» » » Dünyanın ən zəngin ailəsi məlum olub

Dünyanın ən zəngin ailəsi məlum olub

posted in: Xəbər | 0
birbank biznes

zəngin2021-ci ildə Bloomberg agentliyinin versiyasına görə, dünyanın ən zəngin ailələrinin siyahısına Uolton ailəsi başçılıq edir. Dünyanın ən nəhəng topdan və pərakəndə ticarət şəbəkəsi olan Walmart-ın sahiblərinin sərvəti 238,2 milyard dollar həcmində dəyərləndirilir.

Ailə bütün dünya üzrə 10 mindən çox mağazaya sahiblikf edir. Şirkətin qazancı 559 milyard dollar təşkil edir. Walmart şirkətinin uğuru Arkanzas ştatından olan ailəni Ceff Bezos və İlon Maskdan da zəngin edib.

Həmçinin top-üçlüyə şirniyyat məhsulları istehsalı ilə məşğul olan Mars şirkətinə sahiblik edən Mars ailəsi və ABŞ-ın Koch Industrues neft-kimya korporasiyasının sahibi olan Kox ailəsi də daxil edilib.

Reytinqə cəmi 25 ailə daxil edilib. Bloomberg-in məlumatına görə, onların məcmu sərvəti 1,7 trilyon dollar qiymətində dəyərləndirilib. Bu rəqəm 2020-ci ildəkindən 22 faiz çoxdur.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun