» » » Azərbaycanda audit xidməti bahalaşıb

Azərbaycanda audit xidməti bahalaşıb

posted in: Xəbər | 0
birbank biznes

Auditor Vakansiya2020-ci ildə Azərbaycanda fəaliyyət göstərən 55 sərbəst auditor və 116 auditor təşkilatı təsərrüfat subyektləri ilə 5 056 müqavilə imzalayıb.

Bu müqavilələrin ümumi dəyəri 77 milyon manat olub.

2019-cu illə müqayisədə müqavilələrin sayı 21,6% azalıb, dəyəri isə 5,3% artıb. Başqa sözlə, ölkədə audit xidməti bahalaşıb.

Bağlanmış müqavilələrdən 53,8 milyon manatlıq hissəsi və 4 103-ü yerinə yetirilib ki, bu da illik müqayisədə müvafiq olaraq 9,6% az və 21,2% çoxdur.

4 103 müqavilədən 2 198-i və yaxud 53,6%-i məcburi auditin, 1 905-i və yaxud 46,4%-i isə könüllü auditin subyekti olub. İl ərzində ölkə üzrə 4 512 məcburi audit subyektindən 2 198-i (48,7%) auditdən keçib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun