Vergi ödəyicisinin uçotu ilə bağlı hansı maliyyə sanksiyaları tətbiq edilir?

posted in: Xəbər | 0

Vergi ödəyicisinin uçotuVergi ödəyicilərinin heç arzu etmədiyi hallardan biri maliyyə sanksiyasının tətbiq olunmasıdır. İqtisadçı ekspert Anar Bayramov vergi ödəyicisinin uçotu ilə bağlı hansı hallarda maliyyə sanksiyalarının yarana biləcəyinə aydınlıq gətirir.

Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinn 58.2-ci maddəsi isə “Fərqlənmə nişanı” ilə bağlı qaydaların pozulması hallarına tətbiq edilən maliyyə sanksiyalarını tənzimləyir.

Misal 1: Qeyri-kommersiya hüquqi şəxs olan qeyri-hökumət təşkilatı 25 noyabr 2020-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, vergi orqanına qeydiyyat üçünsə 5 yanvar 2021-ci il tarixdə müraciət edib. Bu halda vergi orqanı qeydiyyat müraciətini gecikdirdiyinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat məbləğində maliyyə sankisyası tətbiq edəcək.

Misal 2: Dini qurum olan hüquqi şəxs 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. Bu qurum vergi orqanına qeydiyyat üçün 30 gündən sonra müraciət etdikdə, vergi orqanı tərəfindən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 3: Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, vergi orqanlarında uçota durmaq üçün müraciət etməyib. Bu halda fiziki şəxsin fəaliyyəti qanunsuz sahibkarlıq fəaliyyəti hesab olunmaqla yanaşı, vergi orqanında uçota alınmaq üçün müraciət etmədiyinə görə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, 40 manat maliyyə sanksiyası hesablanacaq.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İstehsalın uçotu

posted in: muhasibat, Məqalə, Xəbər | 0

istehsalın uçotuBir böyük sənaye müəssisəsi, bir qayda olaraq, əldə edilmiş materialların hazır məhsullara çevrilməsi zəncirindən keçən başlıca istehsalın bir neçə sexinə malik olur.

Məsələn, maşınqayırma zavodunun əsas istehsalat sexlərinin tipik bir zənciri özündə tədarük sexlərini ehtiva edir – tökmə, dəmirçi, mexaniki və yığım sexləri. Əsas istehsalın sexləri arasında maddi dəyərlərin hərəkətinin uçotu üçün, – hansı ki, bu zaman tədarükçülərdən satın alınmış materiallar ardıcıl olaraq yarımfabrikatlara, sonra isə hazır məhsullara çevrilirlər, – müəssisənin hesablarla bağlı iş planında “Əsas vəsaitlər” hesabına alt-hesablar daxil edilir. Bundan əlavə, maddi dəyərlərin yerdəyişməsi və hazır məhsula çevrilməsinin uçotu üçün “Yarımfabrikatların şəxsi istehsalı” hesabından da istifadə etmək olar. Bu hesabdan o zaman istifadə etmək əlverişli olur ki, müxtəlif emal mərhələləri aralığında maddi dəyərlər aralıq anbarlara – yarımfabrikat anbarına yığılır. Belə bir anbarda saxlanılan və növbəti emal mərhələsini gözləyən dəyərlər “Yarımfabrikatların şəxsi istehsalı” hesabında göstərilə bilər.

Materialları hazır məhsullara çevirməklə birbaşa məşğul olan əsas istehsalat sexlərindən başqa, iri zavodlarda köməkçi sexlər, yardımçıikinci dərəcəli sexlər də olur.

Yardımçı sexlərin vəzifəsi əsas istehsalat sexlərinin, xüsusilə də alətlərin və istehsal avadanlığının istehsalının fasiləsiz işləməsini təmin etməkdir. Yardımçı sexlərə alətlər, təmir və enerji sexləri aiddir.

İkinci dərəcəli sexlər köməkçi materialların əldə olunması və emalı ilə məşğul olur. Belə yardımçı təsərrüfatlara hazır məhsulların qablaşdırılması üçün qablama materialları hazırlayan sexləri göstərmək olar.

Belə sexlərdə həmçinin istehsal zamanı yaranan tullantılardan məhsullar hazırlanır, ya da istifadə olunmuş köməkçi materiallar bərpa edilir.

Yardımçı, köməkçi və əlavə sexlərin əsas istehsal sexlərinə və digər istehlakçılara verdiyi məhsul və xidmətlərin dəyərini nəzərə almaq üçün “Köməkçi istehsal” hesabı şirkətin hesablarının iş planına daxil edilməli və ona lazımi sayda alt hesablar əlavə olunmalıdır.

Böyük bir sənaye müəssisəsi öz tərkibində istehsala və təsərrüfata xidmət göstərən bölmələr də ola bilər ki, onlar müəssisəmin hazır məhsullarının buraxılışı ilə əlaqəli olmurlar. Onlara yeməkxanalar, mənzil-kommunal və sanatoriya sağlamlıq təsərrüfatları aiddir. Bu xidmət sahələri də məhsul buraxır və müəssisənin digər bölmələrinə xidmət göstərir, eləcə də müsssisənin kəanr istifadəçiləri ilə əlaqələr qururlar. Bu məhsul və xidmətlərin dəyərinin uçotu üçün müəssisənin hesablarla bağlı iş planına “İstehsal və təsərrüfata xidmət göstərən” hesab daxil edilir.

