Əmək müqavilələrinin bağlanmasına nəzarət tədbirləri davam edir

posted in: Xəbər | 0

əmək müqaviləsi əmək müqavilələriİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində və Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Ucuzluq” adlı univermaqlarda operativ nəzarət tədbirləri həyata keçirilib.

Aparılan nəzarət tədbirləri zamanı Məmiyev Elşən Rəfiaddin oğluna məxsus univermaqda 24 nəfər, İsayev Cahid Müzəffər oğluna məxsus obyektdə isə 21 nəfər olmaqla, ümumilikdə 45 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş İsayev Cahid Müzəffər oğlu və Məmiyev Elşən Rəfiaddin oğluna barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

Dövlət Vergi Xidməti bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır və bu işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, habelə əmək münasibətlərin və gəlirlərin gizlədilməsinə yol açır. İşəgötürənlər belə hallara yol verməməli, əmək müqaviləsinin işçilərin əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicisi bank hesabından əməkhaqqı təyinatı ilə çıxardığı vəsaiti təsərrüfat xərcləri üçün istifadə etməməlidir

posted in: Xəbər | 0

ƏDVNazirlər Kabinetinin təsdiqlədiyi “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”na əsasən, bank hesabından çıxarılan pul vəsaitinin təyinatı nağd pulun alınmasında istifadə edilən çek kitabçasında, habelə bankın məxaric orderində göstərilən təyinatlar üzrə müəyyən edilir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, sözügedən qaydaya görə, vergiödəyicisi bank hesabından əməkhaqqı təyinatı ilə çıxardığı vəsaiti təsərrüfat xərcləri üçün istifadə etməməlidir.

Qaydanın 2.4-cü maddəsində qeyd edilir ki, pul vəsaiti vergiödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, pul vəsaitləri həmin gün ərzində vergiödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir.

Kassa mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır.

Göründüyü kimi, vergiödəyicisinin mütləq əməl etməli olduğu konkret tələblər mövcuddur.

Birinci tələb isə ondan ibarətdir ki, vergiödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasında dəyişiklik edildi

posted in: Xəbər | 0

Əmək haqqından tutulan vergiAzərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə sadələşdirilmiş verginin ödəyiciləri mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən bütün şəxslər deyil, yalnız fiziki şəxslər hesab edilmişdir.

Bununla bağlı “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsinə zərurət yaranmışdır.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 189) ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın 3.1.9.2-ci yarımbəndində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci abzasa “yaşayış,” sözündən əvvəl “fiziki şəxslər tərəfindən” sözləri əlavə edilsin.

2. Altıncı abzasa “yaşayış,” sözündən əvvəl “fiziki şəxslərə məxsus” sözləri əlavə edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 aprel 2021-ci il
№ 107

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli (8-ci hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli (8-ci hissə)Startap

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat   

Gəliri proqnozlaşdırırıq

Sizin biznes-modeliniz nədən ibarətdir? Onun miqyasını genişləndirmək olarmı?

Startapdan istifadədən əvvəl istiqaməti, problem və məhsulu qəti şəkildə müəyyənləşdirdik. Sizin məhsulunuzdan ötrü bazarın mövcud olduğuna əmin olduq. Növbəti addım – bu, sizin biznes modelinizin məhsulu bazara çıxara, mənfəət əldə edə və miqyasını artıra biləcəyinizi hesablamaqdır.

Müştəri bazanız nə qədər çox olarsa, məhsulunuzun bir vahidinin hazırlanması bir o qədər ucuz başa gələcək. Məsələn, əgər siz hansısa bir əlavə hazırlayırsınızsa və onun qiyməti – 250 min dollardırsa, 10 min nəfərlik bir müştəri bazası, məhsulunuzun bir vahidinin hazırlanmasının 25 dollar olduğunu göstərir.

Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz

Əgər yalnız 4 min müştəriniz varsa və bir az gəlir əldə etməlisinizsə, məhsulunuzun qiyməti yüksələcək. Bununla birlikdə, rəqibləriniz daha ucuz bir məhsul təklif edərsə, şansınız olmayacaq –   belə ki, lap başlanğıcda potensial bir problemlə qarşılaşmısınız.

Biznes-model miqyasını genişləndirməlidir – əks təqdirdə şirkətiniz sıradan çıxacaq. Biznes-modelinizin inkişafı üçün potensial olduğundan əmin olun.

Proqram təminatının işlənib hazırlanmasının və satışının əsas üstünlüklərindən biri ondan ibarətdir ki, həcmin artırılması üzrə məsrəflər əhəmiyyətsizdir. Məs, bir proqramı təminatı yarada bilərsiniz və həmin məhsulun istənilən sayda “surətlərini” minimum pula da sata bilərsiniz.

Əksinə, əgər dəftər, fərdi kompüter və ya pəncərə çərçivələri kimi “fiziki məhsullar” satırsınızsa, müştərilərinizə nə qədər fərdi vahid satdığınızdan asılı olmayaraq, onları maya dəyəri ilə istehsal edirsiniz.

Sadə bir pul axını hesablaması yaradın

İlk beş addım başa çatdımı? Bundan sonra siz maliyyə kapitalını cəlb edirsiniz (əgər öz səylərinizlə şirkəti inkişaf etdirmək niyyətində deyilsinizsə), məhsul yaradırsınız, məhsulu/bazarı müvəffəqiyyətlə birləşdirməyə çalışırsınız və təkrarlanan və geniş miqyas alan biznes modeli yaradırsınız.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 839 840 841 842 843 844 845 2. 398