Kadr uçotunun aparılmasını necə təşkil etməli?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Kadr uçotu və kadr uçotunun aparılması

“Kadr uçotu” anlayışını müəyyən etməzdən əvvəl onu qeyd etmək lazımdır ki, bu anlayış kadr kargüzarlığı, kadr sənədləşməsinin aparılması, kadr xidmətləri və sizin rast gələ biləcəyiniz  digər analoji məfhumlara oxşardır. Lakin, bütün bunlar elə eyni şeydir.

Bütün çoxsaylı təfsirlər içərisində biz kadr uçotu anlayışına üstünlük veririk, hansı ki, o, kadr işləri üzrə mütəxəssisin əmək mahiyyətini daha dəqiq əks etdirir.

Kadr uçotu – bu nədir?

Kadr uçotu – bu, işçilərin qəbulunu və işdən çıxarılmasını, işçilərlə əmək münasibətlərini və işçilərin əməyinin təşkilini sənədləşdirməklə bağlı bir təşkilatın və ya fərdi sahibkarın hərəkətinin qeydiyyatıdır. Beləliklə, kadr uçotu ilkin kadr sənədləri və əmək haqqında daxili qaydalar əsasında aparılır.

Kadr uçotu aparılmasını necə təşkil etməli?

Kadr uçotu aparılmasını təşkil etməyin bir neçə üsulu vardır, hansı ki, ən geniş yayılanı bunlardır:

  1. kadrlar xidmətini yaratmaq və ya təşkilat üçün kadrlar üzrə mütəxəssis tutmaq;
  2. kadr uçotunun aparılmasını kadrlar üzrə mütəxəssisə həvalə etmək, hansı ki, onu sizə məsləhət görüblər, onunla mülki-hüquqi müqavilə bağlamaq və ya ümumiyyətlə, sənədləşdirmədən münasibətlər qurmaq;
  3. kadr uçotunun aparılmasını sənədlərlə yaxşı işləməyi bacaran mühasibə və ya katibə etibar etmək;
  4. kadr uçotunun aparılmasını, kadrlar kargüzarlığı üzrə ixtisaslaşmış autsorsinq şirkətlərinə həvalə etmək.

1-ci variant. Kadr xidmətin yaradılması və ya kadrlar üzrə mütəxəssisin tutulması.

Müsbətlər. Öz mütəxəssislərinizdir, işlərinizi öz prinsiplərinizə uyğun təşkil edə bilərsiniz. Siz həmin şəxsi öz ofisinizdə görürsünüz və özünüz də onun işi ilə bağlı tələblər irəli sürə bilərsiniz.

Mənfilər. Əgər, siz özünüz bu sahə üzrə ixtisaslı deyilsinizsə, kadrlar üzrə işə götürdüyünüz adamın peşəkarlığını yoxlamaq mürəkkəb bir vəziyyət yaradacaq – yalnız həmin şəxsin sözlərinə və əmək kitabçasına inanmalı olacaqsınız. İşə götürdüyünüz adamların idarə olunmasını həyata keçirmək, onların işinə nəzarət etmək üçün zaman sərf etməli olacaqsınız. İcarə, vergilər, proqramlar, onların təhsili və s. baha başa gələcək. Bəs, kadrlar üzrə məsul şəxs məzuniyyətə çıxdıqda nə edəcəksiniz, misal üçün, hansısa əməkdaşı işdən çıxarmaq lazım gələrsə?

2-ci variant. Kadrlar üzrə işlərin aparılmasını məsləhət bilinən işçiyə verilməsi.

Müsbətlər. Tanışlar məsləhət biliblər, hansı ki, kadrlar üzrə mütəxəssisi artıq yoxlamadan keçiriblər, deməli, insan təxminən peşəkar olmalıdır. Rahat iş şərtləri ilə razılaşmaq olar.

Mənfilər. Həmin mütəxəssis sizin qarşınızda heç bir məsuliyyət daşımır, o cümlədən öz səhvlərinə görə də. Tanışların vədləri heç də həmişə özünü doğrultmur, məsləhətlər isə sizdən ötrü heç də həmişə rahatlıq yaratmır.

3-cü variant. Kadrlar uçotunun aparılmasını mühasibə və ya katibəyə etibar etmək.

