Bəşəriyyət işçi qüvvəsinin ən miqyaslı böhranı ilə üzləşib

posted in: Xəbər | 0

iqtisadi böhranDünyanın əksər şirkətləri 2021-ci ildə yeni əməkdaşların işə götürülməsində çətinliklərlə qarşılaşıblar. İşəgötürənlərin üçdə ikisi işçi qüvvəsi böhranı ilə qarşılaşıb: onlar namizədlərin çatışmazlığı ilə üzləşiblər, ManPowerGroup beynəlxalq kadrlar korporasiyasının yeni tədqiqatı bunu üzə çıxarıb.

Analitiklər 43 ölkədən olan 45 min şirkətin kadrlar şöbəsinin əməkdaşları arasında sorğu aparıb. Onlardan 69 faizi 2021-ci ilin üçüncü rübündə vakansiya yerlərini doldurmaqda çətinlik çəkiblər. Bununla yanaşı Avropa və Şimali Ameikadan olan 15 ölkə 1962-ci ildən bəri ilk dəfə böyük sayda vakant iş yerlərinin qaldığını xəbər verib. ManPowerGroup əmək bazarındakı cari vəiyyəti son 15 il ərzində ən genişmiqyaslı böhran kimi qiymətləndirib.

Bununla yanaşı, sorğulanan ölkələrdəki bütün şirkətlər qeyd ediblər ki, işçi qəbul etmək 2020-ci ilin son üç ayı ilə müqayisədə bir qədər asanlaşıb. Analitiklərin proqnozuna görə, 2021-ci ilin üçüncü rübündə əmək bazarı ən çox ABŞ-da (25 faiz), Tayvanda (24 faiz) və Avstraliyada (17 faiz) yüksələcək. Ən az vakansiyalar isə Argentinada (1 faizə yaxın) Panama, CAR-da müşahidə ediləcək, Honkonqda isə ümumiyyətlə yeni iş yerləri olmayacaq. Bundan əlavə, 43 ölkədən 42-də işəgötürənlər əməkdaşların maşlarını qaldırmağa hazır olduqlarını bildiriblər.

“Davam edən kadr çatışmazlığı o deməkdir ki, şirkətlər pandemiyanın nəticələrindən iqtisadiyyatın bərpası şəraitində uğurla işləmək üçün əməkdaşları qoruyub saxlamalı və onlara zəruri bacarıqları öyrətməlidirlər”, –  ManPowerGroup-un baş direktoru Yonas Prizinq bəyan edib.

Respondentlərin 40 faizə yaxını personalın təhsili ilə aktiv şəkildə məşğul olduqlarını qeyd ediblər. Elə bir o qədər şirkət işçilərinə çevik iş qrafiki təqdim edir, işəgötürənlərin demək olar ki, üçdə biri isə maaşları qaldırdıqlarını xəbər veriblər. Bəzi şirkətlər müqavilələrin imzalanmasına görə bonuslar və daha uzunmüddətli məzuniyyətlər vəd ediblər. Bir qayda olaraq, işçilərin cəlb edilməsi üçün stimullar şirkətlərin sahəsindən asılıdır. Məsələn, maliyyə sahəsindən olan özünüinkişaf kursları və qismən “məsafədən” işləməyi təklif edirlər, istehsal sahəsindən olan şirkətlərdə isə əməkdaşları daha yüksək əməkhaqqı və çevik iş qrafiki ilə cəlb edirlər.

İşçilərin çatışmazlığı artıq bir çox ölkələrin əsas sənaye sahələrinə zərbə vurub. Böyük Britaniyada yük maşınlarının sürücüləri və anbar işçilərinin çatışmazlığı üzündən ərzaq böhranı yaşanır. Yükləri daşımağa və məhsulların saxlanılmasını izləməli olan işçilər çatışmadığından, mağazaların rəfləri boş qalmaq riski ilə üzləşib.

ABŞ-da isə yolların çəkilişi üçün ixtisaslı işçi heyətinin, metro işçiləri və texniki xidmət üzrə əməkdaşlarının qıtlığı, prezident Co Baydenin infrastrukturun inkişafı üzrə trilyon dollarlıq planını poza bilər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əvvəlcədən sifariş edilməyən mallar üzrə elektron qaimə-fakturanın göndərilməsi

posted in: Xəbər | 0

təhtəlhesab vəsaitƏvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə elektron qaimə-fakturanın göndərilməsi vergi ödəyicilərini maraqlandıran məsələlərdəndir. Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsinə görə, əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi, malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində mümkün olur. Sərbəst auditor Altay Cəfərov bu mövzuda bəzi məqamlara aydınlıq gətirib:

Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsində olan əməliyyatın baş verməsi üçün sifarişçi malları əvvəlcədən sifariş verməli deyildir. Elektron qaiməyə kimi malların təhvil verilməsini təsdiq edən başqa bir sənəd olmalıdır. Mallar həmin sənəd əsasında təhvil veriləndən sonra 5 gün müddətinə elektron qaimə faktura alıcıya göndərilməlidir.

Əvvəlcədən sifariş verilməyən malların təqdim edilməsi dedikdə isə səyyar formada malların satışı, yəni yük maşınlarına yükləməklə və ya digər nəqliyyat, daşıma vasitələri ilə malların şəhərdə, regionlarda satışı başa düşülür.

Bu proses eyni zamanda, müəyyən malların əvvəlcədən sifariş verilməsi ilə bərabər digər malların sifarişinin qeyri müəyyən olması əməliyyatlarıdır. Məsələn, sifarişçi müəyyən malları əvvəlcədən bilir və sifariş verir, həmin lot mallarla birlikdə başqa mallar da olur ki, onların sifarişində çeşidin miqdarı və növünü dəqiq bilmir və belə sifarişlər də qismən əvvəlcədən sifariş verilməyən kimi qəbul olunur.

Misal 1: “AA” MMC malları birbaşa alıcılara satan vergi ödəyicisi deyil, mallar cavabdeh şəxs tərəfindən nəqliyyat vasitələri ilə rayonlarda səyyar formada satılır. Bu yuxarıdakı tələblərə cavab verir.

Misal 2: “AA” MMC-nin daimi müştərisi olan “VV” MMC 10.000,00 manat məbləğində malların almasını istəyir və əvvəlcədən siyahı vermişdir. Bu artıq yuxarıdakı tələblərə cavab vermədiyindən 10.000,00 manatlıq mallar anbardan elektron qaimə faktura əsasında yazılır və qarşı tərəfə təqdim edilir.

Misal 3: “AA” MMC-nin daimi müştərisi olan VV MMC 10.000,00 manat məbləğində malların almasını istəyir və əvvəlcədən dəqiq siyahı verilməmişdir. Bu artıq yuxarıdakı tələblərə cavab verdiyindən, malları ilkin olaraq anbardan elektron qaimə fakturası ilə təqdim edilmir.

Misal 4: “AA” MMC-nin daimi müştərisi olan “VV” MMC 10.000,00 manat məbləğində malların almasını istəyir və əvvəlcədən siyahının müəyyən hissəsi sifariş verilmişdir, amma bəzi malların çeşidi və miqdarı qeyri-müəyyəndir və razılaşıblar ki, qeyri-müəyyən malların çeşidi və miqdarı gələndə dəqiqləşdiriləcəkdir. Bu da yuxarıdakı 71-1.1.2.-ci maddənin tələblərinə cavab verir.

Buradan belə sual çıxa bilər ki, belə əməliyyatlar necə rəsmiləşdirilməlidir ki, vergi ödəyiciləri üçün problemlər yaşanmasın? Bunun üçün malları səyyar formada satış üçün qəbul edən cavabdeh şəxsə “malların təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası” sənədi ilə mallar anbaqdan təhvil verilməlidir. Odur ki, artıq mallar anbardan silinir və digər cavabdeh şəxsin məsuliyyətinə keçir. Bundan sonra həmin malları səyyar formada satan şəxs alıcıya “Malların Təhvil-Təslim Aktı” əsasında təhvil verir. Artıq malları bu sənədlə təhvil veriləndən sonra 5 gün müddətində alıcıya normal formada elekton qaimə fakturası göndərilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Torpaqların və tikililərin vergi uçotuna alınması

posted in: Xəbər | 0

vergi uçotuHüquqi şəxslərin balansında olan torpaq sahələri ilə bağlı yaranan vergi öhdəlikləri barədə bir sıra spesifik suallar ortaya çıxır. Bu suallara sərbəst auditor Altay Cəfərov konkret misallar əsasında aydınlıq gətirir.

Misal 1: Tutaq ki, “AA” MMC-nin balansında 100.000 manat dəyərində bina vardır və həmin binanın yerləşdiyi torpaq sahəsinin dəyəri 11.000 manatdır. “AA” MMC mühasibat və vergi uçotu baxımından aktivləri necə uçota almalıdır?

Mühasibat uçotu baxımından balansda 100.000 manatlıq bina tikili, 11.000 manatlıq torpaq sahəsi isə torpaq kimi uçota alınacaq. Binaya amortizasiya hesablanacaq, torpaq sahəsinə isə amortizasiya hesablanmır.

Bəs vergi uçotu baxımından məsələ necədir?

Vergi Məcəlləsində torpaq, tikili və avadanlıqlar adı ilə hər hansı izah, tərif və ya bölməyə rast gəlinmir. Məcəllənin 13.2.17-ci maddəsində isə əsas vəsaitlər anlayışının açılışı verilib: “Əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər”.

Məcəllənin bu maddəsinin tələblərinə əsasən, dəyəri 500 manatdan yuxarı, istifadə müddəti 1 ildən çox olduğu və amortizasiya hesablandığı üçün misalımızdakı bina əsas vəsait kimi qəbul olunur.

