21 Sentyabr Rumıniyada Mühasiblər günüdür

posted in: muhasibat, Xəbər | 0

Mühasiblər günüMəlum olduğu kimi, hər il 10 noyabr dünyada Beynəlxalq Mühasiblər Günü kimi qeyd olunur. Amma, buna baxmayaraq, bir çox ölkələrdə mühasiblərin ölkə üzrə keçirilən milli bayram günləri də təsis olunub. Rumıniya da həmin ölkələr sırasındadır. Belə ki, bu ölkədə sentyabrın 21-i Mühasiblər Günü kimi təsis olunub. Rumın mühasiblər bu gün öz peşə bayramlarını qeyd edirlər.

Rumıniya dövləti Avropanın cənubi-şərqində yerləşir. Əhalisi 19 milyon 186 min nəfərdir, ərazisi 238,397 km2 təşkil edir. Hər iki göstəriciyə görə regionun böyük ölkələrindən biri sayılır.

Sənaye ölkəsidir, inkişaf etməkdə olan iqtisadiyyata malikdir. 2017-ci ildə ümumdaxili məhsul (ÜDM) 470 milyard ABŞ dolları təşkil edib ki, bu adambaşına 23 min dollardan çox edir. Pul vahidi rumın leyidir.

Maraqlıdır, bəs Rumıniyada əməkhaqqı ilə bağlı məsələ hansı səviyyədədir, digər peşə sahibləri ilə müqayisədə rumın mühasiblər nə qədər maaş alırlar?

Rumıyada bir sıra peşələr üzrə mövcud olan orta aylıq maaşları sizin diqqətinizə çatdırırıq.

Turizm sahəsində çalışanlar ayda 500 dollar, inşaatçılar 707, rabitəçilər 805, arxitektor 846,  biznes təhlilçilər 905, bank işçiləri 1067, telekommunikasiya sahəsində çalışanlar 1163, satış üzrə menecerlər 1799, mühasibat uçotu sahəsində çalışanlar (mühasiblər) və maliyyəçilər 1816 dollar əməkhaqqı alırlar.

Göründüyü kimi, şərqi Avropa ölkəsi sayılan Rumıniya kimi bir ölkə üçün bu məvacib heç də pis sayıla bilməz. Qeyd etmək lazımdır ki, Rumiyada ən yüksək maaşları tibb işçiləri qazanırlar – onların aylıq əmək haqqı 4600 dollara çatır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yanvar-avqust ayları üzrə vergi proqnozuna 123,7 faiz əməl edilib

posted in: Xəbər | 0

vergi proqnozu2021-ci ilin yanvar-avqust ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, cari ilin səkkiz ayında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 833,16 milyon manat vergi daxil olub, proqnoza 123,7 faiz əməl edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 faiz və ya 690,1 milyon manat artıb.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tarixin ən acgöz milyarderi – Getti Grinin ibrətamiz taleyi  (3-cü hissə)

posted in: Xəbər | 0

Tarixin ən acgöz milyarderi – Getti Grinin ibrətamiz taleyi  (3-cü hissə)

Henriyetta Houlend Robinson uşaqlıqdan maliyyədən yaxşı baş çıxarırdı və artıq 13 yaşında mühasib olaraq çalışırdı. 30 ildən sonra isə o, artıq ABŞ-ın ən varlı qadını idi. Və dünyabın ən xəsis insanı adını qazanmışdı.

1916-cı ildə o, vəfat etdi, onun uşaqlarına yüz milyonlarla dollar miras qaldı. Və həmin vəsaitlərlə onlar öz analarının əmrlərinə zidd olaraq davrandılar.

Yeri gəlmişkən, Grin heç də həmişə bu cür xəsis olmamışdı. 1907-ci ildə bank panikası zamanı ağır vəziyyətə düşən adamlara və Nyu-Yorkdakı şirkətlərə böyük məbləğdə borc vermişdi. Oğlu Edvard deyirdi ki, anası müntəzəm olaraq xeyriyyə məqsədləri üçün 500 dollardan, 10 min dollara kimi vəsaitlər yönəldirdi, 30 yaxın ailə isə ondan müntəzəm gəlir alırdı.

