» » » 21 Sentyabr Rumıniyada Mühasiblər günüdür

21 Sentyabr Rumıniyada Mühasiblər günüdür

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasiblər günüMəlum olduğu kimi, hər il 10 noyabr dünyada Beynəlxalq Mühasiblər Günü kimi qeyd olunur. Amma, buna baxmayaraq, bir çox ölkələrdə mühasiblərin ölkə üzrə keçirilən milli bayram günləri də təsis olunub. Rumıniya da həmin ölkələr sırasındadır. Belə ki, bu ölkədə sentyabrın 21-i Mühasiblər Günü kimi təsis olunub. Rumın mühasiblər bu gün öz peşə bayramlarını qeyd edirlər.

Rumıniya dövləti Avropanın cənubi-şərqində yerləşir. Əhalisi 19 milyon 186 min nəfərdir, ərazisi 238,397 km2 təşkil edir. Hər iki göstəriciyə görə regionun böyük ölkələrindən biri sayılır.

Sənaye ölkəsidir, inkişaf etməkdə olan iqtisadiyyata malikdir. 2017-ci ildə ümumdaxili məhsul (ÜDM) 470 milyard ABŞ dolları təşkil edib ki, bu adambaşına 23 min dollardan çox edir. Pul vahidi rumın leyidir.

Maraqlıdır, bəs Rumıniyada əməkhaqqı ilə bağlı məsələ hansı səviyyədədir, digər peşə sahibləri ilə müqayisədə rumın mühasiblər nə qədər maaş alırlar?

Rumıyada bir sıra peşələr üzrə mövcud olan orta aylıq maaşları sizin diqqətinizə çatdırırıq.

Turizm sahəsində çalışanlar ayda 500 dollar, inşaatçılar 707, rabitəçilər 805, arxitektor 846,  biznes təhlilçilər 905, bank işçiləri 1067, telekommunikasiya sahəsində çalışanlar 1163, satış üzrə menecerlər 1799, mühasibat uçotu sahəsində çalışanlar (mühasiblər) və maliyyəçilər 1816 dollar əməkhaqqı alırlar.

Göründüyü kimi, şərqi Avropa ölkəsi sayılan Rumıniya kimi bir ölkə üçün bu məvacib heç də pis sayıla bilməz. Qeyd etmək lazımdır ki, Rumiyada ən yüksək maaşları tibb işçiləri qazanırlar – onların aylıq əmək haqqı 4600 dollara çatır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun