Amortizasiya xərclərinin hesablanması

posted in: Xəbər | 0

amortizasiyaAmortizasiya xərcləri ilə bağlı vergi ödəyicilərində maraq doğuran məqamları iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə görə, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Məcəllənin 114.3-cü maddəsində göstərilib ki, amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

– torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular – 7 faizədək;

– maşınlar və avadanlıq – 20%-dək;

– yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək;

– nəqliyyat vasitələri – 25 faizədək;

– iş heyvanları – 20 faizədək;

– geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 25 faizədək;

– qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;

– digər əsas vəsaitlər – 20 faizədək.

Misal: Mikro sahibkarlıq subyekti olan “RR” MMC maşınlar və avadanlıqlar kateqoriyasına aid olan əsas vəsaitini 2018-ci ildə 15 faiz dərəcə ilə, 2019-cu ildə 10 faiz dərəcə ilə, 2020-ci ildə isə 20 faiz dərəcə ilə amortizasiya edərək müvafiq illərin mənfəət vergisi bəyannaməsində gəlirdən xərc kimi çıxıb. 2018-ci ilin və 2019-cu ilin amortizasiya normasındakı fərqi hesablayaraq 2021-ci ildə hesablanmış amortizasiya normasının üzərinə gəlməklə 2021-ci ilin mənfəət vergisi bəyannaməsində bunu gəlirdən xərc kimi göstərə bilərmi?

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları həmin Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır. Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki dərəcələrə 2 əmsal, kiçik sahibkarlıq subyekti olduqda isə 1,5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.

Vergi Məcəlləsinin 85-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını həyata keçirə bilər. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamələr vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatı

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi DVXSon günlər üçüncü şəxslər üçün mal idxal edən və vergidən yayınan bəzi şirkətlər malların gömrük ərazisində saxlanılması və onlara qarşı maneə yaradılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və biznes subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması məqsədilə səmərəli vergi və gömrük nəzarəti mexanizmləri tətbiq edilməklə dövriyyələrin “ağardılması” istiqamətində müvafiq addımlar atılır. Vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarət tədbirlərindən biri də “İSEL A” MMC-də həyata keçirilib. Bununla bağlı aparılmış araşdırma ilə müəyyən edilib ki, şirkətin ona məxsus olduğu iddia etdiyi mallar Quliyev Famil Faiq oğlunun əvvəlcədən sifarişi əsasında gətirilsə də, bununla bağlı ona heç bir qanuni sənəd təqdim edilmir. Famil Quliyev Dövlət Vergi Xidmətinə müraciət edərək “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərdiyini, həmin malların onun üçün gətirildiyini, lakin dəfələrlə tələb etməsinə baxmayaraq, MMC tərəfindən ona heç bir sənəd verilmədiyini bildirib və bununla bağlı kömək göstərilməsini xahiş edib.

Araşdırma nəticəsində “İSEL A” MMC-nin təsisçisinə məxsus digər MMC-də aparılmış operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus təsərrüfat subyektlərinin formal olaraq qeydiyyata alındığı və əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparıldığı aşkar olunub.

Faktla bağlı müvafiq araşdırmalar davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bulud mühasibatı həllinə startap şəhadətnaməsi verilib

posted in: Xəbər | 0

hesabat startap şəhadətnaməsiKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “TechFin” MMC-nin Hesabat-Onlayn mühasibat həllinə (www.hesabat.az) “Startap” şəhadətnaməsi verilib.

“Hesabat” onlayn mühasibat platforması mikro və kiçik sahibkar subyektlərinin öz mühasibat uçotunu asan şəkildə idarə etməsi üçün yaradılmış onlayn mühasibat platformasıdır. Onlayn-mühasibat mikro və kiçik şirkətlərin uçotunun aparılmasına imkan verən xüsusi bir proqram təminatıdır.

Onlayn-mühasibat sizin kompüterinizə yüklədiyiniz köhnə mühasibat proqram təminatını əvəz etməklə bərabər bir çox üstünlüklər (bankla inteqrasiya, müştəri və təhcizatçılara avtomatik məlumatların göndərilməsi və s.).

Techfin MMC-nin təsisçisi və direktoru Hacıağa Hacı bildirmişdir ki, “Maliyyə-mühasibat sahəsində texnoloji yeniliklərin tətbiq olunması həmçinin sahibkarların da maliyyə savadlılığını artıracaq, mühasiblərin işini asanlaşdıracaq, uçotun şəffaflaşmasına öz tövhəsini verəcəkdir ki, nəticədə bu həm dövlət, həm sahibkarlar, həm də mühasiblər üçün faydali olacaqdır. Bizim fikrimizcə, onlayn-mühasibat sadə, rahat, etibarlı, aktual və sərfəli olmalıdır ki, bizim yaratdığımız həll bu meyarlara tam uyğundur”.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Gəncədə “Açıq kitabxana”lar quraşdırdı

posted in: Bank, Kapital Bank | 0

Kapital BankKapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, 15 sentyabr – Bilik günü ərəfəsində Gəncə şəhərində növbəti sosial aksiyanı həyata keçirib. Aksiya çərçivəsində Gəncə şəhəri Heydər Əliyev Park-Kompleksində və Xan Bağında açıq kitabxana quraşdırıb.

Qeyd olunan açıq kitabxanalardan hər bir insan sərbəst şəkildə yararlana, zövqünə uyğun kitabı ödənişsiz götürə bilər. Həmçinin, təşəbbüsə dəstək göstərmək istəyən şəxslərin istənilən mövzuda kitabları digərlərinin faydalanması üçün kitabxanalara bağışlamaq imkanı var.

Açılış mərasimində rəflərdə olan kitablar Kapital Bank-ın əməkdaşları və “Qırmızı Ürəklər” xeyriyyə fondunun könüllüləri tərəfindən hədiyyə edilib. Kitablar arasında həm bədii, həm də peşəkar ədəbiyyata rast gəlmək olar. Kitabxanada azərbaycan, türk, rus və ingilis dilində kitablar mövcuddur. Tədbir Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Dram teatrının dəstəyi ilə keçirilib.

Qeyd edə ki, 2021-ci il ölkə başçısı tərəfindən “Nizami ili” elan olunub. Həmçinin, bu il dahi mütəfəkkirin 880 illik yubileyi qeyd olunur. Tədbirin Gəncədə təşkil olunması 2021-ci il üçün nəzərdə tutulan tədbirlərə töhfə vermək məqsədini daşıyır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Kapital Bank Gəncə

Kapital Bank Gəncə

Kapital Bank Gəncə



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 690 691 692 693 694 695 696 2. 391