Sənaye müəssisəsində əsas istehsal zənciri, bir qayda olaraq, təchizatçıdan materialların alınması ilə başlanır. Ancaq, hər hansı bir sənaye müəssisəsi faydalı qazıntıların hasilatı ilə məşğul olursa, məsələn, bu şaxta da ola bilər, onun əsas materialı müftə təbii sərvətlər – yerin təki ola bilər. Şaxta tərəfindən hasil edilən təbii sərvətlər isə artıq onun hazır məhsulu sayılır ki, şaxta onları pulla satır. Buna müvafiq olaraq, şaxta tərəfindən hasil edilən təbii sərvətlər müəssisənin mühasibatlığı tərəfindən “Hazır məhsullar” hesabında uçota alınacaq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat balansı haqqında bilmədiklərimiz

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat balansı

biznes, Mühasibat uçotunun məqsədi

Mühasibat balansı – bu, müəyyən bir tarix üçün onların mənbələri olan iqtisadi vasitələrin qruplaşmasıdır. Balansın aktivlərinin və passivlərinin bərabərliyi balansın valyutası adlandırılır. Müəssisənin bütün resursları balansın aktivində qruplaşır, onların yaranma mənbələri isə balansın passivində.

Balansın aktivində olan bölmələr artan likvidlik qaydasında təşkil olunur.

Mühasibat balanslarının zaman üzrə tərtibi belə ola bilər:

  1. giriş və ya ilkin balans – o tərtib olunmazdan əvvəl müəssisələrdə inventarizasiya və bütün mülkiyyətin dəyərləndirilməsi həyata keçirilir.
  2. cari balans – müəssisələrin bütün fəaliyyəti zamanında dövrü olaraq tərtib olunur;
  3. ləğvetmə balansı – hesabat dövründə fəaliyyətinin dayandırılması tarixinə müəssisələrin əmlakının vəziyyətini xarakterizə edir;
  4. ayırıcı balanslar – iri müəssisənin bir qədər kiçik struktur bölmələrinə ayrılması zamanı tərtib edilir;
  5. birləşdirici balans – bir neçə kiçik təşkilatın bir iri təşkilatda birləşməsi prosesi zamanı tərtib edilir.

Tərtib olunma mənbələrinə görə balanslar bunlara ayrılır:

  1. inventarlaşdırma balansları – müəssisənin vəsaitlərinin inventarlaşdırılmasına müvafiq olaraq tərtib edilir, bu cür balans qısaldılmış və ya sadələşdirilmiş formada ola bilər;
  2. kitab balansı – cari mühasibat uçotu məlumatları əsasında (cari sənədlər əsasında) tərtib olunur;
  3. ümumi balans – mühasibat uçotu qeydləri və aparılmış inventarizasiya məlumatları əsasında tərtib olunur.

İnformasiya miqyasına görə balanslar aşağıdakılara ayrılır:

  1. tək balanslar – yalnız bir təşkilatın fəaliyyəti ilə bağlı məlumatları əks etdirir;
  2. mürəkkəb balanslar – bir neçə təşkilatın fəaliyyəti ilə bağlı məlumatları əks etdirir.

Fəaliyyət xarakterinə görə balanslar bu cür olur:

  1. əsas fəaliyyət balansı – təşkilatın nizamnamə siyasətinə müvafiq  olur;
  2. qeyri-əsas fəliyyətlə bağlı balans – təşkilatın digər fəaliyyət növlərini xarakterizə edir.

Təmizləmə üsulu üzrə balanslar:

  1. balans-brutto – özündə tənzimləyici məqalələri birləşdirir, elmi tədqiqatlar zamanı, eləcə də informasiya funksiyalarının təkmilləşdirilməsi üçün işlədilir;
  2. balans-netto – tənzimləyici məqalələri istisna edir, indiki zamanda saldo balans-nettosu üçün istifadə olunur, belə ki, təşkilatın əmlakının real dəyərini əks etdirir.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı halda təsisçiyə dividend mütləq onun bank hesabına ödənilməlidir?

posted in: sual-cavab, Xəbər | 0

Hansı halda təsisçiyə dividend mütləq onun bank hesabına ödənilməlidir?

Dividenddən vergi tutulması dividend

 

Sual: Biz ödənişlərin bir hissəsini nağd, bir hissəsini isə bankla ödəyirik. İndi keçən ilin mənfəətindən təsisçiyə 10% dividend məbləğini tutaraq kassadan nağd pul vermək istəyirik. Bu mümkündürmü? Mümkündürsə məbləğ məhdudiyyəti varmı? Burda da 30.000 manat söhbəti olacaqmı? 10 %-i banka köçürəcəyik.

Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Buna əsasən hüquqi şəxs tərəfindən onun təsisçilərinə təqvim ayı ərzində dividendlərin nağd qaydada ödənilməsi Qanunun 3.3-cü maddəsində göstərilən hədlər daxilində həyata keçirilə bilər. Xatırladırıq ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində maliyyə sanksiyası nəzərdə tutulur.

Bax: Vergi Məcəlləsinin 58.7-1-ci, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 823 824 825 826 827 828 829 2. 398