İrsi xəsislik

Henriyetta Grinin bu dərəcədə inanılmaz xəsisliyinin səbəbləri onun tərbiyəsində və ailəsində axtarmaq lazımdır. İş ondadır ki, onun babası və atası kvakerlər olublar. Bu, XIX əsrdə geniş yayılmış dini protestant qrupu idi. Kvakerlərin əsas vəsiyyətləri qənaətlilik, məişətdə qərəzsizlik və özünütəsdiqetmə idi. Milyoner Frin isə bu vəsiyyətləri ifrat dərəcədə yerinə yetirirdi. Dünyanın ən varlı eyni zamanda ən xəsis qadını deyirdi ki, “sentə qənaət edirsənsə – deməli, onu qazanmış olursan”. Bundan əlavə, Getti Grin diqqətəlayiq maliyyə kredosuna malik idi. “Həmişə ucuz alıb, baha satmaq lazımdır və bunu üç sadə şeyə əməl etməklə nail olmaq mümkündür – inadkarlıq, bəsirət və qənaətcilliklə”, – kredo belə səslənirdi. Bütün bunlar Henriyetta Grinə böyük sərvət toplamaqda kömək etmişdi. İndiki qiymətlərlə həmin sərvət üç-dörd milyard dollar təşkil edərdi. Bütün həyatı boyu Getti Grin bu pulların yalnız 10-20 faizini məsrəf etmişdi ki, bu da ona dünyanın ən xəsis adamı ləqəbini qazandırmışdı.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Getti Grinin uşaları – Ned və Silviya analarından özlərinə qalan mirası nəhayət ki, xərcləməyə imkan tapdılar. Ned dərhal özünə bahalı avtomobil aldı, yerdə qalan pulları isə bir neçə il ərzində xərclədi. Silviya isə özünü xeyriyyəçiliyə həsr etmişdi. O, dünyada olan kasıb insanlara yardım edirdi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiya və Belarus vahid vergi sistemi yaradacaq

posted in: Xəbər | 0

Rusiya və Belarus vahid vergi siyasəti yaradacaq. Vergi siyasətinin sinxronlaşdırılması üçün vergi komitəsi yaradılacaq.

Baş nazirin müavini Aleksey Overçuk gələcək inteqrasiya üzrə sənədlərin İttifaq dövlətinin nazirlər şurası tərəfindən imzalanmasının yekunlarına dair məlumat verib: – “Bu günkü hadisə iki ölkənin hökumətləri tərəfindən demək olar ki, son üç ilə yaxın müddətdə gördüyü işlərin nəticəsidir. İttifaq dövlətinin nazirlər şurası faktiki olaraq əsas istiqamətləri, inteqrasiya parametrlərini müəyyənləşdirib və bundan sonra da bu sənədlərin faktiki olaraq həyata keçirilməsi üzrə böyük işlər görülməlidir”, – deyə sədr müavini bildirib. – “Hüquqi bazaya dəyişikliklər etmək zəruridir, ümumi vergi sisteminin, ümumi gömrük sisteminin yaradılması nəzərdə tutulur, İttifaq dövlətinin vergi komitəsinin yaradılması nəzərdə tutulur”, – “Rossiyskaya qazeta” cənab Overçukun çıxışından sitat gətirib.

Onun sözlərinə görə, bu, “bizə iqtisadi sistemlərimizi uyğunlaşdırmağa və sinxronlaşdırmağa imkan verəcək, bununla da bizneslə məşğul olan insanlar, sahibkarlar üçün, dövlətlərimizin müəssisələri üçün tamamilə yeni unikal imkanlar açacaq” ciddi praktiki addımlardır. “Bu həqiqətən tarixi hadisədir”, – baş nazirin müavini sözünə belə yekun vurub.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 676 677 678 679 680 681 682 2. 381