102.2.5 maddəsindəki güzəşt üçün hansı sənədlər tələb edilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

  102.2.5 maddəsindəki güzəşt üçün hansı sənədlər tələb edilir? 

gəlirlər, ƏDV, EDV,Ödəniş,Vergi qanunvericiliyinin pozulması

Sual:  

Vergi Məcəlləsinin 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının: – maddəsində övladlarinin dedikdə şəhid övladlarının yaş həddi nəzərdə tutulmuşdurmu?  Bu güzəşti tətbiq etmək üçün işçi hansı sənədləri təqdim etməlidir? Öncədən təşəkkür edirəm.

Cavab:

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır və güzəştdən istifadə etmək üçün yaş həddi nəzərdə tutulmamışdır.

Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əvəzləşdirilməyən ƏDV xərc kimi nəzərə alınırmı?

posted in: Vergi, Xəbər | 0

Əvəzləşdirilməyən ƏDV xərc kimi nəzərə alınırmı?

Sadələşdirilmiş vergi, ƏDV məbləği, ƏDV-dən azad, ödənilmiş ƏDV-nin məbləği,

Sual: Əgər ƏDV əvəzləşmirsə, onda ƏDV-ni gəlirdən çıxılan xərclərə aid edə bilərik? Ümumiyyətlə bu məsələyə vergi qanunvericiliyinin yanaşması necədir?

Cavab: Bildiririk ki, vergi ödəyicisinin, o cümlədən ƏDV ödəyicisinin əvəzləşdirilməsinə hüququ olmayan ƏDV məbləği malların və ya xidmətlərin dəyərinə aid edilir və gəlirin əldə olunması ilə bağlı olduqda vergi tutulan gəlirdən çıxılır.

Bax: Vergi Məcəlləsinin 108-ci və 143-cü maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatı

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən son illərdə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və biznes subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Səmərəli vergi və gömrük nəzarəti mexanizmlərinin tətbiqi nəticəsində sahibkarlıq subyektlərinin iqtisadi dövriyyələrinin “ağarması” istiqamətində müsbət nəticələr müşahidə olunur.

Bu sahədə aparılan mühüm tədbirlərdən biri də vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarətin həyata keçirilməsidir.

Növbəti belə tədbirlərdən biri üçüncü şəxslər üçün mallar idxal edən “Fabrolık Tıkıntı” MMC-də həyata keçirilib. Lakin birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, sentyabrın 4-də həmin müəssisəyə aidiyyəti (qanuni təmsilçi və ya etibarnamə üzrə nümayəndə) olmayan vətəndaş Bəhlulov Osman İlqar oğlu tərəfindən Bakı Baş Gömrük İdarəsinin “İpəkyolu” gömrük postunda malların gömrük ərazisindən çıxarılmasına cəhd edilib. Bu zaman O.Bəhlulov gömrük və vergi orqanı əməkdaşlarının birgə nəzarət tədbirlərinin həyata keçirilməsinə mane olub, vergi və gömrük orqanının vəzifəli şəxslərini təhqir edib, nəqliyyat vasitəsini vergi və gömrük əməkdaşlarının üzərinə sürərək gömrük postunun qarşısını bağlayıb və digər nəqliyyat vasitələrinin çıxışına maneə yaradıb.

O.Bəhlulovun qanunsuz hərəkətləri hüquq-mühafizə orqanlarının iştirakı ilə rəsmiləşdirilərək Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin 06.09.2021-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.

Qeyd edək ki, O.Bəhlulov bundan əvvəl də çoxlu sayda müəssisənin adına rəsmiləşdirilmiş üçüncü şəxslərə məxsus malların heç bir təmsilçilik hüququ olmadan gömrük ərazisindən çıxarılmasına cəhdlər edib.

Məlumat üçün bildirilməlidir ki, “Fabrolık Tıkıntı” MMC-də keçirilmiş operativ vergi nəzarəti zamanı müəssisənin rəhbəri dəvət edilib, araşdırma zamanı MMC-yə məxsus təsərrüfat subyektinin formal olaraq qeydiyyata qoyulduğu, riskli (əmtəəsiz) əməliyyatlar aparıldığı müəyyən edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi bildirir ki, mövcud qanunvericiliyə əsasən, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi hallar qanunvericiliyin tələblərinin pozulmasına gətirir. “Kölgə iqtisadiyyatı”nın artmasına şərait yaradan belə halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizlikdən sığorta və icbari tibbi sığorta məbləğlərinin hesablanması

posted in: Xəbər | 0

Məcburi sosial ödənişlər həm işəgötürənlərin, həm də işçilərin üzərinə müəyyən öhdəliklər qoyur. İşsizlikdən sığorta və icbari tibbi sığorta ilə bağlı öhdəliklər necə tənzimlənir? Mövzunu iqtisadçı ekspert Radil Fətullayev şərh edir.

İşsizlik sığortası 1 yanvar 2018-ci ildə qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tətbiq olunur. Qanuna əsasən, işçilərin ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığorta olunan işsizlər işsizlikdən sığorta haqqı almaq hüququna malikdirlər.

Qanuna əsasən, əmək müqaviləsi bağlanan şəxslərin əməkhaqqından işsizlikdən sığorta olunması aşağıdakı qaydada tutulmalıdır:

  1. Sığortaedənin (SE) – işəgötürən müəssisənin hesabına əməkhaqqı fondunun 0,5 faizi;
  2. Sığorta olunanın (SO) – işçinin hesabına əməkhaqqı fondunun 0,5 faizi.

Qeyd edək ki, bu hesablama qaydası bütün müəssisələr (dövlət və qeyri-dövlət sektoru) üçün eynidir.

Misal 1: Fərz edək ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən müəssisənin 3 nəfər işçisi vardır. Onların aylıq əməkhaqqı aşağıdakı kimidir:

– direktor – 500 manat;

– mühasib – 300 manat;

– təşkilatçı – 250 manat.

SE və SO hesabına işsizlikdən sığorta haqqı ödənişlərini hesablamaq tələb olunur.

Direktor üçün:

SE hesabına işsizlikdən sığorta haqqı = 500 x 0,5% = 2,50 manat

SO hesabına işsizlikdən sığorta haqqı = 500 x 0,5% = 2,50 manat

Mühasib üçün:

SE hesabına işsizlikdən sığorta haqqı = 300 x 0,5% = 1,50 manat

SO hesabına işsizlikdən sığorta haqqı = 300 x 0,5% = 1,50 manat

Təşkilatçı üçün:

SE hesabına işsizlikdən sığorta haqqı = 250 x 0,5% = 1,25 manat

SO hesabına işsizlikdən sığorta haqqı = 250 x 0,5% = 1,25 manat.

Ölkəmizdə icbari tibbi sığorta sistemi isə 1 yanvar 2021-ci il tarixdən “Tibbi sığorta haqqında” Qanuna əsasən tətbiq edilməyə başlanıb. Qanunun tələbinə görə, icbari tibbi sığorta haqqının ödənilməsinə bu şəxslər cəlb edilir:

– əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilə bağlamaqla işçi işə cəlb edən fiziki və hüquqi şəxslər;

– vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, o cümlədən fərdi sahibkarlar (əgər fəaliyyəti varsa);

– xüsusi notariuslar;

– vəkillər kollegiyasının üzvləri;

– Azərbaycan Respublikasının ərazisində benzin, dizel yanacağı və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri;

– araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri, energetik içkilər istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri.

İndi isə yuxarıda qeyd olunan şəxslər üzrə icbari tibbi sığorta sisteminin tətbiqini və tibbi sığorta haqqının hesablanması qaydasını ayrıca nəzərdən keçirək.

  1. Əmək müqaviləsi bağlamaqla muzdlu işçilər cəlb edən şəxslər (fərdi sahibkarlar və hüquqi şəxslər) tərəfindən işçilərə ödənilən əməkhaqqı məbləği icbari tibbi sığortaya cəlb edilməlidir. İcbari tibbi sığorta haqqının ödəniş faizi müəssisəsinin dövlət, neft-qaz və qeyri-dövlət, qeyri-neft qaz sektoruna aid olmasına görə fərqli hesablanır.

Qeyri-dövlət və qeyri neft-qaz sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməkhaqqının 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edildiyini nəzərə alaraq, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən hər birindən aylıq hesablanmış əməkhaqqının 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən isə 0,5 faiz miqdarında, 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərin hər birindən aylıq hesablanmış əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən isə 0,5 faizi miqdarında icbari sığortaya cəlb etməlidir.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə sığortalı qismində çıxış edən işə götürənlər tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqları tutulması müəyyən edilmişdir. İcbari tibbi sığortanın hesablanması ilə aşağıdakı nümunədən tanış ola bilərsiz.

Misal 2: Fərz edək ki, dövlət sektorunda fəaliyyət göstərən müəssisənin 3 nəfər işçisi vardır. Onların aldıqları aylıq əməkhaqqı aşağıdakı kimidir:

– direktor – 700 manat;

– mühasib köməkçisi – 450 manat;

– təşkilatçı – 350 manat.

SE və SO hesabına icbari tibbi sığorta haqqı ödənişlərini hesablamaq tələb olunur.

Direktor üçün:

SE hesabına icbari sığorta haqqı = 500 x 2% = 10 manat

SO hesabına icbari sığorta haqqı = 500 x 2% = 10 manat

Mühasib üçün:

SE hesabına icbari sığorta haqqı = 300 x 2% = 6 manat

SO hesabına icbari sığorta haqqı = 300 x 2%= 6 manat

Təşkilatçı üçün:

SE hesabına icbari sığorta haqqı = 250 x 2% = 6 manat

SO hesabına icbari sığorta haqqı = 250 x 2% = 6 manat

Mülki-hüquqi xarakterli müqavilə bağlamaqla fiziki şəxslər işə cəlb edildikdə, həmin şəxslərin aylıq gəlirlərinin 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən isə 1 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulmalıdır. İcbari tibbi sığorta haqları əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilməlidir.

  1. Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, o cümlədən fərdi sahibkarlar, xüsusi notariuslar və vəkillər kollegiyasının üzvləri (sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla) fəaliyyət göstərdiyi ay üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər.
  2. Xüsusi notariuslar da fərdi sahibkarlar kimi fəaliyyət göstərdiyi ay üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər.
  3. Vəkillər kollegiyasının üzvləri də fəaliyyət göstərdiyi ay üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər.
  4. Azərbaycan Respublikasının ərazisində istehsal edilən və daxili istehlaka yönəldilən benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən benzinin, dizel yanacağının və maye qazın hər litrinə 0,02 manat olmaqla icbari tibbi sığorta haqqı hər ay üçün hesablanmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilmiş icbari tibbi sığorta haqları barədə bəyannamə təqdim edilməlidir.
  5. Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri, energetik içkilər istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri də icbari tibbi sığortaya cəlb edilir. Belə ki, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı məbləğində icbari tibbi sığorta haqqı tətbiq olunmalıdır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 686 687 688 689 690 691 692 2. 381