» » » Biznes üçün ən çətin ay müəyyən edilib

Biznes üçün ən çətin ay müəyyən edilib

posted in: Xəbər | 0
birbank biznes

biznes, Mühasibat uçotunun məqsədiBiznes üçün proqram təminatını işləyib hazırlayan “Megaplan” tərəfindən keçirilən sorğu iştirakçılarının yarıdan çoxu may ayını kiçik və orta biznes üçün ən çətin ay adlandırıblar.

Respondentlərin 61,6 faizi may ayını biznes və iş görmək üçün ən ağır ay hesab ediblər. Onların 26 faizi belə hesab edir, çünki həmin dövrdə sifarişlərin sayının mütəmadi olaraq aşağı düşməsi ilə üzləşirlər. Respondentlərin 18,5 faizi may ayını yanvardan sonra ən çətin ay hesab edirlər, 16,6 faizi isə may ayında müntəzəm olaraq işləmək məcburiyyətində qaldıqlarını qeyd ediblər.

Respondentlərin ümumi sayından 38,9 faizi isə əksinə, may ayını işlərin aparılmasından ötrü ən çətin ay hesab etmirlər. Onların fikrinə görə, həmin dövrdə istirahət etmək və gücü bərpa etmək mümkün olur.

Özü də bu zaman sorğuya qatılanların 28,7 faizi may bayramlarının lazımsız olduğunu qeyd ediblər. 14,5 faiz respondent may ayındakı bayram günlərinin biznes üçün maliyyə çətinlikləri yaratdığına əmindirlər, 14,2 faiz respondent isə bunları kritik çətinliklər adlandırıblar.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun