» » » Mühasibin top-9 bacarığı (1-ci hissə)

Mühasibin top-9 bacarığı (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibin top-9 bacarığı (1-ci hissə)

Bu bacarıqlara malik mühasiblər dərhal işə qəbul ediləcək

Rəqabətə davamlı və tələbat duyulan biri olaraq qalmaq üçün vergilər, sənəd dövriyyəsi və provodkalardan başqa maliyyə mütəxəssisi daha nələri bilməlidir və nələri bacarmalıdır? Bu yazıda biz istənilən müəssisə rəhbəri tərəfindən dərhal işə qəbul olunmağı haqq edən mühasibin top-9 bacarığını qeyd etmişik.

1. Şirkətin vergi yükünü azaltmaq bacarığı   

Direktorların və HR menecerlərin sorğusunun nəticələri göstərdi ki, praktikada qanuni vergi optimallaşdırmasının müxtəlif üsullarını tətbiq etmək bacarığı və biliyi bu gün mühasibin ən çox tələb olunan bacarığıdır. O, hətta real iş təcrübəsi kimi peşəkar keyfiyyəti belə üstələyir. Demək olar ki, hər bir işəgötürən (89%) bunu yalnız istəməklə kifayətlənmir, həm də öz şirkəti üçün bu səviyyədə mütəxəssis axtarır.

Rəhbərlik heç də həmişə vergitutma sisteminə lazımi şəkildə istiqamətlənə bilmir. Buna görə də, müasir mühasiblərdən yalnız metodların özlərini bilmək və onların tətbiqindən fayda əldə etmək deyil, həm də şirkət və direktor üçün mümkün olan bütün risklərin proqnozlaşdırılması tələb olunur.

Bununla yanaşı, mühasiblərin yalnız 40% – i vergilərin azaldılması məsələsində praktiki təcrübəyə malik olur.  Yerdə qalan digərləri isə ən başlıcası vergi planlaşdırması və optimallaşdırması xüsusiyyətlərini mənimsəməyi ciddi şəkildə planlaşdırır.

2. Peşəkar təcrübə, yenilikçi düşüncə və ixtisasın artırılmasına meyillilik

Əksər işəgötürənlər dinamik dəyişən bazar şərtlərinə və qanunvericilikdə edilən yeniliklərə tez uyğunlaşmağı bacaran mühasib-praktiklərə ehtiyac duyurlar. Əgər namizəd əvvəllər xarici və daxili audit sahəsində işləyibsə, onun dəyəri bir qədər də yüksəlir. Lakin, bu amil zərurət deyil, üstünlük kimi nəzərdən keçirilir. Sözsüz ki, iş təcrübəsi də çox vacibdir. Ancaq, bu gün işəgötürənlər maliyyə vəzifələrinə namizəd seçmə taktikasını bir qədər dəyişdiriblər. Onlardan bir çoxu əgər mühasibin gözlərində istək qığılcımlarını görərlərsə, elə müsahibə zamanı işə başlamaq arzusunu müşahidə edərlərsə, onun peşə təcrübəsinin olmamasına göz yuma bilərlər.

Bu gün gözlərində qığılcımlar parlayan, təzə ideyalarla peşəkar inkişafa can atan ambisiyalı mühasib-yenilikçinin, böyük iş təcrübəsinə malik, lakin, təşəbbüskar olmayan namizəd-mühafizəkarla müqayisədə yüksək maaşlı prestijli bir işə qəbul olunmaq şansı 2 dəfə çoxdur. Rəhbərliyin anlamında peşəkar təcrübə daim ixtisasartırma ilə sıx bağlıdır. Müsahibələrdə üstünlüyü məhz, mühasibatlıq, vergi və idarəetmə uçotu, maliyyə menecmenti, daxili audit və s. sahələrdə biliklərin aktuallığını təsdiq edən diplomlar, attestatlar, sertifikatları olan mütəxəssislər əldə edirlər.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun