Dünyada ərzağın qiyməti rekord həddə bahalaşıb

posted in: Xəbər | 0

ərzağın qiymətiDünyada ərzaq rekord həddə bahalaşıb. Qidaların qiyməti 2014-cü ilin iyul ayından bəri maksimuma çatıb. Bu barədə BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) məruzəsində deyilir.

Qiymətlər artıq on aydır ki, ardıcıl yüksəlməkdədir. Mart ayında FAO indeksi 118,5 bəndə kimi yüksəlib ki, bu da fevral ayındakından 2,1 faiz çoxdur. Ən çox bitki yağları bahalaşıb. Mart ayında onun qiymət indeksi 8 faiz artıb və 2011-ci ilin iyun ayından bəri ən yüksək nöqtəyə çatıb.

Həmçinin süd və ət məhsullarının qiymətləri də əhəmiyyətli həddə (müvafiq olaraq, 3,9 və 2,3 faiz) yüksəlib ki, bu da pasxa bayramları ərəfəsində tələbatın sıçrayışı ilə izah olunur.

Fevral ayı ilə müqayisədə taxıl və şəkərin dəyəri isə bir qədər azalıb. Dünyada ən böyük ehtiyatlar üzündən və cari ilin yaxşı məhsulunun gözləntiləri səbəbindən ən çox buğdanın qiymətləri aşağı düşüb. Şəkər 4 faiz ucuzlaşıb, lakin onun qiyməti ötənilki qiymətlərdən 30 faiz yüksəkdir.

Rusiyada da ərzaqların qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə 2021-ci ilin yanvar ayında 8,2 faizə kimi artıb. Ölkə bu göstəriciyə görə, Avropa Birliyini demək olar ki, 8 dəfə ötüb keçib. Belə ki, Avropa birliyində qidalarda 1,1 faiz artım müşahidə olunub.

Bundan bir qədər əvvəl Bloomberg, ərzaq qiymətlərinin artmasının vətəndaşların narazılığına və sosial gərginliyə səbəb ola biləcəyi ölkələri sadalamışdı. Həmin ölkələr sırasında Rusiya da vardır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Cari vergi ödənişləri

posted in: Xəbər | 0

Cari vergi ödənişləri

Cari vergi ödənişləri

Cari vergi ödənişlərinin hesablanmasında hansı metodun seçilməsi, bu barədə vergi orqanlarına məlumat verilməsi kimi sual doğuran məqamlar var. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Cari vergi ödənişlərinin hesablanması və ödənilməsi Vergi Məcəlləsinin 151-ci maddəsi ilə tənzimlənir. Bu maddə həmin hesablamaların birinci və ikinci metodunun, həmçinin yeni vergi ödəyiciləri və keçmiş ildə fəaliyyəti olmayan vergi ödəyiciləri üçün cari vergi ödənişlərinin hesablanma qaydalarını təyin edir.

Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, cari vergi ödənişlərinin hesablanmasında tətbiq edilən birinci metod keçmiş ilin mənfəət (gəlir) vergisinin ¼ hissəsinin ödənilməsini əhatə edir.

Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən tətbiq edilən ikinci metodun mahiyyəti isə cari vergi ödənişlərin məbləğinin bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsalın hasili kimi hesablanmasından ibarətdir.

Vergi Məcəlləsinin 151.3-cü maddəsində göstərilir ki, vergi ödəyicisi hər ilin aprel ayının 15-nə kimi il ərzində bu iki metoddan hansını cari vergi ödənişlərinin hesablanmasında tətbiq edəcəyini seçir və vergi orqanlarına bu seçim barədə məlumat verir. Vergi ödəyicisi bu məlumatı vermədikdə vergi orqanları onun cari vergi ödənişlərini birinci metod (151.1) əsasında hesablayırlar. Bu isə vergi ödəyicisi üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Məsələn, tutaq ki, hər hansı şirkətin 2020-ci il ərzində 20.000 manat gəliri, 5.000 manat da gəlirdən çıxılan xərci olub və bu şirkət 15.000 manat mənfəətdən 3.000 manat mənfəət vergisi ödəyib. 2021-ci ilin birinci rübündə cəmi 2.000 manat gəlir əldə edən şirkətin mühasibi 15 aprel 2021-ci il tarixinə kimi “Cari vergi ödənişləri haqqında Arayışı” təqdim etmədiyi üçün vergi orqanı şirkətin cari vergi ödənişlərini birinci metodla hesablayır: 3000/4=750 manat.

Bu məbləği şirkət birinci metodla, həm də ilin digər rüblərində gəlirin əldə edilib-edilməməsindən asılı olmayaraq ödəməli olacaq. Lakin şirkətin mühasibi arayışı vaxtında təqdim edib, vergi orqanlarına ikinci metodu seçdiyini bildirsəydi, onun cari vergi ödənişləri cəmi 2000 * (3000/20000) = 300 manat təşkil edəcəkdi.

Bu misal “Cari vergi ödənişləri haqqında Arayış”ın təqdim edilməsinin vacibliyini, xüsusilə həmin arayışın ilin birinci rübü üzrə təqdim edilməsinin əhəmiyyətini bir daha nümayiş etdirir.

Sözsüz ki, bəzi hallarda vergi ödəyicisinə birinci metoddan istifadə etmək daha sərfəli ola bilər, sadəcə hər bir halda vergi ödəyicisinin hansı metoddan istifadə edəcəyini özü qərara almalı, öz məsuliyyətini vergi orqanına həvalə etməməlidir.

Keçmiş ildə fəaliyyəti olmayan və ya cari ildə vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınan şəxslər cari vergi ödənişlərini Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən hesablayıb ödəyirlər. Bu metoda əsasən, cari vergi ödənişləri rübün nəticəsi əsasında artan yekunla hesablanmış mənfəət (gəlir) vergisinin 75 faizindən az ola bilməz.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Aqrar Tədqiqatlar Mərkəzi auditor seçir

posted in: Xəbər | 0

Aqrar Tədqiqatlar Mərkəzi auditor seçir

Audit şirkəti

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi audit xidməti üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 19-u saat 17:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 92 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 599-08-88 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib

posted in: Kapital Bank, Xəbər | 0

Kapital Bank BAFTKapital Bank və Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəməsi olan BAFT (The Bankers Association for Finance and Trade), tərəfindən 13-14 aprel 2021-ci il tarixlərində “Müxbir Bankçılıq” adlı onlayn seminar keçirilib. Tədbir Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə təşkil olunub.

Tədbirin əsas proqramı beynəlxalq təcrübəyə əsaslanaraq müxbir bankçılıq münasibətlərinin qurulması və onların dəstəklənməsinə həsr olunub. Bu mövzu regionda ilk dəfə təqdim olunaraq Amerikanın və Avropanın qlobal banklarının mütəxəssislərinin iştirakı ilə keçirilib. Seminarda Azərbaycanda fəaliyyət göstərən 20 yerli kommersiya bankı və xarici bankların nümayəndələrindən ümumilikdə 50 mütəxəssis iştirak edib.

Seminarın açılışına qatılan BAFT-ın prezidenti Tod Burwell və Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib və bu istiqamətdə beynəlxalq əməkdaşlıqları dəstəklədiklərini vurğulayıblar.
Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov seminarın yerli bankların beynəlxalq səviyyədə müxbir bankçılığın hansı təcrübə ilə həyata keçirilməsini daha geniş öyrənməsinə, həmçinin ölkə bankları üçün bu istiqamətin gücləndirilməsi və potensialın artırılmasına dəstək verəcəyini bildirib.

Proqramı zamanı bu sahədəki yeni qlobal trendlərə, daxili və xarici maraqlı tərəflərlə işin təşkili, partnyorların seçilməsinin strategiya ilə uzlaşdırılması, gözləntilərin idarə edilməsi, bu prosesdəki potensial risklərin müəyyən edilməsi, banklar arasında əməkdaşlığın inkişafı və idarə edilməsi kimi mövzulara toxunulub. Proqramda həmçinin bu istiqamətdə İT, kiber-təhlükəsizlik və rəqəmsal məqamların da nəzərə alınması kimi mövzular əhatə olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 833 834 835 836 837 838 839 2. 382