Dövlət Vergi Xidməti korrupsiya ilə sistemli mübarizə aparır

posted in: Xəbər | 0

ƏDV korrupsiyaMüasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarıb.

Yeni idarəetmə modellərinin mühüm şərti dövlət xidmətlərinin fəaliyyətində şəffaflığın təmin edilməsidir. Yeni rəqəmsal mexanizmlərin tətbiqi, insan kapitalı, ictimai əməkdaşlıq, asan və səmərəli xidmətlə vətəndaş məmnunluğuna nail olmaq müasir islahatların əsas elementləridir.

Dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin mühüm şərtlərindan biri insan kapitalının keyfiyyətinin artırılmasıdır. Çünki, müasir dövlət idarəetməsinin ənənəvi funksiyaları ilə yanaşı, indi proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadə kimi bacarıqlar tələb olunur. Bu baxımdan dövlət xidmətlərinin yeni, gənc və müasir biliklərə malik kadrlarla komplektləşdirilməsi bu gün hökumətin qarşısında duran əsas prioritetlərdən biridir.

Yenilənən insan resursları

Azərbaycanın vergi orqanları kadrların yenilənməsi, vergi orqanlarına işə qəbul və vakant vəzifələrin tutulması prosesində müasir yanaşma həyata keçirir. Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artması insan kapitalına olan müasir tələblər və çağırışlar formalaşdırıb. Müasir vergi administrasiyasında analitik potensialın gücləndirilməsi yeni informasiya texnologiyalarından sərbəst istifadə edən və yüksək biliklərə malik olan kadrların formalaşdırılmasını və yetişdirilməsini tələb edir.

Son illərdə vergi xidmətinə qəbul edilən bütün kadrlar iki pilləli işə qəbul müsabiqələrindən keçiblər. Bu günə qədər test üsulu ilə işə qəbul olunan gənc kadrlar vergi xidmətində çalışanların 50 faizindən çoxunu təşkil edir.

Bu gün vergi xidmətinin rəhbərliyi, habelə yüksək vəzifələrdə çalışanların mütləq əksəriyyəti həmin gənc kadrlardan təşkil olunub. Bununla yanaşı, xüsusilə rəhbər vəzifəli şəxslərin potensialının sistemli şəkildə artırılması, əməkdaşların yerdəyişməsi (rotasiya) mexanizminin və qaydalarının təkmilləşdirilməsi, işçilərin peşəkarlığının artırılması istiqamətində tədbirlər görülür. Hər bir əməkdaş mütəmadi şəkildə müxtəlif təlim proqramlarına cəlb edilir, yeni işə təyin olunmuş əməkdaşlar üçün adaptasiya proqramları, vergi orqanı əməkdaşlarının fəaliyyətinin səmərəliliyinin müəyyən edilməsi üçün qiymətləndirmə mexanizmləri tətbiq edilir. Həmçinin işçiləri motivasiya edən, onların normal yaşayışını təmin edən əmək haqqı və mükafat sistemi vardır.

Bu gün vergi xidmətində vəzifə irəliləyişi yalnız peşəkar fəaliyyətin əsasında mümkündür. Hətta xidmətin struktur rəhbərləri belə vəzifəyə birbaşa təyinat almır, müəyyən müddət onlara bu vəzifələrin icrası müvəqqəti tapşırılır. Fəaliyyətin və iş göstəricilərinin uğurlu nəticələri, habelə heyətin idarə olunması sahəsində yüksək menecment göstərildikdən sonra rəhbər vəzifələrə təyinat aparılır.

İctimai iştirakçılıq ictimai nəzarətin forması kimi

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin və onların işinin effektiv qurulmasının metodlarından biri də həmin qurumların işinə vətəndaş cəmiyyətinin cəlb edilməsi, ictimai şuraların yaradılması və bu müzakirələrin verilən qərarlara təsiri hesab olunur. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu bü məsələləri tənzimləyir. İctimai iştirakçılığın müxtəlif formaları mövcuddur ki, onlardan biri də ictimai birliklərlə işin qurulması, vətəndaş cəmiyyəti institutlarının qurumun fəaliyyətinə yaxından cəlb edilməsidir.

Dövlət Vergi Xidməti bu baxımdan vətəndaş cəmiyyəti institutları və ekspert cəmiyyəti ilə yaxından işləyən strukturlardan biridir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesi artıq neçə illərdir ki, vətəndaş cəmiyyəti ilə ciddi müzakirələrdən sonra aparılır. Xüsusən, sahə üzrə ekspertlərin cəlb edilməsi ilə vergi qanunvericiliyi təhlil edilir, qanunvericilikdəki təkmilləşdirilməli zəruri məqamlar müəyyən edilir və onların təhlili aparılaraq müvafiq dəyişikliklər layihəsi hazırlanır.

Bu yaxınlarda Dövlət Vergi Xidmətinin strukturunda – Vergi siyasəti baş idarəsində Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi yaradılıb. Yeni strukturun formalaşdırılmasında əsas məqsəd dövlətlə sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək, sahibkarların vergi qanunvericiliyi ilə əlaqədar qarşılaşdıqları sektoral problem və çətinliklərin dinlənilməsi, qanunvericilik və inzibatçılığın yeni çağırışlara uyğun təkmilləşdirilməsindən ibarətdir. Bu struktur sahibkarların maraqlarını təmsil edən sahibkar birlikləri, assosiasiyaları və digər ödəyici qrupları ilə qarşılıqlı əməkdaşlığa əsaslanan birgə fəaliyyəti təmin edəcək.

Dövlət Vergi Xidmətində aparılan bu institusional islahatlar ictimai iştirakçılığın təmin edilməsinə xidmət edir. Bu iştirakçılığın gələcəkdə dövlət və biznes üçün faydası olan nəticəli prosesə çevrilməsi istiqamətində daha da genişləndirilməsi nəzərdə tutulur.

Şəffaflıq mexanizmləri insan amilinə qarşı

Dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin mühüm həlqələrindən biri də korrupsiya ilə mübarizədir. Vergi orqanları sistemdə korrupsiya hallarının qarşısının alınması, aşkar olunan mexanizmlərin müəyyən edilərək onların yaranmasına yol açan halların dəqiqləşdirilməsi və ləğv edilməsi istiqamətində böyük işlər aparır. Burada məsələ təkcə korrupsiyaya yol vermiş şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi deyil, korrupsiya imkanı yarada biləcək həmin bu halların ləğv edilməsidir.

Bütövlükdə korrupsiya ilə aparılan mübarizənin indiki təcrübəsi göstərir ki, dövlət qurumlarında daxili nəzarət sistemi təkcə vergi əməkdaşlarının fərdi fəaliyyətini əhatə etməməlidir, həmçinin fəaliyyət prosesinin risk meyarları əsasında təhlilinə və risklərin önlənməsi tədbirlərinə söykənməlidir. İnsan amili ilə yanaşı, vətəndaşlarla, o cümlədən vergi ödəyiciləri ilə ünsiyyəti ləğv edən, bütün münasibətləri elektron formata keçirən mexanizmlərin tətbiqinə üstünlük verilir.

Elektron hökumətin mühüm həlqələrindən biri olan vergi xidməti geniş miqyasda elektron xidmətlər tətbiq edən ilk dövlət qurumlarından biridir. Bu gün vergi ödəyicisi vergi orqanına gəlmədən qeydiyyatdan keçə, elektron bəyannamə verə, vergiləri özü hesablaya, ödəmələri elektron apara və vergi orqanı ilə bütün yazışmaları elektron kargüzarlıq vasitəsilə həyata keçirə bilər. Vergi ödəyicisinin vergi orqanı ilə münasibətlərini tam şəkildə məsafədən təşkil etmək üçün Xidmətin 63 elektron xidməti mövcuddur. Sadə desək, sahibkar elektron xidmətlərə üstünlük verərsə, vergi əməkdaşlarının üzünü illərlə belə görməyə bilər.

Yox əgər, onu incidən hər hansı vergi işçisi ilə qarşılaşarsa, sahibkarlar üçün vergi əməkdaşlarının hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətləri üçün qaynar xətt olan Çağrı Mərkəzi, internet sayt üzərindən müraciət, daxili təhlükəsizlik strukturuna birbaşa müraciət və s. kimi çoxşaxəli imkanlar yaradılıb.

Korrupsiyanın önlənməsi daha vacibdir

Qeyd olunmalıdır ki, məhz bu məlumatlandırma sistemlərinin mövcudluğu, habelə daxili təhlükəsizlik strukturlarının effektiv fəaliyyəti nəticəsində bu gün vergi sistemində korrupsiya və vəzifədən sui-istifadə hallarını dərhal aşkar etmək və önləmək imkanları yaranmışdır. Məsələn, bu yaxınlarda Baş Prokurorluq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı Mahir Əbdürəhimovun vergi və dövlət rüsumlarını qəsdən azaldaraq mənimsəməsi və digər qanunsuz hərəkətləri əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin açılması barədə məlumat yaydı. Bu hadisənin təfərrüatlarında göstərilirdi ki, həmin şəxs tutduğu mövqedən və sahibkarların etibarından sui-istifadə edərək onların dövlət büdcəsinə borclarını daha sürətli və ödəyicilər üçün rahat şəkildə ödəyəcəyini vəd etməklə sahibkarlardan şəxsən və əlaltıları vasitəsilə külli miqdarda pul vəsaitini alıb və mənimsəyib. Törətdiyi əməlləri isə ört-basdır etmək üçün işlədiyi dövlət qurumunun rəsmi informasiya resursuna yalan məlumatlar daxil edib və bunun üstünün açılmayacağına əmin olub.

Məsələnin vacib tərəfi isə budur ki, onun bu əməlləri elə Dövlət Vergi Xidmətinin daxili təhlükəsizlik strukturu tərəfindən açılıb. Vergi xidmətində qurulan şaquli daxili nəzarət sistemləri və risklərin müəyyən edilməsi meyarları az sonra vergi ödəyicilərinin hesabatları və ödənilən vergilər arasındakı disbalansları aşkar etməyə imkan verib. Məsələyə qoşulan daxili tədqiqat qrupu artıq sabiq vergi əməkdaşının törətdiyi əməllərin sxemini və korrupsiya mexanizminə qoşulmuş şəxsləri müəyyən edib. M.Əbdürəhmanov dərhal işindən kənarlaşdırılıb, onun barəsində araşdırmalar, qurduğu korrupsiya sxemi detallı şəkildə aktlaşdırılıb və materiallar hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Bu hadisə vergi xidmətinin daxili təhlükəsizlik strukturlarının son illərdə apardığı və aşkar edərək üzə çıxardığı yeganə fakt deyil. Son 3 ildə Dövlət Vergi Xidmətinin daxili təhlükəsizlik strukturları tərəfindən korrupsiya halları ilə bağlı 29 nəfər barədə 18 material hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Belə şəxslər arasında təkcə sıravi işçilər deyil, yüksək vəzifə tutan şəxslər də olub.

Beləliklə, şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi ödəyiciləri üçün qurulan müraciət imkanları və əks-əlaqə sistemləri, rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlar dövlət vergi orqanlarında korrupsiya ilə mübarizənin sistemli şəkildə aparılmasının göstəricisidir və bütövlükdə vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsinə xidmət edir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kalkulyatorların təkamülü

posted in: Məqalə | 0

əmək haqqı kompensasiya MDSSBütün dövrlərdə insanlar hesablama üçün müxtəlif vasitə, üsul, alət və cihazlardan istifadə ediblər. Xüsusilə də mühasibatlıq inkişaf etdikcə belə cihaz və vasitələrə tələbat da yüksəlib. Hələ ötən əsrin 70-ci illərinə qədər mühasibatlıq sahəsində sadə hesablama çötkələrindən istifadə olunurdu. Sonralar daha mobil cihazlar, kalkulyatorlar icad olundu. Hazırda onların həcmi, ölçüləri kiçilsə də, həmin cihazlarla aparılan əməliyyatların miqyası çox genişdir.

