» » » Auditin təşəkkülü barədə maraqlı faktlar

Auditin təşəkkülü barədə maraqlı faktlar

posted in: Audit, Məqalə, Xəbər | 0
birbank biznes

AuditAuditin təşəkkül tarixindən

“Audit” sözü etimoloji olaraq latınca audio – “eşidirəm” sözündən təşəkkül tapıb. Auditə tələbatın əmtəə mübadiləsi və pul münasibətlərinin təşəkkülü və inkişafı ilə eyni vaxtda meydana gəlməsi güman edilir. Auditin ən erkən olaraq e. ə. 700-cü ildə Çində keçirilməsinə dair sübutlar var. Auditin vətəninin məhz, Çin olduğu hesab olunur. Auditin inkişafı fərqli ölkələrin maliyyə və sənaye tarixinin xüsusiyyətləri ilə sıx bağlı idi və ilk növbədə, kapital bazarının inkişafı xüsusiyyətinə görə müəyyən edilmişdi.

Orta əsrlərdə Avropanın ticarət şəhərlərində tacirlərin kontragentlərinin (bir qayda olaraq, digər tacirlər və ya bank institutları tərəfindən) xahişi ilə auditorlar tacirlərin mühasibat kitablarını yoxlayır və onların səhihliyinə şahidlik edirdilər. XIX əsrdə kredit verənlərlə yanaşı şirkətlərin sahibkarları da  auditin əsas sifarişçiləri kimi çıxış etməyə başladılar – bu isə öz növbəsində səhmdar və məhdud məsuliyyətli şirkətlərin aktiv inkişafı ilə əlaqəli idi, hansı ki, sahibkarlar cari idarəetmədə iştirak etmirdilər və müvafiq olaraq muzdla təyin etdikləri rəhbər işçilərin fəaliyyətlərinin yoxlanılmasına zərurət duyurdular.

İqtisadiyyatın qloballaşması, ölkə daxilində və hətta dünyanın müxtəlif bölgələrinə səpələnmiş çoxlu birləşmələri olan transmilli şirkətlərin yaradılması, müstəqil auditorlara olan biznes ehtiyaclarını əhəmiyyətli dərəcədə artırdı. Bundan əlavə, hökumətin iqtisadiyyata müdaxiləsi və vergitutma sisteminin mürəkkəbliyi artdıqca, şirkətlər hesabatlardakı səhvləri və təhrifləri müəyyənləşdirmək və dövlət orqanlarından sanksiyaların qarşısını almaq üçün şirkətin mühasibat uçotu və vergi hesabatlarını yoxlaya biləcək müstəqil mütəxəssislərə ehtiyac duymağa başladılar.

XX əsrdə fond bazarının aktiv inkişafı ilə bağlı auditdə maraqlı olan yeni bir şəxslər kateqoriyası – investorlar ortaya çıxdı.Bir qayda olaraq səhmləri və ya qiymətli kağızlarını bazarda yerləşdirən və fəal şəkildə dövriyyədə olan şirkətlərin iflasına dair yeni hər hansı bir qalmaqal dalğası, auditorlar üçün məhkəmə təqibi, auditorlara və onların apardığı yoxlamalara olan tələblərin sərtləşdirilməsinə gətirib çıxardı. İnvestorların sayının çoxalması, onları auditor xidmətlərinə ən fəal şəkildə və daha çox tələbat duyan bir təbəqəyə çevirdi.

XX əsrin ortalarından etibarən auditorlar öz maraqlarını genişləndirməyə başladılar və yalnız mühasibat uçotu hesabatlarını yoxlamaq üçün deyil, həm də üçüncü təşkilatlar üçün mühasibat uçotunun aparılmasına başladılar. Onlar öz müştəriləri üçün kollegial korporativ mühasib və hüquqşünas, eləcə də investisiya məsləhətçisi və qəyyum kimi çıxış etməyə başladılar.Əlavə olaraq, elmi və texnoloji inqilab audit şirkətlərini müəssisələrin idarə edilməsi, mühasibat uçotunun aparılması, keyfiyyətə nəzarət sistemlərinin tətbiqi və sair digər işlərin müasir texnologiyalarının tətbiqi funksiyalarına yönəltməyə məcbur etmişdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun