Həm sahibkarlıq fəaliyyəti göstərən, həm də əmlakını icarəyə verən fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

posted in: Xəbər | 0

Vergi məbləğləri

Dövlət Vergi Xidməti bildirir ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Əsaslandırma: Vergi Məcəlləsinin 221.7-ci maddəsi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“PAŞA Bank” startap şirkətilə birgə onlayn mühasibat məhsulu təklif edir – AZƏRBAYCANDA İLK DƏFƏ

posted in: Xəbər | 0

Tender qarantiyası“PAŞA Bank” “Açıq Bankçılıq” konsepsiyasına əsaslanan qabaqcıl həlləri tətbiq edir.

Azərbaycanın aparıcı korporativ bankı – “PAŞA Bank” yerli bazarda biznesin ehtiyaclarını qarşılamaq və onların davamlı inkişafına töhfə vermək məqsədi ilə qabaqcıl rəqəmsal həlləri tətbiq etməyə davam edir.

Bankdan daxil olmuş məlumata görə, bu ildən etibarən “PAŞA Bank” fəal şəkildə “Açıq Bankçılıq” (Open Banking) konsepsiyasını tətbiq etməyə başlamışdır. Bu konsepsiya müştərilərə “fintech” xidmətlərinin göstərilməsində ixtisaslaşmış üçüncü şirkətlərin texnoloji həllərini özündə birləşdirən yeni bir ekosistemdən istifadəni nəzərdə tutur. “Açıq Bankçılıq” arxitekturasını tətbiq edərək “PAŞA Bank” sahibkarların biznes inkişafının müvəffəqiyyətinə bilavasitə təsir edən texnoloji həllərin, o cümlədən onlayn mühasibat, hesabatlılıq, hesabların idarə edilməsi və s. həllərin istifadəsinə imkan yaradır.

“PAŞA Bank”ın “Açıq Bankçılıq” konsepsiyası çərçivəsində müştərilərə təqdim olunan ilk texnoloji həll “Hesabat” adlı onlayn mühasibat məhsuludur. Belə ki, “TechFin” şirkəti ilə tərəfdaşlıq çərçivəsində biznes subyektlərinə “bulud” əsaslı və maliyyə məlumatlarının tam inteqrasiya olunduğu mühasibatlıq idarəetmə xidmətləri təqdim edilib. Burada “PAŞA Bank” müştəriləri əməliyyatların operativ qeydiyyatı, məlumat bazasının sığortalanması, ödənişlərin avtomatik əks olunması, çox funksiyalı idarəetmə və digər üstünlüklərdən faydalana bilərlər. Belə bir xidmət Azərbaycanda ilk dəfə təqdim olunur.

PAŞA Bankın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilovun sözlərinə görə, “Açıq Bankçılıq” yanaşmasının ən əhəmiyyətli nəticələrindən biri bazarda sağlam rəqabətin güclənməsidir ki, bu isə yeni və keyfiyyətli məhsul və xidmətlərin yaradılmasına gətirib çıxaracaq.

“Açıq Bankçılıq” prinsiplərinə uyğun olaraq, bank bazarının iştirakçıları yeni iş modellərinin tətbiqinin perspektivləri və imkanlarını dərindən analiz edərək “fintech” seqmentindəki şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni üfüqləri aça bilərlər. “PAŞA Bank” isə öz növbəsində belə bir əməkdaşlıq çərçivəsində təklif edilən texnoloji yenilikləri öz müştərilərinin bizneslərinin davamlı inkişafını dəstəkləməyi və biznes proseslərini daha da sadələşdirməyi hədəfləmiş olur. Beləliklə, “PAŞA Bank” tərəfindən “Açıq Bankçılıq” prinsiplərinin aktiv şəkildə tətbiq edilməsi nəticəsində, Bankın müştəriləri ən son texnoloji həllərin tətbiqi nəticəsində əlavə rəqabət üstünlükləri qazanmış olacaqlar, yüksək keyfiyyətli texnoloji həllər göstərə bilən partnyorlar isə geniş müştəri bazasına xidmətlərini göstər bilmiş olacaqlar”, – deyə V. Xəlilov bildirib.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əvəzləşməyən ƏDV məbləğinin hesablanması

posted in: Xəbər | 0

Əvəzləşməyən ƏDVVergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azaddır.

Qanunvericiliyin tələbini izah edən mühasib Aytən Abdıyeva bildirib ki, təcrübədə ƏDV-dən azad məhsullar satılan zaman bəzən əvəzləşdiriləcək məbləğin müəyyən hissəsini əvəzləşdirmək mümkün olmur. Belə olan halda həmin məbləğ əvəzləşdirilən ƏDV-dən azalıb malın maya dəyərinə əlavə olunur.

