» » » Təhtəlhesab vəsaitin sığortaya cəlb olunması

Təhtəlhesab vəsaitin sığortaya cəlb olunması

posted in: Xəbər | 0
birbank biznes
təhtəlhesab vəsait“İşəgötürən tərəfindən işçiyə verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin məbləğ işsizlikdən sığortaya və icbari tibbi sığortaya cəlb olunurmu?” sualına cavab olaraq Dövlət Vergi Xidməti bildirir ki, işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin vəsaitin məbləği işçinin muzdlu işlə əlaqədar aylıq gəliri hesab edilir və həmin məbləğdən işsizlik və icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Əsaslandırılma: Əmək Məcəlləsinin 154-cü, Vergi Məcəlləsinin 98.1, 98.2.7-ci maddəsi, İşsizlikdən sığorta haqqında qanunun 9-cu maddəsi və Tibbi sığorta haqqında qanunun 15-10.1.2-ci maddəsi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun