Xarici ölkədə çalışan Azərbaycan vətəndaşı hansı hallarda öz ölkəsində gəlir vergisi ödəməlidir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

gəlir vergisiSual: Xarici ölkədə müqavilə ilə çalışan Azərbaycan vətəndaşları hansı hallarda Azərbaycanda da gəlir vergisi ödəməlidirlər?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır.


9 Oktyabrda başlayacaq “Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim”


Bu halda Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünün kodu kimi 97002 (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 96.1-ci, 101.2-ci, 127-ci, 130-cu, 149.1.4-cü, 149.2-ci, 152.1-ci maddələri.


Kredit götürərkən sığortalanmağın faydaları

Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları

Torpaqların və tikililərin vergi uçotuna alınması

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar

posted in: sual-cavab, Xəbər | 0

malların emala verilməsiVergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar hansılardır?


9 Oktyabrda başlayacaq “Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim”


– Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması.

– Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması.

– Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması.

– Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması.

Əsaslandırma: Vergi Məcəlləsinin 54-cü maddəsi.


Kredit götürərkən sığortalanmağın faydaları

Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları

Torpaqların və tikililərin vergi uçotuna alınması


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mediatorlar tərəfindən sosial sığorta haqlarının ödənilməsi barədə

posted in: Xəbər | 0

kommersiya hüquqi şəxs29 mart 2019-cu il tarixli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Mediasiyanın məqsədi tərəflər arasındakı münaqişənin azaldılması və mübahisənin onları razı salacaq şəkildə həll olunmasıdır.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər. Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir. Mediasiya Şurasının üzvlüyünə qəbul edilmək üçün mediasiya təşkilatına olan tələblərdən biri də ən azı iki mediatorla əmək müqaviləsinin olmasıdır.


9 Oktyabrda başlayacaq “Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim”


Mediasiya təşkilatı – mediasiyanın inkişaf etdirilməsi, təkmilləşdirilməsi məqsədilə əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların effektiv fəaliyyətinə yönələn tədbirləri həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası qanunlarına edilmiş dəyişikliyə əsasən, mediatorlar tərəfindən də sığorta haqlarının ödənilməsi nəzərdə tutulur.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqına cəlb olunurlar. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən isə vergi uçotuna alınmış mediatorlar sığortalı qismində özləri çıxış edirlər. Sözügedən qanuna uygun olaraq mediatorlar üçün minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqları müəyyən edilib.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı halda işçinin gəlirindən işsizlik sığortası tutulmur?

posted in: Xəbər | 0

unemployment insuranceSual: Müəsissə tərəfindən həyata keçirilən aşağıda qeyd olunan ödənişlərdən işəgötürən və işçi tərəfindən işsizlik sığortası tutulurmu:

1) Birbaşa işçiyə və ya üçüncü tərəfə ödənilən nahar xərcləri;

2) Birbaşa işçiyə və ya üçüncü tərəfə ödənilən təlim-tədris xərcləri;

3) Üçüncü tərəfə ödənilən işçilərin könüllü tibbi sığorta haqları;

4) Müvafiq qanunvericiliyə əsasən ezamiyyə normalarından artıq ödənilən vəsaitə görə;

5) Üçüncü tərəfə ödənilən işçilərin korporativ ziyafətinə (“teambuilding”) görə;

6) 14 günə qədər olan və müəsissə tərəfindən ödənilən işçinin xəstəlik vərəqəsinə görə.

Cavab: Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.


Kredit götürərkən sığortalanmağın faydaları

Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları

Torpaqların və tikililərin vergi uçotuna alınması


Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə)  pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd olunanlara əsasən işəgötürən tərəfindən işçilərin üçüncü şəxsin hesabına və ya birbaşa işçiyə köçürülməsindən asılı olmayaraq həmin gəlirdən işsizlikdən sığorta haqqı hesablanmır.

Qeyd olunanlara əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli xərclər (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Eyni zamanda ezamiyyə xərci fiziki şəxsin işsizlikdən sığorta haqları hesablanan gəliri hesab edilmir və işsizlikdən sığorta haqları hesablanmır.

İşçiyə əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət əməkhaqqı hesab edilmədiyindən həmin məbləğə işsizlikdən sığorta haqqı hesablanmır.

Əsas: “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsi.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 673 674 675 676 677 678 679 2. 391