Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?

posted in: sual-cavab, Xəbər | 0

Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?

Vakansiya Mühasib

Sual: Təsisçiyə müəyyən zamanlarda kassadan pul verilirsə, bu dividend kimi nəzərdə tutula bilərmi? Bu məbləğdən həmin andaca dividend faizi büdcəyə ödənməlidirmi? Ümumiyyətlə dividenddən 10 faiz vergi nə vaxt ödənilir və hesabatı barədə məlumat verərdiz.

Cavab: Bildiririk ki, dividend hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Göründüyü kimi dividend müəyyən zamanlarda deyil, müəssisə tərəfindən xalis mənfəət hesablandıqdan sonra (yəni ümumi gəlirdən xərclər çıxılıb, mənfəət vergisi ödənildikdən sonra) ödənilir. Rezident müəssisə tərəfindən dividend ödənilərkən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Ödənilmiş həmin divivdendlər “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə bəyan edilir.

Onu da qeyd edək ki, mülki münasibətləri tənzimləyən Мülki Məcəllənin 106-3.2-ci maddəsində səhmdar cəmiyyətinin nizamnaməsində müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilməsi qeyd olunmuşdur.

Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməsi bildirilmiş, eyni zamanda mənfəətin bölüşdürülməsi haqqında qərarın qəbul edilə bilmədiyi hallar göstərilmişdir.

Bununla belə xatırladırıq ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən isə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda bildiririk ki, maliyyə-təsərrüfat fəaliyyətlərini təmin etmək məqsədilə aparılan məxaric əməliyyatları “Nağdsız hesablaşmalar haqqında” Qanunla  müəyyən olunmuş hədlər daxilində nağd qaydada həyata keçirilə bilər.

Bax: Vergi Məcəlləsinin 13.2.15-ci14-cü və 122.1-ci maddələri, Mülki Məcəllənin  90.1-ci və 106-3.2-ci maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşdən çıxan işçiyə məzuniyyət haqqının ödənilməsi

posted in: Xəbər | 0

əmək haqqıTəcrübədə işəgötürənlər tərəfindən ən çox səhvə yol verilən hal işçinin əmək müqaviləsinə xitam verildiyi zaman istifadə edilməmiş məzuniyyət haqqının ödənilməməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göründüyü kimi, işçinin hansı əsasla işdən çıxmasının ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsinə aiddiyyəti yoxdur.

Misal 1: Tutaq ki, 1 yanvar 2019-cu il tarixdə işə qəbul olunan işçi 30 sentyabr 2019-cu il tarixdə öz xahişi ilə işdən çıxır. İşçinin məzuniyyət günlərinin sayı 30 gündür. Bu zaman tənasüb üsulundan istifadə etməklə işçiyə düşən məzuniyyət günlərini tapaq:

12 ay – 30 gün
9 ay – X gün
X = (30 gün x 9 ay) / 12 ay= 22,5 gün

Deməli, işçinin istifadə edilməmiş məzuniyyət günlərinin sayı 22,5 gündür.

Misal 2: İşəgötürənin əmrinə əsasən, işçinin əmək müqaviləsinə əmək funksiyalarını icra etmədiyi üçün xitam verilib. İllik əsas məzuniyyət müddəti 21 gün olan işçinin ötən ildən 8 gün qalığı var. O, cari iş ilində 5 ay çalışsa da, əmək məzuniyyəti hüququndan istifadə etməyib. İkinci iş ilinə görə istifadə edilməmiş məzuniyyət günlərini tapmaq üçün tənasüb üsulundan istifadə edək.

12 ay – 21 gün
5 ay – X gün
X = (21 gün x 5 ay) / 12 ay= 8,75 gün

İşçinin öncəki iş ilindən 8 məzuniyyət günü qaldığını nəzərə alsaq, işdən çıxan işçiyə 16,75 (8 + 8,75) gün üçün istifadə edilməmiş məzuniyyət haqqı ödəniləcək.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

nominal əməkhaqqı sahibkarların sayıBu il avqustun 1-nə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 min nəfər və yaxud 0,5 % artaraq 1 689,7 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, onlardan 905,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,2 %-i təhsil, 18,6 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 3,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 %-i maliyyə və sığorta fəaliyyəti, 13,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 % artaraq 728,5 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

10 ən böyük bank soyğunçuluğu (5-ci hissə)

posted in: Xəbər | 0

10 ən böyük bank soyğunçuluğu (5-ci hissə)mərkəzi banklar

1831-ci ilin mart ayında ABŞ-da mətbuat tərəfindən geniş işıqlandırılan ilk böyük bank soyğunçuluğu baş verib. Dublikat açarlardan istifadə edən iki soyğunçu, Uoll-Stritdəki New York City Bankına daxil olmuş və oradan 245 min dollar apara bilmişdi ki, bu da o zaman üçün böyük bir məbləğ təşkil edirdi. Bu və dirgər bank soyğunçuluqları barədə məlumatı diqqətinizə çatdırırıq. 

“Dar-əs-Salam” bankı

Tarix: 2007-ci il, 11 iyul

Yer: Bağdad

Məbləğ: 282 milyon dollar

Cari kursla: 348 milyon dollar

2007-ci il iyulun 11-də “Dar-əs-Salam” özəl bankından dörddə bir milyard dollardan çox məbləğdə nağd pullar yoxa çıxmışdı. Hüquq-mühafizə orqanları soyğunun bankın iki və yaxud üç mühafizəçisi tərəfindən törədildiyini bəyan etmişdi.

 Hökumət qarətçilərin polis orqanları və digər güc strukturları ilə əlaqəsi olduğundan şübhələnmişdi. Həmin vaxtlarda The New York Times qəzeti yazırdı ki, “başa düşmək olmur ki, bu qədər nağd pul bankın nəyinə lazım olub və soyğunçular belə bir böyük məbləği aşkar olunmadan necə apara biliblər”.

Amma, yenə də günahkarları tapmaq mümkün olmamışdı.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


İraq Mərkəzi bankı

Tarix: 2003-cü il, 18 mart

Yer: Bağdad, İraq

Məbləğ: 920 milyon dollar

Cari kursla: 1,25 milyard dollar

2003-cü il mayın 6-da, İraqda müharibə başlamazdan bir neçə gün əvvəl The New York Times nəşri yazmışdı ki, İraqın Mərkəzi bankından 1 milyard dollar nağd vəsaitlər oğurlanıb. Bir qədər sonra ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Riçard Bauçer həmin faktı təsdiq etmişdi.

Mətbuatın yazdığına görə, devrilmiş İraq prezidentinin oğlu Kusay Hüseyn, martın 18-də səgər saat 4-də öz müşaviri ilə birlikdə banka gəlmiş və 900 milyon dollar və 100 milyon avro verilməsini tələb etmişdi. Böyük bir məbləğ (demək olar ki, ölkənin valyuta ehtiyatının dörddə biri) iki saat ərzində üç yük avtomobilinə yüklənmiş və naməlum istiqamətə aparılmışdı.

Dünya mətbuatı baş verən hadisəni “tarixdə ən böyük bank soyğunçuluğu” kimi qələmə alıb. Bir müddət sonra Səddam Hüseynin saraylarının birində böyük məbləğdə pullar, o cümlədən 650 milyon dollar nağd pul aşkar olunmuşdu. Lakin, həmin pulların ölkənin Mərkəzi bankından oğurlanan pullar olub-olmadığı dəqiq bilinmədi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 694 695 696 697 698 699 700 2. 391