Müsbətlər. Bu cür mütəxəssislər, məhz, sizin nəzarətinizdədir. Kadrlar üzrə mütəxəssislərin seçiminə vaxt ayırmağa gərək qalmır, eləcə də kadr uçotunu aparmaq üçün xərclər də az çıxır.

Mənfilər. Əməkdaşların üzərinə əlavə öhdəliklər lap çıxımaz vəziyyətlərdə qoyulur, bu isə öz növbəsində kadrlar üzrə bir çox sənədlərin olmamasına, kadrlar uçotunda səhvlərə və digər boşluqlara gətirib çıxarır. Mühasiblər bir qayda olaraq, qanunvericiliyin vergi uçotu və əməkhaqqı hesablanmaları ilə bağlı hissəsindən baş çıxarırlar, bu iş isə onsuz da xeyli vaxt tələb edir. Katibəyə gəldikdə, o nə qədər səliqəli olsa belə, əmək qanunvericiliyi sahəsində peşəkar biliklərə malik olmur, deməli, onun işinə görə məsuliyyət riski də çox yüksək olacaq.

4-cü variant. Kadrlar uçotu üzrə işlərin aparılmasını autsorsinq şirkətlərinə həvalə etmək.

Müsbətlər. Bütün təşkilati və kadrlar üzrə mütəxəssislərin idarə olunması işləri, onların seçimi və təhsili, texniki cəhətdən təchizatını autsorsinq şirkəti öz üzərinə götürür. Məsrəflər minimallaşdırılır. Şirkət müqavilə üzrə məsuliyyət daşıyır. Kadr məsələləri üzrə daimi, fasiləsiz və peşəkar yardım göstərilir.

Mənfilər. Yararlı şirkətlə bağlı seçim etmək və ofisinizdən kənar çalışan mütəxəssislərlə qarşılıqlı münasibətlər qurmaq. Autsorsinq şirkəti ilə razılaşdırılmış və qurulmuş iş sisteminə riayət etmək zərurəti.

Variantlarla artıq tanış oldunuz, seçim artıq sizin öz üzərinizədir. Hansı variant sizə sərf edirsə, daha çox uyğun gəlirsə, deməli məhz, ondan istifadə edəcəksiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi və gömrük güzəştləri ilə bağlı Elektron Reyestr Sistemi yaradılıb

posted in: Xəbər | 0

Maliyyə NazirliyiAzərbaycan Respublikası Maliyyə Nazirliyində “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılıb. Həmin sistemə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” və Dövlət Gömrük Komitəsinin “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” inteqrasiya olunaraq müvafiq məlumatlara çıxış imkanı təmin edilib.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

İnteqrə edilmiş “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na uyğun olaraq hazırlanıb.

Yeni sistem vasitəsilə ötürüləcək bəyannamə məlumatları güzəşt tətbiq olunan vergi və gömrük rüsumlarının hər bir növü üzrə qanunvericilik əsası, mülkiyyət, iqtisadi fəaliyyət, neft və qeyri-neft sektoru parametrləri baxımından dövlət büdcəsinə güzəştlərin tətbiqi nəticəsində mədaxil olunmayan vəsaitlərin hesablanmasına, nəticə etibarı ilə faktiki büdcə itkilərinin müəyyən edilməsinə imkan yaradır. Sözügedən sistem eyni zamanda, ortamüddətli dövr üçün həmin güzəştlərin tətbiqinin dövlət büdcəsinin gəlirlərinə təsirlərinin proqnozlaşdırılmasını da təmin edəcək.

Bundan başqa, dövlət orqanları, publik hüquqi şəxslər və biznes assosiasiyaları 1 iyun 2021-ci il tarixindən etibarən onları təmsil edən səlahiyyətli şəxslər vasitəsilə Sistemdə yaradılmış “Vergi və gömrük güzəştlərinə dair müraciət” (https://e-azadolma.maliyye.gov.az/personal-account) bölməsində elektron imza ilə qeydiyyatdan keçərək, vergi və gömrük sahəsində güzəştlərlə bağlı qanunvericiliyə dəyişikliklərə dair təkliflərini və güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi üçün zəruri olan məlumatları təqdim edə biləcəklər. Belə ki, sözügedən Qaydalara əsasən təkliflərin qiymətləndirilməsi və onlardan səmərəliliyi yüksək olanların növbəti vergi siyasəti təşəbbüsləri çərçivəsində istifadə edilir.

