» » » Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasında dəyişiklik edildi

Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasında dəyişiklik edildi

posted in: Xəbər | 0
birbank biznes

Əmək haqqından tutulan vergiAzərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə sadələşdirilmiş verginin ödəyiciləri mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən bütün şəxslər deyil, yalnız fiziki şəxslər hesab edilmişdir.

Bununla bağlı “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsinə zərurət yaranmışdır.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 189) ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın 3.1.9.2-ci yarımbəndində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci abzasa “yaşayış,” sözündən əvvəl “fiziki şəxslər tərəfindən” sözləri əlavə edilsin.

2. Altıncı abzasa “yaşayış,” sözündən əvvəl “fiziki şəxslərə məxsus” sözləri əlavə edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 aprel 2021-ci il
№ 107

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun