaq sayılan qızılın alınması tendensiyası xeyli güclənib. Qızılın bahalaşmasına Amerika valyutasının zəif mövqeləri də kömək edir. Qızıl hasilatçıları belə vəziyyətdən faydalanırlar, lakin zərgərlər bu metaldan hazırlanan zərgərlik məhsullarına tələbatın azalacağını gözləyirlər.


Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 837 838 839 840 841 842 843 2. 398