Mühasibatlıq sizdən ötrü nə deməkdir?

posted in: Xəbər | 0

Mühasibatlıq sizdən ötrü nə deməkdir?Mühasibatlıq

Necə də gözəl səslənir və nə yaxşı ki, böyük əksəriyyət belə düşünür – “Sağ əlimdir, onsuz heç bir qərar qəbul etmirəm”. Bu, ən düzgün cavabdır və əgər rəhbər və həqiqət onu seçirsə – rəhbərlik etdiyi şirkət üçün müsbət bir əlamətdir!

Lakin, başqa fikirlər də vardır. 44 faiz hesab edir ki, dövlətin tələb etdiyi, heç kimə lazım olmayan və zərurət duyulmayan uçotdur, o, sıradan çıxmağa məhkumdur.

Belə bir reallığı qəbul etməzdən öncə, niyə belədir – mövzusunu sizinlə birlikdə aydınlaşdırmağa çalışaq! Başlanğıc üçün, mənim sevdiyim kimi, hamımıza aydın olsun deyə, gəlin sözlərlə tanış olaq. İlk araşdırılması lazım gələn – “UÇOT” sözü olacaq.

Müəssisədə uçotun aparılması üçün mühasibatlıq lazımdır. Ən azından mühasibat və vergi uçotu. Nə qədər qəribə görünsə də, amma, bunlar öz məqsəd və tapşırıqları olan fərqli uçot növləridir. Ukraynanın “Mühasibat uçotu barədə” Qanununa əsasən istənilən iqtisadi subyekt mühasibat uçotunu aparmağa borcludur. Yəni, bu hər hansı bir istək və ya xahiş deyildir. Bu, istənilən iqtisadi subyektin yerinə yetirməyə borclu olduğu bir qanundur.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Koronavirusdan sonra ABŞ iqtisadi yüksəliş vəd edib

posted in: Xəbər | 0

ABŞBeynəlxalq valyuta fondu (BVF) Dünya bankı ilə növbəti sammit üçün koronavirus pandemiyasının qlobal iqtisadiyyata təsiri ilə bağlı proqnozunu tam şəkildə dəyişdirib, VTimes nəşri belə yazıb.

Ötən ilin oktyabr ayında təşkilat hesab edirdi ki, böhran planetin bütün əhalisinin həyat səviyyəsinə böyük ziyan vuracaq, özü də uzunmüddətli və qeyri-bərabər bir bərpa dövrü yaşanacaq. Üstündən yarım il ötdükdən sonra BVF etiraf edib ki, problemlər başlıca olaraq inkişaf etməkdə olan ölkələrə toxunacaq.

Fondun ekspertlərinin fikrincə, 2024-cü ildə ABŞ iqtisadiyyatı pandemiyadan əvvəlki proqnozlarda gözləniləndən daha yüksək səviyyəyə qalxacaq. Digər inkişaf etmiş ölkələrin əksəriyyətində isə yalnız kiçik problemlər qalacaqdır.

Gözləntilərin belə radikal şəkildə yenidən nəzərdən keçirilməsi üçün bir neçə səbəb var. BVF-də üç əsas gözləntini göstəriblər və həmin gözləntilərdən birincisi inkişaf etmiş ölkələrin adaptasiya qabiliyyətinə aiddir. Artıq ikinci dalğa zamanı onlar karantin tədbirlərinin həyata keçirilməsində iqtisadiyyatın itkilərini əhəmiyyətli dərəcədə azalda bilmişlər.

İkinci səbəb kimi Şimali Amerika, Avropa və Yaponiya kimi ölkələrin öz iş yerlərini itirmiş vətəndaşlara göstərdiyi əhəmiyyətli dəstəyi qeyd etmək olar. BVF-nin icraçı-direktoru Kristalina Georgiyeva hesab edir ki, əgər bu dəstək olmasaydı, yenidən Böyük depressiyadan söhbət gedə bilərdi. Və nəhayət, vaksinlərin ortaya çıxması, yaxın vaxtlarda dünyanın normal həyat axarına qayıda biləcəyinə ümid verir.

İnkişaf etməkdə olan ölkələr isə əhəmiyyətli şəkildə geridə qalacaqlar. Onlar vətəndaşları gəlir itkisi ilə bağlı problemlərdən tam şəkildə qoruya bilməmişlər, həmin ölkələrdə səhiyyə sisteminin effektivliyi də çox aşağıdır və peyvəndləmə daha çox zəif gedir. Yaxın illrədə əlavə olaraq vəziyyət daha da çətinləşə bilər, çünki sərmayədarlar bərpa olunan inkişaf etmiş ölkələrə vəsait yatırmağa çalışacaqlar ki, bu da kapital axınına gətirib çıxaracaqdır.