Torpaq sahəsinin isə istifadə müddəti müddətsiz, dəyəri 500 manatdan yuxarı olmasına baxmayaraq, onu vergi uçotunda əsas vəsait kimi qəbul etmək olmur, çünki torpaq sahəsi amortizasiya olunmur. Vergi Məcəlləsinin 114.2.-ci maddəsində göstərilib ki, torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur.

Ona görə də torpaq sahəsini vergi uçotunda digər maddi aktivlər kimi uçota almaq lazımdır.

Bəs bu məlumatlar illik bəyannamələrin əlavələrində hansı sətirlərdə əks olunmalıdır?

İllik mənfəət, gəlir, sadələşdirilmiş vergi bəyannamələrində torpaq sahəsi digər aktivlər sətrində qeyd edilməlidir. Yəni ilin əvvəllinə torpaq sahəsinin qalığı, daxil olması, silinməsi, təqdim edilməsi və ləğv edilməsi bu sətirdə yazılmalıdır.

Misal 2: Tutaq ki, “AA” MMC mənfəət vergisi ödəyicisidir və 11.000 manat dəyəri olan torpaq sahəsini 20.000 manata satıb. Həmin əməliyyat mənfəət vergisi bəyannaməsində necə qeyd edilməlidir?

Vergi Məcəlləsinə əsasən, torpaq sahəsi əsas vəsait sayılmasa da, digər amortizasiya olunmayan aktivlər kimi qəbul olunur. Ona görə də torpaq satışından əldə edilmiş 20.000 manat məbləğ mənfəət vergisi bəyannaməsinin 202-ci sətrində “Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir” yazılmalıdır. Torpaq sahəsinin balans dəyəri olan 11.000 manat isə bəyannamənin 219.2-ci sətrində “Təqdim olunmuş (amortizasiya edilməyən) aktivlərin qalıq dəyəri” sətrində yazılmalıdır.

1 yanvar 2021-ci ildən torpaq sahələrini satan hüquqi şəxslər bu əməliyyatda sadələşdirilmiş vergi ödəyiciləri sayılmırlar. Onların bu əməliyyatları artıq mənfəət vergisinə cəlb olunan əməliyyat hesab olunur. Ona görə də satışla bağlı bəyannamə dolduran zaman yuxarıda göstərilmiş qaydalara əməl olunmalıdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (6-cı hissə)

posted in: Mühasibat, Xəbər | 0

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (6-cı hissə)sosial ödənişlər

Müasir dövr sizin biznes prosesinizin bütün aspektlərində inkişaf edir. Planlaşdırmadan istənilən fəaliyyətin idarə edilməsinə qədər rəqəmsallaşdırma – bu, oyunda qalmağın açarıdır. Siz eyni şeyi biznesinizin mühasibat uçotu, pul axını və ya maliyyə hesabatı haqqında da deyə bilərsiniz. Hər şeyi daha qeyri-ənənəvi, lakin, inkişaf etmiş bir vəziyyətə çevirən mühasibat proqramıdır.

  • Amerika şirkətlərinin 26% – ə vergilərlə bağlı məsələləri həll etmək üçün təxminən 10 saat vaxt tələb olunur. Digər tərəfdən, müəssisələrin 40 faizi il ərzində bundan ötrü 40 saat əlavə edə biləcəklərini bildiriblər.
  • Sahibkarların 52 faizi həddən çox vergi ödədiklərini hesab edirlər.
  • Yaxın 8 il ərzində qlobal mühasibat proqram təminatı sahələrinin ümumi dəyəri möhtəşəm bir rəqəmə – 11,8 milyard dollara çatacaq.

Son düşüncələr

Öyrənmə texnologiyaları mühasiblərin hazırda əldə etməli olduqları əsas əlavə bacarıqlardır.

Bəli, bu blogda bu gün qeyd etdiyimiz sahə mühasibat uçotu statistikaları, faktlar və məlumatlar xaricində onu da bilməlisiniz ki, dünya bu gün informasiya ilə doludur.

5-ci hissəyə buradan nəzər yetirə bilərsiniz


Lakin, gəlin, məşhur yazıçı-fantast Ayzek Əzimovun vaxtilə söylədiyi bir fikri unutmayaq:

Həyatın ən kədərli cəhəti odur ki, indi elm bilikləri cəmiyyətin müdriklik əldə etməsindən daha sürətli toplayır.

Bu o deməkdir ki, siz bütün bu məlumatları dərhal əldə edə bilərsiniz. Amma, ən mühüm olanı onlardan ağılla istifadə etməkdir. Buna görə mühasibat prosesində müəyyən bir nöqtəyə gəlmək üçün hansı məlumatları seçməli olduğunuzu öyrənməlisiniz.

Beləliklə, siz özünüzdən soruşmalısınız, şirkətinizin mühasibat uçotunun idarə edilməsi prosesini avtomatlaşdırmaq üçün ERP mühasibat sisteminə ehtiyacınız varmı? Belədə siz ola bilsin ki, tam avtomatlaşdırma üçün Wep ERP uçotunu elə bu gün istəyəcəksiniz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 677 678 679 680 681 682 683 2. 391