İndi isə kalkuyatorlarla bağlı maraqlı faktlara diqqət yetirək.

Müasir kalkulyatorlarda rəqəmlər noutbukların klaviaturasında olduğu kimidir, aşağıdan yuxarıya artır, telefon aparatlarında isə isə rəqəmlərin düzülüşü fərqlidir – yuxarıdan aşağıya doğru artır. Sözügedən faktın izahı çox asandır, belə ki, kalkulyatorun əcdadı – arifmometrdir, hansı ki, onda tarixən rəqəmlər yuxarıdan aşağıya doğru artıb. Əvvəllər telefon cihazları diskli olub, sonralar isə düyməli modellərin buraxılması planlaşdırılanda, qərara alındı ki, diskdə olduğu kimi rəqəmlərin artımı yuxarıdan aşağıya doğru olsun, beləliklə, bu düzümdə sıfır lap sonda yerləşdi.

1643-cü ildə fransız riyaziyyatçısı Bevz Paskal ilk hesablama maşını yaratdı, həmin cihaz sözün həqiqi mənasında öz aralarında bir-birilə birləşdirilmiş dişli çarxlarla təchiz olunmuş qutu təsiri bağışlayırdı. G. Leybints 1673-cü ildə kalkulyatorun özünə məxsus variantını yaratdı. Onun icad etdiyi maşın da fransız riyaziyyatçısının yaratdığı cihaza oxşayırdı. Oxşarlığa baxmayaraq, bütün hallarda bir fərqli cəhət nəzərə çarpırdı – yeni modeldə hərəkətedici hissə mövcud idi. Belə demək mümkünsə, Leybintsin maşınını müasir kalkulyatorun nümunəsi hesab etmək olar.

Statistika kalkulyatorlarından əlavə, mühəndislik, bədən səthinin, bədən kütləsinin indeksini, ideal bədən çəkisini hesablamağa və digər hesablamalara imkan verən tibbi kalkulyatorlar da var. Bundan əlavə, müəyyən naviqasiya məsələlərini həll etməyə imkan verən unikal hesablama cihazları – şturman kalkulyatorları da mövcuddur. Kreditin məbləği və müddətindən asılı olaraq aylıq ödənişləri hesablama imkanı verən kredit kalkulyatorları da var.vakansiya Mühasib

Portativ mexaniki hesablama maşınına qədər hesablamalar abak vasitəsilə yerinə yetirilirdi. Abak – sadə hesabların, məbləğlərin toplanması və çıxılmasında istifadə edilirdi. Abak paylaşılan xətlərə bölünmüşdü, hesablama isə daşların və lent üzərindəki əşyalara bənzər predmetlərin köməyi ilə aparılırdı. İlk abak e.ə üçüncü minilliyə aiddir.  16 əsrdə Rusiyada daş və ya taxta aşıqlar taxılmış hesablama çötkələrdən istifadə olunmağa başlanıldı.

Müasir kalkulyatorlara maksimal dərəcədə yaxın olan ilk kalkulyator keçmiş SSRİ-də 1970-ci ildə əlçatan oldu. Həmin kalkulyator inteqral sxemlər əsasında hazırlanmışdı. Bir il sonra yeni – cib kalkulyatoru icad edildi. Onun ölçüləri belə idi: uzunluğu – 13,1 sm, eni – 7,7 sm, qalınlığı – 3,7 sm, çəkisi isə 800 qr təşkil edirdi.

1970-ci ildə keçmiş SSRİ-də mikrosxemlərdən istifadə olunmaqla kalkulyatorların istehsalına başlanıldı ki, onlar daxil olan siqnaları diskret funksiyası qanunu əsasında  çevirir və emal edir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Torpaq vergisinin tutulması, hesablanması və ödənilməsi

posted in: Xəbər | 0

Mühasib torpaq vergisiBu mövzuda maraq doğuran məsələləri maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Torpaq vergisinin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində, mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələrdir. Burada bir məqama xüsusi diqqət yetirilməlidir ki, mülkiyyətində bina və ya binanın bir hissəsi olan şəxslər də torpaq vergisi ödəyicisi hesab edilir. Çünki bina hansısa torpaq sahəsi üzərində dayanır və beləliklə əmlakın sahibi həmin torpaq sahəsinin istifadəçisinə çevrilir.

Kənd təsərrüfatı torpaqları üçün torpaq vergisi dərəcəsi hər 100 kvadratmetr üçün 2 manat müəyyən edilib. Təyinatı üzrə istifadə olunan kənd təsərrüfatı torpaqları və ya suvarma, meliorasiya və ya digər aqrotexniki səbəblərdən istifadəsi mümkün olmayan ərazilərə verginin hesablanması 1 şərti nöqtə üçün 0,06 manat nisbətində hesablanır. Bu bəndlər, eləcə də bu növ torpaqların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir.

Bütün digər hallarda, torpaq vergisi Vergi Məcəlləsinin 206.3 maddəsində qeyd olunmuş cədvələ əsasən hesablanır.

Məsələn, Bakı şəhərinin ərazisində yerləşən 65 kvadratmetr bağ sahəsi olan torpaq üçün vergi məbləği bu cədvələ əsasən 65:100×0.60 AZN = 0.39 AZN təşkil edəcək.

Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Tutaq ki, “Payçı” şirkəti Bakı şəhərində 20.000 kvadratmetr ərazidə yerləşən beşmərtəbəli ofis binasının birinci mərtəbəsinin sahibidir. Bu şirkətin nə qədər torpaq vergisi ödəməli olduğunu hesablamaq üçün əvvəlcə binanın tutduğu ərazinin ümumi torpaq vergisini hesablayırıq. Yuxarıdakı cədvəldən göründüyü kimi, bu binanın sahəsinin 10.000 kvadratmetrə qədəri üçün torpaq vergisi hər 100 kvadratmetr üçün 10 manat dərəcəsi ilə, 10.000 kvadratmetrdən artıq sahəsi üçün isə hər 100 kvadratmetr üçün 20 manat dərəcəsi ilə hesablanmalıdır.

10.000:100 x 10 + 10.000:100×20 = 3000 kvadratmetr.

Bununla birlikdə, “Payçı” şirkəti binanın hamısına sahib olmadığı üçün verginin hamısını onun ödəməsi tələb olunmur. Dövlət reyestrindən binanın, məsələn, 18.000 kvadratmetrinin bu şirkətə aid olduğu barədə məlumat alırıq. Bundan sonra tikintinin aparıcısından və ya əmlakı şirkətə satan şəxsdən binanın ümumi sahəsi haqqında məlumat əldə etməliyik (bunu binanın yerləşdiyi sahə ilə qarışdırmaq olmaz!). Tutaq ki, binanın ümumi sahəsi 104.000 kvadratmetrdir. Deməli, “Payçı” şirkəti üçün torpaq vergisinin məbləği

18.000:104.000×3.000 = 519.23 manat olacaq.

Torpaq vergisi bəyannamələri müəssisələr tərəfindən hər il may ayının 15-dək illik təqdim edilir, 15 avqust və 15 noyabr tarixlərinə qədər bərabər hissələrlə ödənilir.

Fiziki şəxslər üçün torpaq vergisinin hesablanması iyulun 1-dən əvvəl yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və bu barədə avqustun 1-dək fiziki şəxsə məlumat verilir. Nəhayət, fiziki şəxsin torpaq vergisi üzrə xərcləri gəlir vergisi bəyannaməsinə (gəlir) gəlirdən çıxılan xərc kimi daxil edilə bilər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pula qənaət etməyin 20 yolu

posted in: Məqalə, Xəbər | 0

qənaətQənaət etmək gələcək istifadə üçün pulların yığılmasıdır. Əgər siz lazımsız məsrəflərdən qaçıb, artıq qalan vəsaiti yığmağa başlasanız, bir müddət keçdikdən sonra daha böyük məqsədlərinizi maliyyələşdirmək iqtidarında olacaqsınız. Aşağıdakı sadə və faydalı üsullardan istifadə edərək qənaət etməyə başlayın.