Bununla birlikdə UniCredit bankının baş iqtisadçısı Eric Nilsen və bəzi digər mütəxəssislər, mövcud nikbinliyin altı ay əvvəlki bədbinlik qədər, hədddən ziyadə olacağını gözləyirlər. Axı, virusun yenidən baş vermə riski hələ də qalmaqdadır, Çinlə ticarət qarşıdurmaları da yeni səviyyəyə çata bilər, bütün bunlar isə dünya iqtisadiyyatını yenidən qızma həddinə çatdıra bilər.

Kapital Bank və “Qırmızı Ürəklər” şəhidlərin xatirəsinə ağac əkdilər

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.

Ağacəkmə layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib. Adıçəkilən rayonlarda müvafiq olaraq 160 və 144 ağac əkilib. Tədbirdə Kapital Bank-ın əməkdaşları, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib. Ağacəkmə aksiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə keçirilib.

“Vətən Bağı” insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunub. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları, Kapital Bank və “Qırmızı Ürəklər” Xeyriyyə Fondu tərəfindən həyata keçiriləcək. Ağacların əkilməsi mövsümü zamanı digər rayonlarda da analoji aksiyalar təşkil olunacaq.

Qeyd edək ki, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun yaradılmasında əsas məqsəd cəmiyyətimiz üçün faydalı işlər görməkdir. Üzvlərinin əksəriyyəti, Kapital Bank-ın könüllü əməkdaşlarından ibarət olan fondun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Alibaba şirkətinin rekord həddə cərimələnməsi “Jack Ma”-nı daha da varlandırıb

posted in: Xəbər | 0

AlibabaÇin hakimiyyət orqanları bu şirkəti rekord məbləğdə cərimələdikdən sonra çinli milyarder və Alibaba şirkətinin qurucusu “Jack Ma”-nın sərvəti daha 2,3 milyard dollar artıb. Bloomberg xəbər verir ki, milyarderlər indeksində — Bloomberg billionaires index — cərimədən sonra daha da zənginləşmiş sahibkar indi 52,1 milyard dollar sərvət ilə 25-ci sırada qərarlaşıb.

Belə ki, Alibaba şirkətinin səhmlərinin qiyməti yüksəliş göstərib. Çərşənbə axşamı, aprelin 13-də səhmlərin qiyməti 9,27 faiz artıb.

Bundan əvvəl, aprel ayında ÇXR-nın bazarlara nəzarət dövlət idarəsi, Alibaba şirkətini antiinhisar qanunvericiliyini pozduğuna görə, ölkə tarixi əzində ən yüksək məbləğdə – 18,22 milyard yuan (2,78 milyard ABŞ dolları)  cərimə etmişdi. Tədqiqatlar göstərmişdi ki, Alibaba şirkəti istehlakçını “seçim hüququ olmadan” öz xidmətlərindən istifadə etməyə məcbur edən siyasət apardığını təsdiqləyib.

Çin hakimiyyət orqanları ilə Jack Ma arasında münaqişə ötən il, sahibkarın rəqəmsal texnologiyalar məsələsində hökumətin siyasətini tənqid etdikdən sonra başlamışdı.

Bloombergin məlumatına görə, Çin hökumətinin növbəti qurbanı texnologiya nəhəngi Tencent ola bilər: bu şirkət də antiinhisar pozuntularına görə cərimə altına düşüb. Belə ki, təhsil sahəsində fəaliyyət göstərən Yuanfudao onlayn-xidmətinin 2018-ci ildə satın alınması, müəyyən iddiaların ortaya çıxmasına səbəb olmuşdu. Cərimə 77 min dollar təşkil etmişdi. Lakin martın ortalarında bu, səhmlərin qiymətinin 4,5 faiz aşağı düşməsinə, kapitallaşmanın isə 810 milyard dollara kimi azalmasına gətirib çıxarmışdı. Konqlomeratı böyük ehtimalla maliyyə, sığorta və fintex-aktivlər kimi ayırmağa məcbur edəcəklər və hansı ki, bundan sonra dərhal sərt tənzimləməyə məruz qalacaq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 832 833 834 835 836 837 838 2. 382