Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (4-cü hissə)

posted in: Xəbər | 0

Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (4-cü hissə)Rokfeller

1874-cü il yanvarın 29-da  kiçik amerikalı neft sənayeçisi, maliyyəçi, tarixdə ilk milyarderin oğlu və əfsanəvi Rokfellerlər sülaləsinin əsasını qoyan kiçik Con Devison Rokfeller dünyaya gəlib.   

Zavodların, gəmilərin, meşələrin sahibi

1917-ci ildə Con Rokfellerin şəxsi sərvəti 900 milyon-1,2 milyard dollar dəyərində qiymətləndirilirdi ki, bu da ABŞ-ın o vaxtkı ÜDM-nin 2,5% təşkil edirdi. Müasir ekvivalentdə Rokfellerin sərvəti  təxminən 150 milyard dollar təşkil edərdi ki, bu da onun elə indinin özündə də ən varlı adamlardan biri olduğunu təsdiq edir. Ömrünün sonuna yaxın Rokfeller “Standart oyl”un 34 törəmə şirkətlərinin hər birindəki payından əlavə 16 dəmiryolu və altı poladəritmə şirkətinə, doqquz banka, altı gəmiçilik idarəsinə, doqquz rieltor firmasına və üç portağal ağacları əkilən böyük sahələrə malik idi.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

Rokfeller həyatı ərzində xeyriyyə tədbirlərinə 500 milyon dollardan çox vəsait sərf edib. Həmin məbləğdən 80 milyon dolları Çikaqo universitetinə, 100 milyona yaxını isə özünün və həyat yoldaşının daim ziyarət etdiyi baptist kilsəsinə bağışlanılmışdı. Eləcə də Con Rokfeller Nyu-York tibb tədqiqatları universitetini, ümumitəhsil Şurası və Rokfeller Fondunu  yaratmış və maliyyələşdirmişdir.

Müharibədə biznes

Sülalənin yeni rəhbəri II (kiçik) Con D. Rokfeller öz atasının layiqli davamçısı olub. Birinci dünya müharibəsi Rokfellerlər ailəsinə 500 milyon dollar təmiz gəlir gətirdi. İkincü dünya müharibəsi daha çox gəlir gətirdi – belə ki, tank, aviasiya mühərrikləri benzin tələb edirdi, həmin benzin isə bütün sutka boyu rokfellerlərin zavodlarında istehsal olunurdu. Nəticədə müharibə illəri ərzində 2 milyard dollar təmiz gəlir əldə olunmuşdu.

Kiçik Rokfeller XX əsrin əvvəllərində Amerikanın ən nüfuzlu siyasi xadimlərindən biri, uzun müddət Vaşinqtonda, demək olar ki, ölkə prezidentləri kimi nüfuza malik senator Nelson Oldriçin qızı ilə evlənmişdi.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Varislərin pensiya almaq hüququ

posted in: Hüquq, Xəbər | 0

pensiya sistemiAzərbaycan Respublikasında əhalinin sosial təminatını nəzərdə tutan sistemlərdən biri də pensiya yığımlarıdır. Pensiyaların təyin edilmə məqsədlərindən biri də müəyyən yaş həddinə (nəzərdə tutulan yaş ölkə üzrə 65 yaş kişilər, qadınlarda hər il 6 ay artırılmaqla, yekunda 65 yaş) çatmış şəxslərin zəruri ehtiyaclarının təmin edilməsindən ibarətdir. Ölkədə 3 növ – yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin edilir. Bu yazımızda ailə başçısını itirməyə görə təqdim edilən pensiya hüququndan bəhs etməyə çalışacağıq.

Qeyd edək ki, bu növ pensiya bir qayda olaraq yalnız sığorta hissəsindən ibarətdir. Onu da bildirək ki, ölkə üzrə əmək pensiyasının minimum məbləği 1 oktyabr 2019-cu ildən 200 manat məbləğində müəyyən edilmişdir.

Ailə başçısını itirməyə görə pensiya bu şəxslərə verilir:

1) şəxsin övladları

– 18 yaşına çatmayıbsa,

– 18 yaşadək sağlamlıq imkanları məhdudluğu müəyyən edilib və 18 yaşdan sonra əlilliyi olubsa,

– ən çoxu 23 yaşınadək əyani qaydada təhsil müəssisəsində təhsil alırsa

2) Şəxsin valideynləri və həyat yoldaşı yaşa görə əmək pensiyası yaşına çatıbsa və ya 1 yaxud 2-ci dərəcə əlilliyi varsa,

3) şəxsin işləməyən valideyni, həyat yoldaşı, nənə-babası, qardaş-bacısından hər hansı biri vəfat etmiş şəxsin 8 yaşınadək olan övladına, qardaş-bacısına və ya nəvəsinə baxırsa

4) Ögey ata-ana vəfat etmiş şəxsi azı 5 il saxlayıb və tərbiyə edibsə, doğma valideynlərlə bərabər hüquqlu olur.

5) Ögey övlad doğma övladlarla bərabər hüquqlu olur.

6) Övladlığa götürənlər doğma valideynlərlə, övladlığa götürülənlər isə doğma övladlarla bərabər hüquqlu olur.

Ailə başçısını itirməyə görə pensiya azı 5 il və əmək qabiliyyətli yaş dövrünün (15 yaş) hər tam ili üzrə 4 ay sığorta stajı (sosial sığorta haqqı ödəmişdirsə) olduqda, təyin edilir. Daha aydın desək şəxs 50 yaşında vəfat edibsə, onun:

(50-15)×4 ay=35×4ay= 140 ay = 11 il 8 ay sığorta stajı olmalıdır.

Hərbi qulluqçular və müharibə ilə bağlı 1-ci dərəcə əlilliyi olan şəxslər (rütbədən məhrum olan və ya digər müddətli hərbi qulluqçular istisna) hərbi xidmət dövründə və ya hərbi xidmətdən buraxıldıqdan sonra hərbi xidmət dövründə alınmış xəsarət (kontuziya, travma, yaralanma) və xəstəlik nəticəsində vəfat edibsə, ailə başçısını itirməyə görə pensiya onların xidmət müddətindən asılı olmayaraq təyin edilir.

Hərbi əməliyyatlar zamanı itkin düşənlər cəbhədə həlak olanlarla eyni statuslu sayılır.

Yekunda onu da qeyd edək ki, ailə başçısının fərdi hesabının yığım hissəsində toplanmış vəsaitləri onun varisləri almaq hüququna malikdir. Vəfat etmiş şəxsin varisi olmadıqda, bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsinə daxil olur.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ezamiyyə xərclərinin rəsmiləşdirilməsində nələr nəzərə alınmalıdır?

posted in: Xəbər | 0

Ezamiyyə xərclərinin rəsmiləşdirilməsi Ezamiyyə xərcləriNazirlər Kabineti tərəfindən “Ezamiyyə xərclərinin normaları haqqında” Qaydalarda bu ilin yanvar ayında edilmiş dəyişikliklərə görə, ölkədaxili ezamiyyə zamanı mehmanxana üçün təsdiqedici sənədlər lazım olmur. Bununla belə, təcrübədə bəzi suallar ortaya çıxır. Mövzunu sərbəst auditor Altay Cəfərov misallarla izah edir.

Ən çox sual doğuran məsələ ölkədaxili ezamiyyələrdə gündəlik xərclərin ümumi normanın 20 faiz və mehmanxana xərclərinin də 80 faiz olmasıdır: təsdiqedici sənədlər tələb olunmursa, onda bu faizlərə bölünmə nəyi ifadə edir?

Misal: Tutaq ki, “AA” MMC-nin işçisi aprelin 1-dən 5-dək Bakı şəhərinə ezam edilib.

Sual: Bu halda işçinin ezamiyyə müddəti neçə gün olacaq? Ezamiyyənin başlama və bitmə tarixləri hansılardır?

Bunun üçün işçinin ezamiyyəyə göndərilməsi haqqında əmrə diqqət yetirilməlidir. Yəni əmri düzgün tərtib etmək lazımdır, orada ezamiyyənin başlama, bitmə tarixləri, eləcə də işçinin ezamiyyədə neçə gün olacağı, həmçinin işçinin işə çıxma tarixləri əks olunmalıdır.
Misalımızdan göründüyü kimi, normal halda 1-5 aprel tarixləri arasında 5 təqvim günü vardır. Amma işçinin ezamiyyəyə gedib-qayıtmasını nəzərə alsaq, bu müddət 5 tam olmayan və 4 tam olan təqvim günü hesab edilə bilər. Bundan əlavə, ezamiyyənin 1-5 aprel tarixlərində olmasına baxmayaraq, əmrdə işçinin aprelin 5-də, yoxsa 6-da işə çıxacağı göstərilməlidir ki, bu da ezamiyyə xərclərinin düzgün hesablanması üçün zəruridir.

