Azərbaycanda yeni üsulla 1 200 yerli investisiyalı MMC qeydiyyata alınıb

posted in: Xəbər | 0

şirkətDövlət Vergi Xidmətinin yaydığı məlumata görə, 2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş 12 aylıq azalma dövründən sonra, ardıcıl altı ayda (2021-ci ilin mart-avqust ayları) vergi ödəyicilərinin qeydiyyatının sayında artım müşahidə edilir.

2021-ci il sentyabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 291 min 565 vergi ödəyicisinin 87,8%-i fiziki şəxs, 12,2%-i  hüquqi şəxs və digər təşkilatlar olub.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8% artıb ki, bu artımın 91%-i fiziki şəxslərin, 9%-i hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (98,6%) kommersiya qurumları hesabına baş verib. Kommersiya hüquqi şəxslərin 88,4%-i MMC, 1,5%-i səhmdar cəmiyyət, 1,3%-i kooperativ və s. formalarda yaradılıb.

Yanvar-avqust aylarında 7 min 482 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur. Həmin qurumlarının 82,8%-i elektron qaydada, 17,2%-i isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 92,3% təşkil edib. İlkin qeydiyyat prosedurundan keçmiş kommersiya hüquqi şəxslərdən 1701-nin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.

Hesabat dövründə qeydiyyatdan keçmiş 7 min 482 kommersiya qurumunun 91,2%-i yerli investisiyalı, 8,8%-i xarici investisiyalı müəssisələrdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının xüsusi çəkisi 36,5 % artıb.

2021-ci il sentyabrın 1-nə 16 min 382 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 10 min 982-nin fəaliyyəti aktivdir, 4 min 525-nin fəaliyyəti dayandırılıb, 875-i isə ləğv edilib.

Avqust ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 35,8%-i Türkiyə, 11,6%-i Gürcüstan, 10,5%-i İran, 9,5%-i Rusiya, 5,3%-i Pakistan və 4,2%-i Hindistan investisiyalı hüquqi şəxslərdir.

2021-ci ilin yanvar-avqust aylarında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1200 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 64,4% çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9% təşkil edib.

2021-ci ilin 1 sentyabr tarixinə 300 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.


Mənbə: fed.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0

vergi tutulmasıQeyri-rezidentin vergi ödəməsi bir sıra hallarda ciddi problemlərlə müşayiət olunur və qanunvericilik bu cür problemlərin mümkün qədər aradan qaldırılmasını nəzərdə tutur. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin 125-ci maddəsində qeyri-rezidentlərin Azərbaycan mənbəyindən gəlirlərindən ödəmə mənbəyində verginin tutulması qaydaları əks olunub. Bu maddənin məntiqi çox sadədir: qeyri-rezidentin vergi ödəməsi əksər hallarda problematik olduğuna görə qanunla nəzərdə tutulmuş vergi bu gəliri qeyri-rezidentə ödəyən şəxsdən tutulur.

Bəs hansı əməliyyatlar Azərbaycan mənbəyindən gəlir kimi qiymətləndirilə bilər?

Bu sualın cavabı Vergi Məcəlləsinin 13.2.16 maddəsində verilir. Burada qeyd edilir ki, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən əldə edilən gəlir hesab olunur (bax: maddə 13.2.16.14-1). Göründüyü kimi, ödənişin nəyə (mala və ya xidmətlərə) görə edilməsinin fərqi yoxdur: ödənilən məbləğin 10 faizi qədər pul ödəmə mənbəyində tutulan vergi kimi büdcəyə ödənilməlidir. Bu ödənişlər mala görə edildikdə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5.1 sətirində, xidmətlərə görə edildikdə isə 1608.5.2 sətirində göstərilir. Xatırlatmaq istəyirəm ki, bəyannamənin təqdim edilməsi üçün müəyyənləşdirilmiş vaxt rüb bitdikdən sonrakı ayın 20-sinə kimidir, verginin ödənilməsi də bu vaxta qədər aparılmalıdır.

“Güzəştli vergi tutulan ölkə” analyışının tərifi Vergi Məcəlləsinin 128.2-ci maddəsində verilir:

Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür.

