Dünya qızıl bazarı (7-ci hissə)

posted in: Xəbər | 0

Dünya qızıl bazarı (7-ci hissə)Qızıl bazarı

İqtisadiyyat və siyasətdə qlobal qeyri-sabitlik 2002-2003-cü illərin qışında qızıl bazarında qiymət artımını kulminasiya nöqtəsinə gətirib çıxardı: bir unsiya üçün qiymət 320 dollardan 385 dollara qədər sıçradı. Bu yüksəliş avronun ABŞ dollarına nisbətdə kəskin güclənməsindən sonra 2002-ci ilin dekabrında başladı. Həmçinin, 2003-cü ilin əvvəlində qızılın qiymətinin qısamüddətli korreksiyasının gözləntilərinin əksinə olaraq, onun daha da artması baş verdi. Qızıl bazarı, İraq və KXDR ətrafında baş verən hadisələrdən qaynaqlanan metal alışı üçün həyəcan və çılğın bir ruh halına büründü.

Qızılın yüksək qiyməti işlənmiş qızıl (lom) bazarında da  özünü göstərdi: onun həcmi 2002-ci il ərzində 14 faiz artdı və 778 tona çatdı. Buna ən böyük töhfəni Yaxın Şərq vermişdir. Əsas səbəb isə milli valyutaların aşağı dərəcəsi ilə əlaqədar idi. Belə ki, Misir 2001-ci ildə həyata keçirilən Misir funtunun devalvasiyası sayəsində qızıl lom satışını artırdı. Qızıllarını dollara satmaq və yerli valyutaya dəyişdirərək zəif milli valyutalarda böyük qazanc əldə etmək Yaxın Şərg bölgəsi üçün sərfəli olmuşdu. Rəsmi sektor tərəfindən təklif (mərkəzi banklar) son 4 ildə sabit qalmışdı: təxminən 480-550 ton qızıl. Daha yüksək satış səviyyəsi (549 ton) 2002-ci ildə qızılın artan qiyməti ilə ortaya çıxmışdı.

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz

Qızıl bazarında qiymət dinamikası xeyli dərəcədə ABŞ dollarının məzənnəsinin uzunmüddətli artımı ilə bağlı idi. Belə ki, ABŞ dolları1995-ci ilin ortalarından etibarən yüksəlməyə başladıqdan sonra, növbəti 4 ildə digər ölkələrin valyutalarına qarşı 20-40 və daha çox faiz artmışdı. Qızılın dünya qiyməti ABŞ dollarında qeydə alındığı üçün bu valyutanın məzənnəsinin yüksəlməsi, “dollar olmayan” iqtisadiyyata malik ölkələrin milli valyutasında metalın bahalaşmasına səbəb olurdu ki, bu da son nəticədə qızıla olan tələbatın azalmasına və onun satışının artmasına, tələbatın təklifi aşması isə bazar qiymətlərinin aşağı düşməsinə gətirib çıxarırdı. Müvafiq olaraq, ABŞ iqtisadiyyatının artım templərinin ləngiməsi, dolların məzənnəsinin zəifləməsi, NASDAQ fond bazarında azalma 2002-ci ildə qızılın qiymətinin artmasına səbəb oldu.

2001-ci ilin may ayından etibarən, qiymətlər çox vaxt  dalğalanmalar və geriləmələrlə qeyri-sabit xarakter alsa da, ümumiyyətlə, yuxarı trend müəyyən edilmişdi. Buna baxmayaraq, 2001-ci ilin orta qiyməti son 23 ildə ən aşağı qiymət olub – bir unsiya üçün 271 dollar.

Əvəzində analitiklərin “qızıl ili” adlandırdıqları bütün 2002-ci il kiçik tərəddüdlərlə artan dinamika ilə davam edib: London bazarında metalın orta aylıq qiyməti yanvar ayında 281,51 dollardan dekabr ayında 332,61 dollara (15,4%) qədər yüksəlmişdi. Orta illik qiymət 310 dollar təşkil edib ki, bu da 2001-ci il səviyyəsindən 14,4% yüksək idi.


Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Vergi qanunvericiliyi və Test Toplusu 2021”

posted in: Xəbər | 0

vergi qanunvericiliyi test toplusuMks.az-dan daha bir faydalı nəşr: “Vergi qanunvericiliyi və Test Toplusu 2021”

Mks.az saytı vergi qanunvericiliyini (Vergi Məcəlləsi və əlaqəli normativ hüquqi aktları) əhatə edən yeni test toplusu hazırlayıb.  Kitabda 500 qapalı test sualı yer alıb. Saytın ekspert qrupu tərəfindən hazırlanan test tapşırıqları indiyədək heç bir yerdə dərc olunmayıb və istifadə edilməyib. Test tapşırıqlarının hazırlanması zamanı onların nəzəri baxımdan vergi qanunverciliyinin mənimsənilməsində açar (həlledici) məsələlər olması, praktiki nöqteyi-nəzərdən faydalılığı, riyazı hesablama vərdişlərini aşılaması, vergi yaddaşının möhkəmlənməsinə və məntiqi təfəkkürün inkişafına xidmət etməsi kimi prinsiplər əsas götürülüb. Test tapşırıqlarının əksəriyyəti konkret təsərrüfat əməliyyatlarına əsaslanan vergi öhdəliklərinin  müəyyənləşdirilməsi üzərində qurulduğundan hesablama tələb edir. Cavabların oxucular üçün əsaslandırılmış və aydın olması məqsədilə hesablamalar ayrıca cədvəldə təqdim olunub.

Qeyd edək ki, test sualları Vergi Məcəlləsi və əlaqəli qanunvericiliyin əhatə etdiyi aktual mövzulara uyğun olaraq təsnifləşdirilərək bölmələrə ayrılıb. Hər bölmədə toplanan test suallarının düzgün cavabları bölmənin sonunda yerləşdirilib. Bütün sualların düzgün cavablarının əsaslandığı qanunvericilik aktlarının adları, müvafiq maddələri və tələb olunan riyazı hesablamalar isə kitabın testlər hissəsi yekunlaşdıqdan sonra vahid cədvəldə təqdim olunub.

Testlərdə qoyulan məsələlərin doğru həllərinin üzləşdirmə yolu ilə yaddaşda möhkəmləndirilməsi məqsədilə kitabın ikinci hissəsində 1 may 2021-ci il tarixinə Vergi Məcəlləsi və əlaqəli vergi və sosial qanunvericilik aktları yerləşdirilib. Üstəlik, Vergi Məcəlləsinin mətnində bütün “müvafiq icra hakimiyyəti” ifadələrinin açılışı (tanımı) verilib.

“Vergi qanunvericiliyi. Test toplusu: 2021” kitabı təkcə vergi qanunvericiliyini öyrənənlər, vergi imtahanlarına hazırlaşanlar, bakalavrlar, magistrlər və doktorantlar üçün deyil, eyni zamanda, mühasiblər, vergi sahəsində çalışanlar və təlimçilər üçün faydalı vəsaitdir.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib olmaqla əldə edəcəyiniz 9 üstünlük

posted in: Məqalə, Xəbər | 0

Vakansiya MühasibBir çoxları mühasib peşəsini cansıxıcı və darıxdırıcı bir peşə hesab edir. Saysız-hesabsız rəqəmlər, eyni əməliyyatlar, yaradıcılıq üçün imkanların məhdudluğu və s. Lakin, bu peşə ilə yaxından tanış olduqdan sonra fikirləriniz tamamilə dəyişə bilər. Beləliklə, gəlin mühasib peşəsinin üstünlüklərini nəzərdən keçirək.

  • Məntiqi düşüncə təkmilləşir. Qeydə alma (provodka) və qeydə almanın formalaşdırılması, iqtisadi əməliyyatların təhlili müxtəlif baş sındıran tapmacalar və krossovordlarla müqayisədə sadəcə boş şeylərdir.
  • Vərdişlər yaranır. İlkin olaraq mürəkkəb gələn şeylər, bir neçə cəhddən sonra avtomat kimi həllini tapır. Bunun hesabına siz özünətəhsil və istirahətiniz üçün iş qrafikinizdən müəyyən zaman çırpışdra bilərsiniz. Peşəkar proqramlar əsasınızıda işlərinizi daha sürətlə yerinə yetirə bilərsiniz.
  • Özünüintizam aşılanır. Hər bir xırda detal mühasiblərdən ötrü çox mühümdür. İradənizdən asılı olmayaraq bütün işlərinizi dəqiqlik və vicdanla yerinə yetirəcəksiniz. Bu keyfiyyət, heç şübhəsiz ki, adi həyatınızda da sizin dadınıza çatacaq.
  • Fasiləsiz yeni məlumat axını. Bu peşə daim inkişafa və yüksəlişə məcbur edir. Siz fasiləsiz olaraq daim yenilənən qanunvericiliyi, tətbiq olunan yeni proqram və texnologiyaları izləməlisiniz. Sizin beyniniz bir gün də olsun işsiz qalmayacaq.

Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip

  • Stabillik. Mühasib peşəsi – bütün dövrlərin peşəsidir. Siz heç vaxt kənarda qalmayacaqsınız, çünki mühasib mütəxəssislərə stabil tələbat var. Mühasib 40 yaşında da, 55 yaşında da özünə iş tapa bilər. Axı, çoxillik iş stajı işəgötürən üçün yalnız müsbət şeylər vəd edir.
  • Ünsiyyət. Sizə vergi orqanları müfəttişlərindən başlamış, sadə fəhlələrə kimi müxtəlif adamlarla ünsiyyət qurmaq lazım gələcək. Özü də, nəzərə alın ki, həmsöhbətinizin statusundan asılı olaraq düzgün söhbət qurmağı öyrənəcəksiniz.
  • Hakimiyyət. Mühasibin hətta müəssisə direktorundan hesabat tələb etmək hüququ var, belədə sadə əməkdaşlar belə sizinlə ideal münasibətlər qurmaqda maraqlı olacaqlar.
  • Özünüzə çalışmağı da öyrənin. Bu gün bir çox müəssisələr və şəxsi sahibkarlar daimi vəzifədə olmayan mühasiblərlə çalışmağa üstünlük verirlər, yəni, bu işləri yerinə yetirməyə kənardan muzdla mütəxəssis cəlb etməyə üstünlük verirlər. Belə şəraitdə siz eyni zamanda bir neçə müəssisədə və ya bir neçə sahibkarın yanında çalışmaqla özünüz əlavə qazanc yeri əldə edə bilərsiniz.
  • Öz işiniz. Zaman yerində saymır, ola bilsin siz də nə vaxtsa öz şəxsi biznesinizi qurmaq fikrinə düşəsiniz. O vaxt mühasibat uçotu sizdən ötrü yeni və anlaşılmaz bir şey olmayacaq və Siz uğurlara daha asanlıqla nail ola bilərsiniz.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib torpaq vergisi Əlillik təyinatı Baş MühasibHər bir kəs peşəkar sahədə ən yüksək zirvəyə nail olmaq üçün böyük bir şövq ilə öz məqsədi uğrunda mübarizə aparır. Onun hansı peşəni seçməsi mühüm deyil, başlıcası peşəkarlıqdır. Demək olar ki, hər bir hesabdar başlanğıcda mühasib, ardınca da baş mühasib olmaq istəyir. Lap əsgər deyimində olduğu kimi: “O əsgər pisdir ki, general olmağı arzu etmir”.

Necə yaxşı Baş mühasib olmaq olar? Beləliklə, siz mühasib kurslarını bitirmisiniz və ya artıq sıravi mühasib işləyirsiniz. Amma, baş mühasib olmağı arzu edirsiniz, çünki həmin vəzifə həm maraqlıdır, həm də orada müvafiq olaraq maaşlar yüksəkdir.

  1. Birincisi, müəssisənin uçot siyasətini, tam olaraq nə etdiyini və hansı pul və əmtəə hərəkətlərinin baş verdiyini öyrənməlisiniz.
  2. Baş mühasib müəssisədə ştatda olan bütün mühasiblərin funksiyasını həyata keçirir, ona görə də o, hər şeyi bacarmalı və mütləq şəkildə hər şeyi bilməlidir. Dövlət qanunlarını, yerli qanunları bilməli, gündəlik olaraq qanunvericlikdə baş verən dəyişiklikləri izləməlidir, çünki həmin dəyişikliklər az qala “işıq sürətilə” baş verir. Digər tərəfdən, qanunları bilməməsi onu məsuliyyətdən kənar etmir.
  3. Baş mühasibin polad əsəbləri olmalıdır, çünki o, gün ərzində böyük sayda məlumat alır ki, onları qısa vaxt ərzində emal etməli və nəticə ortaya qoymalıdır.
  4. Baş mühasib müəssislərdə bütün maliyyə işlərinə görə məsuliyyət daşıyır, buna görə həmin şəxs məsuliyyətli bir insan olmalıdır.
  5. Baş mühasib oturaq işə meyilli biri olmalıdır, belə ki, əksər vaxtlarda o, vəzifəsinə görə hesablaşmalarda yol verilən səhvləri aşkar etməyə xeyli vaxt sərf etməli, aylıq və rüblük, eləcə də illik hesabatları hazırlamalıdır.
  6. Üzərinə artıq olan məsuliyyətdən əlavə bir şey almamalı. Çox vaxt kiçik müəssislərdə baş mühasib, iqtisadçı və kadrlar şöbəsinin müdiri vəzifələrinə eyni şəxs təyin edilir. Simiclik edib, üzərinizə eyni vaxtda bu qədər vəzifəni almayın, yoxsa yoxlama gələndə çətin vəziyyətdə qala bilərsiniz. Ümumiyyətlə götürdükdə, bir neçə vəzifədənsə üzərinizə bir vəzifənin məsuliyyətini götürüb, onu daha keyfiyyətlə yerinə yetirmək daha məqbuldur.
  7. Baş mühasib işinə başlamazdan, öncə, öz vəzifə təlimatlarınızı diqqətlə öyrənin, öhdəliklərinizlə bağlı bütün bölmələri əvvəlcədən direktorla müzakirə edin. Yəni, nəyi edəcəyinizi, nələrisə etməyəcəyinizi lap başlanğıcdan öyrənin. Və bunu elə edin ki, direktor da sonradan sizə əlavə suallarla müraciət etməsin.
  8. Əgər tabeliyinizdə daha bir mühasib varsa, dərhal öhdəlikləri bölüşdürün ki, sonradan hər hansı bir məsələ ilə bağlı sual yaranmasın. Bununla bağlı vəzifə təlimatlarını özünüz də hazırlaya bilərsiniz.
  9. İşə başayan kimi, tədarükçülər və alıcılarla bağlanılmış bütün müqavilələri, gözdən keçirin, hər bir ödəniş və onların müddəti ilə əlaqəli məqamlara diqqət yetirin. Əgər, müqavilələrin vaxtı başa çatmışsa, onların müddətini uzadın, müqavilədə sizi nələrsə qane etmirsə, müəssisənin direktoru və ya hüquqşünasla məsləhətləşib, onları dəyişdirin.
  10. Əgər, sizdən əvvəlki baş mühasib bütün işləri və sənədləri sizə siyahı üzrə təqdim etməyibsə, dərhal işə başlamamaq məsləhətdir, belədə siz özünüzü sığortalamış olacaqsınız. Özünüzdən əvvəlki baş mühasibin səhvlərinə görə məsuliyyət daşımayacaqsınız. Əgər, siz bunlara baxmayıb işə başlamısınızsa, onda ilk növbədə sənədlərin təftişini həyata keçirin və anbarlarda (əgər, anbarlar mövcuddursa) yoxlama keçirin. Təftişdən sonra direktora nəticələr barədə sənədi imzalatdırın, bunu etsəniz, siz yenə də özünüzü əvvəlki işçilərin səhvlərindən sığortalamış olacaqsınız.
  11. Müəssisənin dövriyyədə olan vəsaitlərinə xüsusi diqqət yetirin, nə silinib, nə hələ də balansda qalıb. Bunları müəyyən edin. İstismar müddətinin düzgün yazıldığına, amortizasiya nəticəsində düzgün silinib-silinmədiyinə fikir verin.
  12. Sonra debitor və kreditor borclara keçid edin, nə zaman və kim tərəfindən ödəniş olunmasıyla bağlı müqavilələrə baxın, bu borclara görə məsuliyyət daşıyan adamlarla məsləhətləşin. Borcların müəssisənin kassasına qaytarılması üçün qərar qəbul edin.
  13.  Müəssisənin məsrəflər hesabına diqqət yetirin, keçmiş baş mühasibin hansı hesablara yazdığına baxın. Və siz burada da öz dəyişikliklərinizi edə bilərsiniz, xərcləri bir çox müxtəlif hesablara yazmaq məcburi deyil, bundan ötrü bir neçə hesabı ayıra bilərsiniz, bu daha rahatdır.
  14. Nəhayət, maaşlar ilə məşğul olun, həmçinin onların necə hesablandığına, kimlərə və necə verildiyinə diqqət yetirin. Sizdən öncəki mühasib tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmadığını yoxlayın.

Əvvəlki mühasiblərin səhvlərini düzəltmək üçün işə başlayanda hər şeyi iki dəfə yoxlamaqdan çəkinməyin. Və ən başlanğıcda hər şeyi bilən biri kimi ağıllı bir görünüş yaratmağa ehtiyac yoxdur, yaxşı olar ki, siz müəssisədə çoxdan çalışanlardan müəyyən qədər faydalı məsləhətlər alasınız.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 822 823 824 825 826 827 828 2. 398