» » » Kadr uçotunun aparılmasını necə təşkil etməli?

Kadr uçotunun aparılmasını necə təşkil etməli?

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

Kadr uçotu və kadr uçotunun aparılması

“Kadr uçotu” anlayışını müəyyən etməzdən əvvəl onu qeyd etmək lazımdır ki, bu anlayış kadr kargüzarlığı, kadr sənədləşməsinin aparılması, kadr xidmətləri və sizin rast gələ biləcəyiniz  digər analoji məfhumlara oxşardır. Lakin, bütün bunlar elə eyni şeydir.

Bütün çoxsaylı təfsirlər içərisində biz kadr uçotu anlayışına üstünlük veririk, hansı ki, o, kadr işləri üzrə mütəxəssisin əmək mahiyyətini daha dəqiq əks etdirir.

Kadr uçotu – bu nədir?

Kadr uçotu – bu, işçilərin qəbulunu və işdən çıxarılmasını, işçilərlə əmək münasibətlərini və işçilərin əməyinin təşkilini sənədləşdirməklə bağlı bir təşkilatın və ya fərdi sahibkarın hərəkətinin qeydiyyatıdır. Beləliklə, kadr uçotu ilkin kadr sənədləri və əmək haqqında daxili qaydalar əsasında aparılır.

Kadr uçotu aparılmasını necə təşkil etməli?

Kadr uçotu aparılmasını təşkil etməyin bir neçə üsulu vardır, hansı ki, ən geniş yayılanı bunlardır:

  1. kadrlar xidmətini yaratmaq və ya təşkilat üçün kadrlar üzrə mütəxəssis tutmaq;
  2. kadr uçotunun aparılmasını kadrlar üzrə mütəxəssisə həvalə etmək, hansı ki, onu sizə məsləhət görüblər, onunla mülki-hüquqi müqavilə bağlamaq və ya ümumiyyətlə, sənədləşdirmədən münasibətlər qurmaq;
  3. kadr uçotunun aparılmasını sənədlərlə yaxşı işləməyi bacaran mühasibə və ya katibə etibar etmək;
  4. kadr uçotunun aparılmasını, kadrlar kargüzarlığı üzrə ixtisaslaşmış autsorsinq şirkətlərinə həvalə etmək.

1-ci variant. Kadr xidmətin yaradılması və ya kadrlar üzrə mütəxəssisin tutulması.

Müsbətlər. Öz mütəxəssislərinizdir, işlərinizi öz prinsiplərinizə uyğun təşkil edə bilərsiniz. Siz həmin şəxsi öz ofisinizdə görürsünüz və özünüz də onun işi ilə bağlı tələblər irəli sürə bilərsiniz.

Mənfilər. Əgər, siz özünüz bu sahə üzrə ixtisaslı deyilsinizsə, kadrlar üzrə işə götürdüyünüz adamın peşəkarlığını yoxlamaq mürəkkəb bir vəziyyət yaradacaq – yalnız həmin şəxsin sözlərinə və əmək kitabçasına inanmalı olacaqsınız. İşə götürdüyünüz adamların idarə olunmasını həyata keçirmək, onların işinə nəzarət etmək üçün zaman sərf etməli olacaqsınız. İcarə, vergilər, proqramlar, onların təhsili və s. baha başa gələcək. Bəs, kadrlar üzrə məsul şəxs məzuniyyətə çıxdıqda nə edəcəksiniz, misal üçün, hansısa əməkdaşı işdən çıxarmaq lazım gələrsə?

2-ci variant. Kadrlar üzrə işlərin aparılmasını məsləhət bilinən işçiyə verilməsi.

Müsbətlər. Tanışlar məsləhət biliblər, hansı ki, kadrlar üzrə mütəxəssisi artıq yoxlamadan keçiriblər, deməli, insan təxminən peşəkar olmalıdır. Rahat iş şərtləri ilə razılaşmaq olar.

Mənfilər. Həmin mütəxəssis sizin qarşınızda heç bir məsuliyyət daşımır, o cümlədən öz səhvlərinə görə də. Tanışların vədləri heç də həmişə özünü doğrultmur, məsləhətlər isə sizdən ötrü heç də həmişə rahatlıq yaratmır.

3-cü variant. Kadrlar uçotunun aparılmasını mühasibə və ya katibəyə etibar etmək.

Müsbətlər. Bu cür mütəxəssislər, məhz, sizin nəzarətinizdədir. Kadrlar üzrə mütəxəssislərin seçiminə vaxt ayırmağa gərək qalmır, eləcə də kadr uçotunu aparmaq üçün xərclər də az çıxır.

Mənfilər. Əməkdaşların üzərinə əlavə öhdəliklər lap çıxımaz vəziyyətlərdə qoyulur, bu isə öz növbəsində kadrlar üzrə bir çox sənədlərin olmamasına, kadrlar uçotunda səhvlərə və digər boşluqlara gətirib çıxarır. Mühasiblər bir qayda olaraq, qanunvericiliyin vergi uçotu və əməkhaqqı hesablanmaları ilə bağlı hissəsindən baş çıxarırlar, bu iş isə onsuz da xeyli vaxt tələb edir. Katibəyə gəldikdə, o nə qədər səliqəli olsa belə, əmək qanunvericiliyi sahəsində peşəkar biliklərə malik olmur, deməli, onun işinə görə məsuliyyət riski də çox yüksək olacaq.

4-cü variant. Kadrlar uçotu üzrə işlərin aparılmasını autsorsinq şirkətlərinə həvalə etmək.

Müsbətlər. Bütün təşkilati və kadrlar üzrə mütəxəssislərin idarə olunması işləri, onların seçimi və təhsili, texniki cəhətdən təchizatını autsorsinq şirkəti öz üzərinə götürür. Məsrəflər minimallaşdırılır. Şirkət müqavilə üzrə məsuliyyət daşıyır. Kadr məsələləri üzrə daimi, fasiləsiz və peşəkar yardım göstərilir.

Mənfilər. Yararlı şirkətlə bağlı seçim etmək və ofisinizdən kənar çalışan mütəxəssislərlə qarşılıqlı münasibətlər qurmaq. Autsorsinq şirkəti ilə razılaşdırılmış və qurulmuş iş sisteminə riayət etmək zərurəti.

Variantlarla artıq tanış oldunuz, seçim artıq sizin öz üzərinizədir. Hansı variant sizə sərf edirsə, daha çox uyğun gəlirsə, deməli məhz, ondan istifadə edəcəksiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun