Maliyyə Elm-Tədris Mərkəzinin direktor müavini vəfat edib

posted in: Xəbər | 0

Ödənişsiz təlimMaliyyə Nazirliyinin əməkdaşı vəfat edib.

Nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktor müavini İlham Zeynalov 61 yaşında dünyasını dəyişib.

Onun qəfildən vəfat etdiyi bildirilib.

Allah rəhmət eləsin!

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentə təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən ƏDV hesablanmalıdırmı?

posted in: sual-cavab, Xəbər | 0

ƏDV onlayn xidmətSual: Cəmiyyət əməkdaşlarının iş qabiliyyətinin artırılması və təkmilləşdirilməsi məqsədi ilə qeyri-rezidentdən təlim xidmətləri alır. Bu təlim xidməti üçün qeyri rezidentin nümayəndəsi Azərbaycan Respublikasına gəlmir və Cəmiyyət də öz əməkdaşlarını xaricə göndərmir. Təlim isə onlayn olaraq, internet platforması üzərindən təşkil edilir. Bu zaman, qeyri-rezidentə ödəniş zamanı, Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ÖMV hesablanır, lakin Qeyri-rezidentin ƏDV-si üçün isə hansı maddəyə (maddənin bəndinə) əsaslanmalı olduğumu müəyyən oluna bilmədi. Bu əməliyyatda Vergi Məcəlləsinin 168.1.3 (təhsil), 168.1.5 (elektron ticarət), 168.1.6 maddələrinin tətbiqi ilə bağlı yanaşma ilə bağlı məlumat almaq, təlim xidmətinin 168.1.3-cü maddədə qeyd edilən təhsil xidmətinə və ya 168.1.5-ci maddədə qeyd edilən elektron ticarətə və ya 168.1.6-cı maddələrindən hansına istinad ediləcəyi və qeyri-rezidentin ƏDV-nin hesablanıb hesablanmayacağını bilmək istərdik.

Cavab: Bildiririk ki, qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərə görə əldə olunan gəlirlər Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı və tutulmuş vergi məbləği dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərin göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. Buna əsasən qeyri-rezident şəxsin göstərdiyi təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Konsiqnasiya qaydasında satışların sənədləşməsi necə aparılmalıdır?

posted in: Xəbər | 0

konsiqnasiya qaydasıKonsiqnasiya barəsində sahibkarların və gənc mühasiblərin məlumatı yetərincə olmadığına görə bəzən əməliyyatı düzgün təşkil etməmək, yanlış rəsmiləşdirilmələr aparmaq onlar üçün sonradan əlavə vergi yükü yaradır. Mühasibat mütəxəssisi İlqar Əsədov malların konsiqnasiya qaydası ilə satışı qaydalarını izah edir.

Malların konsiqnasiya qaydası ilə satışına biznes mühitində malların realizasiya qaydası ilə satışı da deyilir. Mülki Məcəllənin 837-841-ci maddələri malların konsiqnasiya qaydası ilə saxlanca götürülməsindən bəhs edir. Təcrübədə rast gəlirik ki, bəzi müəssisələr bu və ya digər malları malsatanlardan birbaşa almaq istəmir, o mallardan hansıları satacaqlarını öncədən bilmirlər. Bu, adətən, orta və iri sahibkarlıq subyektləri hesab edilən müəssisələrin pərakəndə satış obyektləri ilə bağlı olur.

Onlar eyni cins malı bir neçə müxtəlif malsatandan konsiqnasiya yolu ilə alır və sonra onların satışını edirlər. Sözügedən ticarət növü kifayət qədər əlverişli hesab edilir.

Bəs bu cür hallarda malsatanlar sənədləşmə işlərini necə aparmalıdırlar?

Bəzi şəxslərin bu barədə bilgisi yanlışdır: onlar elə bilirlər ki, mal göndərildisə, mütləq e-qaimə tərtib edilməlidir. Həmin mallar üçün e-qaimə tərtib edirlər və sonra həmin mallardan satılmayan hissə geri qaytarıldıqda pərakəndə satış obyektləri geri qaytarılma qaiməsi təqdim edirlər. Lakin əməliyyatın bu cür rəsmiləşdirilməsi qanunvericiliyə uyğun deyil və malsatanlar üçün sonradan sıxıntılar yaradır. Bəzi hallarda bu cür sənədləşmə nəticəsində malsatanın dövriyyəsi “şişir” və əlavə dəyər vergisi qeydiyyatına durmaq zərurəti yaranır.

Mülki Məcəllənin konsiqnasiyadan bəhs edən bölməsində görürük ki, malların bu cür üsul ilə alınaraq satılması zamanı iki tərəf – malların faktiki sahibi və onları saxlanca götürmüş şəxslər olur. Malların faktiki sahibi konsiqnator, onları saxlanca götürərək satmaq istəyən şəxs isə tacir hesab edilir. Bu tip əməliyyatlar zamanı, ilk növbədə, tərəflərin qarşılıqlı razılaşmasını ortaya qoymaq və düzgün sənədləşmə aparmaq lazımdır. Bunun üçün tərəflər bu cür ticarət əlaqəsinə razılıq verdikdən sonra “Malların konsiqnasiya qaydası ilə satışı” müqaviləsini tərtib etməlidirlər. Müqavilədə tərəflərin hüquq və vəzifələri, tacirin və konsiqnatorun kimliyi aydın göstərilməlidir. Bunun üçün mütləq tacirin Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş anbarı olmalıdır. Mallar təhvil-təslim aktı ilə konsiqnator (malsatan) tərəfindən tacirə (malları digər şəxslərə satacaq olan) verilməlidir. Malları saxlanca qəbul edən tərəf onları diqqətlə gözdən keçirməli, qüsurlu mallar barədə qarşı tərəfi məlumatlandırmalıdır. Lakin malların bu cür verilməsi vergitutma məqsədləri üçün malların təqdim edilməsi hesab edilmir. Belə ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir.

Həmçinin, Mülki Məcəllənin 838.1-ci maddəsinə uyğun olaraq, tacir konsiqnasiya mallarını ayrıca saxlamalı və onları tapşıranın mülkiyyəti kimi eyniləşdirməlidir. Yəni konsiqnator tərəfindən malların təhvil-təslim aktı ilə tacirə verilməsinə baxmayaraq, mülkiyyət hüququ konsiqnatorda qaldığı üçün bu əməliyyat malların təqdim edilməsi hesab olunmur. Ona görə də mallar tacirə verildikdə bunun üçün e-qaimə təqdim etməyə ehtiyac qalmır.

Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1.1-ci maddələrinə uyğun olaraq e-qaimə yalnız mallar (işlər, xidmətlər) təqdim edildiyi zaman göndərilir. Bununla belə, Mülki Məcəllənin 840.1-ci maddəsinə uyğun olaraq tacir öz ticarət fəaliyyəti çərçivəsində saxlanca götürmüş olduğu mallardan sata bilər. Müqavilənin əsas məqsədi də bunun üzərinə qurulur. Tacir satdığı mallar barədə konsiqnatoru məlumatlandırmalı, bununla bağlı akt tərtib edilməli və konsiqnator satılmış mallar üçün tacirə e-qaimə göndərməlidir.

Bəs e-qaimə təqdim edilmədən malların təhvil verilməsinə görə yoxlama zamanı problem yaşana bilərmi ?

Qeyd edək ki, vergi yoxlaması və ya operativ vergi nəzarəti zamanı yoxlamanı keçirən şəxslərə iltizam arayışı verilir. Həmin arayışda yoxlama keçirilən müəssisəyə məxsus malların ona məxsus olmayan saxlanc yerlərində olması barədə (həmçinin ona məxsus olmayan, lakin onun saxlanca götürdüyü mallar barədə) məlumat olmalıdır. Vergi ödəyicisi bu cür iltizam arayışını, tacir (konsiqnator) ilə arasında bağladığı “Malların konsiqnasiya qaydası ilə satışı” müqaviləsini və təhvil verilmiş (qəbul edilmiş) mallar barədə tərtib olunmuş “Təhvil-təslim” aktını təqdim etdikdə ona qarşı maliyyə sanksiyası tətbiq edilmir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya iqtisadiyyatının bərpa olunmasının əsas lokomotivi məlum oldu

posted in: Xəbər | 0

iqtisadiyyat tarixiDünyanın ən nəhəng iqtisadiyyatlarının istehlakçıları pandemiya dövründə 2,9 trilyon dollar pul yığıblar. Ekspertlər həmin nəhəng vəsaitləri iqtisadiyyatın bərpasından ötrü əsas lokomotiv adlandırıblar, bu haqda Bloomberg agentliyi xəbər verib.

Yığılan vəsaitlərin təxminən 1,5 trilyonu ABŞ-ın payına düşür. Bu, ölkənin ÜDM-in orta illik artımını iki dəfə üstələyir və Cənubi Koreyanın illik istehsal həcminə bərabərdir. Bir sıra ekspertlər hesab edirlər ki, bu pullar alış-verişə, restoranlara, əyləncəyə, turizmə və idmana xərclənəcək.

Digərləri güman edirlər ki, səhiyyə sahəsindəki böhran keçməyincə və ya əmək bazarı bərpa olunmayana qədər, insanlar həmin vəsaitləri borclarını ödəmək üçün yönəldəcək və ya onları ümumiyyətlə, sərf etməyəcəklər. Əgər amerikalılar qənaət etdikləri bütün pulları sərf etsələr, bu, doqquz faizə qədər iqtisadi artıma (indiki proqnoza görə artım 4,6% təşkil edə bilər) gətirib çıxara bilər. Əgər həmin toplanılan vəsaitlər xərclənməmiş qalarsa, belədə ÜDM çox güman ki, cəmi 2,2 faiz yüksəliş göstərə bilər.

Bundan əvvəl 2020-ci ildə qlobal borcun rekord həddə – 281 trilyon dollara yüksəldiyi barədə xəbər verilmişdi ki, həmin məbləğ də dünya iqtisadiyyatının ölçüsündən 3,5 dəfə çox olub. Artıq il yarımdan sonra borcun ümumi həcmi 300 trilyon dolları ötüb keçə bilər. Belə ki, təkcə keçən il ərzində borc 24 trilyon dollar artıb.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 830 831 832 833 834 835 836 2. 382