Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi

posted in: Xəbər | 0

vergi uçotuFiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi elektron müraciət formasında, poçt xidməti vasitəsilə və ya xidmət yerinə gəlib müraciət etməklə mümkündür. Xidmətin həyata keçirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

– “Fiziki şəxsin uçotu haqqında ərizə”;

– “Fiziki şəxsin uçotu haqqında şəhadətnamə” (soyadı, adı dəyişdikdə və vergi orqanından təhvil götürüldüyü halda);

– şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan vətəndaşları üçün – şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi) surəti (dəyişiklik şəxsiyyəti təsdiq edən sənədlə əlaqədar olduqda);

– torpağın mülkiyyət hüququnu təsdiq edən sənədin və “Torpaq sahəsinin planı və ölçüsü”nün surəti (yeni torpaq sahəsi əlavə edildikdə və ya uçota alınmış torpaq məlumatlarında dəyişiklik edildikdə);

– torpaq mülkiyyətçilərinin ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti (ailə üzvləri dəyişdikdə);

– ailə kəndli təsərrüfatı üzvlərinə bələdiyyə tərəfindən verilmiş vəsiqələrin surəti.

Vergi ödəyicisinin yaşadığı yer dəyişdikdə, uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir.

İstifadəçi bu xidmətdən istifadə üçün ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə fiziki şəxsin uçot məlumatları dəyişdirilir və ona bu barədə məlumat verilir. Fiziki şəxsin adı və ünvanı dəyişdikdə ona şəhadətnamə verilir.

Elektron müraciət edən istifadəçilərin – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. İstifadəçi tərəfindən ərizə göstəriciləri üzrə sistemə daxil edilmiş məlumatların düzgünlüyü yoxlanılır. İmtina üçün əsas olmadıqda fiziki şəxsin uçot məlumatları dəyişdirilir. Xidmətin yerinə yetirilməsi nəticəsində fiziki şəxsin uçot məlumatlarında ərizədə göstərilən dəyişikliklər edilir.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-da işçi qüvvəsi çatışmır

posted in: Xəbər | 0

ABŞ maaşlarThe New York Times nəşri yazır ki, ABŞ Prezidenti Co Baydenin 1 trilyon dollarlıq infrastruktur planı ixtisaslı işçilər çatışmazlığı üzündən təhdid altına düşüb.

Co Bayden infrastruktur layihələrinin inkişafını stimullaşdırmaq və böyük şirkətləri inşaatçılar və təmirçilər üçün iş yerlərinin yaradılmasına həvəsləndirmək istəyir. Amma, bebi-bumerlər (1946-1966-cı illərdə doğulanlar) nəsli yaşlanır və sürətlə pensiyaya çıxırlar, lakin, konkret əməkhaqqı ödənişi olmasına baxmayaraq, gənc adamlar onların yerini tutmaq istəmirlər. İndiki nəsil ali təhsili uğura aparan yeganə yol hesab edirlər.

İnfrastruktur planı bir çox sahələrin xərclərini əhatə edir. Yolların və körpülərin təmiri və tikintisi üçün təxminən 110 milyard dollar, hava limanlarına 25 milyard, dəmir yollarına 66 milyard dollar xərclənməsi nəzərdə tutulub. İctimai nəqliyyat sisteminin inkişafına 39 milyard dollar ayrılacaq. Lakin, bu sahə avtobus sürücüləri, metro işçiləri və texniki xidmət mütəxəssislərinin çatışmazlığı ilə üzləşib. Metro Transit operatoru 2021-ci ilin sonuna kimi təxminən 100 avtobus sürücüsü tapmağa çalışır. İyun ayının sonunda planlaşdırılan 70 yer üçün 35 əməkdaşı işə qəbul etmək mümkün olub.

S&P Global Ratings-in dəyərləndirməsinə görə, qanun layihəsi önümüzdəki səkkiz il ərzində ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar əlavə edərək, məhsuldarlığı və iqtisadi artımı artıra biləcəyini təxmin edir.  Lakin, əgər işçi qüvvəsinin miqdarı tələbata uyğun gəlmirsə, köhnə avto-magistralların, körpülərin və ictimai nəqliyyatın bərpası və tikintisi üzrə səylər boşa çıxacaq.

Körpülərin və yolların təmiri üzrə ixtisaslaşan Anchor Construction şirkətinin baş vitse-prezidenti işçilərin planlaşdırılan bütün layihələrə kifayət etməyəcəyindən ehtiyatlanır. “Əgər hər hansı bir firma Konqresin planlarını həyata keçirməyə hazıram desə, mən buna çox təəccüblənərəm”, – İrvin belə bəyan edib. Qanun layihəsi müəssisələrdə iş yerlərinin sayının ikiqat artırılacağını nəzərdə tutur. Eyni zamanda, müxtəlif peşə təhsili proqramları təklif edən ictimai kolleclərdə (community colleges) tələbələrin sayı kəskin şəkildə azalmışdır. Tələbələr üçün informasiya mübadiləsi üzrə milli tədqiqat mərkəzinin (NSCRC) hesabatı şagirdlərin sayının da 9,5 faiz azaldığını göstərib.

Bayden keçmiş məhbuslar da daxil olmaqla, peşəkar yenidənhazırlıq mərkəzlərinin yaradılmasına 100 milyard dollar ayıraraq, işçilərin çatışmazlığı problemini həll etmək istəyirdi. Lakin, infrastruktur layihəsinin son versiyasında bu təklifdən imtina edilmişdir.

ABŞ iqtisadiyyatı bərpa olunduqca əmək bazarında işçi qüvvəsinə tələbat rekord vurur. Tikinti bölməsində vakansiyaların sayı pandemiyaya qədərki səviyyə ilə müqayisədə 12 faiz artmışdır. Amma, işçilərə olan tələbat olduqca yüksəkdir: bəzi şirkətlər işə yetkinlik yaşına çatmayanları qəbul etmək məcburiyyətində qalıblar. ABŞ ticarət palatasının tədqiqatları göstərib ki, kommersiya tikinti podratçılarının 88 faizi çox çətinliklə ixtisaslı işçiləri tapa bilirlər. Onların üçdə biri əməkdaşların çatışmazlığı üzündən işlərdən imtina etməli olublar. Construction Industry Resources şirkətinin qiymətləndirməsinə görə, 2025-ci ilə qədər tikinti sahəsi ən azından iki milyon işçi çatışmazlığı ilə üzləşə bilər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Britaniyalılar ölkə tarixində ən yüksək vergiləri ödəmək məcburiyyətində qalacaqlar

posted in: Uncategorized | 0

britaniyalılarBloomberg xəbər verir ki, İngiltərənin baş naziri Boris Conson, icmalar Palatasından, səhiyyəni maliyyələşdirmək üçün vergiləri ölkənin bütün tarixi ərzində ən yüksək səviyyəyə qaldırmaqla bağlı mandat alıb.

Gələn ildən əməkhaqqı fonduna vergi 1,25 faiz artıralacaq, habelə əlavə olaraq dividendlərlə əlaqəli verginin məbləğinə də 1,25 faiz əlavə ediləcəkdir. Pullar sosial müdafiə sisteminin maliyyələşdirilməsinə yönəldiləcək. Ölkədə koronavirus böhranından sonra səhiyyənin bərpa olunmasına və pensiyaçılara yardımın həcmini artırmaq üçün vəsaitlər zəruridir.

Bu minvalla, hökumət hakim Mühafizəkar partiyanın 2019-cu ildə seçkiqabağı manifestində qeydə alınan vergiləri artırmayacağına dair vədini pozacaq. Bu təşəbbüsün əleyhdarları Boris Consonun sözügedən qərarını vergi bombası adlandırıblar.

İlkin hesablamalara görə, yeni yığımlardan büdcəyə daxilolmalar təxminən 10 milyard funt sterlinq (14 milyard dollar) gətirəcək. Mühafizəkarların nüfuzlu nümayəndəsi Ceyk Berri hökumətə qərarı yenidən nəzərdən keçirməyi və sığorta haqlarının artırılması əvəzinə şirkətlərdən alınan gəlir və ya korporativ verginin artırılması barədə düşünməyi məsləhət görüb.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (2-ci hissə)

posted in: Xəbər | 0

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (2-ci hissə)

1-ci hissəyə nəzər yetirin

Kameral vergi yoxlaması

Müasir dövr sizin biznes prosesinizin bütün aspektlərində inkişaf edir. Planlaşdırmadan istənilən fəaliyyətin idarə edilməsinə qədər rəqəmsallaşdırma – bu, oyunda qalmağın açarıdır. Siz eyni şeyi biznesinizin mühasibat uçotu, pul axını və ya maliyyə hesabatı haqqında da deyə bilərsiniz. Hər şeyi daha qeyri-ənənəvi, lakin, inkişaf etmiş bir vəziyyətə çevirən mühasibat proqramıdır.

  1. Kiçik bizneslə əlaqəli mühasibatlıq statistikası və faktları

Çox güman ki, siz dünya müəssisələrinin 90 faizindən çoxunun kiçik müəssisələrdən ibarət olduğunu bilirsiniz. Onların əksəriyyəti strateji uçot prosesi ilə daha çox maraqlanmağa başlayıblar. Eyni zamanda o da bir həqiqətdir ki, şirkətlərin heç də hamısı sürətli şəkildə rəqəmsal mühasibat sistemini tətbiq etmir.

Nəticə etibarilə, bizim “SMBs” bölməsinə daxil etməyə hazırlaşdığımız məlumatlar sizə göstərir ki, “SMBs”lərin əksəriyyəti dəyişikliklərə can atırlar. Real təsviri başa düşmək üçün, gəlin, mühasibat uçotunun bu statistik məlumatlarına göz yetirək.

  • Kiçik biznes sahiblərinin 21%-i hesab edir ki, onlar öz şirkətlərinin mühasibat uçotu və maliyyəsi barədə kifayət qədər biliklərə malik deyillər.
  • Kiçik və orta müəssisələrin 30%-i hesab edir ki, onların mühasibləri ən yaxşı məsləhətçilərdirlər.
  • Kiçik və orta müəssisələrin 64 faizindən çoxu mühasibat proqram təminatından istifadə edir.
  • Kiçik müəssisə mühasiblərinin 70%-i onların məsləhətçi rolunun daha strateji hala gəldiyini görürlər.
  • Kiçik və orta müəssisələrin 58 faizi öz mühasibləri ilə üzbəüz görüşmək istəmirlər.
  • C səviyyəsindən mühasibatlığı olan rəhbərlərin 74%-i əmindirlər ki, nağdsız ödənişlərə keçən cəmiyyətin yaranması, 2025-ci ildən sonra daha uzunmüddətli təsirə malik olacaqdır.
  • Kiçik və orta müəssisələrin 42 faizindən çoxu mühasiblərinin biznes məsləhətlərini təklif etməsini gözləyir.
  • Kiçik müəssisələrin əksəriyyəti vergilər (71%), əməkhaqqı (50%), audit (48%), vergi planlaşdırılması (30%), şəxsi maliyyə (16%) və mühasibat uçotu (14%) üzrə hesablamaları autsorsinqə təhvil verirlər.

3-cü hissəyə buradan nəzər yetirə bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 682 683 684 685 686 687 688 2. 381