Abakusun təşəkkül tarixi və iş mexanizmi

posted in: Məqalə, Xəbər | 0

Abakus nədir? Abakusun təşəkkül tarixi və mexanizmiMühasibat uçotu Abakus

Mental hesab barədə eşitmisinizmi? Yəqin ki, eşitmisiniz, indi hər küncdə ondan söz açırlar. Uşaqların inkişafı ilə bağlı nadir mərkəzlər tapa bilərsən ki, orada balacalara bu cür mental tapşırıqlar təklif olunmasın.

Beləliklə, o nədir? Bu yazıda abakus – onu həm də soroban da adlandırırlar – barədə söz açacağıq.

  • Abakusun tarixi
  • Abakusun quruluşu
  • Abakusda nələri hesablamaq olur

Abakusun tarixi

Tarixçilər fərz edirlər ki, ilk abaklar eramızdan əvvəl üçüncü minillikdə Mesopotamiyada yaranıb. Eramızdan əvvəl beşinci əsrdə isə onunla Qədim Romada tanış olublar. Bunlar fərziyyə olsa da, heç kim tərəfindən təkzib olunmayıb.

Amma, 17-ci əsrdə avropalılar tərəfindən yaradılan abak və onun çertyoju barədə daha səhih məlumat var, həmin qurğu Paris milli kitabxanasında saxlanılır.

Çin milli ədəbiyyatında 190-cı ildə Suanpan – abakanın Çin variantı barədə məlumatlara rast gəlinir. Adi cədvəli millər və çəyirdəklərdən ibarət çərçivə şəklinə, məhz, çinlilər salmışlar. Bu görkəmdə çötkələr Yaponiyaya kimi yayılmışdı. Yaponlar oradan bir artıq çəyirdəyi kənarlaşdırmaqla həmin qurğunu daha da modernləşdiriblər və özlərinə xas “soroban” adlandırıblar. Gündoğar ölkədə sorobandan aktiv şəkildə istifadə olunurdu, çünki həmin dövrdə Yaponiyada ticarət çiçəklənmə mərhələsinə daxil olmuşdu və riyazi biliklərin əhəmiyyəti çox yüksəlmişdi.

Abakusun quruluşu

Bizim zəmanəmizdə abakus-sorobanı istənilən bir şəxs ala bilər. Onların müxtəlif növləri var. Rəngli və ağ-qara, metaldan, ağacdan və ya plastmasdan düzəldilənlər, böyük və kiçik ölçüdə olanlar və s. Sorobanlar eləcə də millərin sayına görə də fərqlənə bilər.

Bütün bu müxtəlifliklərə baxmayaraq, mahiyyət eynidir və sorobanın əsas hissələri həmişə mövcud olur.

Beləliklə, soroban bu hissələrdən ibarətdir:

  • çərçivələr;
  • köndələn tir;
  • tiri dəlib keçən millər;
  • millərə taxılan çəyirdəklər.

Hər mildə beş çəyirdək olur. Onlardan biri tirdən yuxarıda, dördü isə isə aşağıda olur. Sorobanda millər fərqli ola bilər.  Misal üçün 17 dərəcəli sorobanlar var – bu zaman millərin sayı 17 olur, 13 dərəcəli sorobanlarda isə 13 mil olur, başqa saylarda millər də ola bilər.

Hesablama taxtasına diqqətlə baxdıqda, tirin üzərində nişanlar görmək mümkündür. Bunlar bəzi millərin yaxınlığında kiçik nöqtələr şəklində də ola bilər. Nöqtələr olmayıb, rəngə görə fərqlənən çəyirdəklər də ola bilər. Bu işarələr təklik, minlik və milyonluq millərin harada yerləşdiyini göstərir.

Əgər, abakus 17 dərəcəlidirsə, təklik mili mərkəzdə olur, 13 dərəcəlidirsə, onda təkliklər ikinci mildə sağ tərəfdə olacaq. Təklik milindən solda onluq, sonra yüzlük, daha sonra minlik və s. yerləşir. Təklik milindən sağda yerləşən millər nisbəti hesablamaq üçündür və mental hesabın öyrənilməsi zamanı istifadə olunmur.

Abakusda nələri hesablamaq olar?

Hər şeyi, istənilən hesabı aparmaq olar!

