» » » Əlillik təyinatı əmək qabiliyyətinin itirilmə faizinə əsasən müəyyən ediləcək

Əlillik təyinatı əmək qabiliyyətinin itirilmə faizinə əsasən müəyyən ediləcək

posted in: Xəbər | 0
birbank biznes

Mühasib torpaq vergisi Əlillik təyinatıQarabağ müharibəsi və Çernobıl hadisələri ilə bağlı əlil olanlarla əlaqədar pensiya təyin olunması üçün bu il 9 min müraciət daxil olacağı gözlənilir, çünki onların əlilik dərəcəsinin bitmə müddəti bu il başa çatır. Son üç ildə 7000-dən çox ləğv edilən əlillik təyinatından 266-sı barədə iş prokurorluğa göndərilib, 300-dən çox şikayət isə məhkəməyə göndərilib.

Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov mətbuat konfransında deyib.

İdarə Heyətinin sədri onu da qeyd edib ki, əgər indiyədək əlillik təyinatı birinci, ikinci və üçüncü dərəcələr üzrə müəyyən edilirdisə, növbəti illərdə əmək qabiliyyətinin itirilmə faizi ilə müəyyən ediləcək. Əmək qabiliyyətinin 81-100 faiz itirilməsi birinci, 61-80 faiz itirilməsi ikinci, 31-60 faiz itirilməsi isə üçüncü dərəcə ilə qiymətləndiriləcək.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun