Maliyyə lizinqi anlayışı

posted in: Xəbər | 0

yeni məhsullar Maliyyə lizinqiTəcrübədə, adətən, “maliyyə lizinqi” və ya sadəcə “lizinq” adlandırılan anlayış, əslində, maliyyə icarəsi deməkdir. Lakin vergitutma məqsədləri üçün lizinqin maliyyə lizinqi sayılması üçün xüsusi şərtlər vardır. Mövzunu mühasibat mütəxəssisi İlqar Əsədov şərh edir.

Maliyyə lizinqi və ümumiyyətlə lizinq əməliyyatları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38-ci fəsli ilə tənzimlənir.

Lizinq bir növ əmlak kirayəsi olduğundan Mülki Məcəllənin əmlak kirayəsinə dair müddəaları lizinqə də tətbiq edilə bilər: bir şərtlə ki, onlar Mülki Məcəllənin 38-ci fəslinin müddəalarına zidd olmasın. Lizinq müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.

Lizinq münasibətlərində, adətən, üç tərəf olur: satıcı, lizinq müəssisəsi və icarəyə götürən, başqa sözlə, satıcı, lizinq verən və lizinq alan. Lakin bəzən elə hal da olur ki, lizinq münasibətlərində cəmi iki tərəf olur – icarəçi özünə məxsus olan əmlakı lizinq müəssisəsinə satır və sonra ondan həmin əmlakı lizinq formasında icarəyə götürür. Buna “qayıdan lizinq” deyilir və bunu, adətən, maliyyə ehtiyacı duyan müəssisələr edir. Bu, bir növ, əmlakı girov qoyub kredit götürməyə bənzəyir.

Lizinq müqaviləsinin obyekti istehsal təyinatlı binalar, dəzgahlar, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və s. əmlak, qısacası, qanunvericiliklə müəyyən edilmiş istisnalar xaric istənilən daşınar və daşınmaz əmlak ola bilər. Bir qayda olaraq maliyyə lizinqi vasitəsilə əmlak üzərində mülkiyyət hüququ müqavilə bitənə qədər lizinq verəndə qalır, qarşı tərəfə isə sahiblik və istifadə hüquqları keçir.

Mülki Məcəllənin 38-ci fəsli “Lizinq” adlansa da, orada maliyyə lizinqi ilə də bağlı müddəalar var. Bununla belə, maliyyə lizinqinin nə olduğu, lizinqin hansı forması olduğu Mülki Məcəllə ilə tam müəyyən edilməmişdir.

Lizinq əməliyyatları beynəxalq təcrübədə geniş yayıldığına görə deyə bilərik ki, icarə münasibətlərinə çox oxşayır və sanki onun xüsusi formasıdır. Lakin üçtərəfli olması, lizinq obyektinin lizinq məqsədləri üçün alınması və s. hallar ilə icarədən fərqlənir. Bu baxımdan müştərinin sifarişi olmadan lizinq şirkəti tərəfindən alınan, qısamüddətliliyi ilə seçilən lizinqə operativ lizinq, əmlakın alıcı tərəfindən sifariş edilərək lizinq verən tərəfindən alındığı, hətta bəzən birbaşa lizinq alana təqdim edildiyi və uzunmüddətliliyi ilə seçilən lizinqə isə maliyyə lizinqi deyə bilərik.

Lakin vergitutma məqsədləri üçün lizinqin maliyyə lizinqi sayılması üçün xüsusi şərtlər vardır. Vergi Məcəlləsinin 140.2-ci maddəsinə görə, aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır :

• lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir;

• icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır;

• icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır;

• icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır;

• icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır. Münasibətləri həm ayrıca, yəni məsələn lizinq verənlə (lizinq müəssisəsi) satıcı arasında adi alğı-satqı müqaviləsi və lizinq verənlə lizinq alan (icarəyəgötürən) arasında lizinq müqaviləsi bağlamaqla və ya üçtərəfli müqavilə bağlamaqla tənzimləmək mümkündür. Lakin müqavilədə həmin əmlakın lizinq məqsədilə alındığı mütləq şəkildə göstərilməlidir. Müqavilədə həmçinin lizinq obyektinin dəqiq təsviri, lizinq obyektinin balans uçotunun qaydası, lizinq obyektinin saxlanması və təmiri qaydası kimi məlumatlar da mütləq qeyd edilməlidir.

Nəticə etibarilə maliyyə lizinqi vasitəsilə satıcıdan birbaş almaq imkanı olmayan müəssisələr bu və ya digər əmlakı, vərdiş etdiyimiz dildə desək, lizinqə salaraq alır və mütəmadi olaraq əmlakın dəyərindən və lizinq verən şirkətin faizindən (mükafatından) ibarət məbləği ona ödəyir. Həmin gəlirlər lizinq verənin vergitutulan gəlirlərinə aid edilir. Lizinq alan isə əgər lizinq dövründə əmlakı öz balansına ala bilməmişdirsə, ən geci lizinq müqaviləsi ilə mülkiyyətinə keçdikdə əsas vəaitləri kimi dəyərləndirir və uçota alır, lizinq verənə ödədiyi faizləri isə gəlirdən çıxılan faizlərə aid edir.

Onu da qeyd edək ki, maliyyə lizinqi əməliyyatları Vergi Məcəlləsi ilə maliyyə xidmətlərinə aid edilmişdir. Maliyyə xidmətləri isə ƏDV məqsədləri üçün ƏDV-dən azad olunan xidmətlər sayılır.

Yuxarıda qeyd etdiyimiz kimi, lizinq alan müqavilədə razılaşdırılmış formada əmlakı öz balansına ala bilirsə, bunu edir və eyni zamanda Vergi Məcəlləsinin icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərcləri ilə bağlı müddəalarını tətbiq edir. Əks halda, maliyyə lizinqinin obyekti olan əmlak üzrə təmir xərclərini 115-ci maddəyə görə gəlirdən çıxmaq olmaz. Təəssüf ki, təcrübədə bir çox mühasiblərin yalnış olaraq bu məsələdə səhvə yol verdikləri ilə rastlaşırıq.

Lizinq alan müəssisələr üçün “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə tanış olmaq da faydalı olar.

Onu da qeyd edək ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanununun 3.4.1-ci maddəsinə uyğun olaraq lizinqlə bağlı borc ödənişləri yalnız nağdsız qaydada ödənilə bilər. Bu tələbin pozulmasına görə vergi ödəyicilərinə 10, 20 və 40 faiz dəyərində maliyyə sanksiyaları tətbiq edilə bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yaşayış və qeyri-yaşayış sahəsini satan fiziki şəxslərin vergi öhdəlikləri

posted in: Xəbər | 0

ƏDV, Vergi uçotu üzrə mühasib, mütəxəssis, vakansiya,Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini satan fiziki şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Onların vergi öhdəlikləri barədə qaydaları iqtisadçı ekspert Radil Fətullayev izah edir:

Yaşayış sahəsi üzrə

Fiziki şəxs mulkiyyətində olan və 3 ildən az müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsini (mənzili) təqdim etdikdə, həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə muəyyən edilmiş zonalar uzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində gostərilən əmsallar tətbiq etməklə hesablanan vergi alğı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur.

Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı:

 

ZONALAR

ZONA

ƏMSALI

BAZA MƏBLƏĞİ VERGİ MƏBLƏĞİ

BAKI

ZONA 1

4,0

15 manat

60 manat

ZONA 2

3,0

45 manat

ZONA 3,4

2,2

33 manat

ZONA 5,6

1,8

27 manat

ZONA 7,8,9

1,5

22,5 manat

ZONA 10,11,12

1,2

18 manat

DİGƏR REGİONLAR

Gəncə, Sumqayıt və Xırdalan

1,5

15 manat

22,5 manat

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan

1,2

18 manat

digər rayon (şəhər) və qəsəbələr (kəndlər)

0,5

7,5 manat

Misal 1: Bakı sakinin “Azadlıq” metro stansiyasının (zona 7) yaxınlığında yerləşən mənzildə yaşayış yeri üzrə 3 il qeydiyyat müddəti tamamlanmamışdır. Sahəsi 120 m2 olan həmin mənzil satılarkən sadələşdirilmiş vergi məbləği belə hesablanır:

(120 m2 -30 m2)

x

15 manat

x

1,5

=

2025 manat

Mənzilin sahəsi

Baza məbləği

Zona əmsalı

Beləliklə, fiziki şəxs satdığı mənzilə görə 2025 manat sadələşdirilmiş vergi ödəməlidir.

Qeyri-yaşayış sahəsi üzrə

Fiziki şəxs mülkiyyətində olan qeyri-yaşayış sahəsini (obyekti) təqdim etdikdə, həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş zonalar üzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində göstərilən əmsallar və əlavə olaraq 1,5 əmsalı tətbiq edilərək hesablanan vergi alğı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur. Qeyd edək ki, burada yaşayış sahəsində olduğu kimi 30 kv.m. güzəşti tətbiq olunmur. Həmçinin fiziki şəxsin həmin obyektdə qeydiyyat müddətinin də heç bir fərqi yoxdur. Yəni, fiziki şəxs qeyri-yaşayış sahəsinə sahib olma və qeydiyyat müddəti 3 ildən çox müddətdə olsa belə, yenə də sadələşdirilmiş vergi hesablanıb ödənilməlidir.

Misal 2: Bakı sakininin “İnşaatçılar” metro stansiyasının (zona 5) yaxınlığında qeyri-yaşayış sahəsi (tutaq ki, mağazası) vardır. Sahəsi 250 m2 olan həmin mağaza satılan zaman sadələşdirilmiş vergi məbləği belə hesablanır:

250 kv.m

x

15 manat

X

1,8

x

1,5

=

10.125 manat

Mənzilin sahəsi

Baza məbləği

Zona əmsalı

Qeyri-yaşayış əmsalı

Beləliklə, fiziki şəxs satdığı mağazaya görə 10.125 manat sadələşdirilmiş vergi ödəməlidir.

Misal 3: Fiziki şəxs Bakı şəhəri üzrə 5-ci zonada (1,8 əmsal) yerləşən və sahəsi 120 m2 olan mənzilini, həmçinin 3-cü zonada (2,2 əmsal) yerləşən sahəsi 200 m2 olan mağazasını satmışdır. Bu halda alğı-satqı əməliyyatını rəsmiləşdirən notarius tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

Mənzil satışı üzrə: (120 m2 -30 m2) x 15 manat x 1,8 (zona əmsalı) = 2.430 manat
Mağaza satışı üzrə: 200 m2 x 15 manat x 2,2 (zona əmsalı) x 1,5 əmsal = 9.900 manat
Cəmi ödənilməli vergi: 2.430 + 9.900 = 12.330 manat


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın korporativ hesab ödənişləri “MilliÖn” terminallarında!

posted in: Bank, Kapital Bank | 0

Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün növbəti yeniliyi təqdim edib. Belə ki, artıq hesab ödənişlərini ölkədə geniş şəbəkəyə malik “MilliÖn” terminalları vasitəsilə həyata keçirmək mümkündür. Hesablara ödənişlər zamanı heç bir komissiya tutulmur. Əməliyyat limiti isə 1 – 15 000 AZN təşkil edir.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Bank məhsullarından olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank “Sürətli tender” limitini bir qədər də artırdı

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankKapital Bank hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara ölkədə həyata keçirilən layihələrdə iştirak etmək üçün “Sürətli tender” məhsulunu təklif edir. Artıq bu məhsul üzrə banka müraciət edənlərə maksimal olaraq 100 000 AZN-dək limit təklif olunur.

Bununla da hüquqi şəxslər və sahibkarlar bank qarantiyası vermək üçün nəzərdə tutulan onlayn sürətli tender limitini həmin gün əldə edərək planlaşdırdıqları layihədə iştirak edə bilərlər.

“Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: maliyyə təhlili və skorinq yoxdur; bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri profili vasitəsilə məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, “Sürətli tender” məhsulunu almaq istəyənlər qeyd edilən linkə – https://kbl.az/cbpcr və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 688 689 690 691 692 693 694 2. 391