Dünya qızıl bazarı (5-ci hissə)

posted in: Xəbər | 0

Dünya qızıl bazarı (5-ci hissə)qızıl bazarı

Bu o deməkdir ki, dünyada yaranmış iqtisadi və siyasi vəziyyətdə qızıldan ilk növbədə maliyyə aləti və digər birja risklərindən – xüsusilə dolların zəifləməsi və digər dünya valyutalarının dayanıqsızlığı kimi istifadə olunurdu. Bu mənada hazırda qızılın qiymətinin müəyyən edilməsi üçün əsas amil olan neftdən bazar tərəfindən yalnız birja əmtəəsi kimi daha az istifadə olunurdu. Artıq 2005-2006-cı illərdə, xüsusilə Asiyada zərgərlər, qızılın digər metallarla, xüsusən nisbətən bahalaşmasına baxmayaraq, qızıldan daha ucuz olan palladiumla (bir unsiya üçün təqribən 350 dollar) əvəzlənməsi niyyətlərindən danışırdılar.

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

2006-cı ilin nəticələrinə görə, Çində qızıl istehlakının həcmi 350 tona yaxın təşkil edib. Hazırda Çin qızıl istehlakına görə dünyada yalnız Hindistan və ABŞ-dan geri qalaraq, üçüncü yeri tutur. 2005-ci ildə ölkədə qızıl istehlakının həcmi ilk dəfə 300 tonu keçdi. Xüsusilə, zərgərlik sənayesində 2004-cü illə müqayisədə 7,7% artaraq 241,4 ton təşkil etmişdir. 2012-ci ilə qədər zərgərlik və təbabətdə qızıl istehlakının həcmi bir qədər azalıb, halbuki metala olan investisiya tələbatı görünməmiş yüksəkliklərə çatıb. Bu, bir tərəfdən metalın baha olması, digər tərəfdən dünyadakı iqtisadi vəziyyətin qeyri-sabitliyi (2008 və 2009-cu illərdəki qlobal iqtisadi böhran, həmçinin 2012-2013-cü illərdə Avropa Birliyindəki durğunluq və tənəzzül) ilə izah olunur. Ümumilikdə isə 2015-ci ilə qədər dünyada qızıl istehlakının həcmi 2005-ci illə müqayisədə 12,5% artıb.

Dünya qızıl qiymətlərinin dinamikası

1971-ci ildə dolların qızıl təminatının ləğvindən bir neçə il sonra qızılın qiymətlərinin dinamikası, əlvan metalların qiymətinin dinamikası kimi görünməyə başladı: bu, qiymətlərin sürətli bir artımının uzanan enişlə əvəz olunduğu tsiklik xarakteri idi.

Son 20 ildə qızılın qiymətlərinin dinamikasını analiz edərkən aşağıdakı mənzərə ortaya çıxır.

Dünya qızıl bazarı üçün keçən əsrin 80-90-cı illəri bu metalın qiymətlərində bir azalma işarəsi altında keçdi. Qiymətlərin enmə müddəti 2 il (1984-1985-ci illər) 4-5 il (1988-1992 və 1997-2001-ci illər) təşkil edə bilər.

Bir troya unsiyası üçün pik nöqtəyə çatmış qiymət ilə müqayisədə enişin həcmi 100 dolları bir qədər üstələyib: 1983-cü ildə bir unsiya üçün 424 dollar və 1985-ci il üçün 317,66 dollar; 1987-ci il 477,95 dollar və 1992-ci il üçün 344,97 dollar; 1996-cı il üçün 389,08 dollar və 2001-ci il üçün 271,04 dollar.

Ayrılan müddətlərdən sonuncusu ən aşağı qiymətlərlə və maksimal düşmə müddəti ilə xarakterizə olunur.

1996-cı ilin yanvar-fevral aylarında London kotirovkalarının 400 dollarlıq həddə qeydə alınması çox qısamüddətli oldu, bundan sonra qızılın qiyməti, demək olar ki, hər zaman aşağı düşdü və 1999-cu il iyulun 20-də, bir unsiya üçün son 20 ildə ən aşağı səviyyəyə – 252,8 dollara çatdı. 1999-cu ilin sonuna qədər qiymətlər bir qədər artsa da, ümumilikdə onların aşağı düşməsi tendensiyası 2001-ci ilin aprelinədək davam etdi, baxmayaraq ki, unsiya üçün orta aylıq qiymət 260,5 dollar təşkil edirdi. Bu, bir çox amillərdən qaynaqlanırdı ki, bunların arasında əsas üç amil var idi:

  • həm ilkin, həm də ikinci dərəcəli qızıl istehsalının yüksək həcmi;
  • dünyanın demək olar ki, bütün valyutalarına qarşı dolların məzənnəsinin uzunmüddətli artımı;
  • bəzi ölkələrin mərkəzi bankları tərəfindən öz qızıl ehtiyatlarından satışı.

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb

posted in: Xidmət | 0

Rəqəmsal ödəniş ekosistemi inkişaf edərək əhatə dairəsi genişləndikcə müxtəlif ödəniş alətlərindən istifadə edilməsi, bank-müştəri münasibətlərində yarana biləcək ziddiyyətli hallar, aparılan ödəniş əməliyyatları üzrə vergilərin tutulması və digər sahələrdə mütəmadi əsasda cəmiyyətin məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir. Qlobal pandemiya dövründə elektron ticarət əməliyyatlarının dövriyyəsində müşahidə edilən sıçrayışlı artım bankları bu sahədə daha diqqətli və həssas olmağa sövq edir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2017-ci ildə edilmiş dəyişikliklər nəticəsində ödəniş kartları ilə aparılan bəzi əməliyyatlar üzrə vergi dərəcələri müəyyən edilib. Belə ki, Vergilər Məcəlləsinin 169-cu maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Ölkə daxilində POS-terminal şəbəkəsi və ya elektron ticarət üzərindən aparılan əməliyyatlarda, eləcə də internet şəbəkəsi üzərindən xarici internet saytlardan məhsul sifarişi edildikdə ƏDV tətbiq edilmir.

Vergilər Məcəlləsinin 101.5-ci maddəsinə əsasən idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Ödəniş kartları ilə aparılan əməliyyatlarda vergi dərəcələrinin tətbiq edildiyi digər sahə isə elektron pul kisələri ilə bağlıdır. Vergilər Məcəlləsinin 125.1-1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Yuxarıda qeyd edilən ödəniş əməliyyatları həyata keçirildiyi təqdirdə banklar tərəfindən hər bir ödəniş əməliyyat üzrə vergilər, o cümlədən ƏDV ödənişləri fərdi qaydada hesablanaraq kart istifadəçisinin hesabında olan vəsaitdən ödənilir. Lakin bir sıra hallarda bankın informasiya texnologiyaları infrastrukturunda aparılan təkmilləşmə işləri və digər səbəblərdən fərdi qaydada və ya kütləvi olaraq bir çox kart istifadəçilərinin apardığı ödəniş əməliyyatları üzrə vergi dərəcələrinin hesablanması zamanında mümkün olmaya bilər.

ABA son zamanlar bir sıra sosial şəbəkələrdə vətəndaşların narazılığına səbəb olan məsələ ilə əlaqədar bildirir ki, bu istisna hal məhz texniki səbəblərdən dolayı baş vermişdir və texniki xətaların olması qaçılmazdır. Hər zaman olduğu kimi, kart istifadəçisi olan müştərilər kart hesablarından vəsaitlərin silinməsi, o cümlədən vergilərin ödənilməsi ilə bağlı banklara birbaşa müraciət edərək əsaslandırılmış formada cavab ala bilərlər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya bank sistemi dağılmaq təhlükəsi altındadır

posted in: Xəbər | 0

Dünya bank sistemiRəqəmsal valyutaların tətbiqi dünya bank sisteminə ciddi təsir göstərə bilər və onu məhv etmək təhlükəsi altına qoyur. Bu haqda analitiklərə istinadən CNBC xəbər verib.

Bir çox ölkələrin Mərkəzi bankları rəqəmsal pullara getdikcə daha çox maraq göstərməyə başlayıblar, lakin, bu planlar “faktiki olaraq maliyyə sistemini məhv edə bilər”. Ekspertlər qeyd edirlər ki, ənənəvi banklar və fintech startapları müştərilərin depozitlərini itirmək riski ilə üzləşirlər, həmçinin rəqəmsal valyutalardan istifadə edərkən məxfiliklə bağlı problem də ortaya çıxa bilər.

Morgan Stanley bankının hesabatında, dünyanın Mərkəzi banklarının 86 faizinin rəqəmsal valyutaları öyrəndiyi bildirilir. Mərkəzi bankların təxminən 60 faizi konsepsiyanın yoxlanması üzərində işləyir, lakin yalnız 14 faizi pilot proqramını işə salıb və ya onun hazırlanması mərhələsindədir.

Aprel ayında Rusiya Mərkəzi bankı rəqəmsal valyutanın tətbiqi planını təqdim edib. Rəqəmsal rubl banklarda açılmış xüsusi pul kisələrində saxlanılacaq, həm fiziki, həm də hüquqi şəxslər onlara sahib ola biləcəklər. Prototip gələn il testdən keçiriləcək.

Bir neçə ölkənin oxşar planları var. Məsələn, Böyük Britaniya öz rəqəmsal valyutasını buraxmaq istəyir: Böyük Britaniya Xəzinədarlığı və İngiltərə Bankı məsələni öyrənmək üçün işçi qrupu yaradıblar. Çin bu sahədə hamıdan fəal işləyir. Pekində vətəndaşların rəqəmsal yuanın xeyrinə ənənəvi pullardan müvəqqəti imtina etmələri üçün onlara eksperiment kimi müəyyən məbləğdə pul da ödəyiblər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank kiçik və orta sahibkarlara maliyyələşmə üçün onlayn sifariş xidmətlərini təklif edir

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankKapital Bank 25 aprel – Azərbaycanda Sahibkarlar Günü ərəfəsində kiçik və orta sahibkarlar üçün növbəti yeniliyini təqdim edir. Belə ki, “Müştəri profili” onlayn platforması vasitəsilə fərdi sahibkarlar və hüquqi şəxslər bankda hesab açmadan və Müştəri Bank sisteminə qoşulmadan şəxsi kabinet yaradıb, maliyyələşmə məhsulları üzrə sifarişlərini banka yönəldə bilərlər.

 “Müştəri Profili” vasitəsilə yaradılmış şəxsi kabinetdə müştərilər maliyyə vəsaitlərinə olan ehtiyaclarını qarşılamaq üçün Kapital Bank tərəfindən təklif olunan hər bir məhsul haqqında ətraflı məlumatla tanış ola bilərlər. Maliyyələşmə məhsulunun hər hansı biri üzrə sifariş vermək istəyən müştəriyə banka gəlməyə, bank nümayəndəsi ilə əlaqə saxlamağa ehtiyac yoxdur.

Belə ki, müştəri rahatlıqla, sifariş vermək istədiyi maliyyələşmə məhsulu üzrə, onun ilkin şərtlərini – müddətini, məbləğini qeyd etməklə sifarişini banka “Müştəri Profili” vasitəsilə yönləndirə bilər. Banka onlayn şəkildə yönləndirilmiş sifarişin ilkin qiymətləndirilməsinin aparılması üçün tələb olunan sənədlərin təqdimi də “Müştəri profili” vasitəsilə banka gəlmədən onlayn şəkildə təqdim edilə bilər.

30 iyun 2021-ci il tarixinədək davam edəcək kampaniyanın şərtlərinə görə, müştərilər AZN valyutasında olan kredit, ticarət əməliyyatlarının maliyyələşdirilməsi və overdraft məhsullarının Müştəri Profilindən sifarişi zamanı rəsmiləşmə komissiyasına 30% endirim əldə edəcək.

Bundan başqa, sadalanan maliyyələşmə məhsullarından hər hansı birini əldə etmiş müştəri növbəti 3 ay ərzində əmək haqqı layihəsinə qoşulduqda əldə etdiyi məhsulun illik faiz dərəcəsinə 1% endirim təqdim edilir. Üstəlik kampaniya çərçivəsində maliyyələşmə məhsullarını əldə edən ilk 30 müştəriyə əmək haqqı kartları tam olaraq pulsuz veriləcək. Xidmətə qoşulmaq üçün https://kbl.az/cbpcr linkinə keçid etmək olar.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 825 826 827 828 829 830 831 2. 382