Vergi ödəyicisinin borcu olduqda tətbiq olunan qadağa
Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanının hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
Bu barədə məlumat verən iqtisadçı Anar Bayramov bildirib ki, kredit və s. borcları zamanı iddiaçı tərəf cavabdeh şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəmədən sənədin icra şöbəsinə getməsini gözləməlidir. Amma vergi orqanlarının icra orqanlarına müraciət etmədən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxa birlər.
Həmçinin, Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Qeyd edək ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.
Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2016-cı il, 314-VQD saylı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununa əsasən, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindəki “həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət etmək” sözləri “dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə” sözləri ilə əvəz edilib.
Beləliklə, vergi orqanı məhkəməyə müraciət etmədən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilir.
Misal: Vergi orqanının iddiasına əsasən, hüquqi şəxsin rəhbərinin 1000 manat borcu olduğuna görə məhkəmə xüsusi icraat qaydasında onun ölkədən çıxışını məhdudlaşdırıb. Vergi ödəyicisi həmin borcu ödədikdən sonra artıq vergi orqanı məhkəməyə müraciət etmədən, məhkəmə həmin şəxsin ölkədən çıxışına məhdudiyyətin götürülməsi barədə qərar qəbul edə bilir.
Mənbə: vergiler.az

Hər kəsin həyatının müəyyən dövründə çətin anları olur. Hətta elə anlar olur ki, təcili maliyyə çatışmazlığı ilə qarşılaşırsan və dost-tanış heç cür imkan edib sənə dəstək verə bilmir. Həmçinin müəyyən biznes fəaliyyəti ilə məşğul olmaq istəyərkən maliyyə çətinliyi ilə üzləşərək biznesi böyüdə bilmirik. Hər bir halda kredit təşkilatlarına üz tutaraq müəyyən istiqamət üzrə kredit əldə etmək zəruri olur.
Təhsil dövrünün staja əlavə edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna daxil olan müraciətlərin sayı çoxdur. Həmin şəxslər təhsil müddəti ilə əlaqədar staj təqdim etdiklərinə baxmayaraq pensiyalarının artmadığını bildirirlər. Bunun bir sıra səbəbləri var. Pensiya əmək haqqına uyğun olaraq hesablandıqda ödənilən pensiya məbləği təhsil stajını tətbiq edib hesablandıqda əldə edilən məbləğdən daha çox olduğu üçün vətəndaşa əmək haqqına əsasən hesablanan pensiya məbləğinin ödənişi davam etdirilir. Belə olan halda, vətəndaşın təhsilə görə staj təqdim etməsinə baxmayaraq, pensiya məbləği dəyişmir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzi 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun audit ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.