Misal: ƏDV qeydiyyatında olan vergi ödəyicisinin hesabat ayında ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsi 50.000 manat, ƏDV-dən azad olan əməliyyatlar üzrə 30.000 manat, ƏDV-yə 0 dərəcəsi ilə cəlb olunan əməliyyatlar üzrə 20.000 manat olub.

Cəmi: 50.000+30.000+20.000=100.000
Xüsusi çəki azad/Cəmix100 = 30.000/100.000 x 100% = 30%

Mal alışı zamanı 20.000 ödənilən ƏDV 3.600 manat

Əvəzləşməyən ƏDV 3.600×30% = 1.080 manat.

Yerli istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ƏDV ancaq ticarət əlavəsindən hesablandığına görə nəticə bu misaldakı kimi olacaq:

Tutaq ki, vergi ödəyicisi 7.800 manatlıq malı 9.000 manata satıb. Əlavə 2-də

1.200 x 18% hesablandığına görə dövriyyəyə daxil olan məbləğ 1.200 manat olacaq.

9.000-7.800 = 1.200 manat
50.000+30.000+20.000+1200 = 101.200 manat

Xüsusi şəki azad/Cəmi x 100=30.000/101.200×100%=29,64%
Əvəzləşməyən ƏDV məbləği = 3.600 x 29,64% = 1.067,04 manat.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (3-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (3-cü hissə)mühasibatlıq Baş Mühasib Vakansiya

Müasir dövr sizin biznes prosesinizin bütün aspektlərində inkişaf edir. Planlaşdırmadan istənilən fəaliyyətin idarə edilməsinə qədər rəqəmsallaşdırma – bu, oyunda qalmağın açarıdır. Siz eyni şeyi biznesinizin mühasibat uçotu, pul axını və ya maliyyə hesabatı haqqında da deyə bilərsiniz. Hər şeyi daha qeyri-ənənəvi, lakin, inkişaf etmiş bir vəziyyətə çevirən mühasibat proqramıdır.

3. Mühasibat kreditor borcları ilə əlaqəli statistika

Kreditor borcunun idarə olunması olduqca mürəkkəb tapşırıqdır. Ona görə, hər bir şirkətdən ötrü bu işi qorxmadan yerinə yetirmək olduqca mühümdür. Hər dəfə hansısa kənar şirkət və ya alıcı-şirkət sizdən öz xidmətlərinə görə haqq tutduqda, onlar hesabat hazırlayır və onu “Sizin hesab” bölmənizə göndərirlər, ona görə də siz eyni vaxtda bir çox şeyləri izləməli olursunuz.

Bax, elə burada ən çətin olanı başlayır. Kredit borcunun ənənəvi mühasibat uçotu daha çox səy və vaxt tələb edir. Digər tərəfdən, əgər WP ERP uçotu kimi bir mühasibat uçotu alətiniz varsa, bu proqram təminatından istifadə edərək sadə bir komanda ilə bütün əməliyyatları izləyə, idarə edə və yerinə yetirə bilərsiniz.

2-ci hissəyə buradan nəzər yetirə bilərsiniz


Beləliklə, sizə qərar qəbul etməkdə kömək üçün statistikaya daha dərin baxış, bax bunlardır:

  • Yalnız Böyük Britaniyada mühasibat uçotu sahəsində 70 mindən artıq insan işləyir.
  • Öz sinfində ən yaxşı olan müəssisə bir hesabı digərlərindən 71 faiz sürətlə emal edir.
  • Kağız-fakturaların yalnız 14% -i qəbul edildiyi gün daxil edilir.
  • Kreditorlarla hesablaşmalar üçün proqram təminatı sizin şirkətinizə gün ərzində 1 saat qənaət etməyə imkan verə bilər.
  • Kreditorlarla hesablaşmaların avtomatlaşdırılması bir hesab-fakturaya görə orta hesabla 16 dollar ucuz başa gələ bilər.
  • Mühasibat uçotu üzrə proqram təminatının öz xərcini çıxarması üçün 6 aydan, 18 aya kimi vaxt tələb olunur.

4. Yeni bulud uçotu ilə əlaqəli statistika və faktlar

Cari tendensiyanın təxmin etdiyi kimi, bulud uçotu şübhəsiz ki, gələcəyin uçotudur. Və belə bir texnologiyanın köməyilə istənilən cihazdan və ya zamandan asılı olmayaraq, siz bu güclü platformanın sayəsində öz uçot məlumatlarınıza çıxış əldə edə bilərsiniz.


4-cü hissəyə buradan nəzər yetirə bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 689 690 691 692 693 694 695 2. 391