1. Alış-veriş üçün siyahı tutun.

2. Mağazaya gedərkən lazım olan qədər pul götürün.

3. Pulunuzu gərəksiz halda xırdalamayın.

4. Pul qabınız soyuq rəngdə deyil, isti rənglərdə olsa yaxşıdır. Qırmızı, narıncı və qəhvəyi rənglər pulları özünə cəlb edir.

5. Həftəlik menyu tutun. Menyu sizə lazım olan ərzaqları qədərində almağa kömək edəcək və siz artıq pul xərcləməyəcəksiz.

6. Ərzaq alış-verişinə ac qarına getməyin ki, aclıq hissi sizi nələrsə almağa sövq etməsin.

7. Bir çox məhsulları bazardan almağa üstünlük verin. Bazar qiymətləri market qiymətlərindən çox-çox aşağıdır.

8. Yerli mal alın. Bu, sizə daha ucuz başa gələr.

9. Bəzi məhsulları bahalı qablaşdırmada deyil, açıq, çəki ilə alın ki, tara pulu ödəməyəsiz. Misal üçün, dəmir qablaşdırmadakı 200 qramlıq zeytun əvəzinə çəki ilə satılan 200 qram zeytun ala bilərsiz. Bəzəkli sellofanda satılan qarabaşaq, lobya, noxud kimi paxlalı bitki və quru ərzaqları açıq, çəki ilə almaq daha ucuz başa gəlir.

10. Kassanın ətrafındakı xırda-para məhsullar (şirniyyat, oyuncaq və s.) müştərilərin impulsiv alış-verişi üçün ora düzülüb. Çalışın marketoloqların pul tələsinə düşməyin.

11. Mövsümə uyğun məhsullar alın ki, ucuz başa gəlsin.

12. Orqanizm üçün zərərli qidalardan imtina edin. Sağlamlığınızı qoruyaraq pulunuza daha çox qənaət edərsiz. Çips, mayonez, ketçup, qazlı, şirin içkilər, kolbasa və s. əvəzinə quru meyvə və çərəz, yulaf, balıq, zeytun, bulqur və s. alın.

13. Yarımfabrikatlardan uzaq olun. Özünüzün hazırlayacağınız təzə dolma, kotlet, pizza, düşbərə və s. dondurulmuş qidalardan daha ucuz və faydalıdır.

14. Bəzi ərzaqları hissələrlə deyil, bütov şəkildə alın. Misal üçün, bütöv bir toyuqdan bir neçə dəfə, müxtəlif yeməklər hazırlaya bilərsiz, nəinki 1 kilo toyuq qanadından.

15. Eyni məhsullar müxtəlif mağazalarda müxtəlif qiymətlərə satılır. Diqqət edin və cibinizə uyğun məkandan alış-veriş edin.

16. Çeşidli çörək bişirməyi öyrənin. Bu zaman pulunuza hər gün 30-40% qənaət edərsiz, həm də süfrənizdə daim təzə, ətirli çörək olacaq. Qənaət etdiyiniz pul ilin sonuna daha sanballı məbləğ olaraq toplanacaq.

17. Səliqəli olun ki, malınız tez sıradan çıxmasın.

18. Borc almayın, borc verməyin, kreditə girməyin.

19. Bir çox reklam aksiyalarına aldanmayın.

20. Gəlirlərin və xərclərin hesabatını aparın.

Qənaət etdiyiniz pullara yaxşı istirahət edə və ya arzuladığınız dəyərli nəsə ala bilərsiz.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 831 832 833 834 835 836 837 2. 398