Vergi Məcəlləsinin 128.3-cü maddəsində isə həmin ölkələrin siyahısının hər il müvafiq icra orqanı tərəfindən təsdiq edildiyi bildirilir. Hazırda siyahıya 37 ölkə daxildir. Bax: http://www.e-qanun.az/framework/42606


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Dövlət rüsumunun tutulması haqqında hesabat”ın formasına və onun tərtib edilmə qaydasına dəyişiklik edilib

posted in: Xəbər | 0

Dövlət rüsumunun tutulması“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi dövlət rüsumu tutulan hallara aid edilib.

Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi Qaydası yeni redaksiyada təsdiq edilib.

Hesabatın yeni forması və onun tərtib edilməsi qaydası ilə Dövlət Vergi Xidmətinin rəsmi saytının (www.taxes.gov.az) “Bəyannamə” bölməsində tanış olmaq mümkündür.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlar

posted in: Xəbər | 0

təhtəlhesab əməliyyatlar, ÖMV, Mənfəət vergisi, Vergi Məcəlləsi, 102.2.5 maddəsindəki güzəşt, 102.2.5 maddəsi, güzəşt, sənədlər, gəlirlər, ƏDV, EDV,Ödəniş,Vergi qanunvericiliyinin pozulmasıVergi Məcəlləsindəki son dəyişiklik və əlavələrdən biri də fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlar ilə bağlıdır.

Sərbəst auditor Altay Cəfərov vurğulayıb ki, bu dəyişiklik və bunun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar təhtəlhesab əməliyyatlar zamanı hesabatlılıq məsələlərində olan müəyyən boşluqları və çatışmazlıqları aradan qaldırıb.

Məcəllənin 98-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

98.2-ci maddədə göstərilir ki, bu Məcəllənin 98.1-ci maddəsinin məqsədləri üçün gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir.

Maddə 98.2.7. İşəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği.

Bu maddə ilə bağlı bəzi suallar ortaya çıxır:

• Təhtəlhesab məbləğlər hansı formada geri qaytarılmalıdır?
• İşçiyə təhtəlhesab vəsait necə verilməlidir?
• Hansı hallarda qaytarılmayan təhtəlhesab işçinin gəliri sayılır?
• Bu məbləğlərdən vergilər və ya məcburi dövlət social sığorta tutulmaları vardırmı?

Qaydalarla bağlı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixində “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərarı qüvvəyə minib. Qərardan oxuyuruq:

2.6. Vergi ödəyicisinin kassasından təhtəlhesab şəxslərə nağd pul (avans) 5 (beş) iş günündən çox olmayan (ezamiyyə xərcləri istisna olmaqla) müddətə verilir. Təhtəlhesab şəxslər tərəfindən alınmış avanslara görə məxaric sənədlərində göstərilən müddət ərzində, lakin 5 (beş) iş günündən gec olmayaraq və ya həmin müddətin sonuncu günü onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı (2 nömrəli əlavə) təqdim edilir. Təhtəlhesab şəxsə verilmiş pul vəsaitlərinin müddət gözlənilmədən qaytarılması tələb edilə bilər. Pul vəsaitinin müddət gözlənilmədən qaytarılması tələb edilmədiyi halda, məxaric sənədində göstərilən müddətin sonuncu günündə pul qalığı kassaya qaytarılır”.

Beləliklə, Nazirlər Kabinetinin təsdiqlədiyi qərara əsasən, Məcəllənin tələblərinin yerinə yetirilməsini bir neçə misalla nəzərdən keçirək:

Misal 1: “AA” MMC 6 oktyabr 2020-ci il tarixində təsərrüfat əməliyyatları üçün işçisinə kassadan 500 manat vəsait verib və işçi avans hesabatını 8 oktyabr 2020-ci il tarixində təqdim edib, qaydalara uyğun olaraq bütün sənədlər avans hesabatına əlavə olunub.

Misal 2: “AA” MMC 6 oktyabr 2020-ci il tarixində işçisinə kassadan 500 manat təsərrüfat əməliyyatları üçün vəsait verilib və işçi avans hesabatını 17 oktyabr 2020-ci il tarixində təqdim edib. Qayadlara uyğun olaraq bütün sənədlər avans hesabatına əlavə olunub.

Misal 3: “AA” MMC 6 oktyabr 2020-ci il tarixində işçisinə kassadan 500 manat təsərrüfat əməliyyatları üçün vəsait verib və tələb qoyulub ki, işçi 8 oktyabr 2020-ci il tarixində avans hesabatını təqdim etsin. İşçinin bütün sənədləri 10 oktyabr 2020-ci il tarixində qaydlara uyğun olaraq avans hesabatına əlavə olunub.

