İşçilərin orta illik siyahı sayının və hansı sahibkarlıq subyektinə aid olmasının müəyyən edilməsi

posted in: sual-cavab, Xəbər | 0

əmək məzuniyyətiSual: Mikro sahibkarın 2019-cu ilin 12 ayında işçilərinin sayı uyğun olaraq yanvar, fevral, mart, may, iyul, avqust, oktyabr və noyabr aylarının hər birində 10 nəfər, aprel ayında 15 nəfər, iyun ayında 11 nəfər, sentyabr ayında 9 nəfər və dekabr ayında 5 nəfər olmaqla cəmi il ərzində cəmi 120 nəfər , eləcə də illik gəliri 200 000 manatdan az olmuşdur. Belə olan halda həmin sahibkar mikro sahibkar meyarlarına uyğun gəlir, yoxsa o, kiçik sahibkar kateqoriyasına aid edilməlidir?

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Həmin meyarların “Qeydlər” bölməsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.


Fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlar


Cavab: Bildiririk ki, işçilərin orta aylıq siyahı sayı müəyyən edilərkən işçilərin siyahı sayına daimi, müvəqqəti və ya mövsümi işə qəbul edilmiş, istər faktiki olaraq işləyən, istərsə də hər hansı bir səbəbdən müvəqqəti olaraq işdə olmayan (növbəti, əlavə və tədris məzuniyyətlərində olan, xəstəlik üzündən işə gəlməyən, hamiləliyə, doğuma və uşağa qulluq etməyə görə məzuniyyətdə olan qadınlar və s.) əmək müqavilələri qüvvədə olan ümumi işçilərinin sayı aid edilir. Bu zaman vergi ödəyicisinin əvəzçilik üzrə işləyən işçiləri və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləri yerinə yetirən şəxslər orta aylıq siyahı sayına daxil edilmir.

Hesablama qaydası: Siyahı tərkibində olan işçilərin orta sayı = Aydakı bütün günlər üçün siyahı saylarının cəmi / Aydakı təqvim günlərinin sayı. Ay ərzində vergi ödəyicisi tərəfindən işçilərin işdən çıxarılması və ya işə qəbulu halları olduğu halda işçilərin orta aylıq siyahı sayının müəyyən edilməsi;

Nümunə: Yanvar ayının 1-də müəssisənin siyahı tərkibində 205 nəfər olmuş, yanvar ayının 6-da 15 nəfər işə götürülmüş, yanvar ayının 16-da 5 nəfər işdən çıxarılmış və yanvar ayının 29-da 10 nəfər yenidən işə götürülmüşdür.

Hesablama qaydası: Yanvar ayı üçün siyahı tərkibində olan işçilərin orta sayı = (205 * 5 + 220 * 10 + 215 * 13 + 225 * 3) / 31 = 216 nəfər. İşçilərin orta illik siyahı sayının müəyyən edilməsi zamanı sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi ayların sayından, yəni faktiki olaraq bütün il üzrə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq orta aylıq işçilərin sayı toplanaraq 12-yə bölünməlidir.

Əsas: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Əmək üzrə” 1-əmək №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” 25 fevral 2014-cü il tarixli 14/06 nömrəli və “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” 25 fevral 2014-cü il tarixli 15/06 nömrəli Qərarları.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi ehtiyat fondlarının vergiyə cəlb olunması qaydası təsdiqlənib

posted in: Xəbər | 0

karantin“Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənəddə qeyd edilib ki, bu qayda Vergi Məcəlləsinin 111.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını müəyyən edir.

Banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyatlarını maliyyə bazarları tənzimləyicisinin müəyyən etdiyi qaydaya uyğun yaradır.

Xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər vergitutma məqsədləri üçün bu Qaydaya uyğun olaraq gəlirdən çıxılır. Bank olmayan kredit təşkilatları tərəfindən qarşılıqlı surətdə asılı olan şəxslərə verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydaya uyğun yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Bank olmayan kredit təşkilatları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Kredit ittifaqının üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər olduqda və onların kredit ittifaqının nizamnamə kapitalındakı paylarının həcmi 50 faizdən çox olduqda, həmin üzvlərə kredit ittifaqı tərəfindən verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydada yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Kredit ittifaqları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycanın qüvvədə olan normativ və normativ xarakterli hüquqi aktları ilə müəyyən edilən mənaları ifadə edir.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bəyannamə tərtibatı proqramının yeni təkmil versiyası hazırdır

posted in: Xəbər | 0

Dövlət rüsumunun tutulmasıDövlət Vergi Xidmətindən bildirilib ki, yeni versiyada 7 rəqəmli fəaliyyət kodları əlavə edilib, aksiz bəyannaməsində ixracla bağlı və yalnız aksiz marakalarının hərəkəti ilə bağlı Əlavə 2-ni təqdim edəndə yaranan problemlər aradan qaldırılıb.

Həmçinin bəyannamələrin ümumi məlumat hissələrində VÖEN-ə görə ödəyici tipinin avtomatik seçilməsi əlavə edilib.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlətin iqtisadi siyasəti (1-ci hissə)

posted in: Xəbər | 0

Dövlətin iqtisadi siyasəti (1-ci hissə)Dövlətin iqtisadi siyasəti

Dövlətin iqtisadi siyasəti (Economic policy) ölkə hökumətinin ictimai əhəmiyyətli məqsədlərə nail olmaq üçün makroiqtisadi göstəricilərin inkişafına təsir göstərən alətlər, rıçaqlar, tədbirlər və hərəkətlər toplusudur.

Hal-hazırda, XIX əsrdən fərqli olaraq, dövlət bütün səviyyələrdə iqtisadi sistemə daxil edilmişdir. Ancaq, bu gün də iqtisadiyyata dövlət müdaxiləsinin sərhədləri, formaları, metodları haqqında mübahisələr səngimir. Fransız şairi P.Valeri problemi müvəffəqiyyətlə ifadə edib: “Güclü dövlət bizə təzyiq edir, zəif dövlətdə isə biz məhv olarıq”.

Hökumət bir çox siyasi, sosial və iqtisadi funksiyaları həyata keçirir. Onları yerinə yetirmək üçün iş fəallığına, məşğulluq səviyyəsinə, gəlirlərin fərqləndirilməsinə və s. təsir göstərən alətlər dəsti, rıçaqlar, tədbirlərdən istifadə olunur. XX əsrdə iqtisadi münasibətlərin subyekti kimi dövlətin fəallığı artıb ki, bu da Böyük depressiya, dünya müharibələri, sosializmlə yarış ilə bağlı idi.

Dövlətin iqtisadi həyata müdaxiləsinin miqyasını, formalarını, metodlarını müəyyən edən amillərə bunları aid etmək olar: milli, mədəni ənənələrlə, etik normalarla müəyyən edilən əhalinin mentaliteti; ölkənin iqtisadi inkişafının səviyyəsi; iqtisadiyyatın açıqlıq dərəcəsi; texnoloji inkişaf səviyyəsi; dövlət idarəetmə aparatının ənənələri, təcrübəsi, ixtisası.

İqtisadi nəzəriyyədə dövlətin iqtisadiyyatda rolunu anlamaq üçün iki əks yanaşma fərqlənir: klassik (liberal) və keynsian (etatik).

“Klassiklər” hesab edirlər ki, iqtisadiyyat daxilən sabit iqtisadiyyatdır və dövlət müdaxiləsi yalnız bazar rəqabətinin mexanizmini pozur, buna görə də o, minimuma endirilməlidir. Dövlət mülkiyyət hüquqlarını qorumalı və mühafizə etməli, ölkənin sərhədlərini və vətəndaşların hüquqlarını qorumalı, əhalinin təhsilinə, yolların tikintisinə və s. qayğı göstərməlidir. Belə bir şəraitdə iqtisadi eqoizm istehsalçını alıcılardan tələb olunan malları istehsal etməyə məcbur edəcək, rəqiblərini hər hansı parametrlər üzrə üstələməyə çalışacaq.

Beləliklə, şəxsi marağın təmin edilməsi kollektiv və ictimai maraqların da təminatına imkan yaradır.

Özünü tənzimləmə alətləri kimi çevik əməkhaqqı, çevik qiymətlər və çevik faizlər çıxış edir. İqtisadçılardan bu mövqeyi A. Smit daha dəqiq ifadə edib. F. Kene, D. Rikardo, J.B. Sey, K. Menqer, F. Vizer, L. Valras, A. Marşall liberallar idi. XX əsrdə bu istiqamətin davamçıları bunlar olub: L. Mizes, B. Brutskuts, V. Oyken, F. Hayek, L. Erhardt. Ayrı-ayrı iqtisadçılar və məktəblərin dövlətin fəal rolunu əsaslandırmalarına baxmayaraq,  XX əsrin 30-cu illərinə qədər iqtisadi təhlillərdə liberal ideyalar üstünlük təşkil edirdi: Almaniyada sosial məktəb, ABŞ-da institusional mütəxəssislər, İngiltərədə A. Pigu.

Liberallardan fərqli olaraq, “etatistlər” bazarda özünü tənzimləmə qabiliyyətini inkar edir və dövlətin iqtisadi həyatın tənzimləyicisi olduğunu bildirirdilər. Ən ardıcıl etatistlər bütün istiqamətlərin sosialistləri, faşistlər idi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 680 681 682 683 684 685 686 2. 391