Gəlirli startapı necə təsis etməli (7-ci hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli (7-ci hissə)

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat   

Minimal həll

Problemin həlli üçün hansı minimum funksiyalar dəsti tələb olunur?

İkinci və üçüncü mərhələni tamamlayaraq, siz artıq məhsulun monetizasiyası haqqında əsas faktların toplusuna sahibsiniz və xarici görünüş və funksiyaların dəsti haqqında müəyyən təsəvvürə maliksiniz. Növbəti addım – bu, insanların ödəməyə hazır olduqları əsas funksiyaların minimum dəstini yaratmaqdır.

Startapın işə salınmasına hazırlığın bu mərhələsində əsas diqqəti ümumi qərara ayırın, funksiyaların, dizaynın və inkişafın təkmilləşdirilməsi ilə isə daha sonra məşğul olmaq olar.

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz

Minimum funksiyalar dəsti ilə hər hansı bir şəraitə uyğunlaşa bilərsiniz. Funksiyalar nə qədər az  dəyişdirilərsə, təklifin sadəliyi müştərinin daha çox xoşuna gələcək.

Göründüyü kimi, mükəmməllik, əlavə etmək üçün nəsə olmadıqda deyil, nəyi isə ondan artıq qoparmaq mümkün olmadıqda, əldə olunur.

Antuan de Sent Ekzüperi, yazıçı və hərbi təyyarəçi 

Funksiyaların minimal dəstini necə müəyyən etməli?

  • Hipotez işləyib hazırlayın. Bunun üçün fokus-qruplarda sorğuların nəticələrini təhlil edin. Birbaşa soruşun: həll olunmalı problem nədir? Bu informasiyanı sadələşdirin və çıxışda siz sadə funksiyalar dəstini əldə etmiş olacaqsınız.
  • Potensial müştərilər qrupu yaradın. Onları əvvəllər e-poçtlarınıza cavab verən və müştəriniz ola biləcək insanlar arasından tapın, adlarını siyahıya salın.
  • Məhsulunuza vizual forma verin. Məhsul haqqında yaxşı bir fikir yaratmağa kömək edəcək bir neçə maket çəkin. Bunu Balsamiq Mockups və Lucidchart pulsuz proqramlarında etmək olar.
  • 5000 rublluq test. İstehlakçılara maketi göstərin və əgər onlar istifadə etməyə hazır deyilsə, son məhsula əlavə etməyi planlaşdırdığınız bütün xüsusiyyətləri qeyd edin və aşağıdakı sualları verin: “Bir və ya daha çox funksiyaya sərmayə qoymaq üçün yalnız 5000 rublunuz varsa, bu pulları nə üçün sərf edərdiniz?” Müştərilər onlar üçün həqiqətən vacib olan xüsusiyyətləri seçəcəklər.
  • Məhsulunuza olan tələbatı dəqiqləşdirin və yoxlayın. Belə bir sual verib tələbatı və qiyməti test edin: “Sizin fikrinizcə, məhsul üçün hansı qiymət daha qəbulolunandır?” “Məhsuldan istifadəyə görə birdəfəlik ödəniş etməyi və ya aylıq abunəçi kimi ödəməyi üstün tutursunuz?”

Xoş, lakin əhəmiyyətsiz xüsusiyyətləri əlavə edərək, məhsulun təkmilləşdirilməsinə vaxt, enerji və pulunuzu israf etməyin.


Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat tarixinin mərhələləri (3-cü hissə)

posted in: Xəbər | 0

İqtisadiyyat tarixinin mərhələləri (3-cü hissə)

Bəşəriyyət tarixindəki növbəti böyük sıçrayış Avropada orta əsrlərin sonunda baş vermişdi, müasir elmin meydana çıxdığı dövrdə texnologiya inkişaf etməyə başlamışdı və bu da təxminən 200 il əvvəl sənaye cəmiyyətinin formalaşmasına səbəb olmuşdu. Avropada iqtisadiyyatın elm və texnologiyasının inkişafı, onun iqtisadi inkişafında bir sıçrayışa gətirib çıxardı və digər sivilizasiya mərkəzlərindən kəskin şəkildə ayrılmasına səbəb oldu.

Ümumilikdə, sənayeləşməyə qədərki mərhələ cəmiyyətin həyat formalarında dəyişikliklərin yavaş templəri ilə səciyyələnir.

Sənayeləşməyə qədərki cəmiyyətdə iki əsas modeli fərqləndirmək olar:

  • istehsalın asiya üsulu;
  • istehsalın antik üsulu.

