“Atəşgah” ilk dəfə olaraq bulud əsaslı mühasibat proqramının müştərilər qarşısında daşıdığı məsuliyyəti sığortalayıb!

posted in: Xəbər | 0

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan və ölkənin TOP-2 sığorta şirkətləri siyahısına daxil olan “Atəşgah” Sığorta Şirkəti öz sahəsində yenə də bir ilkə imza atıb.

Şirkətdən verilən məlumata görə, rəqəmsallaşma istiqamətində sürətlə addımlayan Şirkət ölkədə ilk dəfə olaraq Sığorta sektorunda “TechFin” şirkəti ilə birlikdə, Şirkətin yaratdığı onlayn mühasibat proqramının müştərilər qarşısında daşıdığı məsuliyyəti sığortalayıb.

Şübhəsiz ki, insan faktorunun olduğu hər bir sahədə səhvliklər ola bilər, lakin mühasibatlıq sahəsində aparılmış bir səhv hesablama belə böyük maliyə itkilərinə gətirib çıxara bilər. “TechFin” Şirkətinin təsisçisi və direktoru Hacıağa Hacı bildirib ki, “yanlış qərarların xoşagəlməz fəsadlarından qorunmaq imkanı ilk dəfə olaraq “Atəşgah” Sığorta Şirkəti tərəfindən “TechFin” şirkətinin onlayn mühasibat proqramı layihəsi olan “Hesabat” (www.hesabat.az) üçün yaradılmışdır. Belə ki, Buludda olan müştəri məlumatları sığortalanır. Bu sığorta növü məhsula əlavə bir dəyər qataraq, müştərilərin proqramdan rahat və arxayın şəkildə istifadəsinə zəmin yaradır, sığorta və maliyə/mühasibat sahələrini birlikdə bir ekosistem şəklində birləşdirir”

Dünya təcrübəsində (Zoho,  Moe Delo və s) onlayn mühasibat proqramının istifadəsi zamanı yaranan məsuliyyətlərin sığortası tez-tez rast gəlinən hallardan biridir. Məsuliyyət sığortası çərçivəsində sığortalı tərəfindən üçüncü şəxslərə qəsd olmadan vurulan ziyanın sığorta hesabına ödənilməsi nəzərdə tutulur. Bu sığorta növündə əsas məqsəd – gözlənilməz hallar yarandığı zaman sığortalının əmlak/maliyə maraqlarının müdafiəsidir.

“Atəşgah” Sığorta Şirkətinə daxil olan müraciət əsasında “TechFin” şirkətinin onlayn mühasibat proqramı sahəsində həyata keçirdiyi xidmətlər zamanı yarana biləcək müəyyən hallar nəticəsində şirkətə dəyə biləcək zərəri qarşılamaq üçün xüsusi sığorta təklifi hazırlanmış və sözügedən şirkətlə əməkdaşlığa başlanılmışdır.

Qeyd edək ki, “HESABAT” – Azərbaycan dilində bulud əsaslı onlayn mühasibat proqramıdır. Bu proqram peşəkar mühasiblər və proqramçılar tərəfindən fundamental qaydada hazırlanan və hər bir istifadəçi tərəfindən güvənlə istifadə oluna biləcək yerli bir proqramdır. Proqramın əsas üstünlükləri kimi bank və ya digər maliyə qurumu ilə inteqrasiya imkanı ilə mühasiblərin işinin dəfələrlə asanlaşmasını, limitsiz sayda istifadəçinin qoşulma imkanının yaradılmasını, müştərilərə proqram üzərindən invoys göndərilməsi imkanının olmasını, proqramın mühasiblərin gündəlik tələbatına uyğun olaraq mütəmadi yenilənməsini və ən əsası isə onlara sadə və rahat iş imkanlarının yaradılmasını qeyd etmək olar.

Siz də kiçik məbləğ ödəyərək üçüncü şəxslər qarşısında yarana biləcək iri maliyə xərclərinə qarşı biznesinizi “Atəşgah” Sığorta Şirkəti ilə sığortalayın!

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda spirtli içki istehsalının lisenziyalaşdırılması təklif olunur

posted in: Xəbər | 0

Sosial sığorta ödəmələri vergi daxilolmalarıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində araq, şərab və pivə məhsullarının istehsalçısı olan iri vergi ödəyiciləri ilə görüş keçirilib.

Məlumata görə, görüş Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda baş tutub. Gğrüşdə həmin sahədə mövcud vəziyyət, istehsal prosesi və ixracla bağlı çətinliklər dinlənilib, aksiz markalarının tətbiqinin təkmilləşdirilməsi, aksiz vergisinin hesablanması və ödənilməsi, vergi tutulan əməliyyatların vaxtının müəyyən edilməsi və pul vəsaitlərinin nağdlaşdırılması ilə əlaqədar müzakirələr aparılıb.

Qeyd edilib ki, başlıca çətinliklərdən biri kustar üsulla keyfiyyətsiz məhsul istehsal edən şəxslərin haqsız rəqabət aparmasıdır. Çətinliyin həlli kimi isə spirtli içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub.

Görüş iştirakçılarına vergi qanunvericiliyi ilə əlaqədar müvafiq izahatlar verilib və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Torpaq satışı üzrə sadələşdirilmiş verginin hesablanması

posted in: Xəbər | 0

torpaqTorpaq sahəsinin təqdim edilməsi zamanı vergi torpağın təyinatından asılı olaraq hesablanır. İqtisadçı ekspert Radil Fətullayev bu sahədə qaydaları izah edir.

Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsasən, torpaq sahələrinin satışı əməliyyatlarının rəsmiləşdirilməsi zamanı bu əməliyyatdan yaranan vergi öhdəliyi notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilməlidir.

Mülkiyyətdə olan torpaq sahələrinin təqdim edilməsindən aşağıdakı hallarda vergi tutulmur:

  • torpaq sahəsinin hədiyyə, maddi yardım və ya miras formasında ailə üzvlərinə verilməsi;
    • torpaq sahəsinin ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi;
    • torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması.

Torpaq sahəsinin təqdim edilməsi zamanı vergi, torpağın təyinatından asılı olaraq hesablanır.

  1. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (təyinatı üzrə istifadə edilib-edilməməsindən asılı olmayaraq) təqdim edilməsi üzrə vergi həmin torpaq sahəsi üzrə hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır:

Misal: Fiziki şəxs Lənkəran rayonunda I kateqoriyaya aid olan 3 hektar düzən torpaq sahəsini satır (şərti bal – 125). Həmin torpaq sahəsinin satışı zamanı sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

3 hektar x 125 x 0,06 x 2 = 45 manat
Torpağın sahəsi Şərti bal Torpaq vergisinin dərəcəsi Vergi misli

Misal: Fiziki şəxs Babək rayonunda I kateqoriyaya aid olan 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satır (şərti bal – 53). Həmin torpaq sahəsinin satışı zamanı sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

2 hektar x 53 x 0,06 x 2 = 12,72 manat.

  1. Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlarının və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların satışı zamanı vergi aşağıdakı qaydada hesablanır:
Torpağın yerləşdiyi ərazi (zona) Zona əmsalları
Bakı şəhəri üzrə
1 4,0
2 3,0
3,4 2,2
5,6 1,8
7,8,9 1,5
10,11,12 1,2
Regionlar üzrə
Gəncə, Sumqayıt, Xırdalan 1,5
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri 1,2
Digər rayon (şəhər) və qəsəbələr (kəndlər) 0,5

Misal: Fiziki şəxsin mülkiyyətində 6-cı zonada sahəsi 300 m2 olan və yaşayış üçün nəzərdə tutulan torpaq sahəsi vardır. Həmin torpaq təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

300 kv.m x 1,8 x 0,5 manat = 270 manat
Torpağın sahəsi Zona əmsalı Baza

məbləği

Misal: Vətəndaşın mülkiyyətində Naxçıvan şəhərində sahəsi 500 m2 olan və yaşayış üçün nəzərdə tutulan torpaq sahəsi vardır. Həmin torpaq təqdim edildiyi zaman sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

500 m2 x 1,2 x 0,5 manat = 300 manat

  1. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların sahələrinin təqdim edilməsi zamanı verginin məbləği əlavə olaraq aşağıda qeyd olunan yüksəldici əmsallar tətbiq edilməklə hesablanır:
Torpağın yerləşdiyi ərazi (zona) Yüksəldici əmsal
Bakı şəhəri, onun qəsəbə və kəndləri 1,5
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri 1,3
Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri 1,2
Digər rayon (şəhər) və qəsəbələr (kəndlər) 1,1

Misal: Hüquqi şəxsin mülkiyyətində Gəncə şəhərində sahəsi 1000 m2 olan və sənaye təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

1000 kv.m x 0,5 manat x 1,5 x 1,3 = 975 manat
Torpağın sahəsi Baza

məbləğ

Zona əmsalı Yüksəldici əmsal

Misal: Kəngərli rayonunda “AAA” MMC-nin mülkiyyətində sahəsi 1200 m2 olan və sənaye təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

1200 m2 x 0,5 manat x 0,5 x 1,1 = 330 manat.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ödəmə mənbəyində verginin tutulması

posted in: Xəbər | 0

malların emala verilməsiÖdəmə mənbəyində vergi Azərbaycan Respublikası Vergi Məcəlləsində vergilərin bir növü kimi nəzərdə tutulmayıb, gəlir əldə edən şəxs əvəzindən bu gəliri ödəyən şəxsin ödədiyi vergilər hesab olunur. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Qeyri-rezident hüquqi şəxslərin və fərdi sahibkarların Azərbaycan mənbəyindən əldə olunan gəlirlərindən rezident vergi ödəyiciləri tərəfindən müvafiq vergilər tutulur, bəyan edilir və büdcəyə ödənilir. Bundan əlavə, Vergi Məcəlləsində rezident vergi ödəyicisindən Azərbaycan daxilində ödəniş həyata keçirərkən fiziki şəxslərin gəlirinin ödəmə mənbəyində tutulmasını nəzərdə tutan xüsusi hallar mövcuddur.

Vergi Məcəlləsinin 13.2.16.14-1 maddəsinə əsasən, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab edilir. Ona görə də bu cür əməliyyatlar ödəmə mənbəyindən tutulan vergi məqsədləri baxımından vergitutma obyekti kimi qəbul edilir.

Misal: Tutaq ki, “A” MMC-yə Çin şirkətindən təklif gəlir ki, digər ölkədəki şirkətdən aldığı malı Çində yerləşən bir şirkətdən daha ucuz qiymətə alsın. Bu halda, nəzərə almaq lazımdır ki, Çin şirkətlərinin əksəriyyəti bank hesablarını güzəştli vergi tutulan vergi ölkəsi siyahısına daxil edilmiş Honkonqdakı banklarda açırlar, bəzi şirkətlərin isə özləri Honkonqda təsis edilirlər. Bu o deməkdir ki, “A” şirkəti malın haradan alınması barədə qərar qəbul edərkən Çin şirkətinin təklif etdiyi qiymətə büdcəyə ödəyəcəyi 10 faizlik vergini də əlavə etməli olduğunu nəzərə almalıdır. Əks halda, vergi xidməti bu əməliyyat üzrə verginin ödənilməsini aşkar etdikdə həmin vergi öhdəliyi, üstəlik də 50 faizlik maliyyə sanksiyası hesablayacaq. Ölkədə fəaliyyət göstərən bankların hər ay güzəştli vergi tutulan ölkələrə edilən köçürmələr barədə Dövlət Vergi Xidmətinə məlumat verdiyini nəzərə alsaq, belə əməliyyatların gözdən yayınmağna ümid etmək böyük səhv olar.

Vergi Məcəlləsinin 128.2 maddəsinə əsasən, güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha az olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Həmin ölkələrin siyahısı hər il müvafiq icra orqanı tərəfindən təsdiq edilir. Hazırda qüvvədə olan siyahıya 40 ölkə, o cümlədən Honkonq, Lixtenşteyn, Monako, Panama kimi ölkələr daxildir. Siyahının tam variantı ilə Dövlət Vergi Xidmətinin internet saytında tanış olmaq mümkündür.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 684 685 686 687 688 689 690 2. 391