Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi

posted in: Xəbər | 0

Vergi uçotu, Əmək pensiyaları, Əmək pensiyalarının hesablanması, Qeyri-rezident marketinq xidmətləriƏDV ödəyicisi olan hüquqi şəxslər öz mülkiyyətlərində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edərkən yaranan vergi öhdəliyi ilə bağlı məsələlərə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə aydınlıq gətirir.

Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən onların mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilmişdir. Beləliklə, hazırda qüvvədə olan qanuna əsasən, ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin 1 yanvar 2020-ci il tarixdən sonra təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 104 və 159-cu maddələrinin tələblərinə görə müəyyən edilmiş ümumi qaydada ƏDV və mənfəət vergisinə cəlb edilir.

Vergi Məcəlləsinin 114.3.1-ci maddəsində göstərilir ki, torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclərə, binalara, tikintilərə və qurğulara illik 7 faizədək amortizasiya hesablanmalıdır. Bununla belə, Məcəllənin 114.6-cı maddəsinə əsasən, vergi ilində təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə amortizasiya xərci hesablanmır.

Misal: Tutaq ki, “A” MMC ƏDV ödəyicisidir və mülkiyyətində ilkin dəyəri 98.000 manat olan və yığılmış amortizasiyası 13239.8 manat olan qeyri-yaşayış sahəsini 177.000 manata satmışdır.

ƏDV= 177000/1.18*18%=27000 manat;

Mənfəət vergisi = (177000-27000-84760.2)*20%=13047.96 manat;

Beləliklə MMC 27.000 manat əlavə dəyər vergisi və 13047.96 manat isə mənfəət vergisi ödəyəcəkdir.

Mənbə: vergiler.az


Bax:



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması

posted in: Xəbər | 0

Vergi bəyannamələri, internet vergi idarəsi xətalarDövlət Vergi Xidmətindən bildirilir ki, xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə aşağıdakılar əlavə edilməlidir:

• xarici hüquqi şəxsin qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və onun təsisçisi (təsisçiləri) olan xarici hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayı yolla paya malik fiziki şəxslər barədə məlumatın da daxil olduğu ticarət reyestrindən çıxarış;

• xarici dövlətin rezidentinin səlahiyyətli orqanının Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərarı;

• təsis sənədləri;

• rezidentliyi barədə vergi orqanları tərəfindən təsdiq edilmiş sənəd;

• Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər);

• bölmənin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

• Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr və gəlir mənbələri barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat.

Əsaslandırma: Vergi Məcəlləsinin 33.8.4.-cü maddəsi.

Mənbə: vergiler.az


Bax:



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

COVID-19-a qarşı immunitet sertifikatının təqdim edilməsi nəyə görə zəruridir?

posted in: Xəbər | 0

Zəmanəmizin böyük bəlası olan COVID-19 xəstəliyi ilə bağlı indiki halda ən təsirli vasitə peyvəndlənmədir. Təəssüflər olsun ki, peyvəndlənmə ilə bağlı cəmiyyətdə müəyyən tərəddüdlər var və bu, bütün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə hökumətləri daha sərt addımlar atmağa məcbur edir. Sərbəst auditor Altay Cəfərov bu sahədə Azərbaycanda atılan addımlarla bağlı mülahizələrini bölüşür.

Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 saylı qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına 2.5-5-ci bənd əlavə edilib. Bəndə əsasən, sentyabrın 1-dən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə qərarda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

Nazirlər Kabinetinin bu tələbini yerinə yetirməyən işəğötürənlə bağlı hansı tədbirlər nəzərdə tutulub?

Qərardan görünür ki, belə bir sertifikatın olmasına birbaşa nəzarət tələbi işəgötürənin üzərinə qoyulmuşdur. İşəgötürənin belə tələblərin yerinə yetirməsinə nəzarət isə müvafiq fərmana görə Daxili İşlər Nazirliyinə və digər qurumlara həvalə edilmişdir. Müvafiq qurumların nəzarəti zamanı Nazirlər Kabinetinin 2.5-5.-ci bəndindəki tələbin pozulmasına görə işəgötürən İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət daşıyır. Belə ki, pandemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Maddədən də aydın olur ki, Nazirlər Kabinetinin 2.5-5.-ci maddəsinin tələblərinin pozulmasına görə hüquqi şəxslər 5000 -11000 manat kimi cərimə oluna bilər. Cərimələrdən və digər məsuliyyətdən yayınmaq üçün işəgötürən işçilərdən müvafiq immunitet sertifikatını tələb etməlidir.

Bəs işəgötürən “peyvənd şəhadətnaməsi” təqdim etməyən işçini işdən azad edə bilərmi?

Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Məcəllənin tələblərində xitam üçün birbaşa sertifikatlarla bağlı bir maddələr olmadığına baxmayaraq, digər istinadlar əsasında işəgötürən işçi ilə müqaviləyə xitam verə bilər. İndiki şəraitdə Nazirlər Kabinetinin tələblərinə görə işəgötürən işçidən belə bir sertifikatı tələb etməli, “peyvənd şəhadətnaməsi” olmayan işçini müvəqqəti olaraq işdən uzaqlaşdırmalıdır. Lakin işçi peyvənd olunmadığına görə işəgötürən onu birbaşa işdən azad edə bilməz. İşçiyə müddət verilməlidir ki, peyvənd olunsun və sertifikatı iş yerinə təqdim etsin.

İşçi ona verilən müddətdə belə bir sertifikatı təqdim etmədikdə, artıq Məcəllənin 72-ci maddəsinin a bəndinə əsasən, sertifikatı olmadığına görə iş yerində inzibati xətaya yol verilmiş kimi qəbul edilə və f bəndinə istinad olunmaqla işdən azad edilə bilər.

İşçilərin azı 80 faizinin peyvənd olunması ilə bağlı isə işəgötürənin əlində dəqiq müəyyənləşdirilmiş qaydalar yoxdur. Burada kimisə 80 faizdən kənarda saxlayıb, ona “imtiyaz” vermək, sertifikat tələb etməmək işçilər ilə işəgötürənlər arasında narazılıqların yaranmasına gətirib çıxaracaq. Odur ki, narazılıqların yaranmaması üçün işəgötürən bütün işçilərdən sertifikat tələb etsə, daha düzgün hərəkət etmiş olar.

Bütün hallarda ən düzgün yol budur ki, hər bir vətəndaş öz sosial məsuliyyətini dərindən dərk etsin, şayiələrə deyil, elmə etibar edərək peyvənd olunsun, nə özünə, nə işəgötürənə, nə də cəmiyyətə problemlər yaratsın.

Mənbə: vergiler.az


Bax: Əvəzsiz köçürmələr olduğu halda ƏDV-nin kompensasiya edilməsi



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Biznes barədə maraqlı faktlar (2-ci hissə)

posted in: Xəbər | 0

Biznes barədə maraqlı faktlar (2-ci hissə)

1-ci hissəyə nəzər yetirin

biznes

Bir çox insanlar hesab edirlər ki, bizneslə məşğul olmaq hər kəsə nəsib olmur. Bəziləri başlanğıc kapitalının olmamasından şikayət edir, bəziləri uduzmaq riski olmayan ideyaları axtarır, digərləri isə əlverişli anı gözləyirlər. Aşağıdakı faktlar sizin bizneslə bağlı düşüncənizi və münasibətinizi dəyişdirə bilər.

Tipik smartfon sahibi öz cihazını gün ərzində 150 dəfə yoxlayır

Smartfon sahibləri öz cihazlarının ekranına gün ərzində yüz dəfədən çox baxırlar. Çox vaxt onlar e-poçt və sosial media hesablarını yoxlayırlar. Bu marketinq məqsədləri üçün istifadə edilə bilər: SMM və e-poçt kampaniyaları mobil auditoriyaya yönəldirilə bilər.

İstehlakçılar sıravi əməkdaşlara, onların müdirlərindən daha çox etibar edirlər

İstehlakçıların yarısı hesab edir ki, məhsul haqqında həqiqəti şirkətin sıravi əməkdaşlarından öyrənmək olar. İstehlakçıların 43% -i isə həqiqəti yalnız şirkətin müdirindən öyrənə biləcəklərinə inanırlar. Bu o deməkdir ki, satıcılara müştərilərlə münasibətləri sıravi əməkdaşlar səviyyəsində qurmaq daha sərfəlidir. Bu zaman top-menecerlər müstəsna hallarda ünsiyyətə qoşula bilərlər.

Yeni müştərilərin saxlanılması köhnələrin saxlanılmasından daha baha başa gəlir

Biznes yeni müştərilərin cəlb edilməsinə mövcud müştəriləri saxlamaq üçün istifadə etdiklərindən 6 dəfə çox vəsait sərf edirlər. Bu o deməkdir ki, müəssisələrə köhnə müştərilərlə işə diqqət yetirmək, loyallıq və remarketinq proqramlarına vəsait yatırmaq lazımdır.

Müştəri məmnunluğu 70 faiz xidmətdən asılı olur

Keyfiyyətli məhsulu satın aldıqdan sonra müştəri narazı qala bilər və kompromis keyfiyyətli malların alınması isə onu məmnun edə bilər. İş ondadır ki, müştəri məmnunluğnun 70 faizi xidmət səviyyəsindən, yalnız 30 faizi isə məhsulun keyfiyyətindən asılıdır.

Deyilənləri yekunlaşdıraq

Planetdə hər 18 nəfərdən biri biznes sahibidir, lakin, heç də həmişə gözlənilən ölkələrdə və sənaye sahələrində deyil.

Və əgər siz öz biznesinizə başlamaq istəyirsinizsə, bütün “lehinə” və “əleyhinə” olan amilləri diqqətlə araşdırın. Və qəti qərar verdikdən sonra öz arzunuzdan bir addım da olsun geri çəkilməyin!


3-cü hissəyə nəzər yetirin



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 693 694 695 696 697 698 699 2. 381