Asiya istehsal üsulunda, ictimai quruluşun zirvəsində ali hökmdar-despotun (firon, imperator və s.) olduğu bir piramida şəklində təsvir edilə bilər. Əsas istehsal vasitəsi despotun mülkiyyəti olan torpaq idi və icmalar isə torpağın yalnız irsi sahibləri idi. Şəxsi mülkiyyətə məhdud şəkildə icazə verilirdi. Həm bölgünü, həm də istehlakı dövlət tənzimləyirdi. İstehsalın bu üsulu üçün hakimiyyətin sərt komanda-inzibati sistemi xarakterikdir. Qısa zaman kəsiyində “asiya” modeli yüksək iqtisadi artım tempini təmin edə bilər, lakin, fərdi təşəbbüskarlığı, yaradıcılığı və yeni bir şey axtarmağı istisna etdiyi üçün daha uzunmüddətli dövrdə azalmaya, durğunluğa gətirib çıxarır. Cəmiyyətin asiya forması qədim sivilizasiyalarda yaranmışdı. Lakin, XX əsr də daxil olmaqla, vaxtaşırı yenidən dirçəlir (faşizm, stalinizm) və mütləq məğlubiyyətə uğrayır.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Antik istehsal üsulu, asiya üsulunun antipodudur. Onun üçün bunlar səciyyəvidir:

  • şəhərlərin ictimai həyat mərkəzləri kimi formalaşması;
  • torpaq üzərində şəxsi mülkiyyət;
  • azad əməyin yayılması;
  • vətəndaşların qanun qarşısında şəxsi azadlığı və bərabərliyi;
  • demokratiya siyasi quruluşun üstün forması kimi.

Müasir cəmiyyət əhəmiyyətli dərəcədə antik quruluş ənənələrinin dirçəlişi və inkişafı kimi formalaşmışdır.

Etnogenez iqtisadi inkişafa təsir göstərir. Etnos dedikdə, öz fərqini, digər xalqlardan uzaq olduğunu dərk edən bir qrup insan başa düşülür. Lev Qumilyevin sözlərinə görə, etnosun həyat müddəti təxminən 1200 – 1500 ildir ki, burada o, öz inkişafında bir sıra mərhələlərdən keçir. Etnosun yaranması, adətən, dar zolaqda baş verir, burada Yer biosferinin canlı maddəsinin biokimyəvi energetikasının yığılması, yəni passionar təkan baş verir. Məsələn, yeni dövrün passionar partlayışı xristianların ayrılmasına və Bizansın meydana gəlməsinə səbəb olmuşdu. Şərqdə, eyni dövrdə, fars etnosu, daha şərqdə – köçəri hunların dövləti  meydana gəlmişdi. VII əsrdə etnogenez partlayışı ərəblərin və müsəlmanların yeni etnosunun təşəkkülünə gətirib çıxardı. Şərqdə isə tibet etnosu ortaya çıxdı. XII əsrdə passionar təkan monqolların tarix səhnəsinə çıxmasına şərait yaratdı.

Passionar təkan bir yüksəlişə aparır, ardından müvəffəqiyyət və qələbə idealına can atma, özünü ideal adına qurban vermək istəyi ilə xarakterizə olunan akmatik bir mərhələ gəlir. Bundan sonra passionarlığın azaldığı fazası baş verir ki, o da fəth və miqrasiyalara meylin azalmasına gətirib çıxarır. Lakin, iqtisadiyyatı, mədəniyyəti inkişaf etdirmək cəhdləri güclənir, bu da inersiya mərhələsində özünü göstərir. Ardınca maddi rifah arzusu ilə xarakterizə olunan qaranlıq bir mərhələ davam edir, sənətdə üslub azalır, elmdə orijinal əsərlər məcmuələrlə əvəz olunur, korrupsiya, satqınlıq, cəhalət və prinsipsizlik artır. Bir etnos, hətta yeni bir etnos tərəfindən udulmasa da, həyat istəyi, doğum nisbəti aşağı düşür və ölüm nisbəti isə yüksəlir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçi vəfat etdikdə vərəsəsinə ödənilən müavinətdən gəlir vergisi və digər məcburi tutulmalar aparılmalıdırmı?

posted in: sual-cavab, Xəbər | 0

müavinətdən tutulmalar vərəsəSual: Əmək məcəlləsi Maddə 77 – əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları, 7-ci bəndində İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək məcəlləsinin müvafiq maddəsinə əsasən işçi vəfat etdikdə onun vərəsəsinə orta əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir, bu zaman gəlir vergisi və digər məcburi tutulmalar necə aparılmalıdır?

Cavab: Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 4-cü abzasının müddəalarına əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqlarından azaddır.

Qeyd olunan müavinət Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur.

Əsas: Əmək Məcəlləsinin 77-ci, 154-cü maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Mənbə: taxes.gov.az


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Topdansatış ticarətdə malların təqdim edilməsi qaydası

posted in: Xəbər | 0

uzunmüddətli borcların uçota alınması uzunmüddətli borclarTopdansatış qaydasında ticarət fəaliyyətini həyata keçirən şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün nəzarət-kassa aparatının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, topdansatış ticarət obyektlərindən sahibkarlıq fəaliyyəti subyektlərinə malların təqdim edilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə görə, topdansatış malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə satış isə malların alıcıya satışının son istehlak məqsədilə və yalnız sözügedən Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 828 829 830 831 832 833 834 2. 382