Mühasibat uçotunun aparılmasını kimə etibar etməli?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotunun aparılmasını kimə etibar etməli?Mühasibat uçotu

Hər bir sahibkar mühasibat uçotunun aparılmasını necə və kimə etibar edilməsi ilə bağlı məsələdə problemlərlə qarşılaşır. Müvafiq qanunvericiliyə görə mühasibat uçotunu bu mütəxəssislər yerinə yetirməlidirlər:

-Ştatlı iqtisadçı, müqavilə əsasında kənar mühasibat təşkilatı, müəsssisənin öz rəhbəri.

İri təşkilatlarda, şirkətlərdə işlərin həcmi böyük olduğundan ayrıca mühasibatlığın saxlanılması bir zərurətə çevrilir, kiçik təşkilat və müəssisələrdə isə mühasibat uçotunun istənilən üç üsulundan birinin təşkili məqsədəuyğun sayılır. Bütün üsulların müsbət və mənfi tərəflərinə diqqət yetirək.

Hər hansı bir şirkətə işə qəbul üçün yeni adam gələndə, müəssisə rəhbərləri həmin şəxsin zahiri görkəmindən onun necə bir işçi, qabiliyyətlərinin hansı səviyyədə olduğunu müəyyən etməkdə çətinlik çəkirlər. Əməkdaş müvafiq biliklərə malik ola bilər, amma praktiki iş təcrübəsi olmaya bilər. Mühasiblər çox vaxt iş prosesi zamanı dərk oluna bilərlər.

Səhvlər aşkar olunduqda, buna görə cərimə sanksiyaları ilə bağlı məsuliyyəti rəhbərlik daşıyır. Yüksək ixtisaslı baş mühasib və ondan ötrü iş yerinin təşkil olunması, böyük  məsrəflərə gətirib çıxarır, o səbəbdən bəzi müəssisələrə belə bir əməkdaşın saxlanılması sərf eləmir.

Mühasibat uçotunun sərbəst şəkildə aparılmasından ötrü xüsusi biliklər və təhsil gərəkdir, amma müəssisə rəhbərlərinin əksəriyyətinin iqtisadi və ya maliyyə təhsili olmur. Belə halda böyük problemlər ortaya çıxa bilər və sonda yenə də mühasibat uçotunun aparılması üçün xüsusi şirkətlərə müraciət etmək lazım gələcək, çünki mühasibat uçotunun bərpası bir zərurətdir və bunu yalnız mütəxəssis yoluna qoya bilər.

Mühasibatlıq işlərinin kənar təşkilatlar tərəfindən aparılması orta və kiçik biznes sahəsində çox geniş yayılıb. Belə bir şirkətlə əməkdaşlığı təxminən bu cür  xarakterizə etmək olar. Həmin şirkət sizin biznesinizin xüsusiyyətlərini öyrənir, yerinə yetirməli olduğunuz işləri müəyyənləşdirir, görəcəyi işlərə görə alacağı məbləği sizinlə razılaşdırır və nəhayət tərəflər arasında müqavilə imzalanır. Siz yalnız mühasibat şirkətinə bütün ilkin sənədləri təqdim edirsiniz, mühasibat hesabatlarını və vergi deklarasiyalarını imzalayırsınız.

Əgər, həmin şirkətin təqsiri üzündən hər hansı bir zərərə düşsəniz,  siz onu mülki məsuliyyətə cəlb edə bilərsiniz ki, bu da təşkilat üçün böyük üstünlükdür. Əgər, sizə vergi xidmətləri sahəsində konsultasiyalar lazımdırsa, onda şirkət sizə vergi məsləhətçisi  təyin edə bilər, çünki mühasiblərin heç də hamısı sizin vergilərlə bağlı suallarınıza düzgün cavab vermək iqtidarında deyil. Vergi Kodeksinin düzgün başa düşülməməsi isə ciddi maliyyə itkilərinə gətirib çıxara bilər.

Müəssisənizin gəlirləri bir çox hallarda mühasibat uçotunun düzgün aparılmasından asılıdır və onu necə aparmalısınız, bax, bunu isə özünüz müəyyən etməlisiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Analıq məzuniyyəti ödənişinin hesablanması