Sorobanda vurma və bölməni də etmək mümkündür. Eləcə də rəqəmləri dərəcəyə yüksəldib kök altına salmaq mümkündür. Təbii ki, dərhal hər şeyi etmək mümkün deyil. Öyrənməyə ən sadədən – toplama və çıxmadan başlamaq lazımdır. Uşaqlar bunu adətən bir ilə öyrənirlər.

Sonrakı il ərzində isə vurma və bölməni öyrənmək olar. Üçüncü ildə isə ən yüksək hissəni, nisbət və kökaltı əməllərini öyrənmək mümkündür.

Mental hesabı öyrənərkən çəyirdəklərin hərəkəti və sorobanın düzgün tutulması üsulunu bilmək çox mühümdür. Soroban üfüqi istiqamətdə tutulmalıdır. Onu sağ əllə: böyük, adsız və çeçələ barmaqla tuturlar. Şəhadət və orta barmaq isə çəyirdəklərlə işləmək üçün sərbəst qalımalıdır.

Sağ əllə belə davranırıq: öncə yumruqda iti ucu aşağı şəkildə qələmi sıxırıq. Sonra böyük və şəhadət barmaqlarımızı azad edirik, onların vasitəsilə hesablayacağıq, qalan üç barmaq isə yazan aləti saxlayırıq. Ümumiyyətlə, qələm bizim nəyimizə lazımdır?

Hesablamaların nəticələrini daha tez yazmaq üçün. Mental hesabda yerinə yetirmə sürəti böyük rol oynayır.

Solaxaylar isə qələmi bir qədər başqa cür tuta bilərlər. Qeyd etmək lazımdır ki, mental hesabda öyrənmə metodikası ilə bağlı hesablama texnikası bir-birindən fərqələnə bilər.

Uşaqları təxəyyüldə olan sorobanda hesablamağı öyrətmək lazımdır. Məhz, bu səbəbdən bu mental hesab adlanır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

40 yaşdan sonra mühasib olmaq mümkündürmü?

posted in: Məqalə, Xəbər | 0

40 yaşdan sonra mühasib olmaq mümkündürmü?Mühasib

Əlbəttə 40 yaşdan sonra mühasib olmaq mümkündür. Bu vəziyyətdə yaş, hər hansı bir şəkildə təhsil qaydasına təsir göstərmir. Bir çox tanışlarım iş istiqamətini dəyişdirmişdilər və hətta 45 və 46 yaşlarında olan qadınlar belə öyrənmək üçün yanıma gəlirdilər. Kursları bitirdikdən sonra onların bir çoxu indi məhz, baş mühasib vəzifəsində çalışırlar.

Ola bilsin, ümumtəhsil məktəbini təzəcə bitirmiş gənc qız da özünü məhz, mühasibatlıqla bağlı rəhbər vəzifəyə hazırlamaq istəsin.

Belə bir nümunəni misal çəkmək – bərbərliklə müqayisə etmək istəyirəm. Nədənsə məhz, belə bir müqayisə fikri ağlıma gəldi. Yəqin, siz belə bir halla rastlaşmısınız: bərbərxanaya gəlib saçınızı düzəltdirməyi xahiş edirsiniz, bunu yerinə yetirirlər və evə gəldikdən sonra sizdə saç kəsiminizlə bağlı hansısa “çatışmazlıqların” olması hissi baş qaldırır.

Amma, elə ustalar da var, hansı ki, öz işlərini elə səliqə ilə görürlər ki, güzgüdən ayrılmaq istəmirsən. Belə çıxır ki, birinci usta saç kəsimi texnikasının sadəcə ardıcıl addımlarını bilir. İkinci usta isə sizin başınızın sanki 3D təsvirini (əgər, belə demək mümkünsə) görür.

Mühasib də belədir, o, sadəcə hesab planının adını öyrənmək və ilkin sənədləri doldurmağı bilməklə kifayətlənməməlidir, o, həm də mühasib baxışlarına malik olmalıdır. Misal üçün, direktorunuz bu və ya digər vəziyyəti necə adlatmalı olduğunu öyrənmək istəyir. Siz dərhal vəziyyəti ona bir neçə tərəfdən təqdim etməyi bacarmalısınız. Özü də, bu təqdimat çox sürətli olmalıdır. Və yalnız bundan sonra sakitcə əyləşərək və Vergi kodeksini oxuyaraq, hansı vəziyyətin daha baha, hansının ən faydasız və ya qanunu pozan hal olması ilə bağlı rəhbərliyə cavab hazırlamalısınız.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

10 il sonra sizdə təəssüf yaradacaq 7 vərdiş

posted in: Məqalə, Xəbər | 0

10 il sonra sizdə təəssüf yaradacaq 7 vərdiş

Bu vərdişlərin nəticəsi çox cansıxıcı olub. Həyat sevinc verməyi dayandırır, pullar xoşbəxtlik gətirmir, hələ adi xırdalıqlardan öz açmırıq. Məhv olmuş sağlamlıq işləməyə imkan vermir və həyat üçün təhlükəyə çevrilir. Bir il ərzində 16 kiloqram əzələ kütləsinin itkisi özünə dəyər vermə və səhhətə ciddi təsir göstərir. Qısası, əgər səndə hər şeyin yaxşı olmasını istəyirsənsə, onda mütləq  bu məqaləni oxu.

10 il o qədər uzaq perspektiv kimi görünə bilər ki, onlar haqqında hətta düşünməyə də dəyməz. Baxmayaraq ki, ürəyinizin dərinliklərində siz yəqin bilirsiniz ki, gələcək həyatın arzuları artıq bu gündən başlayır.

İlk növbədə, öz hərəkətlərinizlə xoşbəxtlik və müvəffəqiyyət şansını azaltmırsınız ki? Bax, bunu başa düşməlisiniz. Burada insanların keçmişə baxdıqları zaman adətən təəssüfləndikləri yeddi ən ümumi vərdiş barədə söz açacağıq. Əgər özünüz üçün oxşar bir şey görürsünüzsə – hər şeyi dəyişdirməyin, əsl zamanıdır.

İnternetdən asılıb qalmaq

Hamı aktiv şəkildə müxtəlif qadcetlərdən (ingiliscə gadget – insanın həyatını yüngülləşdirmək və təkmilləşdirmək üçün nəzərdə tutulan kiçik qurğular, cihazlar) istifadə edir və bu normaldır. Lakin, ən vacibi öz vaxtından savadlı şəkildə istifadə etməkdir: vaxtın nə qədərini şəbəkədə, nə qədərini real həyatda keçirməyi düzgün paylaşdırmaqdır. Smartfon, planşet və noutbukların təsiri altına çox tez düşmək olur. Məsələn, təbiətin bizlərə hansı həzzlər gətirə biləcəyini çox tez unuduruq. İnternetdə hədsiz çox oturmağa görə məhsuldarlıq da aşağı düşür. Çünki biz özümüzü hər şeydən yayındırırıq və işə sərf edəcəyimiz zamanı boşuna xərcləyirik.

Yad arzunun ardınca qaçış

Biz başqasının təsiri altına – istər valideynlər, sevilən bir şəxs və ya istərsə də müəllim olsun – çox tez düşürük. Bizə biganə olmayan insanları razı salmaq üçün çox vaxt öz yolumuzu seçmirik və özgə işlərlə məşğul oluruq. Buna görə özündən başqa heç kəsi günahlandırmaq olmaz.

Xeyirxahlıq və həssaslıq – bu, əlbəttə yaxşı şeydir. Amma, özünə hörmətin olmaması, hələ heç kimi xoşbəxt etməyib.

Şəxsi hisslərə etinasızlıq

Siz nə vaxtsa “Mən səni sevirəm” söyləmədiyinizə görə çox peşman olacaqsınız. Keçmişdə sizin incikliyinizi udmağınız və hislərinizi deməməyiniz də heç də az təəssüf doğurmayacaq.

İndi sizi hansı halların əhatə etməsi vacib deyil, mümkündür ki, nə üzr istəmək, nə də təşəkkür etməklə bağlı ikinci şansınız olsun. Bununla əlaqəli əldən verdiyiniz məqamla bağlı sizə yalnız təəssüflənmək qalacaq. O səbəbdən, həmişə nə hiss etdiyinizi zamanında söyləyin.

İşlə yüklənmək

Həmişə yadda saxlamaq lazımdır ki, iş – bu, yalnız pul əldə etmək üsulu deyil, axı o bizə həm də özünü reallaşdırma hissi gətirir. Biz maliyyə cəhətdən müstəqil olmaq, sevdiklərimizə kömək etmək və özümüzü əzizləmək üçün kifayət qədər pul qazanmaq istəyirik.

Buna baxmayaraq, biz çox işləyib, özümüzü əldən saldıqda, bütün bunları qiymətləndirməyi dayandırırıq. İş ağır bir yükə çevrilir və hansı ki, gətirməli olduğu sevinc hissini bizdən oğurlayır.  Uşaqlarımız görürlər ki, böyük olmaq – hansı ki, bu cür imkandan yayınmaq elə də asan məsələ deyil və onlar həm də pulun ailədən, öz arzularndan belə, daha vacib olduğunu düşünməyə başlayırlar. Belə bir şeyi çox yəqin ki, siz istəməzdiniz.

Öz sağlamlığınıza laqeydlik

Sizin bir bədəniniz var və başqası heç vaxt olmayacaq. Ona lazımi hörmətlə yanaşın. Düzgün qidalanın və idmanla məşğul olun.

Bir çoxları heç də əbədi olmadıqlarını, yalnız sağlamlıqlarında problemlər yarandıqda, dərk edirlər. Həmin məqamda yol verdiyimiz səhvlərdən təəssüflənirik və var qüvvəmizlə keçmişin səhvlərini düzəltməyə çalışırıq. Baxmayaraq ki, onlarla mübarizə aparmaqdansa, zamanında bunun səbəblərini aradan qaldırmağın daha asan olduğunu gözəl anlayırıq.

Dalan münasibətlərinin dəstəklənməsi

Zərərli qida bədəni məhv etdiyi kimi, zərərli vərdişlər də – sevgili, sinif yoldaşı, rəis, valideynlər və ya hətta qonşularla olan – ruhunu və emosional sağlamlığını məhv edir.

Münasibətlərin zərərli olduğunu necə bilməli? Onların həyatınız necə təsir göstərdiyini təhlil edin. Əgər onlar olmasa, siz özünüzü nə qədər yaxşı hiss edə bilərdiniz? Effekt müsbət görünəcəyi halda, bir insanı qalmaqalsız və isterika olmadan buraxın və yaşamağa davam edin.

Qara gün üçün maliyyənin olmaması

Gözlənilməz xərclər həmişə qəfildən peyda olur. Bunlara isə öncədən hazır olmaq lazımdır. Xəstəlik, iş yerinin itirilməsi, ailə üzvlərindən hər hansı birinin ölüm halları üçün arxaya pul atın, belə etsəniz, stressli vəziyyətdə ayaqlarınız altında dayanıqlı torpaq olduğunu hiss edəcəksiniz.

Əlbəttə, heç kim faciələri öncədən görə bilmir, lakin hər şeyi öz axarına buraxmaq da olmaz.

10 ildən sonra həyatın necə keçəcəyini heç kim bilmir, lakin, buna indidən hazırlaşmaq lazımdır.

Sabah uğurlu və xoşbəxt olmaq üçün bu gündən etdiyiniz işlər üzərində düşünün.

Qeyd. Bu tələlərə ayaq basma, yox, əgər artıq ayaq basmısansa, onda öz həyatın uğrunda indidən mübarizə apar. Həyat yeganədir və çox qısadır. Həyatı həzzlə yaşa.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib peşəsinin aradan çıxa biləcəyinə dair 5 səbəb

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib peşəsinin aradan çıxa biləcəyinə dair 5 səbəbMühasib

Britaniya alimləri belə hesablayıblar: hər 10 il ərzində təxminən 5000 peşə yoxa çıxır. Düzdür, yoxa çıxan növlərin yerinə heç də bundan az olmayan yeni məşğulluq peşələri gəlir.

Yəqin, mühasib peşəsinin lazım olub-olmaması ilə bağlı qızğın mübahisələrdən xəbərdarsınız. İndi bu məsələni araşdıraq.

1-ci səbəb. Nəzarət.

Bunu Rusiya maliyyə nazirinin birinci müavini Tatyana Nesterenko Moskva maliyyə forumunda səsləndirib. Məmur deyib ki, mühasib peşəsi indiki formatda tədricən rus əmək bazarından yoxa çıxacaq.

Belə ki, kağız sənədlərin əvəzinə elektron sənədlər gələn kimi həm dövlət strukturlarında, həm də kommersiya təşkilatlarında mühasiblərə tələbat aradan qalxacaq.

Elə biz də hesab edirik ki, bu çox ciddi problemdir. Dövlət (təkcə rusiya deyil) biznes üzərində öz nəzarətini gücləndirir. Və istisna etmirik ki, çox yaxın zamanlarda malların, pulların, işlərin, xidmətlərin bütün hərəkəti dərhal vergi müfəttişliyində məlumat bazasına daxil olacaq və vergilər də elə həmin məlumatlar əsasında tutulacaq.

2-ci səbəb. Texnologiya.

Servislər demək olar ki. günbəgün yaxşılaşır. Daha az əl əməyindən istifadə olunur və daha az yüksək peşəkarlıq yanaşması tələb olunur. Bu gün hətta mühasibatlıqda və vergi sahəsində peşəkar olmayan sahibkar belə, adi hal almış servislər vasitəsilə hesabatları verə bilir.

Hətta sahibkarın bu sahədə əməkdaşları olsa belə, bu servislər ona vergiləri və əməkhaqını hesablamaqda, vergiləri ödəməkdə və heabatları tərtib etməkdə kömək edir. Siz yəqin deyirsiniz ki, bütün bunlar kiçik və orta müəssislərdə baş verir? Biz isə deyirik ki, bu hələ başlanğıcdır. Düşünürük ki, çox tezliklə başlanğıcda az sayda peşəkar mühasiblərlə keçinməyə, sonra isə tam şəkildə onlarsız bunu etməyə imkan verən digər servislər də ortaya çıxacaq.

3-cü səbəb. Bazar.

Bu gün hətta Rusiyada rəqabət nəhayət tam şəkildə işləməyə başlayıb. Bizim dövrdə sadəcə xidmət göstərmək, sadəcə məhsulu satmaq və ya hər hansı bir xidməti yerinə yetirmək, kifayət etmir. Çünki bu cür “sadə”ni yerinə yetirənlərin sayı çox genişdir. Və əlavə gəlirlər daha yoxdur. İstehlakçılar daha az pulun müqabilində daha çox keyfiyyət tələb edirlər.

Amma, bu da artıq azlıq təşkil edir! İstehlakçılar emosiya tələb edirlər!

Sual verə bilərsiniz ki, bütün bunların mühasiblərə nə dəxli?  Dəxli var, çünki mühasiblər və autsorsinq şirkətləri arasında rəqabət də yüksəlir. İkincisi, effekt əldə etmək və bu zaman zərərə düşməmək üçün biznes əlavə xərclərdən can qurtarmalıdır. Və mühasibatlıqla bağlı qənaət etmək imkanı ələ düşən kimi sahibkarlar dərhal bundan istifadə edəcəklər.

4-cü səbəb. Keyfiyyət.

İş ondadır ki, mühasibatlıqda insan amili  də mühüm rol oynayır. Mühasibin səhvləri müəssisənin bütün işlərinə təsir göstərə və ya biznesin məhvinə gətirib çıxara bilər. İş ondadır ki, mühasib həmin səhvləri məqsədyönlü şəkildə etməyib. Buna səbəb işlərin əksəriyyətinin əl ilə aparılmasıdır.

Ona görə, istənilən sahibkar başa düşür ki, əl əməyini avtomatlaşdırsa, keyfiyyət yüksələcək. Zira maşınlar səhvə yol vermir, xəstələnmirlər, yeni qanunvericlikləri diqqətdən qaçırmırlar, dekretə görə və ya illik məzuniyyətə çıxmırlar və bundan əlavə, bu əmək ilbəil ucuzlaşır.

5-ci səbəb. Məxfilik.

Şirkətdə mühasib və ya hətta outsourcing belə, çox vaxt rəhbərliyin etibar etdikləri şəxslərdir. Onlar çoxlu sayda məxfi məlumatlara malik olurlar. Və o da məlumdur ki, məxfiliklərin qorunması üçün, onları başqalarına etibar etmək olmaz. O səbəbdən, özünü riskə atmamaq üçün bəzən rəhbərlik hətta hər şeyi bilən mühasibdən asılı vəziyyətə düşə bilər. Mühasib isə bundan təbii ki, sevincək olacaq.

Nə etməli… Biz sizə bu mövzu üzərində düşünməyi tövsiyə edirik.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 835 836 837 838 839 840 841 2. 398