Növbəti mərhələdə Sistemin fəaliyyətinin daha da təkmilləşdirilməsi və “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq qüvvədə olan və ya təklif olunan vergi və gömrük güzəşt və azadolmalarının büdcə ilə yanaşı iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi nəzərdə tutulur.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidmətinə rəis təyin edilib

posted in: Xəbər | 0

ƏDV korrupsiya Dövlət Vergi Xidməti rəis DVXOrxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Xatırladaq ki, Orxan Faiq oğlu Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib.

Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.

2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdi.

Orxan Nəzərli 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

Ailəlidir, 3 övladı var.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat haqqında bir neçə maraqlı fakt

posted in: Məqalə | 0

Məzuniyyət hüququ əmək stajıBizlərdən çoxu mühasibat işinin darıxdırıcı və yorucu olduğunu güman etsək də, əslində bu, heç də belə deyil. Əlbəttə, təsəvvürümüzdə mühasibi yalnız rəqəmlərlə çalışan biri kimi xəyal etsək, onda belə bir təəssürat yarana bilər. Lakin prosesə və bu işin qavranılmasına düzgün yanaşsaq, belədə çoxlu maraqlı şeylər ortaya çıxarmaq olar. İndi bunlara diqqət yetirək;

Birincisi, qeyd etmək istərdik ki, statistikaya görə mühasiblərin çoxu qadınlardır. Yəni, bu sahadə çalışanların doxsan faizi zərif cinsin nümayəndələridir. Maraqlıdır ki, peşənin özü kişilər tərəfindən yaradılıb. Bu elmin təşəkkülü təxminən altı min il əvvələ gedib çıxır.

Təbii ki, o dövrdə mühasibat indiki kimi olmayıb. Uçot işinin nişanələri ağacda işarə qoymaqla, yaxud da iplərdə müəyyən sayda düyünlər atmaqla icra edilibmiş. Mühasibatın vətəni Misir hesab edilir. Məhz bu dövlətdə dünyada ilk dəfə olaraq uçot işi qeydə alınıb və müəyyən əməliyyatlar icra edilib. Lakin  mühasibat müasir görünüşünü yalnız on altıncı əsrdə almağa başlayıb.

İkincisi,  mühasibat bütün ölkələrdə unikaldır və bir-birinə bənzəmir. Bu da təbiidir, çünki hər bir ölkənin həm qanunvericilik, həm də vergi sahəsi üzrə öz normaları var. Və bu səbəbdən mühasibatlığı dörd tipə bölürlər.
  • İngilisdilli ölkələr;
  • Latın-amerikan mühasibatı;
  • Kontinental Avropa ölkələri;
  • Şərqi Avropa ölkələrinə xas olan mühasibatlıq.

Bu tiplər nə ilə xarakterizə olunur?

İlk üç tipə daxil olan ölkələrdə əsasən maliyyə və gəlirlərin hesablanması aparılır, dördüncü qrupda isə əsas diqqət vəsaitlərə nəzarətə yönəlib. Birinci tipə daxil olan ölkələrdə praktiki olaraq vəsaitlər üzərində dövlət nəzarəti olmur. Bu ölkələrdə bütün mühasiblər xüsusi assosiasiyalarda birləşirlər ki, dövlət də həmin qurumlarla hesablaşmalı olur. İkinci qrup ölkələr, yəni latın Amerikası dövlətlərində mühasibatlığın üzərinə həm də inflyasiyanın öyrənilməsi və faizlə əks olunması, bununla bağlı iqtisadiyyatda müşahidə edilən bütün proseslərin öyrənilməsi belə mühasibatlığın üzərinə qoyulub. Son qrupa daxil olan ölkələrdə, yəni Şərqi Avropada bütün mühasibat işləri dövlət təlimatı və rəhbərliyi altında həyata keçirilir.


Teleqram qrupumuza üzv olun



Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 827 828 829 830 831 832 833 2. 398