posted in: Xəbər | 0

Analıq məzuniyyətiİşçinin analıq məzuniyyətinə çıxması, analıq məzuniyyəti ödənişinin hesablanması, müavinətlərin verilməsi ilə bağlı müəyyən suallar doğuran məqamlar var. Mövzuya iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Əmək Məcəlləsinin “Hamiləliyə və doğuşa görə məzuniyyətlər” adlı 125- ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda isə doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən, analıq məzuniyyəti ödənişinin hesablanması zamanı işçinin məzuniyyətə çıxdığı dövrdən əvvəlki son 12 aydakı cəmi əməkhaqqı 12 ayda olan iş günlərinin sayına bölünür. Bir iş gününə düşən qazanc tapılır. Qazancın məbləği məzuniyyət dövründəki iş günlərin sayına vurulur. Hamiləliyə görə müavinət tam olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.
Misal 1: Fərz edək ki, işçi 2 aprel 2019-cu ildən hamiləliyə görə məzuniyyətə çıxıb və onun aprel 2018 – mart 2019-cu il (12 ay) müddətində əməkhaqqı 2640 manat olub. Şərti olaraq hesab edək ki, 12 ayda iş günlərinin cəmi sayı 248 gündür. İşçi təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən, 6 avqust 2019-cu il tarixində işə çıxmalıdır. Bu zaman işçiyə analıq məzuniyyəti hesablamaq üçün əvvəlcə hər iş gününə düşən orta qazanc məbləği tapılır:

2640:248 = 10,65 manat.

Sonra 2 aprel 2019-cu il tarixindən 06 avqust 2019- cu il tarixinə kimi neçə iş günü olduğunu müəyyənləşdirmək lazımdır. Tutaq ki, bu müddətdə 85 iş günü var. Bu halda cəmi analıq məzuniyyətini hesablamaq üçün gündəlik qazanc (10,65 manat) 85 iş gününə vurulur:

10,65 x 85 = 905,25 manat.

Deməli, işçiyə analıq (hamiləliyə və doğuma görə) məzuniyyətinə görə 905,25 manat düşür.

İcbari ödənişlərə gəlincə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, analıq məzuniyyətləri gəlir vergisinə cəlb edilmir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində isə göstərilir ki, analıq məzuniyyətinə məcburi dövlət sığorta haqqı hesablanmır.

Əsasnaməyə əsasən, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Qeyd edək ki, 6 aylıq müddət bir iş yerində yox, ümumilikdə nəzərə alınır.

Misal 2: Tutaq ki, “AA” MMC-nin işçisinin bir illik sosial sığorta stajı var, ancaq o, adı çəkilən təşkilatda 5 aydır çalışır. İşçi analıq məzuniyyətinə çıxması haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. Bəzi işəgötürənlər səhvən belə düşünürlər ki, işçinin təşkilatda işləməsi müddəti 6 aydan az olduğu üçün ona müavinət hesablanmamalıdır. Amma qeyd etdiyimiz kimi, bu zaman ümumi sosial sığorta stajı əsas götürülür. Misalımızdakı işçinin əvvəlki bir illik sosial sığorta stajı imkan verir ki, işəgötürən 5 ay müddətində çalışan işçiyə müavinət hesablasın.

Misal 3: İşçinin əvvəlki iş yerlərində cəmi 3 ay sosial sığorta stajı olub, son təşkilatda isə 4 aydır çalışır. İşçi xəstəlik vərəqəsi təqdim etdiyi halda, ümumi sosial sığorta stajı dövrü 7 ay (3 ay + 4 ay) olduğu üçün ona müavinət hesablanır.

Misal 4: İşçi analıq məzuniyyətinə çıxmazdan əvvəl əsas iş yerində 4 ay, bununla yanaşı, əlavə iş yerində də 3 ay çalışıb. Bu halda işçi əsas iş yerinə xəstəlik kağızı təqdim etsə də, ona müavinət hesablanmayacaq. Çünki işçinin ümumi sosial sığorta stajı dövrü 6 aydan azdır: o, əsas və əlavə iş yerlərində paralel dövrdə çalışdığından bu müddətlər toplanmır.

Təcrübədə rast gəlinən yanlışlardan biri də müavinət hesabanmayan işçinin məzuniyyətə göndərilməməsi halıdır. Misal üçün, tutaq ki, “AA” MMC-nin ümumi sosial sığorta stajı 3 ay olan işçisi analıq məzuniyyətinə çıxmaq üçün xəstəlik vərəqəsi təqdim edir. Şirkətin müavinət komissiyası işçinin cəmi sosial sığorta stajı 6 aydan az olduğuna görə işçiyə analıq məzuniyyətinə görə müavinət ödənilməməsi barədə qərar verir. Amma bu o anlama gəlmir ki, işçi analıq məzuniyyəti hüququndan istifadə etməyəcək. Bu halda işçi analıq məzuniyyətinə çıxır, ancaq ona hər hansı müavinət ödənilmir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank-da Xəzri pul köçürmələri sistemi ilə bank kartından vəsait göndərmək mümkün oldu

posted in: Bank, BirBank, Kapital Bank, Xəbər | 0

BirBank XəzriÖlkənin ən məşhur mobil tətbiqi olan BirBank növbəti yeniliklə xidmət çeşidini genişləndirib. Belə ki, mobil tətbiqdə olan ödəniş kartından Xəzri sürətli pul köçürməsi sistemi vasitəsilə vəsait göndərmək mümkün olub.

Bu zaman tətbiqdə “Köçürmələr” menyusunda “Pul köçürmə sistemləri” bölməsindən “Xəzri” sistemi seçilir, köçürməni alan və köçürməni göndərən barədə müvafiq məlumatlar daxil edilir və vəsait köçürülür. Bir dəfə üçün minimum 1, maksimum 1 000 manat olmaqla, manat valyutasında köçürmələr etmək mümkündür. Köçürülən məbləğ üçün 0,8% (minimum 1 AZN) komissiya tutulur. Xəzri ilə göndərilən vəsaiti Kapital Bank filiallarından və ya bankomatlarından almaq mümkündür.

Qeyd edək ki, BirBank tətbiqinin istifadəçiləri POS-terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək “Ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür. BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib peşəsini maraqlı edən 5 fakt

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib peşəsini maraqlı edən 5 fakt

Mühasib peşəsi Belorusun əmək qabiliyyətli əhalisinin rəyinə görə darıxdırıcı peşələr siyahısında az qala liderlik edir. Rəqəmlər, hərflər, kağızlar – bir sözlə ətalət. Bu həqiqətənmi belədir? Mühasibat uçotu üzrə kursların müəllimləri qəti şəkildə deyilənlərin əleyhinədirlər və 5 faktın köməyilə mühasiblərin əməyi ilə bağlı təsəvvürləri təkzib etməyə hazırdırlar.

1№li fakt. Məntiqi düşüncənin inkişafı.

Sudoku və yapon krossvordları belə sadə mühasibat təyinetmələrinin (provodka) formalaşdırılması ilə müqayisə oluna bilməz. Və əgər, kim üçünsə birinci – yalnız sərbəst vaxtı öldürməklə bağlı məşğuliyyətdirsə, ikinci, mühasiblər üçün – iş qaydasında müntəzəm olaraq yerinə yetirilən maraqlı tapşırıqdır.

2№li fakt. Bacarıqların təkmilləşdirilməsi.

Bir çox adamlar üçün şübhəsiz ki, daim təkrarlanan eyni və oxşar iş, heç də maraqlı və əyləndirici deyil. Lakin, məşhur “təkrar biliyin anasıdır” məsəlində deyildiyi kimi, bir il keçdikdən sonra mühasib işində siz ən mürəkkəb tapşırıqları belə qısa vaxt ərzində həll etməyi öyrənəcəksiniz. Qeyd etmək lazımdır ki, bütün hesablaşmalar sizin beyniniz üçün əla məşqdir. Bu isə o deməkdir ki, bu sahədə əldə etdiyiniz bacarıqlar digər fəaliyyət sahələrində də sizin köməyinizə çatacaq.

3№li fakt . Real informasiya.

Müəssisənin bütün sənəd dövriyyəsi mütləq şəkildə mühasibatlıqdan keçir. Bütün məlumatlar və rəqəmlər əlinizdə olduqda, eləcə də analitik təhlil əqlinə malik mütəxəssis şirkətin gəlirləri, ödəniş qabiliyyəti və inkişaf perspektivləri barədə dəqiq təsəvvürə malik olur. Əgər, şirkətin vəziyyəti kritik həddə yaxındırsa, bundan birincilər sırasında məlumatı olan şəxs mühasib olacaq və hətta o, bunu bəlkə də hamıdan əvvəl duya biləcək. O səbəbdən, bir növ sığortalanacaq və özünə zamanında daha stabil bir iş yeri axtaracaq.

4№li fakt. Ünsiyyətcillik.

Bir iş günü ərzində mühasib demək olar ki, bütün iş bölmələrindən olan insanlarla əlaqədə olur və əməkdaşlıq etmək məcburiyyətində qalır. O səbəbdən, əgər ünsiyyətcil adamsınızsa, bu ünsiyyət sizə sevinc gətirəcək, belədə mühasib peşəsi sizə çox maraqlı gələcək.  Həmkarlarınızla  əlaqə qurarkən, siz fikrinizi inamla müdafiə etmək, lazım gəldikdə, isə imtina etmək bacarığına yiyələnəcək və istənilən həmsöhbətinizə qarşı yanaşma üsulu tapmağı öyrənəcəksiniz.

5№li fakt. Hərəkət azadlığı.

Kənardan muzdla mühasib işə götürmək – kiçik və orta müəssisələr üçün yaxşı variantdır. O səbəbdən ixtisaslı mütəxəssis eyni zamanda bir neçə müəssisədə işləyə və məvacibini də özü müəyyənləşdirə bilər. Bundan əlavə, həm də öz biznesinizi qura bilərsiniz ki, bu zaman sizin əlavə mühasibə də ehtiyacınız qalmayacaq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 834 835 836 837 838 839 840 2. 398