Təhtəlhesab vəsaitin sığortaya cəlb olunması
“İşəgötürən tərəfindən işçiyə verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin məbləğ işsizlikdən sığortaya və icbari tibbi sığortaya cəlb olunurmu?” sualına cavab olaraq Dövlət Vergi Xidməti bildirir ki, işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin vəsaitin məbləği işçinin muzdlu işlə əlaqədar aylıq gəliri hesab edilir və həmin məbləğdən işsizlik və icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.
Əsaslandırılma: Əmək Məcəlləsinin 154-cü, Vergi Məcəlləsinin 98.1, 98.2.7-ci maddəsi, İşsizlikdən sığorta haqqında qanunun 9-cu maddəsi və Tibbi sığorta haqqında qanunun 15-10.1.2-ci maddəsi.
Mənbə: vergiler.az


Məlum olduğu kimi, hər il 10 noyabr dünyada Beynəlxalq Mühasiblər Günü kimi qeyd olunur. Amma, buna baxmayaraq, bir çox ölkələrdə mühasiblərin ölkə üzrə keçirilən milli bayram günləri də təsis olunub. Rumıniya da həmin ölkələr sırasındadır. Belə ki, bu ölkədə sentyabrın 21-i Mühasiblər Günü kimi təsis olunub. Rumın mühasiblər bu gün öz peşə bayramlarını qeyd edirlər.
2021-ci ilin yanvar-avqust ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.