Misal 4: “AA” MMC 6 oktyabr 2020-ci il tarixində işçisinə kassadan 500 manat təsərrüfat əməliyyatları üçün vəsait verilib. Amma işçi heç bir hesabat təqdim etməyib və heç bir məbləği geri qaytarmayıb.

Misal 5: “AA” MMC-nin işçisi kassadan heç bir vəsait almayıb və 6 oktyabr 2020-ci il tarixində avans hesabatını təqdim edib. Məbləğ 500 manat olub, qaydalara uyğun olaraq bütün sənədlər avans hesabatına əlavə edilib və kassadan işçiyə 15 oktyabr 2020-ci il tarixində 500 manat qaytarılıb.

Sual: Hər 5 halda təhtəlhesab məbləğlər işçinin gəliri sayılırmı? Hesabatlılıq düzgündürmü?

Birinci misalda işiçi tərəfindən alınmış 500 manat təhətlhesab məbləğ üzrə avans hesabatının təqdim edilməsi tam qaydalara uyğun olaraq yerinə yetirilib.Yəni işçi aldığı vəsaitin avans hesabatını 5 gün ərzində təqdim edib. Odur ki, burada işçi üçün 500 manat gəlir sayılmayacaqdır.

İkinci misalda işçi qaydaların 2.6.-cı bəndini pozub.Yəni aldığı 500 manatın avans hesabatını 5 gündən gec, kassadan aldığı tarixdən 10 gün sonra təqdim edib. İlk baxışda belə görünür ki, avans hesabatını gec təqdim etdiyinə görə bu 500 manat işçinin muzdlu işdən əldə etdiyi gəlir sayılır. Amma Məcəllənin 98.2.7.-ci maddəsinə əsasən, işçinin aldığı avans məbləğini geri qaytarmadıqda bu məbləğ muzdlu işdən gəlir hesab olunur. Yəni işçi aldığı məbləğin ya avans hesabatını veməli, ya da vəsaiti geri qaytarmalıdır. Qaydalara görə son müddət kimi 5 gün qoyulsa da, faktiki olaraq vəsaitin təyinatı üzrə xərclənməsi haqqında avans hesabatı təqdim edildikdə bu, artıq işçinin gəliri sayılmır. Burada da əsas məqam işəgötürənin roludur. Bu kimi hallarda əlavə rəsmiləşdirmə aparılmalı, işəgötürən tərəfindən müddətin yenidən başlanması haqqında əlavə əmr formasında tapşırıq və ya işçi tərəfindən müddətin yenidən başlanması haqqında ərizə verilməlidir.

Üçüncü misaldakı hal da ikinci misalla analoji hal kimi qiymətləndirilir. Yəni qaydalara uyğun olaraq müəssisə avans hesabatının son müddətini 2 gün müəyyənləşdirib, işçi isə avans hesabatını 4 gündən sonra verib. Burada da əsas məsələ vəsaitin təyinatı üzrə düzgün xərclənməsi və işəgötürənin avans hesabatını qəbul etməsidir. Həmin 500 manat məbləğ bir halda işçinin gəliri sayıla bilər ki, müəssisə 8 oktyabr 2020-ci ildə məbləğin geri qaytarılması tələb etdikdə, işçi məbləği geri qaytarmasın.

Dördüncü misalda işçinin təhtəlhesab məqsədlər üçün aldığı 500 manat onun gəliri sayılacaqdır və aylıq əməkhaqqının üstünə gələrək, müvafiq qaydada vergilərə (tutulmalıdırsa) və məcburi tutulmalara, hesablamalara cəlb ediləcəkdir. Ona görə ki, işçi aldığı məbləğin nə avans hesabatını təqdim etmiş, nə də məbləği geri qaytarmışdır.

Beşinci halda isə, ümumiyyətlə, işçinin hər hansı gəlirindən söhbət gedə bilməz. Qaydalar ancaq işçi kassadan təhtəlhesab məbləğ aldıqda tətbiq edilir. Nəzərdən keçirdiyimiz misalda isə işçi öz vəsaitini xərcləyib və sonradan xəzinədən geri alıb. Bu halda işçi ilkin avans hesabatını təqdim edir və sonradan təhtəlhesab məbləği geri alır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 683 684 685 686 687 688 689 2. 391