Sualımızın davamı kimi bir məsələni də nəzərdən keçirək. Tutaq ki, əmrdə ezamiyyənin 1-5 aprel tarixlərində, 5 gün müddətində olduğu, işçinin işə 6 aprel 2021-ci ildə çıxmalı olduğu yazılıb.
Birinci varianta görə, işçi ezamiyyədən qayıdanda nəqliyyat xərcini təsdiq edən sənədi təqdim edib və nəqliyyat biletinə görə avtobus Bakı şəhərindən aprelin 6-da saat 01.00-da çıxıb.

İkinci variantda isə işçinin nəqliyyat xərcinin təsdiq edən sənədi “AA” MMC-yə təqdim edilməyib.

Sual: Bu hallarda ezamiyyə necə hesablanacaqdır?

Birinci halda faktiki olaraq işçinin 5 gün ezamiyyədə olduğu həm əmrlə, həm də nəqliyyat bileti ilə təsdiq edilir. Yəni işçi aprelin 5-də Bakıda olub və faktiki olaraq Bakıdan 24.00-dan sonra çıxıb.

Qaydalarda yazılıb:
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir.

Gündəlik xərc – işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.

Mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödənilir.

Birinci halda işçiyə ezamiyyə normalarına görə ödənişlər tam olacaqdır. Yəni Bakı şəhərinə gündəlik ezamiyyə məbləği 90 manatdır. Bunun 90 manat * 20% = 18 manat gündəlik xərclər və 90 manat*80% = 72 manat mehmanxana xərcləridir.

Deməli, beş günlük gündəlik xərclər 18 manat*5 gün = 90 manat olacaqdır. Mehmanxana xərcləri də aprel ayının 5-ni tam əhatə etdiyinə görə 5 gün üçün ödəniləcıkdir: 72 manat * 5 gün = 360 manat olacaqdır.

İkinci halda isə işçinin faktiki olaraq geri qayıtmasını sübüt edən nəqliyyat sənədi yoxdur. Bu zaman artıq işçinin ezamiyyə vərəqəsində aparılmış qeydlərə baxmaq lazımdır. Qeydlərdə geri qayıtma kimi imza, möhür atmış təsərrüfat subyekti ayın 5-ni qeyd edib. Ona görə ki, işçi faktiki ezamiyyədən ayın 5-i buraxılıb.

Belə olan halda gündəlik xərclərin ödənilməsi üçün müddət yenə də 5 gün sayılacaqdır. Amma mehmanxana xərclərinin ödənilməsi üçün müddət 5 gün yox, 4 gün hesablanacaqdır. Ona görə ki, faktiki sənədlər işçinin 4 gün gecələdiyini sübut edir.

5 gün * 18 manat = 90 manat gündəlik xərclər;
4 gün * 72 manat = 288 manat mehmanxana xərcləri.

Deməli, yuxarıda qeyd etdiyimiz ezamiyyə xərclərinin faizlərlə bölünməsi hesablamaların və faktiki ezamiyyənin dəyərləndirilməsi üçün nəzərdə tutulub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya qızıl bazarı (5-ci hissə)

posted in: Xəbər | 0

Dünya qızıl bazarı (5-ci hissə)qızıl bazarı

Bu o deməkdir ki, dünyada yaranmış iqtisadi və siyasi vəziyyətdə qızıldan ilk növbədə maliyyə aləti və digər birja risklərindən – xüsusilə dolların zəifləməsi və digər dünya valyutalarının dayanıqsızlığı kimi istifadə olunurdu. Bu mənada hazırda qızılın qiymətinin müəyyən edilməsi üçün əsas amil olan neftdən bazar tərəfindən yalnız birja əmtəəsi kimi daha az istifadə olunurdu. Artıq 2005-2006-cı illərdə, xüsusilə Asiyada zərgərlər, qızılın digər metallarla, xüsusən nisbətən bahalaşmasına baxmayaraq, qızıldan daha ucuz olan palladiumla (bir unsiya üçün təqribən 350 dollar) əvəzlənməsi niyyətlərindən danışırdılar.

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

2006-cı ilin nəticələrinə görə, Çində qızıl istehlakının həcmi 350 tona yaxın təşkil edib. Hazırda Çin qızıl istehlakına görə dünyada yalnız Hindistan və ABŞ-dan geri qalaraq, üçüncü yeri tutur. 2005-ci ildə ölkədə qızıl istehlakının həcmi ilk dəfə 300 tonu keçdi. Xüsusilə, zərgərlik sənayesində 2004-cü illə müqayisədə 7,7% artaraq 241,4 ton təşkil etmişdir. 2012-ci ilə qədər zərgərlik və təbabətdə qızıl istehlakının həcmi bir qədər azalıb, halbuki metala olan investisiya tələbatı görünməmiş yüksəkliklərə çatıb. Bu, bir tərəfdən metalın baha olması, digər tərəfdən dünyadakı iqtisadi vəziyyətin qeyri-sabitliyi (2008 və 2009-cu illərdəki qlobal iqtisadi böhran, həmçinin 2012-2013-cü illərdə Avropa Birliyindəki durğunluq və tənəzzül) ilə izah olunur. Ümumilikdə isə 2015-ci ilə qədər dünyada qızıl istehlakının həcmi 2005-ci illə müqayisədə 12,5% artıb.

Dünya qızıl qiymətlərinin dinamikası

1971-ci ildə dolların qızıl təminatının ləğvindən bir neçə il sonra qızılın qiymətlərinin dinamikası, əlvan metalların qiymətinin dinamikası kimi görünməyə başladı: bu, qiymətlərin sürətli bir artımının uzanan enişlə əvəz olunduğu tsiklik xarakteri idi.

Son 20 ildə qızılın qiymətlərinin dinamikasını analiz edərkən aşağıdakı mənzərə ortaya çıxır.

Dünya qızıl bazarı üçün keçən əsrin 80-90-cı illəri bu metalın qiymətlərində bir azalma işarəsi altında keçdi. Qiymətlərin enmə müddəti 2 il (1984-1985-ci illər) 4-5 il (1988-1992 və 1997-2001-ci illər) təşkil edə bilər.

Bir troya unsiyası üçün pik nöqtəyə çatmış qiymət ilə müqayisədə enişin həcmi 100 dolları bir qədər üstələyib: 1983-cü ildə bir unsiya üçün 424 dollar və 1985-ci il üçün 317,66 dollar; 1987-ci il 477,95 dollar və 1992-ci il üçün 344,97 dollar; 1996-cı il üçün 389,08 dollar və 2001-ci il üçün 271,04 dollar.

Ayrılan müddətlərdən sonuncusu ən aşağı qiymətlərlə və maksimal düşmə müddəti ilə xarakterizə olunur.

1996-cı ilin yanvar-fevral aylarında London kotirovkalarının 400 dollarlıq həddə qeydə alınması çox qısamüddətli oldu, bundan sonra qızılın qiyməti, demək olar ki, hər zaman aşağı düşdü və 1999-cu il iyulun 20-də, bir unsiya üçün son 20 ildə ən aşağı səviyyəyə – 252,8 dollara çatdı. 1999-cu ilin sonuna qədər qiymətlər bir qədər artsa da, ümumilikdə onların aşağı düşməsi tendensiyası 2001-ci ilin aprelinədək davam etdi, baxmayaraq ki, unsiya üçün orta aylıq qiymət 260,5 dollar təşkil edirdi. Bu, bir çox amillərdən qaynaqlanırdı ki, bunların arasında əsas üç amil var idi:

  • həm ilkin, həm də ikinci dərəcəli qızıl istehsalının yüksək həcmi;
  • dünyanın demək olar ki, bütün valyutalarına qarşı dolların məzənnəsinin uzunmüddətli artımı;
  • bəzi ölkələrin mərkəzi bankları tərəfindən öz qızıl ehtiyatlarından satışı.

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 840 841 842 843 844 845 846 2. 398